Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3311/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2372/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə RS operatoru vəzifəsinə işə qəbu edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmış, işin birinci ayı sınaq müddəti hesab edilmiş, müqavilədə əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-cavabdeh) üzrə xx.xx.2017-ci il tarixli ştat cədvəlinin (çıxarışın) surətinə əsasən RS operatorunun vəzifə maaşı 275 manat, xx.xx.2019-cu il tarixli ştat cədvəlinə əsasən Radiqrafiyanın sınaq operatorunun vəzifə maaşı 379 manat, xx.xx.2019-cu il tarixli ştat cədvəlinin (çıxarışın) surətinə əsasən Radioqrafiya sınaq operatorun vəzifə maaşı 526 manat təşkil edir. 3. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən 2018-ci ilin yanvar ayı üçün cavabdeh tərəfindən iddiaçıya əmək haqqı kimi 1200 manat ödənilmişdir. 4. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci ilin yanvar ayı üçün iddiaçıya əmək haqqı kimi 126,67 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il fevral əmək haqqı kimi 1327,71 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci ilin mart ayı üçün əmək haqqı kimi 1322,74 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il aprel ayı üçün əmək haqqı kimi 2677,09 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il may ayı üçün əmək haqqı kimi 973 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci ilin iyun ayı üçün əmək haqqı kimi 10 62,21 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il iyul ayı üçün əmək haqqı kimi 1064,12 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il avqust ayı üçün əmək haqqı kimi 467,16 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il sentyabr ayı üçün əmək haqqı kimi 378,85 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il oktyabr ayı üçün əmək haqqı kimi 375 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il noyabr ayı üçün əmək haqqı kimi 357,88 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il dekabr ayı üçün avans köçürmə kimi 500 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2018-ci il dekabr ayın üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 394,16 manat, x x.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il yanvar ayın üçün əmək haqqı kimi 573,96 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il fevral ayına 50% əmək haqqı kimi 370,88 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il fevral ayına 50% əmək haqqı kimi 370,87 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il mart ayı üçün əmək haqqı kimi 737,79 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il aprel ayı üçün əmək haqqı kimi 741,39 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu ilin mayı üçün 50% əmək haqqı kimi 368,73 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il may ayı üçün əmək haqqı kimi 368,73 manat, İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il iyun ayı üçün əmək haqqı kimi 932,67 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətinə əsasən 2019-cu il iyul ayı üçün əmək haqqı kimi 926,08 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il avqust ayı üçün əmək haqqı kimi 945,05 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il sentyabr ayı üçün əmək haqqı kimi 946,32 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətinə əsasən 2019-cu il oktyabr ayı üçün əmək haqqı kimi 946,32 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il noyabr ayı üçün əmək haqqı kimi 946,42 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2019-cu il dekabr ayı üçün əmək haqqı kimi 475,76 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasə n 2020-ci il yanvar ayı üçün 50% əmək haqqı kimi 733,90 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il yanvar ayı üçün əmək haqqı kimi 484,77 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il fevral ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 484,77 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən 2020-ci il mart ayı üçün əmək haqqı kimi 484,77 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il aprel ayı üçün əmək haqqı kimi 1190,23 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən 2020-ci il aprel ayı üçün əmək haqqı kimi 1466,67 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il may ayı üçün qismən əmək haqqı kimi 1126,09 manat, xx.xx.2020-cİ il tarixli ödəniş ta pşırığına əsasən 2020-cİ il iyun ayı üçün əmək haqqı kimi 600 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il may ayı üçün əmək haqqı kimi 190,97 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il iyul ayı üçün əmək haqqı kimi 200 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il iyul ayı üçün əmək haqqı kimi 927,97 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il avqust ayı üçün əmək haqqı kimi 150 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il noyabr ayı üçün son haqq-hesab kimi 353 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 2020-ci il noyabr son haqq-hesab və əmək haqqı üçün 3646,21 manat ödənilmişdir.
5. Qəbələ Rayon Məhkəməsinin 2(025)-499/2014 saylı, xx.xx.2014-cü il tar ixli məhkəmə əmrinə əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan İddiaçı məhkəmə əmri icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentinə hesablanmaqla) 1170,36 ABŞ dolları əsas, 39,23 ABŞ dolları faiz və 4,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1213,72 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir.
6. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi iddiaçıya Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(025)-499/2014 saylı məhkəmə əmrinə əsasən ümumilikdə 2264,43 manat məbləğində kredit borcu "xxxx" KB Şəki filialına ödəmişdir.
7. İddiaçının 2018-ci il üzrə şəxsi he sabına əsasən 2018-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 2356 manat, əlavə əmək haqqı kimi 8801,51 manat, məzuniyyət üzrə 6779,64 manat, ümumilikdə 17937,64 manat pul köçürülmüşdür.
8. İddiaçının 2019-cu il üzrə şəxsi hesabına əsasən 2019-cu il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 4928 manat, əlavə əmək haqqı kimi 6840 manat, ümumilikdə 11768 manat pul köçürülmüşdür. 9. 2020-ci il üzrə şəxsi hesabına əsasən 2020-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 5260 manat, əlavə əmək haqqı kimi 5639 manat, mükafat məbləği olaraq 222,66 manat, məzuniyyət üzrə 2546 manat, ümumilikdə 13667,66 manat pul köçürülmüşdür.
10. Cavabdeh xx.xx.2021-ci il tarixli, ƏA/053 saylı məktubuna əsasən "xxxx" MMCnin qeyri-dağıdıcı üsulla keyfiyyətə nəzarət laboratoriyasının sabiq işçisi X3 2018-ci ilin avqust ayında əmək haqqının az hesablanmasının səbəbi, həmin ayda əmək məzuniyyətində olduğuna görə onun 21 iş gününə qarşı cəmi 13 iş gününün olmasıdır. Bu səbəbdən iddiaçının iş günlərinə düşən əmək haqqının məbləği az olmuşdur (275:21x13=170,24 manat). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC adlı hüquqi şəxs tərəfindən qanunvericiliyə əsasən onun haqqının qalıq hissəsini (19169 manat, 2 il məzuniyyət haqqı və sağlamlığa vurulan ziyanın) tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, operator vəzifəsində çalışırdı. Onun gördüyü işin əmək şəraiti ağır və insan üçün zərərli idi, lakin,çalışdığı müddətdə onun əmək haqqı 1657 manat təşkil edirdi. O, 1657 manatını 6 ay müddətində ala bilmiş, lakin 6 aydan sonra növbəti əmək haqqı rəhbərlik tərəfindən 850 manatadək endirilmişdir. Rəhbərliyə vəsaitin qalıq hissəsinin ödənilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, lakin xx.xx.2020-ci ilə qədər idarə tərəfindən əmək haqqının qalan hissəsini ala bilməmişdir. Hal- hazırda, şirkətin ona olan qalıq borcu 19169 manat təşkil edir. Əlavə olaraq 2 il məzuniyyət haqqı da ödənilməyib. Qeyd etdiyi kimi, onun işlədiyi operator vəzifəsi, kimyəvi maddələrdən ibarət olduğuna görə, insan həyatı üçün təhlükəlidir. Qanunvericiliyə əsasən, sağlamlığa vurulan ziyana görə şirkət tərəfindən ona kompensasiya ödənilməlidir.
13. Birinci instansiya məhkəm əsində cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, cavabdeh tərəfindən verilmiş iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 15 iyul 2014-cü il tarixdə əmək müqaviləsi bağlanmaqla "xxxx" MMC-yə (həmin dövrdə belə adlanırdı) bir ay sınaq müddəti ilə “RS operatoru” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən aylıq tarif maaşı müəssisənin ştat cədvəlinə uyğun olaraq 275 manat müəyyən edilmiş və aylar üzrə əlavələ ödənclərlə birlikdə ödənilmişdir. İşlədiyi dövrdə müəssisənin ştat cədvəlinə uyğun olaraq vəzifə tarif maaşında iki dəfə yəni, 1 mart 2019-cu ildə 379 manat, 1 sentyabr 2019-cu ildə 526 manat olmaqla dəyişiklik olmuşdur. Dövr ərzində əmək haqqından sair tutmalar həyat keçirilmişdir ki, bu da mobil nömrələrdən istifadə və 5 may 2014-cü il tarixli məhkəmə əmrinin icrası ilə əlaqədar olmuşdur. işə qəbul olunarkən İddiaçı əmək haqqı əlavələrlə birlikdə 1657 manat olmuşdur, (tarif maaşı 275 manat + 1382 manat əlavə ödənc). Sonradan müəssisənin maliyyə durumu ilə əlaqədar əlavə ödəncdə azalma olmuşdur. İşlədiyi müddət ərzində işəgötürən tərəfindən işçinin əmək haqqına iş həcmindən asılı olaraq müxtəlif məbləğlərdə əlavələr olunmuşdur ki, bu da işəgötürənin vəzifəsi deyil, hüququdur. 1 mart 2019-cu ildə 379 manat, 1 sentyabr 2019-cu ildə 526 manat olmaqla tarif maaşında dəyişiklik olmuşdur. İşin həcmindən asılı olaraq əlavələrdə də müəyyən azalma və ya artımlar olmuşdur. İddiaçı şirkətin ona 19169 manat qalıq borcu olması ilə bağlı göstərdikləri həqiqəti əks etdirmir və onun şəxsi mülahiz ələrindən irəli gəlir. İddia tələbində həmçinin göstərilmişdir ki, əlavə olaraq iki il məzuniyyət haqqı ödənilməmişdir. Göstərilənlər əsassızdır və bununla bağlı qeyd etmək istəyir ki, işlədiyi dövrdə İddiaçı illər üzrə nəzərdə tutulmuş məzuniyyət haqqı tam ödənilmişdir. 