Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3281/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məlumatın təkzib edilməsi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "məlumatın təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2907/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 noyabr 2024-cü il tarixdə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramova şikayət ərizəsi ünvanlamışdır. Şikayət ərizəsində aşağıdakılar göstərilmişdir: "Hörmətli Ceyhun müəllim! Bununla bildirmək istərdim ki, uzun illərdi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, Azərbaycan Respublikasına mərmər daşlarının idxal edilərək pərakənda satışının təşkil edilməsi həyata keçirdirəm. Təxminən 3 il bundan öncə mənimlə qonşuluqda yaşayan İddiaçı satış məntəqəsinə yaxınlaşaraq mərmər daşı almaq istədiyini bildirdi. Söhbət əsnasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məsul vəzifədə çalışdığını bildirərək özünə etibar qazandı. Tərəfimdən İddiaçı istədiyi bütün mərmər daşları verildi. Satışı həyata keçirilmiş mərmər daşlarının ümumi dəyəri 23620.00 (iyirmi üç min altı yüz iyirmi) manat təşkil edir. Sözügedən pul vəsaiti bu günədək İddiaçı tərəfindən ödənilmir. Dəfələrlə borclu olduğu pul vəsaitini ödəməsini xahiş etsəm də, İddiaçı uzun illərdi qərəzli olaraq ödəniş etməkdən yayınır. Xarici İşlər Nazirliyində işləməsini əsas gətirərək ona qarşı hüquqi təsir tədbirlərinin görülməsinin qarşısını alır. Artıq əlacsız qaldığım üçün sizə müraciət edərək xahiş edirəm ki, İddiaçı barəsində müvafiq araşdırmanın aparılmasını və mənə borclu olduğu 23620.00 (iyirmi üç min altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsində köməklik göstərəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İ ddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 23.1, 23.2, 23.4, 1096.1 və 1096.2-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh tərəfindən onun, yəni İddiaçı işgüzar nüfuzuna vurulmuş ləkənin təkzib olunması və Cavabdeh mənəvi zərərə görə 8000 manat məbləğində kompensasiyanın tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, o, uzun illərdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Azərbaycan Respublikasına mərmər daşlarının idxal edilərək pərakəndə satışının təşkil edilməsini həyata keçirdir. Hazırki iş üzrə İddiaçı ilə aralarında olan münasibətlər qonşuluğunda yaşayan İddiaçı atası X3 vasitəsilə olmuşdur. Belə ki, Malik Məmmədzadə satış məntəqəsinə yaxınlaşaraq mərmər daşı almaq istədiyini bildirmiş, söhbət əsnasında oğlu İddiaçı Xarici İşlər Nazirliyində məsul vəzifədə çalışdığını bildirmişdir. Tərəfindən hazırki iş üzrə iddiaçının atasına ümumi dəyəri 23620 manat təşkil edən mərmər daşları verilmiş, mərmər daşlarının dəyəri ödənilmədiyindən Malik Məmmədzadə ilə əlaqə saxlamış, sonuncu xəstəliyi ilə əlaqədar mərmər daşlarının pulunu xərclədiyini, pulun əvəzinə isə şəxsi avtomobilini təklif etsə də, o, aralarında yaranmış səmimi münasibətə görə imtina etmişdir. Sonradan hazırki iş üzrə iddiaçının atası vəfat etmiş, vəfat etməmişdən qabaq oğluna zəng edərək "Range Rover” markalı avtomobili satmasını və on a olan borcu ödəməsini bildirmişdir. X7 vəfat etdikdən sonra oğlu İddiaçı ödənişi etməkdən yayınmış, bu səbəbdən də, o, məcbur olaraq iddiaçının işlədiyi yerə müraciət etmək qərarına gəlmişdir.
4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-927/2024 nömrəli iş üzrə 7 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (X9)
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının iş yerinə ünvanlanan müraciətdə qeyd edilən məlumat doğru olmaqla yanaşı həmin məlumatın əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəyin yaratması mötəbər sübutlarla təsdiq edilmədiyindən həmin məlumat iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumat hesab edilə bilməz. Həmçinin iddiaçı həmin müraciətdən sonra iş yerində, əmək münasibətlərində hər hansı zərərə məruz qaldığı ilə bağlı sübutları da məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi iddiaçının mənəvi ziyan tələbini də əsaslı hesab etməmişdir. Belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir.
6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46, 71-ci maddəsinin İ, İİ hissələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23.1, 23.2, 23.4-cü; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.4; 216-220, 227, 233 və 360cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 2(001)927/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı şikayətini iddia ə rizəsi ilə eyni məzmunda əsaslandırmaqla, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh heç bir zaman tanınmamış, aralarında heç bir zaman hər-hansısa mal- materialın alğı-satqısı baş tutmamışdır. Bu fakt cavabdeh özü tərəfindən məhkəmə prosesində etiraf edilərək ondan İddiaçı tərəfindən hər hansısa malın alınmadığını bildirmişdir. Cavabdeh yazmış olduğu şikayətin mətnindəki məlumatların yalan olduğunu və onu təsdiq edəcək hər hansı bir sübutun olmadığını bildiyindən, məhkəmə prosesində malların İddiaçı tərəfindən deyil, atası mərhum Məmməzadə Malik tərəfindən alındığını iddia etmişdir. Halbuki həmin fakt da həqiqətə uyğun deyildir. Çünki şikayət ərizəsinin mətnindən aydın olur ki, malların 3 il əvvəl alındığı qeyd edilir. Həmin zaman, yəni 2020-ci ildə Məmmədzadə Malik artıq vəfat etmiş di. Məhkəmə öz qətnaməsində qeyd edir:.”...iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir” Mənəvi sarsıntının növləri mövcud deyildir. Mənəvi sarsıntı kənarda baş verən mənfi hadisələrə görə daxildə formalaşan iztirabdır. Məhkəmə qeyd edilən halları və maddi normaları düzgün tətbiq etməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2907/2024 nömrəli mülki iş üzrə 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(001)-927/2024 saylı işi üzrə 07 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X2 (sədrlik edən və məruzəçi), X8 və X1).
10. Apellyasiya instansiya məhkəməsini n mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bundan əlavə qeyd olunmuşdur ki, vətəndaşların müraciəti barədə qanunvericilik məlumatların yayılmasını və müraciətə görə vətəndaşın təqib edilməsini qadağan edir.
11. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46 və 57-ci maddələri, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun 12.4, 12.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi, Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 9.3, 14, 76, 77, 78.1, 80-82, 88, 106.2, 119.1, 217, 220, 372.2, 385-390, 392, 393, 402-406-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 7 №-li 14 may 1999-cu il tarixli Qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(103)-2907/2024 qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı kassasiya şikayətini iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırmışdır
14. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ və Vİİ hissələri, 127-ci maddənin İİ hissəsi, 129-cu maddənin İİİ hissəsinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 41ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 23.1, 23.2, 23.4, 157.4, 600, 747,1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 9.1, 14.1, 88, 217.1, 217.3-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 saylı 14 may 1999-cu il tarixli Qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə
46. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
17. Maddə
46. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
18. Maddə
57. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Maddə
57. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai bir liklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 2
0. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
21. Maddə 23.3.Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır.
22. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzini n ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir.
27. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Q anunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair d əlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
35. Beləliklə də, məh kəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2907/2024 nömrəli, 3 iyun 2024cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir