Məhkəmə qərarları › İş №2(102)-3280/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3280/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3280/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, vəkili X5, Cavabdeh2, nümayəndə və vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x20 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2011-ci il tarixli (kasko) sığorta müqaviləsinə əsasən, “xxxx” Şirkətində “VAZ 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etmək hüququ olmadan sürdüyü, Cavabdeh2 məxsus “X” markalı, X1 dövlət qeydiyyat nişanlı traktorla X3 idarə etdiyi, X6 məxsus X markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə sonuncu nəqliyyat vasitəsi zədələnmişdir. Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən “T-28X4MS” markalı, 49-T-551 dövlət qeydiyyat nişanlı t əkərli traktorun sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. “VAZ 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar olaraq iddiaçı tərəfindən 3.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onlardan 3.000 manat məbləğində sığorta ödənişinin, 8 manat notariat xərcinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, cəmi 3038 manat 40 qəpik pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdehlər isə birinci instansiya məhkəməsində qanunla nəzərdə tutulmuş i ddia müddətinin keçdiyinə istinad etməklə iddiaya etiraz etmişlər.

4. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx xxxxxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırımışdır ki, iddia müddəti keçdiyindən iddia tələbi təmin edilə bilməz. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər-M.Həsənov (sədrlik edən və məruzəçi), İ.Əsədov və Z.Zeynalov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(055)-1030/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı “xxxx” ASC-nin iddia tələbi təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.000 manat məbləğində sığorta ödən işinin, notariat xərcinə görə 8 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bank xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 3038,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, subroqasiya tələbi mülki-hüquq pozuntusuna (deliktə) söykəndiyi üçün bu iddiaya on illik ümumi iddia müddəti şamil edilir. Belə olan halda, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

9. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobilə d əymiş zərər iş üzrə maraqlı tərəf olan “xxxx” ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş, zərərin qiymətləndirilməsinə onların, müstəqil ekspertlərin və ya mütəxəssislərin iştirakı təmin edilməmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş maddi ziyan aşağıdakı qaydada hesablanmalı idi. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda avtomobilə 1730 manat maddi ziyan dəydiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Avtomobilə dəymiş olan 1730 manat maddi ziyandan X saylı sığorta şəhadətnaməsində razılaşdırılmış sığorta məbləğinin 12,5%-i şərtsiz azadolma məbləği 216,25 manat çıxıldıqdan sonra 1513,75 manat qalır. Sığorta hadisəsi avtomobili idarə edən şəxs X3 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində baş verdiyindən azadolma məbləği ikiqat həcmdə tətbiq olunmalıdır. Ona görə də şərtsiz azadolma məbləği ikiqat çıxıldıqda sonra 1297,5 manat zərər qalır. Həmin zərər də “VAZ-21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7, hadisə vaxtı avtomobili idarə edən X8 və cavabdehlər arasında bərabər şəkildə bölündükdə hər birinə 324,37 manat pul düşür. Bununla məhkəmənin diqqətinə çatdırırıq ki, cavabdehlər sığorta hadisəsinə görə “xxxx” ASC-yə 3000 manat deyil, ümumilikdə 648,74 manat ödəməlidilər. İşə əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, iddia ərizəsi xx xxxx 2019-cu il tarixdə tərtib edilmişdir. Bununla da təsdiq olunur ki, iddiaçı sığorta ödənişi etdikdən 6 il 6 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Görəsən iddiaçının bu müddəti gözləməkdə marağı nədən ibarət olmuşdur. Cavabdehlər isə hesab edirlər ki, hadisənin izlərini itirmək və iş üzrə ziyanın hesablanması barədə ekspertə təqdim olunası detalları qeyri-mümkün etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası MM-nin 560.1-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

11. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində cinayət işinin rədd edilməsi haqqında qərara istinad edərək, həmin qərardan şikayət verilmədiyini qeyd etmişdir. Sözügüdən cinayət işinin rədd edilməsi haqqında qərar daxil olmamış, həmin qərardan məlumamtları olmamışdır. Belə olan halda, həmin qərardan şikayət vermək mümkün olmamışdır. Eyni zamanda, sözügüdən yol-nəqliyyat hadisəsini törətmiş şəxs barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın təqdim edilməsi ilə bağlı Saatlı Rayon Məhkəməsinə ünvanlandırılmış, xx.xx.2019- cu il tarixli, X saylı məktuba cavab olaraq, Saatlı Rayon Məhkəməsi tərəfindən iddiaçıya yalnız Cavabdeh1 barəsində qəbul edilmiş, xx.xx.2013-cü il tarixli, inzibati xəta haqqında iş üzrə Qərar təqdim edilmişdir. Bu da o dəməkdir ki, “VAZ 21074” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə etmiş, X8 barəsində hadisə ilə bağlı hər-hansı bir inzibati qərar mövcud deyildir. Belə bir qərar mövcud olduğu halda cavabdehlər cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətini deyil, X8 barəs ində hadisə ilə bağlı qəbul edilmiş inzibati qərarı birinci instansiya məhkəməsinə təqdim edərdilər. a) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, nümayəndə və vəkili Ramiz Musayev, kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdilər.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X və vəkili X, kassasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdilər.

14. Üçüncü şəxs X8 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkə mə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

17. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı ya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərgi nlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə. 372.2. Əla və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

30. İşdə olan Saatlı RPŞ DYPB-nin 139 nömrəli arayışının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə Saatlı rayon Mircəlal kəndində Cavabdeh1 sürücülük vəsiqəsi olmadan idarə etdiyi Cavabdeh2 məxsus X markalı,Xdövlət qeydiyyat nişanlı traktor X3 idarə etdiyi X6 məxsus “X” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, y ol-nəqliyyat hadisəsi zamanı avtomobilin qabaq sağ qapısı, sol hissəsinin hər iki qapısı tamamilə əzilmişdir.

31. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli rəyin surətində qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdə X6 məxsus “X4” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərə uğramışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin zərərə uğradığı anadək real dəyəri 5080 manat təşkil etmişdir.

32. İşdə olan “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 013/20**-CM***/2012 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı X6 məxsus “X4” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar ödənilməli sığorta ödənişi 3000 manat məbləğində (5080 manat tam sığorta məbləğindən 635 manat azadolma məbləği və 1445 manat avtomobilin qalıq hissəsinin dəyəri çıxıldıqdan sonra) müəyyən edilmişdir.

33. İşdə olan 30.01. 2013-cü il tarixli, 70 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 013/20**-CM-***/2012 nömrəli sığorta aktına əsasən 3000 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən X4 hesabına köçürülmüşdür.

34. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli inzibati xəta haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə saat 00:20-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Saatlı rayon Mircəlalkənd kəndi ərazisində idarə etdiyi XS” markalı, 49-T-551 dövlət qeydiyyat nişanlı traktoru Saatlı rayon So ltanabad kəndi istiqamətində hərəkət etdirərkən həmin istiqamətdə hərəkətdə olan X” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə “Xmarkalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə zərər dəymişdir. Məhkəmənin qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinmişdir.

35. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Hazırkı mübahisə üzrə üç illik deyil, ümumi (on illik) iddia müddəti tətbiq edilməlidir. Belə ki, cavabdehlərin arqumenti müqavilə tələbləri üzrə iddia müddətinə əsaslanmışdır. Lakin tərəflər (subroqasiya qaydasında vurulmuş ziyanı tələb edən sığor ta şirkəti ilə zərərvuran şəxs) arasında müqavilə münasibətləri olmamışdır. Sığorta müqaviləsi üzrə münasibətlər sığortaçı ilə sığortalı, yaxud sığorta olunan arasında mövcud olur. Hazırkı halda tərəflər arasında ziyan vurma nəticəsində yaranan münasibətlər mövcuddur. Belə ki, sığortaçıya zərərçəkmiş şəxsin dəymiş ziyana görə zərərvurandan ziyanın ödənilməsini tələb etmək hüquqları keçmişdir.

36. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən X6 məxsus avtomobilə vurulmuş zərərin əvəzini ödəmiş iddiaçı “xxxx” ASC cavabdehlərə qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmışdır. Belə ki, Cavabdeh2 sözügedən avtomobilə zərər vurmuş traktorun mülkiyyətçisi, Cavabdeh1 isə həmin traktoru idarə etmək hüququ olmadan idarə etmiş şə xsdir. Cavabdeh2 qeyd edir ki, Cavabdeh1 həmin traktoru onun, yəni mülkiyyətçinin iradəsinə zidd olaraq deyil, onun icazəsi ilə idarə etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə əsasən zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırkı mübahisə üzrə qeyd olunan əsaslar müəyyən olunduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır.

37. Apelyasiya məhkəməsi vurğulamışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən avtomobilə dəymiş zərərin məbləğinin az olduğunu, iddiaçının tələb etdiyi məbləğlə razı olmadıq larını bildirsələr də, zərər məbləğini birinci instansiya məhkəməsində mübahisələndirməmiş, həmçinin həmin məbləğin az olması ilə bağlı sübutlarını birinci instansiya məhkəməsində təqdim etməmişdirlər. Hazırda cavabdehlər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmirlər.

38. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (§23-25).

39. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan, kassasiy a məhkəməsi həmin dəlillərə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x20 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar