Məhkəmə qərarları › İş №2(102)-3293/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3293/2023

23.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3293/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3293/2023 (Açar sözlər: apellyasiya şikayəti üzrə аpellyаsiyаnın qeyri-mümkün hesаb edilməsi, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-843/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərardadından İddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MTK (bundan sonra – iddiaçı və ya MTK) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi layihə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2 (025)-589/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddiaçının cavabdehə qarşı “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-843/2023 nömrəli mülki iş üzrə 21 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rövşən Rəfiyev) birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi 02 may 2023-cü il tarixdə iddiaçının “Elektron Məhkəmə informasiya sisteminə” yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Qeyd olunan qətnamə 02 may 2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı qətnamədən ona rəsmi təqdim edildikdən 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 1 ay müddət 02 iyun tarixində bitməsinə baxmayaraq, 6 gün keçdikdən sonra 08 iyun 2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməklə vermişdir.

6. Məh kəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 357, 360, 361, 364, 366-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi üzrə apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılm ası üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə iddiaçıya poçt vasitəsilə xx.xx.2023cü il tarixdə çatdırılmışdır. MPM-in 135.6-cı maddəsinin göstərişinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər orada qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunun bu normasının imperativ tələbinə görə mülki işlər üzrə işdə iştirak edən şəxslərə dair məhkəmə sənədlərinin təkcə həmin şəxslərin “Elektron məhkəmə” in formasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməsi bu sənədlərin həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması kimi qiymətləndirilə bilməz. Çünki, Qanunun tələbinə uyğun olaraq, bundan ötrü həm də işdə iştirak edən şəxslərə bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. Həmin məlumatın çatdırılma vasitəsi isə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında yuxarıda qeyd edilən qətnamənin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”də yerləşdiriləndən sonra məhkəmə tərəfindən həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) iddiaçıya məlumatın çatdırılması təsdiqini tapmamış, bununla bağlı heç bir sübuta istinad edilməmişdir. Qanunda müəyyən edildiyi kimi, yuxarıda qeyd edilən qətnamənin “Elektron məhkəmə” informasiya sistemində yalnız yerləşdirilməsi, onun həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) iddiaçının vəkili və nümayəndəsinə çatdırılması kimi qiymətləndirilə bilməz.

10. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 360, 366, 367-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

13. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

14. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı ş əxslər apellyasiya şikayəti verə bilər.

15. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

16. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

17. Maddə 366.2. Əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər.

18. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

23. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem v asitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. İddiaçı tərəf hüquqi şəxsdir və onun elektron kabineti mövcuddur. Qətnamə həmin elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə həmin tarixdə rəsmi çatdırılmış hesab edilir. Buna görə də, apellyasiya məhkəməsi həmin tarixdən hesablanmaqla apelyasiya şikayəti verilməsi üçün müddətin buraxılması nəticəsinə gəlmişdir.

25. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı isə müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etməmişdir.

26. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-843/2023 nömrəli, 21 iyun 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar