Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3320/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X6, X2, X4, X3 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(104)3520/2020 nömrəli qətnaməsindən İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X5, X9, X8 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Ağstafa rayonu, Tatlı kəndində 0,61 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 218,5 kv.m. sahəsi olan fərdi yaşayış evi 8/14 pay İddiaçı1, habelə hər birində 1/14 payda olmaqla Cavabdeh, X6, X2, X4, X3 və İddiaçı2 mülkiyyət hüquqları kimi daşınmaz əmlakın dövlət reyestrində qey diyyata alınmışdır. 17 mart 2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş müqavilə ilə İddiaçı1, X8, X12, X5 və X1 rayonu, Tatlı kəndində yerləşən torpaq sahəsində və fərdi yaşayış evində olan paylarını Cavabdeh bağışlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2016-cı il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 qızı olan X10 iddiaçının yanında qaldığından, ona qulluq etməli olmuşdur. Qızı ona bir müddət qulluq etmiş və yaşlı olduğundan istifadə edərək notariat orqanına apararaq, İddiaçı2 başqa bütün mülkiyyətçilərin payını 17 mart 2016-cı il tarixli bağışlama müqaviləsi əsasında evi öz adına rəsmiləşdirmişdir. Bundan sonra cavabdeh həmin iddiaçıya qulluq etməmiş, onu döymüş və evin ona aid olmasını bildirmişdir. Onun bağışlama müqaviləsinin nədən ibarət olmasından məlumatı olmamış, həmin evin cavabdehin adına keçməsindən son dövrdə xəbərdar olmuşdur. Cavabdeh iddiaçını və digər mülkiyyətçiləri aldadıb imza etdirmişdir. Ağstafa Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərardadı ilə Ağstafa Rayon Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, Məhkəmənin 24 avqust 2020-ci il tarixli qərardadı ilə isə X12, X5, X9 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində mülki işə cəlb olunmuşlar. Ağstafa Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(015)-579/2020 nömrəli qətnaməsi ilə (hakim N.M.Abbasov) iddia təmin edilmiş, Ağstafa rayonu Tatlı kənd sakinləri İddiaçı1, X8, X12, X5, X9 və Cavabdeh arasında Ağstafa rayonunun Tatlı kəndində yerləşən fərdi yaşayış evinə dair bağlanmış 17 mart 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi qət etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 673.1, 676.2, 673.4cü maddələrinə istinad etməklə hesab etmişdir ki, bağışlama müqaviləsi üzrə tərəflər ana və onun övladı olduğu halda, müqavilədə hədiyyə verənə qulluq barədə şərtlərin göstərilməsi vacib hal deyil. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənə münasibətdə yerinə yetirməlidir. Belə bir vəzifə əmək qabiliyyəti olan yetk inlik yaşına çatmış övladların üzərinə qanunla qoyulmuşdur. İddiaçının digər övladları olan üçüncü şəxslər də cavabdeh analarına qayğı göstərdiyi halda miras evin bacılarına qalmasına etiraz etməmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(015)-579/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(104)-3520/2020 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağstafa Rayon Məhkəməsini n 21 sentyabr 2020-ci il tarixli, 2(015)-579/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi ilk olaraq göstərmişdir ki, müqavilənin tərəfi olan X5, X9 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilsələr də, bununla bağlı hər hansı bir rəsmi ərizə verməmiş və onların xahişinin və iddialarının əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MMin 421-424, 673.1 və 673.3-cü maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçıların göstərdiyi dəlillər, yəni cavabdehin İddiaçı1 döyməsi kimi faktları işin birinci və apellyasiya in stansiya məhkəmələri tərəfindən aparılmış araşdırma zamanı, həmçinin iş materialları ilə öz təsdiqini tapmamışdır. İşdə iddiaçının müvafiq hüquq mühafizə orqanına müraciət etməsi görünmür. Bununla belə bu hallar yalnız İddiaçı1 bağışlama müqaviləsinin ləğv edilməsi üçün hüquqi əsasdır. Digər iddiaçılara münasibətdə isə bağışlama müqaviləsinin ləğv edilməsinə əsas vermir. Həmçinin İddiaçı2 bağışlama müqaviləsinin tərəfi olmadığına görə onun bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Çünki həmin bağışlama müqaviləsinin ləğv edilməsi İddiaçı2 əmlak vəziyyətini dəyişmir. Digər tərəfdən, cavabdeh 2016-cı ildə bağışlama müqaviləsi bağlanandan sonra İddiaçı1 baxmamışsa, onda iddia tələbi də məhz həmin tarixdən 1 il sonra qaldırılmalı idi. Çünki, bağışlamadan imtina mülki qanunvericiliyin tələblərinə görə 1 il müddətində mümkündür. Hazırki iddia tələbi isə 03 iyul 2020-ci ildə, yəni bağışlama müqaviləsi bağlanandan 3 (üç) il sonra qaldırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X12, X9, X5 və X8 birgə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(104)-3520/2020 nömrəli qətnaməsinin ləğv edərək və iddialarını tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normaları pozulmuş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı2, cavabdeh X10 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa rayon Notariat Ofisi məhkəmə iclasına vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbayc an Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunveri ciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və və zifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yaln ız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyy ətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəlikl ə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verən in həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinay ət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən edir:
1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,
2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya
3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. İddiaçı məhz ikinci əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh bağışlanmış əmlakın müqabilində anası olan iddiaçıya qayğı göstərməsinə dair öhdəliklərini yerinə yetirməmiş, əksinə sonuncuya qarşı zorakı hərəkətlə r etmişdir. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi hədiyyə alan olan cavabdehin hədiyyə verən iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin kobud pozulması hallarını müəyyən etməmişdir. Eyni zamanda bağışlama müqaviləsinin digər hədiyyə verənlər olan üçüncü şəxslərə münasibətdə ləğvi üçün hər hansı əsasın mövcudluğu ümumiyyətlə iddia olunmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alanın hədiyyə verən barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin hər hansı pozuntusu deyil, yalnız kobud pozuntusu bağışlamanın ləğvi üçün əsas ola bilər. Hazırki iş üzrə isə cavabdehin iddiaçı olan anasına münasibətdə qarşısında nə müqa vilədən, nə də qanundan irəli gələn hər hansı öhdəliyi olmamışdır ki, o, bu öhdəlikləri kobudcasına pozsun. İddiaçı yaşlı olsa da, maddi yardıma ehtiyacı olması, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 90-cı maddəsinin dispozisiyasına uyğun olaraq zəruri yardımı övladlarından almaq imkanında olmaması və bununla bağlı cavabdehə müraciət etməsi və sonuncunun imtina etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qət namə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X5, X9, X8 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(104)-3520/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.