2 noyabr 2020-ci ildə işdən çıxan gün işçinin son haqq-hesabı (oktyabr ayının əmək haqqı (tarif maaşı və əlavə), istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya) tam həcmdə ödənilmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-1333/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi rədd edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının şəxsi hesabına əsasən 2018-ci il üzrə şəxsi hesabının surətindən görünü r ki, 2018-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 2356 manat, əlavə əmək haqqı kimi 8801,51 manat, məzuniyyət üzrə 6779,64 manat, ümumilikdə 17937,64 manat pul 2019-cu il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 4928 manat, əlavə əmək haqqı kimi 6840 manat, ümumilikdə 11768 manat pul və 2020-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 5260 manat, əlavə əmək haqqı kimi 5639 manat, mükafat məbləği olaraq 222,66 manat, məzuniyyət üzrə 2546 manat, ümumilikdə 13667,66 manat pul köçürülmüşdür. İddiaçı cavabdeh cəmiyyətə tələb etdiyi məbləğlə bağlı rəsmi qaydada müraciət etməmişdir. İddiaçı tərəf iddia tələbi üzrə heç bir sübut məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə, 172.1, 172.5,178.1, Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin (bundan sonra – MPM) 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin qanunvericliyin müəyyən etdiyi əmsaldan 4 dəfə daha yüksək əmsal müəyyən etməsi heç bir halda inandırıcı ola bilməz. Cavabdeh əlavə əmək haqqını ona görə qeyd edilən formada, yəni taarif maaşından formal olaraq ayıraraq mükafat xarakterli ödəniş kimi qələmə verir ki, bunun azaldılması hallarında rahat manevr edə bilsin. Məhkəmə əslində ödənilən bütün əmək haqqını tarif (v əzifə) maaşı kimi qəbul etməli və əmək haqqının azalması üçün Məcəllənin xüsusi proseduruna riayət edilib edilmədiyini aydınlaşdırmalı idi. Hətta həmin ödənişlər əmək haqqına əlavə olsaydı belə, yenə də cavabdeh tərəfindən birtərəfli olaraq azaldıla bilməzdi. Çünki əlavə elə əmək haqqının bir komponentidir. Son haqq hesab zamanı onun istifadə edilməmiş məzuniyyət günlərinə görə əmək haqqının məbləği ona görə mübahisəyə səbəb olmuşdur ki, hesablama zamanı yalnız tarif (vəzifə) maaşı əsas götürülmüşdür. Lakin ödənilən bütün pul vəsaiti hesab zamanı nəzərə alınmalı idi. Belə olan halda istifadə edilməmiş məzuniyyət günlərinə görə əmək haqqı daha böyük məbləğdə hesablanacaqdı. Məhkəmə qətnamədə iddianın rədd edilməsi əsaslarından biri kimi onun tələb olunan məbləğlə bağlı cavabdehə rəsmi mürac iət etmədiyini göstərmişdir. Lakin, bunu hansı normaya əsaslanaraq qeyd etdiyini göstərməmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2372/21 nömrəli iş üzrə 9 delabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətiicə ilə razılaşaraq qeyd etmişdir ki, əmək vəzifələrini icra edərkən iddiaçının sağlamlığına zərər vurulması məhkəmə iclası zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri ə sassız hesab etmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 110.1, 139.1, 154.1, 156.1, 172.1, 174, 178.1, 191 və 239-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilədə əmək haqqını ştat cədvəlinə uyğun müəyyən etməsi qəti şəkildə doğru deyil. Əvvəla əmək haqqının məbləği müqavilədə dəqiq göstərilməlidir ki, işçi bu barədə məlumatlı olsun. Digər tərəfdən işçi əmək haqqının haqsız dəyişməsi, yəni azalması halında buna qarşı müdafiə imkanlarına malik olmalıdır. Bizim halımız da İddiaçı bir işçi kimi bu imkandan məhrumdur. Belə ki, müəssisənin ştat cədvəli işçi üçün əlçatan sənəd deyil. Daha dəqiq desək, Cavabdeh büdcədən maliyyələşən müəssisə olmadığı üçün bu sənəd müvafiq normativ akt əsasında deyil müəssisə rəhbərliyi tərəfindən təsdiq edildiyi və lazım gəldikdə dəyişdirilə bildiyi üçün işçinin nə buna nəzarət etmək, nə də buna münasibət bildirmək (məsələn, etiraz etmək) imkanı yoxdur. Deyək ki, əgər gələcəkdə müəssisə rəhbərliyi ştat cədvəlində dəyişiklik etsə və əməkhaqqını azaltsa faktiki olaraq işçi buna etiraz edə bilməyəcək. Çünki, əmək haqqı ştat cədvəlinə uyğun müəyyən edilir, ştat cədvəli isə müəssisə rəhbərliyi tərəfindən birtərəfli qaydada dəyişdirilmək imkanına malikdir və ya bunun üçün işçinin razılığına ehtiyac yoxdur. Halbuki, bu, Məcəllənin ə mək haqqının azalması ilə bağlı tutduğu mövqeyə ziddir. Məhkəmə mübahisəni həll edərkən yanlış nəticəyə gəlmişdir. Ödənilən əlavə əmək haqqını Cavabdeh müxtəlif arqumentlərlə İddiaçıya ödənilən mükafat xarakterli ödəniş kimi qələmə verməyə çalışsa da o faktiki olaraq iddiaçının tarif (vəzifə) maaşının özü idi. Əks halda bu ödəniş ya əmək haqqına əlavə, ya da mükafat olmalı idi. Həmin ödəniş isə nə mükafat, nə də əmək haqqına əlavə ola bilməzdi. Həmin ödəniş mükafat ola bilməzdi birincisi ona görə ki, əgər mükafat olsa idi əvvəla, davamlı yox müəyyən hallarda ödənilərdi. Biz isə görürük ki, həmin ödəniş müəyyən hesablamaya əsasən aylıq sabit olaraq ödənilib. İkincisi ona həmin ödəniş mükafat ola bilməzdi ki, təcrübədə mükafat əmək haqqının müəyyən hissəsi qədər olur, onun bir neçə misli q ədər olmur. Məsələn, 2018-ci ilin ilk üç ayı üzrə tarif maaşı 275 manat olduğu halda, mükafat 1382 manat, yəni taarif maaşının 5 mislindən çox olmuşdur. Bu açıq aşkar həmin ödənişin mükafat olmadığını göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
25. Maddə 154.1. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
26. Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqav ilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
27. Maddə 172.1 Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
28. Maddə 174.1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
29. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutu lan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
30. Maddə
191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır.
31. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
32. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. H azırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparı lmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.
45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən azad olunması əmək haqqının tam ödənilməsi, məzuniyyət pulunun və sağlamlığına vurulan zərərin ödənilməsi barədədir.
46. Belə ki, şəxsi hesabının surətindən görünür ki, 2018-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 2356 manat, əlavə əmək haqqı kimi 8801,51 manat, məzuniyyət üzrə 6779,64 manat, ümumilikdə 17937,64 manat pul, 2019-cu il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 4928 manat, əlavə əmək haqqı kimi 6840 manat, ümumilikdə 11768 manat pul və 2020-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 5260 manat, əlavə əmək haqqı kimi 5639 manat, mükafat məbləği olaraq 222,66 manat, məzuniyyət üzrə 2546 manat, ümumilikdə 13667,66 manat pul köçürülmüşdür. "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli, ƏA/053 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin qeyri dağıdıcı üsulla keyfiyyətə nəzarət laboratoriyasının sabiq işçisi X3 2018-ci ilin avqust ayında əmək haqqının az hesablanmasının səbəbi, həmin ayda əmək məzuniyyətində olduğuna görə onun 21 iş gününə qarşı cəmi 13 iş gününün olmasıdır. Bu səbəbdən X2 iş günlərinə düşən əmək haqqının məbləği az (275:21x13=170,24 manat) olmuşdur.
47. Əmək vəzifələrini icra edərkən X1 zərər vurulması apellyasiya icraatı zamanı məhkəmə iclası zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır.
48. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun möt əbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi mövcud mülki prosessual qanunvericiliyi ilə yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da uyğun olmuşdur.
50. Belə ki, həmin Məhkəmə “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəl i gələ bilər”.
51. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
52. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4 07.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(105)-2372/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.