Məhkəmə qərarları › İş №2(102)-3328/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3328/2024

03.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3328/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-3328/2024 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) 03 sentyabr 2024-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaqubov içdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqının, faiz ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(103)-2615/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh qanuni təmsilçisi Aisel Mamedova tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı ş əhər İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi üzrə ödənilməli olan 3000 (üç min) manat məbləğində əmək haqqının və 300 (üç yüz) manat məzuniyyət pulunun (son haqq-hesabın), iddianın təmin olunacağı günə hər ay üzrə ayrılıqda olmaqla, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənclə birgə yenidən hesablanaraq, o cümlədən 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-900/2023 nömrəli 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarov), iddia qismən təmin edilmiş, cavabdehdən 2446.03 man at məbləğində gecikdirilmiş əmək haqqı, 273.05 manat məbləğində məzuniyyət haqqı olmaqla, cəmi 2719.08 manat, həmin məbləğə günlük 1 faizlə xx.xx.2022-ci il tarixindən bu qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək hesablanmış cəmi 12930.12 manat məbləğində pul olmaqla, cəmi 15649.2 manat məbləğində pul və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(010)-900/2023 nömrəli 21 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2615/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə. İsgəndərov (sədrlik edən və məruzəçi), V.N. Sadıqov, M.Ə. Rüstəmli) cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuşdur, birinci instansiya məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmışdır, iddia qismən təmin edilmişdir və cavabdehdən 683,33 (altı yüz səksən üç manat, otuz üç qəpik) manat məbləğində gecikdirilmiş əmək haqqı, həmin məbləğə günlük 1 faizlə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək hesablanmış 4269,47 (dörd min iki yüz altmış doqquz manat, qırx yeddi qəpik) manat məbləğində pul (ödənc) olmaqla, cəmi 4952,8 (dörd min doqquz yüz əlli iki manat, səksən qəpik) manat məbləğində pul və mediasiya x ərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh kassasiya şikayəti vermişdirlər.

6. İddiaçı (onun vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(103)-2615/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh MMC-nin qanuni təmsilçisi Aisel Mamedova ( Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2615/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını, eyni zamanda kobud qanun pozuntusuna yol verildiyi üçün apellyasiya tansiyası məhkəməsinin hakimləri barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

7. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

9. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apell yasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Kassasiya şikayətləri və iş materialları öyrənilərkən müəyyən edildi ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır.

13. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən his səsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

1. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehdən cəmi 15649.2 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, sonradan cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli q ətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin edilməsi,Cavabdehndən 683,33 (altı yüz səksən üç manat, otuz üç qəpik) manat məbləğində gecikdirilmiş əmək haqqı, həmin məbləğə günlük 1 faizlə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək hesablanmış 4269,47 (dörd min iki yüz altmış doqquz manat, qırx yeddi qəpik) manat məbləğində pul (ödənc) olmaqla, cəmi 4952,8 (dörd min doqquz yüz əlli iki manat, səksən qəpik) manat məbləğində pul və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Göründüyü kimi cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya şikayəti ilə mübahisələndirilən h issəsində iddianın qiyməti beş min manatdan azdır-4952,8 manatdır. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan həmin hissədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

14. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin MPM-in 402-ci maddəsinin tələblərinə cavab verməyən cavabdehin kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

15. Qeyd olunanlara əsasən, Cavabdeh qanuni təmsilçisi Aisel Mamedova tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilə bilməz, həmin kassasiya şikayəti əsasında işə kassasiya qaydasında baxmaq üçün pr osessual əsaslar yoxdur. Odur ki, cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, müvafiq prosessualı hərəkətlər edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2615/2024 nömrəli, xx.xx.2024-cü il tarixli saylı qətnaməsindən Cavabdeh qanuni təmsilçisi Aisel Mamedova tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar