Məhkəmə qərarları › İş №2(102)-3355/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3355/2020

05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3355/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-583/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı, iş № 2(060)-6284/2019) İddiaçı Cavabdeh və maraqlı şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixl i qətnaməsi ilə (hakimlər: T.O.Quliyev, G.F.Tağızadə və F.G.Zeynallı) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflərin birgə nikahdan iki uşağı olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli icra sənədinə əsasən İddiaçı 2 uşağın saxlanılması üçün aliment tutulması üçün Sumqayıt şəhər İcra İdarəsi tərəfindən xx xxxxxx 2007-ci tarixli qərarı ilə icra üzrə icraata başlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay İddiaçı Cavabdeh xeyrinə 140 manat məbləğində aliment tutulm ası qət edilmişdir. 2019-cu ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahları ləğv edildikdən sonra Cavabdeh ilə barışıb 2009-cu ilin noyabr ayından 2012-ci ilədək müxtəlif ünvanlarda kirayədə yaşamalarını və ailənin bütün xərclərinin onun tərəfindən ödənilməsini, lakin buna baxmayaraq cavabdehin aliment borcuna görə ondan 8000 manat tələb etməsini, onun heç bir yerdə işləməməklə yenidən qurduğu ailənin maddi tələbatını ödəyə bilməməsini əsas göstərməklə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnaməsinə əsasən ondan tələb olunan aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti ve rərək qətnamənin işdə olan sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı uşaqların saxlanılması üçün yaranmış aliment borcunun silinməsini tələb edərkən məhkəməyə bunun üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsində müəyyən olunmuş əsasların olmasını sübuta yetirə bilməməsini əsas göstərmişdir. Ailə Məcəlləsinin 107-ci maddəsinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borclar ı ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.(107.1) Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. (107.2) Aliment borclarının 107-ci maddədə müəyyən olunmuş səbəblərdən yaranması müəyyən olunmadığından, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddiasının əsaslı olmasını sübuta yetirə bilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsini n iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar