Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3265/2022 21.06.2022 ALİ MƏHKƏMƏ AAAAZ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:apellyasiyanın qeyri-mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(106)-970/2022 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin halların a görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsinin alqı-satqısına görə X1 tərəfindən Cavabdeh verilmiş 800 ABŞ dollarının ötən 16 il müddətdə indeksləşdirilməklə ödəniləcək günə manat məzənnəsi ilə geri alınması, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dəyəri 55.000 manat pulun, mənəvi zərərə görə 50.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şirvan şəhər məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.F.Qurbanov) iddia qismən təmin edilib. 09 mart 2022-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər S.İ.Mayılov sədrlik edən və məruzəçi, İ.Q.Əsədov və N.F.Mirzəyev) iddiaçının iş üzrə Şirvan şəhər məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsindən veridiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri mümkün hesab edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməyib. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyi şiklik edilməsi barədə” 09 iyul 2021-ci il tarixində qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Qanuna uyğun olaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.4-cü maddəsinə əsasən, iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 390 manat +100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddianın qiyməti 800 ABŞ dolları + 105.000 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi dövlət rüsumu məbləği olaraq ödənilir. Lakin apellyasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, apellyasiya şikayətinin verilməsi üçün cəmi 16 manat dövlət rüsumu ödənilib. Həmçinin, iddiaçı apellyasiya şikayətini lazımi məzmunda tərtib etməyib və şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməyib, bir sıra maddələrin pozulmasına yalnız ümumi şəkildə istinad etməklə kifayətlənib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməyib. Halbuki, apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Ona görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 108.1.7, 108.2, 361.3, 364.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 361.1, 361.1.4-ci maddələrinin tələblərinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində, şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilm iş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi dövlət rüsumu məbləği olaraq ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 09 iyul 2021-ci il tarixdə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Qanuna uyğun olaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün h esab edərkən aşağıdakı mülki prosessual normaların tələblərini pozub. Belə ki, işdən görünür ki, 28 sentyabr 2021-ci il tarixdə iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ondan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsinin alqı-satqısına görə X1 tərəfindən cavabdehə verilmiş 800 ABŞ dollarının ötən 16 il müddətdə indeksləşdirilməklə ödəniləcək günə manat məzənnəsi ilə geri alınmasını, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dəyərinə görə 55.000 manat, mənəvi zərərə görə 50.000 manat pulun tutulub ona ödənilməsini iddia edir. İddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilib. Şirvan şəhər məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilib. 09 mart 2022-ci il tarixdə iddiaçı qətnamədən a pellyasiya şikayəti verib və apellyasiya şikayətinə 16 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilib. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.1, 108.1.7-ci maddələrinin tələblərinə görə, mülki məhkəmə icraatında dövlət rüsumu apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə də ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 112.1 və 112.1.1-ci maddələrində göstərilir ki, iddianın qiyməti- pul vəsaiti alınması haqqındakı iddialarda- alınan məbləğlə müəyyən edi lir. Həmin Məcəllənin 112.5-ci maddəsinə əsasən, iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə görə, məhkəməyə iddia ərizəsinin verilməsi halında dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1, 8.1.1, 8.1.2 və 8.6-cı maddələrinə 09 iyul 2021-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat; iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Habelə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətini n, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 2-ci maddəsində isə keçid müddəaları nəzərdə tutulub və həmin Maddənin 2.1 və 2.2-ci bəndlərində isə göstərilir ki, bu Qanun 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, qeyd olunan mülki prosessual normaların tələblərini pozaraq, iddi açının hazırki iddia ərizəsi ilə məhkəməyə 28 sentyabr 2021-ci il tarixdə müraciət etməsini, “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi haqqında Qanunun isə 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minməsini və bu Qanunun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə, habelə apellyasiya şikayətlərinə görə ödənilən dövlət rüsumlarına şamil edilməməsini nəzərə almayıb. Göründüyü kimi, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi əsasına görə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün mülki prosessual əsaslar olmayıb və apellyasiya instansiyası məhkəməsi iddia ərizəsi verilərkən qüvvədə olmayan Qanuna istinad etməklə mülki prosessual normaların tələblərini pozu b və iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlvavə etməsini nəzərə almayıb. Belə ki, iddia ərizəsi məhkəməyə verilərkən sözügedən Qanunun 8.1, 8.1.1, 8.1.2, 8.4 və 8.4.1-ci maddələrinin qüvvədə olmuş redaksiyasında göstərilirdi ki, məhkəməyə verilən iddia ərizələrindən: iddianın qiyməti 500 manatadək olduqda 20 manat; iddianın qiyməti 500 manatdan çox olduqda isə 30 manat dövlət rüsumu tutulur; apellyasiya və kassasiya şikayətlərindən: birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və he sab edir ki, hazırki iddianın qiyməti 500 manatdan çox olduğu üçün 30 manat dövlət rüsumu ödənildiyindən, iddiaçı apellyasiya şikayətinə həmin məbləğin 50 faizi miqdarında, yəni 15 manat dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etməkdə haqlı olub. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini lazımi məzmunda tərtib etmədiyini, şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının şərh etmədiyini, bir sıra maddələrin pozulmasına yalnız ümumi şəkildə istinad etməklə kifayətləndiyini və bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etmədiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361.1, 361.1.4-ci maddələrinin tələblərinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib edilib verilib və apellyasiya şikayətində onu verən iddiaçının tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi dəqiq göstərilib. Göründüyü kimi, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməklə verilib və onun birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması və ya apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməsi üçün prosessual əsaslar olmayıb. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsa sların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki prosessual qanunverciliyə görə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olub-olmaması iki mərhələdə yoxlanılır: birincisi, apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən (MPM-nin 364-cü maddəsi). İkincisi, apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bu məhkəmə tərəfindən (MPMnin 366-cı maddəsi). Maddənin mənasına görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, apellyasiya icraatı mərhələsində də qəbul olunmamış hesab edilə bilər. Burada apellyasiyanın qəbul olunmamış hesab edilməsi onun qeyrimümkünlüyünü ehtiva edir. Apellyasiyanın mümkünlüyü üçün əsasların olm aması dedikdə- işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(106)-970/2022 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3265/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3265/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver