Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3348/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-913/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 19.08.2019-cu il tarixli və 02.11.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlarından görünür ki, İddiaçı Cavabdeh1 onu ölümlə hədələməsi və təhqir etməsi barəsində polis orqanına şikayət etmiş, toplanmış material üzrə cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cav abdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində işlətdiyi nalayiq ifadələrlə bağlı cavabdehlərə üzr istəmək vəzifəsinin qoyulması və cavabdehlərin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəməyə «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etməkdə əsas məqsədi onun Əsas Qanun olan Konstitusiyada təsbit edilmiş hüquqlarını ictimaiyyətin çoxsaylı nümayəndələri arasında kobud şəkildə pozaraq ona mənəvi ziyan vurmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqazidd hərəkətlərinə görə üzrxahlıq etməsi və həmçinin, cavabdehlərin etdiyi hüquqazi dd hərəkətlər nəticəsində ona vurmuş olduğu mənəvi ziyanı ödəmələri ilə bağlı qərar qəbul edilməsini Ədalət Mühakiməsindən xahiş etməkdir. 2019-cu ilin təxminən iyul-avqust aylarında cavabdehlərlə maşın alveri etdi. Maşın aldıqdan sonra maşında bir çox qüsurlar və nasazlıqlar olduğundan cavabdehlərə zəng edərək iradını bildirdi. Cavabdehlər isə ona bu nasazlıqları özünün həll etməli olduğunu bildirərək kobudluq etdilər. Onu xeyli maddi ziyana salan bu şəxslər təkrar zəngində onunla kobud və sözlə ifadəsi qeyri mümkün olan tərzdə danışaraq bir də onlara zəng edərsə ona və ailəsinə xətər yetirəcəkləri, hətta həyatlarına son qoyacaqları ilə hədələdilər. O cavabdehlərin bu hərəkətlərindən narahat olaraq dərhal AR DİN-in 102-nin Qaynar Xətt Xidmətinə zəng vurub qanuni tədbir görülməsini xahiş e tdi. Şikayəti əsasında aidiyyəti üzrə araşdırma aparan 25-ci PB-nin əməkdaşlarını cavabdehlərin təhqir etmələri, həm də polis əməkdaşlarına onunla əlaqəli nalayiq ifadələr işlətməsi barəsində mənfi fikirlər formalaşmasına səbəb olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqazidd hərəkətləri sayəsində onun səhhətində də ciddi psixoloji narahatlıqlar yaranmışdır. Cavabdehlərin hüquqazidd hərəkətlərinin nəticəsi olaraq onda qəfil yaranmış yüksək təzyiqlə bağlı hələ də ambulator müalicə alır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdehlər etdikləri hüquqazidd hərəkətlərin nəticəsi olaraq indiyədək ondan üzrxahlıq diləməmiş, vurduqları mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı heç bir addım atmamışdır. Cavabdehlər tərəfindən edilmiş bütün bu hüquq pozulması halları ilə bağlı sül h yolu ilə addım atmayacaqları təqdirdə Azərbaycan Respublikasının mövcud Qanunvericiliyinə əsaslanaraq aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmək zorunda qalacağımla bağlı cavabdehlərə xəbərdarlıq etməyinə baxmayaraq təəssüflər olsun ki, cavabdehlər tərəfindən heç bir reaksiya verilməmişdir. Ölkə vətəndaşı olaraq mövcud qanunlarda əks olunmuş hüquqlardan istifadə etməyə əsası olduğu üçün Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətin vətəndaşlara verdiyi hüquqların vətəndaşlara verdiyi hüquqlardan səmərəli istifadə hüquqlarının cavabdehlər tərəfindən kobudcasına pozulması ilə bağlı məhkəməyə iddia tələni ilə müraciət etmək zorundadır. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1187/2020 sa ylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Həşimova) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdehlərin üzərinə üzr istəmək vəzifəsinin qoyulması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı və psixoloji iztirablara görə ona 10000 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb etsə də, qeyd edilən iddia tələblərini əsaslandırmamış, cavabdehlərin onu təhqir etməsini qeyd etsə də, yalnız telefonda Cavabdeh1 ona qarşı nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini alçaltdığını qeyd etmişdir. Qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz əksini tapmamış, iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
6. Məhk əmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-913/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1187/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehlərin onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması barədə iddiasın ı biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, onun iddia ərizəsində irəli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir..
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.05.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər aras ında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə t əklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”.
11. Kollegiya hesab etmişdir ki, qanun, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsinə yönəlmiş məlumatların yayılmış olduğunu sübut etmək vəzifəsini bundan zərər görən şəxsin üzərinə qoyduğundan, iddiaçı isə cavabdehin müvafiq hərəkətə yol verdiyini sübut edə bilmədiyindən, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşdığı nəticəsinə gəlmək mümkün deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
16. Cavabdeh1 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayara q iş üzrə Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq h üquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
22. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. (maddə 23.1) Mülki Prossesual Məcəllə
23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
25. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
26. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməl idir. (maddə 106.1)
27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhk əməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-913/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.