Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3280/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işçilərin və ştatların ixtisarı, işçinin peşəkarlıq səviyyəsi, işdə saxlanmağa üstünlük hüququ, həmkarlar ittifaqı, həmkarlar ittifaqının razılığı, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi) Kateqoriya: Əmək münasibətlərindən irəli gələ n mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əziağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ştat ixtisarının, ərizələrinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının, ərizələrinin araşdırılması üçün şikayət edilən şəxsə göndərilməsinin qanunsuz hesab edilməsi, xəbərdarlığın, iş təklifi barədə bildirişin və aktın etibarsız hesab ed ilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)3**3/2*24 nömrəli, 6 iyun 2*24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 noyabr 2*24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 1996-cı ilin fevral ayından "xxxx" QSC-nin Mühafizə Departamentində işləmiş, həmin təşkilatda müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirmiş, sonuncu vəzifəsi QSC-nin Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi vəzifəsində olmuşdur. 2. "xxxx" QSC-nin “Boş vəzifə üzr ə əmək funksiyasının icrasının müvəqqəti həvalə edilməsi haqqında” *1.*3.2*23-cü il tarixli 13-1/3-1713*1*/2*23 saylı əmrinə əsasən, Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən *1.*3.2*23-cü il tarixdən *1.*6.2*23-cü il tarixədək boş olan Mühafizə Departamentinin rəis vəzifəsini müvəqqəti icra edən təyin edilmişdir. 3. "xxxx" QSC-nin “Boş vəzifə üzrə əmək funksiyasının icrasının müvəqqəti həvalə edilməsi haqqında” *3.*6.2*23-cü il tarixli 13-1/3-172*295/2*23 saylı əmrinə görə, Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən *5.*6.2*23-cü il tarixdən *5.*9.2*23-cü il tar ixədək boş olan Mühafizə Departamentinin rəis vəzifəsini müvəqqəti icra edən təyin edilmişdir. 4. "xxxx" QSC-nin Müşahidə Şurasının iclasının *3.*7.2*23-cüil tarixli 2 nömrəli protokolu ilə, QSC-nin Gürcüstan filialının Əsasnaməsinin təsdiq edilməsi, QSC ilə aidiyyəti şəxslər arasında əqdlərin təsdiq edilməsi, QSC-nin yeni korporativ strukturunun təsdiq edilməsinə razılıq verilməsi qərara alınmışdır. 5. "xxxx" QSC-nin yeni korporativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırma”da göstərilmişdir ki, “QSC-nin korporativ strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinin layihəsi hazırlanmışdır. Hazırda ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarətdir. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filial daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4931658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılır.
6. Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən QSC-nin Mühafizə departamentinin “Yuklərin və obyektlərin mü hafizəsi şöbəsi”nin rəisi İddiaçı 18.*7.2*23-cü il tarixdə “əmək müqaviləsinin ləğv edilməsi barədə” 71 saylı xəbərdarlıq ünvanlanmış, xəbərdarlıqda aşağıdakılar göstərilmişdir: "xxxx" QSC-nin Mühafizə departamentində aparılmış struktur dəyişikliklərin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən sözügedən xəbərdarlıq müdddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Həmçinin qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Eyni zamanda ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2*23-2*25-ci illər üçün X12”in 4.7.1-ci yarımbəndi ilə ştatı n ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 misli miqdarında birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur”. 7. "xxxx" QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmrinə əsasən, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin yeni korporativ strukturu təsdiq edilmiş, ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq olunmuşdur. 8. "xxxx" QSC-nin Mühafiz ə Departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı tərəfindən Mühafizə Departamentinin rəisi vəzifəsini icra edən Tikrar Quliyevə, surəti İnsan resursları İdarəsinin rəisi Ceyhun Nağıyevə 25.*7.2*23-cü il tarixdə məktub ünvanlanmış, məktubda, ADY-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliklərinə əsasən Mühafizə departamentinin bir sıra ştat vahidlərinin, həmçinin həmin departamentdə tutduğu “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi ştat vahidinin ixtisar olunması barədə 19.*7.2*23-cü il tarixdə xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, həmin vaxtdan etibarən dəfələrlə müraciət etsə də, struktur dəyişikliklərinə uyğun təsdiq edilmiş yeni ştat cədvəlinin ona təqdim edilmədiyi vurğulanaraq, ADY-nin sədrinin QSC-nin yeni korporativ strukturunu n və ştata cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 sayl əmri ilə təsdiq edilmiş Mühafizə departamentinin 2*23-cü il üzrə ştat cədvəli ilə tanış edilməsinin təmin olunması xahiş edilmişdir. 9. "xxxx" QSC-nin 28.*7.2*23-cü il tarixli 13-1/3-92281/2*23 saylı əmri ilə Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 31.*7.2*23-cü il tarixdən Mühafizə Departamentinin rəisi vəzifəsinə keçirilmiş, əmrə əsas kimi T.S.Quliyevin ərizəsi və onunla 3*.11.2*22-ci il tarixdə bağlanmış 139 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 2 nömrəli əlavə razılaşma göstərilmişdir. 10. "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisinin şəxsi heyətin fiziki haz ırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən QSC-nin Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı ünvanlanmış “İş təklif edilməsi barədə” 26.*7.2*23-cü il tarixli 1*7 saylı məktubda aşağıdakılar göstərilmişdir: "xxxx" QSC-nin (ADY) Mühafizə departamentinin bir sıra ştat vahidləri, həmçinin tutduğunuz həmin departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi vəzifəsi üzrə mövcud olan ştat vahidi ixtisar olunmuşdur. Ştat vahidinin ixtisarına dair bildiriş 19.*7.2*23-cü il tarixdə sizə təqdim olunmuşdur. Sizə halhazırda vakant olan ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilir. Xəbərdarlıq müddətli ərzində təklif olunan vəzifəyə münasib ət bildirməyiniz xahiş olunur. Əks halda xəbərdarlıq müddəti bitdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) sizinlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək”. 11. "xxxx" QSC-nin İnsan resursları idarəsinin rəis müavini X8, Mühafizə Departamentinin şəxsi heyətin fiziki hazırlığı üzrə departament rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən X4, İnsan resursları şöbəsinin rəisi X6, İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi X5, Mühafizə Departamentinin X9 Komitəsinin sədri Əlizadə Mehman Vəkil oğlu tərəfindən tərtib edilmiş 26.*7.2*23-cü il tarixli aktda göstərilmişdir ki, departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı təqdim edilmiş 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifindən imtina etmişdir.
12. İddiaçı "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisi Tikrar Quliyevə ünvanladığı *1.*8.2*23-cü il tarixli ərizəsində aşağıdakıları göstərmişdir: “Məlum olduğu kimi "xxxx" QSC-nin sədrinin 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 saylı müvafiq əmri ilə Mühafizə Departamentinin 2*23-cü il üzrə yeni ştat cədvəli təsdiq edilmişdir. Fəaliyyət istiqamətləri üzrə müvafiq Dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən “Yüklərin və obyktlərin mühafizəsi şöbəsi”nin yeni təsdiq edilmiş həmin ştat cədvəlində “Xidmətin təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq, Mühafizə departamentinin xidmətin təşkili şöbəsinin rəisi vəzi fəsinə uyğun yeni xidməti vəsiqənin mənə verilməsini və hazırda qüvvədə olan müqavilə tərəfi olduğum əmək müqaviləsində şöbənin adında müvafiq qeydlər edilməsinin və ya əgər Xidmətin təşkili şöbəsinin rəisi vəzifəsi adının fərqliliyi baxımından başqa iş hesab edilirsə, mənim vakant olan həmin vəzifəyə keçirilməyimin təmin olunmasını xahiş edirəm”.
13. Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin rəisi Tikrar Quliyev tərəfindən İddiaçı ünvanlanmış 25.*8.2*23-cü il tarixli 13-118/2-Ş-3493/1-1/2*23 saylı məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına, X3 Bakı şəhər idarəsinə ünvanlanmış 26.*7.2*23-cü il tarixli, "xxxx" QSC-yə ünvanlanmış 1*.*8.2*23-cü il tarixli müraciətinə aidiyyəti üzrə Mühafizə depart amentində baxılmışdır. Qapalı Səhmdar Cəmiyyətin Mühafizə departamentinin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən tutduğu şöbə rəisi ştatı da ixtisar olunmuşdur. Həmçinin ona qanunvericiliklə müəyyən edilən hüquq və təminatları barədə məlumatların əks olunduğu rəsmi xəbərdarlıq (bildiriş) məktubu təqdim edilmiş, struktur dəyişikliklərin aparılması ilə bağlı iş təklifi edilmiş, lakin o, iş təklifindən imtina etmişdir”. 14. "xxxx" QSC-nin Mühafizə departamentinin X9 Komitəsinin 96 nömrəli 13.*9.2*23-cü il tarixli iclas protokoluna əsasən, QSC-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliyinə uyğun olaraq Mühafizə departamentin in “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatından və 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. 15. "xxxx" QSC-nin Mühafizə Departamentinin 2*.*9.2*23-cü il tarixli 13-1-18/31*-6632/2*23 nömrəli əmri ilə, Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21.*9.2*23-cü il tarixdən Azərbaycan R espublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir.
16. Əmrdə İddiaçıla son haqq-hesabın aparılması, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi dövrdə istifadə etmədiyi 42.4 təqvim günü (17.*9.2*21-17.*9.2*22-ci iş ili üçün 12 təqvim günü, 17.*9.2*22-17.*9.2*23-cü iş ili üçün 3* təqvim günü, 16.*9.2*23-21.*9.2*23-cü iş ili üçün *,4 təqvim günü) əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin, habelə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsini təmin etməsi Mühafizə departamentinin İnsan resursları şöbəsinə tapşırılmış, əmrə əsas kimi ADY-nin 13.*7.2*23-cü il tarixli 13-1/3-5- 22*11/2*23 nömrəli əmri, Mühafizə departamentinin X9 Komitəsinin 13.*9.2*23-cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarış göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, ştat cədvəlinin təqdim olunması ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X2 göndərilməsinin, ona münasibətdə aparılmış ştat ixtisarının qanunsu z hesab olunması, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6632/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv olunması, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əvvəlki “Yüklərin və obyektlərin mühafizəsi”, hazırkı “Xidmətin təşkili” şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması, məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 1996-cı ilin fevral ayından indiki "xxxx" QSC-nin Mühafizə Departamentində işləmiş, həmin təşkilatda sıravi (atıcı) vəzifəsindən şöbə rəisinə qədər müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirərək 27 ildən artıq əmək təcrübəsi əldə etmişdir. ADY Mühafizə Departamenti rəhbərliyi ADY sədrinin “ADY-nin yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə” 13.*7.2*23-cü il tarixli 13-1/3-522*11/2*23 saylı əmrindən sui-istifadə edərək ixtisar adı altında tutduğu müvafiq ştat vahidinin guya ixtisar olunması barədə 19.*7.2*23-cü il tarixində ona xəbərdarlıq təqdim etmiş, bundan sonra hüquqlarını qərəzli şəkildə dəfələrlə pozmuş, daha sonra müvafiq əmrlə onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İddiaçı hesab etmişdir ki, ona təqdim olunmuş 18.*7.2*23-cü il tarixli 71 saylı xəbərdarlıq etibarsız, əmək müqavilənin ləğv olunması haqqında əmr və həmin əmrə əsas kimi göstərilən ştat ixtisarı qanunsuz və əsassızdır. Bütün bunlar işəgötürənin ona qarşı aşkar qərəzli münasibətinin nəticəsidir və hüquqlarını kobud şəkildə pozur. Təqdim edilmiş xəbərdarlıqla bağlı bildirmişdir ki, bu xəbərdarlığı imzalayaraq ona işəgötürən qismində təqdim etmiş Departament rəisinin şəxsi heyətin fiziki hazırlıq üzrə müavini Tıkrar Quliyev ADY sədrinin *1.*3.2*23-cü il tarixli 13-1/3-17-13*1*/2*23 saylı əmri ilə Departament rəisinin vəzifəsini *1.*3.2*23-cü il tarixdən müvəqqəti icra etməyə başlamış, onun bu səlahiyyət müddəti *1.*6.2*23-cü il tarixdə başa çatmışdır. T.Quliyev isə işəgötürən qismində çıxış edərək qeyd edilən xəbərdarlığı 18.*7.2*23-cü il tarixdə, bu səlahiyyət müddəti başa çatdıqdan sonrakı dövrdə imzalamışdır. ADY sədrinin *3.*6.2*23-cü il tarixli 13-1/3-17- 2*295/2*23 saylı digər əmri ilə onun bu səlahiyyətləri *5.*9.2*23-cü il tarixədək uzadılsa da, sonuncu əmr Azərbaycan Respublikası ƏM-nin 61.3-cü maddəsinin tələblərınə ziddir. T.Quliyevin göstərilən səlahiyyətlərinin uzadılması ilə bağlı ADY sədrinin *3.