Məhkəmə qərarları › İş №2(102)-3290/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3290/2021

09.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3290/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qızma qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmlak xarakterli iddianın qiymətinin iki min manatdan az olması səbəbindən kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4368/2019 nömrəli iş üzrə 02 dekabr 2019-cu il tarixli qətnaməsindən ca vabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2017-ci tarixli, 2(076)-448/2017 saylı qətnamə ilə uşağın saxlanılması üçün ondan tutulan 100 manat aliment öhdəliyinə xitam verilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (hakim Z.İmanov) 17 sentyabr 2019-cu il tarixli, 2(076)2943/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv ed ilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynzadə - sədrlik edən və məruzəçi, L.Süleymanov və İ.Şəfiyev) 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, iş üzrə Şəmkir rayon məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının Şəmkir rayon məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Mətanət Hüseynovanın saxlanılması üçün Cavabdeh ödəməli olduğu alimentin ödənilməsindən azad edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 02 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58, 75, 78-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmiş, məhkəmə qətnaməsi yalnız şifahi mülahizələrə əsasən qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək iş üzrə verilmiş kassasiya şikayətinin təmin edilməməsini Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)4368/2019 nömrəli iş üzrə 02 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 404-1 Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şi kayəti verilə bilməz. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Hazırki iş üzrə iddianın qiyməti 2000 (iki min) manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddiaçıdan tutulan alimentin miqdarı aylıq 100 manat olduğundan, onun 1 illik həcmi 1200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsində yalnız əmlak xarakterli iddialar üzrə qətnamələrdən verilən kassasiya şikayətlərinin mümkünlüyündən bəhs edildiyindən, həmin normanın tələbləri qeyri-əmlak xarakterli iddialar üzrə qətnamələrə şamil olunmur (məsələn, vurulmuş mənəvi ziyana görə pul tələbi və s.). Buna görə də, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən yalnız əmlak xarakterli iddianın qiyməti nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 26.04.2021-ci il tarixli 2(102)-3290/2021 nömr əli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 404-1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4368/2019 nömrəli iş üzrə 02 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26.04.2021-ci il tarixli 2(102)-3290/2020 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar