Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3273/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Kateqoriya: mənzil mübahisələri, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabeh Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2616/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 1845 nömrəli akt qeydi ilə nikah bağlanmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)6934/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1965-ci il tarixdə Gürcüstan SSR-nin Bolnisi rayonunda doğulmuş X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, ünvan 1 ünvanda X6 qeydiyyatdadır.
4. Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 84 nömrəli sorğuya cavab məktubuna əsasən, yalnız İddiaçı Ramana Bələdiyyəsində v ergi ödəyicisi kimi qeydiyyatdan keçib və yaşadığı ünvan Müşviq Qəribov küçəsi kimi qeyd edilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “ yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər İddiaçı və X3 qarşı “onun Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin evə köçürülmə və cavabdeh İddiaçı evdən çıxarılaraq evin boşaldılması" tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadəsində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsi üçün maneələrin aradan qaldırılması, Cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə o, mərhum əri X5 ilə ailə həyatı quraraq ünvan 5 ünvanda yaşamağa başlamışlar. Onun əri xx.xx.2021-ci il tarixdə rəhmətə gedənədək o, həmin evdə onunla birlikdə yaşamışdır. Eyni zamanda əri həmin ünvanda qeydiyyatda olmuşdur. Əri rəhmətə gedəndən sonra o həmin evdə yaşamağa davam etmişdir. Bəzi vaxtlarda o, gedib valideyinlərinin evində qalmışdır. Bir gün evə gələndə görmüşdür ki, cavabdeh ərinin bacısı Cavabdeh evin qapısının açarını sındıraraq qanunsuz olaraq evinə d axil olmuş və orada yaşamağa başlamışdır. Onun orda paltarları, əşyaları ola-ola onu evə buraxmamışdır və bildirmişdir ki, ev ona qalmalıdır. O, dəfələrlə polis idarəsinə şikayət ərizələri ilə müraciət etməyinə baxmayaraq cavabdeh evdən çıxmamışdır onun evdə olan 20000 manat dəyərində şəxsi əşyaları barədə məlumatı yoxdur. Hətta o, Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cavabdehin evdən çıxarılması və onun əşyalarını talan etdiyi üçün cinayət işinin açılmasını tələb etmişdir. Əvvəlki məhkəmədə şahid qismində çıxış edən şahid X4 “məhkəmədə bildirmişdir ki, o, onun ərinin ikinci həyat yoldaşı olmuş və onlar 13 il biryerdə yaşamışlar. Birgə nikahdan bir qızları var. O, mübahisəli evdə yaşamamış, qızı atasını görmək üçün evə gəlib getmişdir. Nazim ilə söhbətlərindən ona məlum olmuşdur ki, həmin evi Nazim özü almışdır. Həmin evdə onun özü və üçüncü arvadı Nüşabə yaşamışdır. Nüşabə ilə Nazim 3 il evli olmuşdur. Nazimə Nüşabə qulluq etmişdir. Nazimin tünd xasiyyəti olmuş, bacı qardaşları ilə münasibətləri soyuq olmuşdur. Belə ki, Nazim böyük bacısı ilə küsülü olmuş, balaca bacısı Cəmilə ilə ara-sara dalaşmışdır.” Eyni zamanda cavabdeh iddiaçını məhkəməyə verərək onun “fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin evə köçürülmə və İddiaçı evdən çıxarılaraq evin boşaldılması” tələbinə dair Sabunçu rayon məhkəməsinə müraciət etməsi artıq iddiaçının həmin evdə yaşamasını qəbul edərək onu yaşayış sahəsindən məhrum etmək niyyəti təsdiqlənmişdir. O, cümlədən məhkəmə cavabdehin həmin evə heç bir istifadə hüququnu təsdiq etməmişdir. Həmin ev də münasibətdə cavabdehin heç bir subyektiv hüququ yoxdur.
8. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Mübahisəli ünvanda yerləşən torpaq sahəsi onun şəxsi vəsaiti hesabına 2017-ci il tarixdə onunla (alıcı), satıcı X12 arasında aparılmış qeyri rəsmi alqı-satqı müqaviləsinə əsasən dəyəri 15 000 manat ödənilməklə həmin torpaq sahəsinə sahiblik hüququ əldə etmişdir. (Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində şahid qismində dindirilmiş A.B.Gözəlov öz ifadəsində bunu təsdiq etmişdir). Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC-nin layihə planı və sxemi əsası nda qeyd edilən fərdi vaşayış evini öz vəsaiti hesabı ilə inşa etdirib tam təmir etdirərək başa çatdırmışdır. Həmin zamanlarda mərhum qardaşı X5 onun yanında ünvan 6 ünvanda yerləşən mənzildə darısqallıq olduğu üçün o, şəraitini yaxşılaşdırmaq məqsədi ilə bu torpaq sahəsini alıb fərdi yaşayış evini tikdirmişdir. Bu dövrdə mərhum qardaşı "xərçəng" xəstəliyindən əziyyət çəkirdi. Fərdi yaşayış evi tikilib başa çatdıqdan sonra o qardaşını və özünə məxsus əşyalarını da yığıb həmin evə köçmüşlər. xx.xx.2021-ci il tarixdə qardaşı qəflətdən rəhmətə getmiş və bu barədə o, Sabunçu rayon məhəkəməsinə ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. İş üzrə İddiaçı onlara məlum olmayan gizli formada qardaşı ilə necə nikaha daxil olması hamısında şübhə yaratmşdır. Belə ki, qardaşının vəfat etməsindən xəbərdar olmayan şəxs məlum olmayan səbəblərdən onun sahibliyində olan evə qarşı iddia irəli sürməsi tam qanunsuz və əsassızdır. Bu səbəblərdən də hesab edir ki, iddia tələbi qeyd olunanlara əsasən əsassız olduğundan rədd edilməlidir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5931/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilməmişdir.
10. Birinci insansiya məhkəməsi qeyd etmişdir ki, X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli evlərin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Yeni Ramana qəsəbəsi, V.Bünyatzadə küçəsi, 207 nömrəli torpaq sahəsin Cavabdeh 15 000 (on beş min) manata satılmışdır.
11. Birinci instansiya məhkəməsi İddia tələbinin “Cavabdeh ünvan 4 ünvanda yerləşən fərdi ya şayış evindən çıxarılması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, işin mübahisə olmayan hissələri ondan ibarətdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı cavabdehin qardaşı X5 ilə xx.xx.2018-ci ildə ailə qurduğdan sonra orada yaşamağa başlamışdır. Beləliklə məlum olur ki, sözügedən özbaşına tikili iddiaçı ilə cavabdehin qardaşı arasında nikahdan əvvəl hazır olmuşdur. İddiaçı həmin evin cavabdehin qardaşına vəsaiti hesabına tikilmiş olduğunu bildirsə də, bu halı təsdiq edə bilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin özbaşına tikili cavabdehin qardaşının hesabına tikilmiş olsa belə, nə qədər ki, iddiaçı və X5 arasında nikah bağlanan zaman həmin özbaşına tikili olan fərdi yaşayış evi hazı r olduğundan həmin tikilin nikahda olan şəxslərin vəsaiti hesabına tikilmiş hesab edilmir.
12. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından və həmin evin iddiaçı ilə X1 birgə nikah dövründə vəsaiti hesabına tikilmiş olmadığında iddiaçının Cavabdeh ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi təmin edilə bilməz.
13. Bundan başqa məhkəmə iddia tələbinin “İddiaçı istifadəsində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsi üçün maneələrin aradan qaldırılması” hissəsinə münasibət bildirərək qeyd etdir ki, məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbinin bu hissəsidə məhz cavabdehin həmin evdən çıxarılmasını nəzərdə tutduğundan iddia tələbinin bu hissəsi də təmin edilə bilməz.
14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 157.8, 158.2, 180.1, 225.1, 225.2, 225.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq iddiaçı qeyd etmişdir ki, məhkəmə iddianı rədd edərkən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini nəzərə almamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2616/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov-sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini nəzərə almamış və yalnız iş materiallarına əlavə edilmiş sübut olaraq sadalamışdır, nəticədə isə prosessual normanı pozmuşdur. Belə ki, MPM-nin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 20. 23.02.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki,...Məcəllənin Bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasın ı göstərir.
21. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
22. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesd ə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015- ci il tarixli Qərarı).
23. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli evə köçürülməsi tələbi rədd edildiyindən, onun həmin tikilidə yaşaması üçün hər hansı hüququ mövcud deyil. Bu yanaşmanın əksi, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi prinsipinin pozulmasına səbəb ola bilər.
24. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iş üzrə düzgün nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 139.1, 152.1, 152.2, 152.3, 152.7, 157.8, 158.1.2, 178.1, 180.1, 180.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cüil tarixli, 2(103)-2616/2024 saylı qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür ki, ünvan 7 ünvanda yerləşən torpaq sahəsi X12 ilə Cavabdeh a rasında bağlanmış xx.xx.2017-ci il tarixli evlərin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 15 000 (on beş min) manata satılmış və Cavabdeh həmin torpaq sahəsinə faktiki sahiblik hüququ əldə etmişdir (bu fakt Sabunçu rayon məhkəməsinin 2(008)-5038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edimişdir).Bundan sonra həmin ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC-nin layihə planı və sxemi əsasında qeyd edilən fərdi yaşayış evini öz vəsaiti hesabı ilə layihələndirmiş, inşa etdirib tam təmir etdirərək başa çatdırmışdır. Həmin zamanlarda mərhum qardaşı X5 onun yanında ünvan 8 ünvanda yerləşən mənzildə darısqallıq olduğu üçün və bu dövrdə mərhum qardaşı ağır "xərçəng" xəstəliyindən əzi yyət çəkirdi. Fərdi yaşayış evi tikilib başa çatdıqdan sonra o qardaşını və özünə məxsus əşyalarını da yığıb həmin evə köçmüşlər. Yalnız bundan sonra iddiaçı cavabdehin mərhum qardaşı ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşdur.
28. Apellyasiya məhkəməsi mülki işlə birbaşa əlaqələndirmədən, formal mülahizələrlə əsaslandırmaqla və yalnız maddi hüquq normalarını sadalamaqla kifayətlənməklə həmin normaların tələblərini pozmuş və düzgün tətbiq etməmiş, yanlış qətnamə qəbul etmişdir.
29. Cavabdehin vəsaiti hesabına inşa olunmuş özbaşina tikili olan mübahisəli fərdi yaşayış evinə münasibətdə iddiaçının “yaşayış sahəsindən çıxarılma” tələbi ilə bağlı subyektiv hüquqa malik olmamışdır. Ona görə də cavabdehin faktiki sahibliyində olan evə qarşı iddia irəli sürməsi tam qanunsuz və əsassızdır. Lakin apellyasiya məhkəməsi bu halları nəzərə almadan yanlış nəticəyə gələrək iddianı təmin etmişdir.
30. İddiaçı iddia tələbində və apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı heç bir konkret dəlillər göstərməmiş, yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Halbuki fərdi yaşayış evinin özünə məxsus olması barədə heç bir dəil ortaya qoymamışdır.
31. Apellyasiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməməklə sübutlara yalnız iddiaçının mənafeyi baxımından yanaşaraq, işin mahiyyəti üzrə əsaslandırma aparmadan heç bir yanlış nəticəyə gəlmişdir.
32. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, iddiaçıya aidiyyəti olmayan, Cavabdeh ilə X12 arasında, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, V.Bünyatzadə küçəsi, 207 nömrəli torpaq sahəsinin xx.xx.2017-ci il tarixli evin alqı-satqı müqaviləsinə də heç bir əhəmiyyət verməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla və düzgün tətbiq etməməklə səhv təfsir etmiş, nəticə etibarı ilə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir.
33. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 158.2, 180.1, 180.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tut ulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşya ya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
39. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
40. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
41. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
42. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;
43. Maddə 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
44. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
46. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cü mlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.
57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli evə köçürülməsi tələbi rədd edildiyindən, onun həmin tikilidə yaşaması üçün hər hansı hüququ mövcud deyil. Bu yanaşmanın əksi, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi prinsipinin pozulmasına səbəb ola bilər.
58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.Çünki iş materiallarında olan, qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “ yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası rədd ed ilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər İddiaçı və X3 qarşı “onun Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin evə köçürülmə və cavabdeh İddiaçı evdən çıxarılaraq evin boşaldılması" tələbinə dair iddiası rədd edilmişdir.
59. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə təsdiq edilir ki, həmin iş üzrə Cavabdeh müstəqil tələb irəli sürən üçüncü şəxs qismində və İddiaçı cavabdeh qismində işdə iştirak edən şəxs olmuşdur. Hazırki iş üzrə də hər iki şəxs işdə iştirak edən şəxsdir. Əvvəlki mülki iş üzrə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı evinin (yəni, hazırki iş üzrə mübahisə predmeti olan ev) yaşayış sahəsindən istifadə hüququnun tanı nması, həmin evə köçürülmə və cavabdeh İddiaçı evdən çıxarılaraq evin boşaldılması tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi həmin iş üzrə müəyyən edilən halları hazırkı iş üzrə preyudisial hesab edərkən prosessual hüquq normalarını düz tətbiq etmişdir.
60. Belə ki, Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən i hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
64. Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(103)2616/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.