*6.2*23-cü il tarixli 13-1/317-2*295/2*23 saylı əmri qanunun normasının tələblərini aşkar şəkildə pozmuşdur. Ona görə də hesab etmişdir ki, həmin əmr və əmrin verdiyi səlahiyyətlər qanuni hesab edilməməli, qeyd olunmuş səlahiyyətlərə malik olmayan şəxs tərəfindən imzalanaraq təqdim edilmiş xəbərdarlıq məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Ona təqdim edilmiş xəbərdarlıqda “Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi” ştatının ixtisar olunması göstərilmiş və aparılmış ştat ixtisarının əsası kimi ADY sədrinin müvafiq əmrinə istinad edilmişdir. ADY sədrinin istinad edilən 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 saylı əmrindən də göründüyü kimi həmin əmr korporativ strukturun və ştat cədvəllərinin təsdiq edilməsi haqqında olub hər hansı ştat ixtisarını özündə ehtiva etmir. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan müvafiq yüklərin mühafizə və müşayiəti, həmçinin oğurluq və digər qeyri-qanuni qəsdlərlə mübarizə üzrə Mühafizə Departamentinin yeganə xidmət şöbəsi olaraq mü hafizə kontingentinin (yerlərdəki mühafizə bölmələrinin) təmin etdiyi mühafizə işlərində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən struktur vahididir (şəxsi işində olan vəzifə təlimatında əksini tapmışdır). Şöbənin adı 2**1-2**2-ci illərədək “Xidmətin Təşkili” şöbəsi, daha sonra bir müddət “Yüklərin və obyektlərin təhlükəsizliyi” şöbəsi, son ştat cədvəli təsdiq edilənə qədər “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsi, hazırkı - yeni ştat cədvəlində isə yenidən “Xidmətin Təşkili” şöbəsi adlandırılmışdır. Buna gorə də təbii ki, xidməti fəaliyyəti mühafizə işlərindən ibarət olan Mühafizə Departamentində yuxarıda qeyd edilmiş mühafizə fəaliyyətləri üzrə xidməti təşkil edən yeganə struktur vahidinin və onun alt struktur vahidlərinin ləğv edilməsi inandırıcı görünmədiyind ən yeni ştat cədvəlinin təqdim olunması haqqında 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı ərizə ilə cavabdeh Mühafizə Departamentinə müraciət etmişdir. Lakin yeni ştat cədvəli ona təqdim olunmamış, həmin ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamış, bununla da cavabdeh Mühafizə Departamenti Azərbaycan Respublikası ƏMnin 12-ci maddəsinin “e” bəndinin tələblərini aşkar şəkildə pozmuşdur. Cavabdeh Departament tərəfindən yeni ştat cədvəlinin ona təqdim edilməməsi və bununla əlaqədar təqdim etdiyi 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58- 3868/2*23 saylı ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmaması qanunsuz və qərəzli hesab edilməlidir. Eyni zamanda ştat cədvəlini hər bir vasitə ilə gizlədən cavabdeh Mühafizə Departamenti 26.*7.2*23-cü il tarixdə ona 1*7 saylı məktubla iş təklifi barədə bildiriş təqdim edərək vəzifəsinə əmək funksiyası və əmək vəzifələri baxımından uyğun olan bir neçə şöbə rəisi, bir neçə böyük mütəxəssis, aparıcı mütəxəssis və mütəxəssis ştatları vakant olmasına baxmayaraq, tutduğu rəhbər kateqoriyasına aid vəzifədən 9 pillə aşağı, fəhlə kateqoriyasına aid ən sonuncu - atıcı (səyyar atıcı) vəzifəsini təklif etməklə qərəzli münasibətini bir daha nümayiş etdirmişdir. Həmin iş təklifi məktubunda xəbərdarlıq müddəti ərzində təklif olunan vəzifəyə münasibət bildirməyi xahiş olunsa da, bununla bağlı qarşıda tam 8 həftə xəbərdarlıq müddətinin olmasına baxmayaraq, bir daha cavabdeh Mühafizə Departamentinin rəhbərliyi ona qarşı qərəzli addım ataraq təklif edilən vəzifədən imtina etməsi haqqında akt t ərtib etmiş, bundan sonra isə xəbərdarlıq müddətinin gedişində Departament rəisi Tıkrar Quliyev ona təklif edilməmiş, yuxarıda göstərilən rəhbər və mütəxəssis kateqoriyasından olan vəzifələrə vakant vəzifə kimi kənardan özünün şəxsi münasibətləri olan, əksəriyyəti pensiyaya çıxarılmış şəxsləri işə qəbul etmişdir. Ştat cədvəli ilə bağlı sonradan ona məlum olmuşdur ki, yeni təsdiq edilmiş ştat cədvəlində nəinki vakant yerlər (boş vəzifələr) ləğv edilməmişdir, hətta əvvəlki ştat sayı ilə müqayisədə ümumilikdə Departament üzrə 1**-ə yaxın ştat vahidi artırılmış, şöbələrin sayı isə əksəriyyətinin adlarında dəyişikliklər edilməklə 5 şöbədən 6 şöbəyə çoxaldılmışdır. O cümlədən “Yüklərin və obyektlərin mühafizəsi şobəsi”nin adı dəyişdirilərək, yeni təsdiq edilmiş ştat cədvəlində “Xidmətin təşkili şöbəsi” kimi qeyd edilmişdir. Ona görə də cavabdeh Mühafizə Departamentinin rəhbərliyinə Fəaliyyət istiqamətləri üzrə müvafiq Dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin, yeni təsdiq edilmiş ştat cədvəlində “Xidmətin təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq onun tutduğu vəzifəyə uyğun olaraq həmin şöbədə vakant hesab edilən şöbə rəisi vəzifəsinə keçirilməsinin təmin olunmasına dair *1.*8.2*23-cü il tarixdə ərizə ilə rəsmi müraciət etmişdir. Lakin cavabdeh Mühafizə Departamenti bu müraciətinə də hər hansı cavab verməmiş və bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “e” bəndinin tələblərini bir daha aşkar şəkildə pozmuşdur. Bu müraciətinə də qanunvericilikdə nəzərdə tutulmuş muddətdə və qaydada baxılmaması qanunsuz və qərəzli hesab edilməlidir. Eyni zamanda, hüquqlarının cavabdeh Mühafizə Departamentinin rəisi Tıkrar Quliyev tərəfindən dəfələrlə pozulması və onun qərəzli hərəkətlərı barədə 1*.*8.2*23-cü il tarixli ərizələrlə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına və "xxxx" QSC-nin sədrinə müraciət etmiş, müvafiq müraciətlər baxılması üçün "xxxx" QSC-yə göndərilmişdir. Cavabdeh "xxxx" QSC müraciətində göstərdiyi xüsusatları araşdırmaq, hüquqlarının pozulmasının və ona qarşı qərəzli hərəkətlərin qarşısının alınması baxımından tədbirlər görmək əvəzinə, “X1” Azərbaycan Respublikası Qanununun 7.13-cü bəndinin tələblərinə zidd olaraq şikayətini araşdırılması üçün şikayət olunan şəxsə Mühafizə Departamentinin rəisi Tıkrar Quliyevə göndərmişdir. T.Quliyev isə ərizəsində göstərilmiş xüsusatların təbii olaraq hər hansı birini araşdırmadan tutduğu ştat vahidinin ixtisar olunması və ona bu barədə xəbərdarlıq təqdim edilməsi haqqında məlumat vermişdir.Əmək müqavilənin ləğv edilməsi barədə cavabdeh Departamentin əmrinin hər hansı hüquqi əsası yoxdur və həmin əmr ləğv edilməlidir. Konkret olaraq “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin bir struktur vahidi və ya həmin şöbənin rəisi vəzifəsinin bir ştat vahidi kimi ixtisar edilməsinin zəruriliyini əsaslandıran hər hansı əmr və ya tənzimləyici akt yoxdur. Həmçinin mübahisəli əmrdə istinad edilən ADY-nın 13.*7.2*23-cü il tarixli əmri də yuxarıda qeyd edildiyi kimi hər hansı ştat vahidinin ləğv edilməsinin əsaslandırılması ilə əlaqədar deyildir. İşəgötürən qismində çıxış edən cavabdeh Departament heç bir ixtisar olmadığı halda ştat vahidlərinin adlarının dəyişməsini bəhanə etmiş, əmək hüquqlarını pozmuş, 16**-dən artıq kontingenti olan Departamentdə hamını öz vəzifəsinə uyğun vəzifələrə keçirdiyi halda, onun da vəzifəsinə uyğun olan və xəbərdarlıq müddətində vakant olan kifayət qədər vəzifə olmasına baxmayaraq, hər hansı uyğun vəzifəyə keçirilməsini təmin etməmiş, ayrı-seçkiliyə yol vermiş, məcburi köçkünlüyü kimi diqqətəlayiq halları qətiyyən nəzərə almamış və aşkar şəkildə qərəzli münasibət nümayiş etdirərək əmək müqaviləni ləğv etmək haqqında əmr vermişdir.
19. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazını o nunla əsaslandırmışdır ki, “ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmri ilə ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Müvafiq əmrə əsasən ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Mühafizə Departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəis ştatı ixtisar edilmişdir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən iddiaçıya ADY-nın mühafizə departamentinin 18.*7.2*23-cü il tarixli 71 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 19.*7.2*23-cü il tarixdə təqdi m edilmiş, lakin iddiaçı bildirişi imzalamaqdan imtina etmişdir. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Xəbərdarlıq müddəti ərzində 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli məktubla iddiaçıya həmin vaxtda ADY-nın Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilmiş, lakin həmin tarixli akta əsasən iddiaçı təklif edilmiş işlərdən imtina etmişdir. Həmçinin, İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə 13.*9.2*23cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarışa əsasən "xxxx" QSC Mühafizə departamentinin X9 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra 2*.*9.2*23-cü il tarixli 13-1-18/31*-6632/2*23 nömrəli əmrlə Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsinin rəisi İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Mühafizə depa rtamentinin rəisi vəzifəsini həm müvəqqəti icra zamanı, həm də həmin vəzifəyə təyin olunduğu müddətdə Quliyev Tıkrar ADY sədrinin əmrinə əsasən işəgötürən səlahiyyətinə malik olmuşdur. Bu hissədə də iddia tamamilə əsassızdır. ADY-nin aparatı və tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarət idi. Korporativ strukturun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmrlə ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Həmin ştat cədvəlinə əsasən yeni korporativ strukturda 12 struktur bölmə ləğv edilmiş, 7 struktur bölmə ya radılmış, hal-hazırda 26 struktur bölmə fəaliyyət göstərir. ADY-də struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidi azaldılmışdır. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4 931 658,44 manat (vergilər daxil) məbləğində qənaət olunmuşdur. Eyni zamanda, Mühafizə Departamentində 13.*7.2*23cü il tarixli, 13-1/3-5-22*11/2*23 nömrəli ştat cədvəlinə əsasən 692 ştat ixtisar edilmişdir. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi və həmin şöbədəki bütün ştat vahidləri ləğv edilmişdir. Müvafiq departamentdə ixtisara düşmüş ştatları tutan 637 nəfər işçi onlar üçün təklif olunan digər vəzifə və peşələrə keçirilmişdir. İddiaçının çalışdığı şöbə və vəzifə ixtisara düşdüyündən ona həmin dövrdə vakant olan ştatlar üzrə iş təklifi edilmiş, iddiaçı isə həmin təklifi qəbul etməmişdir. O hesab etmişdir ki, ona öz vəzifəsinə uyğun, yəni şöbə rəisi vəzifəsinə uyğun analoji iş təklifi olunmalıdır. Lakin məhkəməyə təqdim etdikləri siyahıya uyğun olaraq məlum olur ki, həmin dövrdə vakant şöbə rəisi vəzifəsi olmamışdır. İddiaçıya uyğun vakant olan vəzifələr ona təklif edilmişdir. Həmçinin Əmək Məcəlləsində işəgötürənin ştat ixtisarı zamanı işçini əvvəlki vəzifəsinə uyğun vəzifəylə təmin etmə öhdəliyi yoxdur. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi Xidmətin təşkili şöbəsi isə yeni yaradılmış şöbədir, fəaliyyət istiqamətləri, əsasnamələri ləğv edilmiş Yüklərin və obyektlərin mühafizəsi şöbəsi ilə tamamilə fərqlidir, həmçinin, həmin şöbədə şöbə rəisi vəzifəsi mövcud deyildir. Ümumiyyətlə, hal-hazırda iddiaçının tələbi üzrə əmək şəraitinin şərtləri əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun vakant vəzifə yoxdur. İddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinə əlavə edilmiş "xxxx"-nin Mühafizə Departamentinin əsasnaməsi və daxili yazışma sənədləri qeyri-qanuni yolla əldə edilmiş, iddiaçı cavabdehin kommersiya sirrini qanunsuz yaymışdır. İddiaçı təqdim etdiyi sənədlər qəbul edilməməlidir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-587/2*24 nömrəli iş üzrə 8 fevral 2*24-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini qadağan edən heç bir bənd müəyyən edilməmiş və içşilərin ixtisarı zamanı isə üstünlük hüququnu tanıyan normanın təsir dairəsinə də düşməmişdir. Bundan əlavə isə işə götürən tərəfindən iddiaçıya mütləq işin təklif edilməsi (iş çi tərəfindən seçilərək) qanunvericilikdə nəzərdə tutulmamışdır. Ştat ixtisar edilərkən iddiaçıya "xxxx" QSC-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı vəzifəsi və səyyar atıcı vəzifəsi təklif edilmiş, lakin iddiaçı bu təklifdən imtina etmişdir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun 9 təqvim həftə əvvəl işəgötürən tərəfindən xəbərdar olunmuş, hətta xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.
23. İddiaçı tərəfindən səsləndirilən cavabdehin ixtisarlar aparmasının qanunsuz hesab edilməsi hissəsi tamamilə əsassızsır. "xxxx" QSC-nin yeni korpor ativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırmasından görünür ki, QSC-nin korporativ strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinin layihəsi hazırlanmışdır. ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarət olmuşdur. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filialı daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bunun la da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2*21-ci il 3* mart tarixli 2548 nömrəli Sərəncamına əsasən ADY-nin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək Müşahidə Şurasının səlahiyyətlərinə aiddir. Həmçinin QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-522*1/2*23 saylı əmrinə əsasən, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin yeni korporativ strukturu təsdiq edilmiş, ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Bu isə onu de məyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qərəz aşkar edilməmiş, cavabdeh orqan tərəfindən 6** yaxın işçi ixtisarı nəzərdə tutularaq həyata keçirilmişdir.
24. Məhkəmə hesab etmişdir ki, bu səbəbdən cavabdeh təşkilatı tərəfindən qəbul edilmiş 2*.*9.2*23-cü il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş əmrin ləğv edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də iddia təmin edilməməlidir.
25. Məhkəmənin iddiaçının cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş materiallarına, həmçinin tərəflərin izahatlarına əsasən ona edilmiş təklif cavabdehin humanizm prinsiplərindən irəli gəlmiş və əmək qanunvericiliyin bununla bağlı mütləq tələbinin olmadığı (ixtisar zamanı təklifin edilməsi) müəyyən edilmişdir. Bu halda iddiaçının bu hala istinad etməsi əsassız hesab edilməlidir.
26. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi 2*.*9.2*23-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan, digər tələblər - onun "xxxx" QSC-nin Mühafizə Departamentinin əvvəlki “Yüklərin və obyektlərin mühafizəsi”, hazırkı “Xidmətin təşkili” şöbəsinin rəisi vəzifəsinə, qətnamənin icr ası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması və məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.
27. Məhkəmə iddiaçının ştat cədvəlinin təqdim edilməsı ilə əlaqədar 25.*7.2*23cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi, Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs Tıkrar Quliyevə göndərilməsinin qanunsuz hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsi tərəfindən qanunauyğun qaydada cavab verilmişdir, iddiaçının həmin cavab məktubu ilə razı olmaması onun qanun pozuntusu olması mənasına gəlməməlidir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 12, 68, 7*, 77, 78 və 79-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmamış bununla da qanunsuz qətnamə qəbul edilmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-3**3/2*24 nömrəli, 6 iyun 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov-sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Xumar Mərdanova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmə k hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün sui-istifadə edir.
33. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə i sə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" QSC-də ixtisar QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmr əsasında aparılmış, həmin əmrlə müəssissənin yeni ştat cədvəli təsdiq edilmiş, məqsədin ADY-də “işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırmasının təmin edilməsi” olduğu göstərilmişdir. 35. "xxxx" QSC-nin yeni ştat cədvəlinə əsasən, yeni korporativ strukturda 12 struktur bölmə ləğv edilmiş, 7 struktur bölmə yaradılmış, struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidi azaldılmış, Mü hafizə Departamentində 13.*7.2*23-cü il tarixli 13-1/3-522*11/2*23 nömrəli ştat cədvəlinə əsasən 692 ştat ixtisar edilmiş, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” və həmin şöbədəki bütün ştat vahidləri ləğv edilmişdir. Başqa sözlə, iddiaçıya münasibətdə onun işlədiyi ştatın ixtisarı həyata keçirilmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən olunan halına görə, müvafiq Departamentdə ixtisara düşmüş ştatları tutan 637 nəfər işçi onlar üçün təklif olunan digər vəzifə və peşələrə keçirilmiş, iddiaçı isə ona təklif olunan işi qəbul etməmişdir.
37. İddiaçının, ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentlərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüy ü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.
38. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı, Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır.
39. Bundan başqa, "xxxx" QSC-də ixtisarın aparılmasına əsas təşkil edən 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
40. Digər tərəfdən işin halları ilə müəyyən olunmuşdur ki, cavabdeh müəssisədə ümumilikdə 692 nəfər ixtisar prosesinə cəlb edilmişdir və bu səbəblə də iddiaçıya qarşı ayrı-seçkiliyə yol verildiyi arqumenti əsaslı hesab oluna bilməz.
41. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndin ə, 42, 7*-ci maddənin “b” bəndinə, 71-ci maddənin 1-ci hissəsinə, 76-cı maddənin 2-ci hissəsinə, 77, 78-ci maddənin 1-ci hissəsinə, 79, 8*-ci maddənin 1-ci hissəsinə, 3**-cü maddənin 1-ci hissələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, və iddianın bütünlüklə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Şikayət iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış,əlavə oalarq qeyd edilmişdir ki, ki, cavabdeh iddiaçıya əvvəlki vəzifəsi (şöbə rəisi) 11-ci ödəniş dərəcəli rəhbər kateqoriyası olduğu halda, ödəniş dərəcələri vəzifəsinə yaxın olan (7,8 və 9) qeyd edil ən həmin 7 vakant mütəxəssis ştatlarından hər hansı birini deyil, həm fiziki imkanlarına və yaşına, həm də əmək şəraitinin şərtlərinə tamamilə kəskin zidd olan 3-cü ödəniş dərəcəli fəhlə kateqoriyalı atıcı işi təklif etməklə bu iş təklifini qəbul edə bilməmək məcburiyyəti yaradaraq qərəzli münasibət nümayiş etdirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsinin yolverilməzliyi prinsipini önə çəkərək, qanunun boşluğundan istifadə edən cavabdehin bu hərəkətini qanunsuz və qərəzli hesab etmək əvəzinə, öz hüquqi mövqeyini “iddiaçı ona təklif edilən işi qəbul etməmişdir” kimi ifadə edərək cavabdehin qanunsuz və qərəzli hərəkətini hüquqi çərçivəyə yerləşdirməyə çalışmışdır.Səlahiyyətli orqanın razılığı olmadan Mühafizə Depart amentində hansısa şöbənin ləğv edilməsinin və əlavə olaraq 692 ştat vahidinin də ixtisar edilməsinin cavabdeh tərəfindən özbaşına həyata keçirilməsini məhkəmə qanun pozuntusu kimi qiymətləndirməyərək düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin öz hüquqi mövqeyini “Həmçinin qeyd olunmalıdır ki, "xxxx" QSC-də ixtisarın aparılmasına əsas təşkil edən 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir” kimi ifadə edərək bir daha yanlış nəticəyə gəlmişdir. Cavabdeh iddiaçının ştat cədvəlinin təqdim edilməsi ilə bağlı 25.*7.2*23-cü il tarixli və uyğun vəzifəyə keçirilməsi ilə əlaqədar *1.*8.2*23-cü il tarixli ərizələrinə cavab verməməklə qanunun müvafiq normasının tələblərini aşkar pozduğu halda məhkəmə qeyd edilən maddi hüquq normasını t ətbiq etməməklə düzgün olmayan qərar qəbul etmişdir.
44. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “e” bəndi, 71.3, 78-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
46. Maddə 11 (bənd “ə”). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
47. Maddə
42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsini n tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
48. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: -b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
49. Maddə 71 (hissə 1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
50. Maddə 76 (hissə 2). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
51. Maddə 77.
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqd a bu Məcəllənin 7*-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; -beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının *,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta a ylıq əməkhaqqının *,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
52. Maddə 78 (hissə 1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək f unksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
53. Maddə
79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyət də, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
54. Maddə 8* (hissə 1). Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
55. Maddə 3** (hissə 1). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədə n işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.2. Qətnamə müba hisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
60. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sürülmüşdür, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
66. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
67. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-3**3/2*24 nömrəli iş üzrə *6 iyun 2*24-cü il tarixli qətnaməsi id diaçı İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.