Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3357/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-772/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov, iş № 2(012)-3960/2019) İddiaçı cavabdehlər Cavabdeh2 və “xxxx” MTK-ya qarşı iddiası təmin edilərək N küçələrinin kəsişdiyi ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə dair cavabdehlər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli müqavilənin etibarsız hesab olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) Cavabdeh2 apelyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: “xxxx” MMC ilə iş üzrə İddiaçı və Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən binada mənzil alqı-satqısına dair müqavilələr bağlanmışdır. İddiaçı ilə müqavilə xx xxxxxxxx 2008-ci i l tarixdə 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsində İİİ blokda, ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqdan ibarət 72 saylı mənzilə dair, Cavabdeh2 ilə isə müqavilə xx xxx 2008-ci tarixdə 10 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsində, İİİ blokda sahəsi 133,6 kv.metr olan 30 saylı mənzilə dair bağlanmışdır. “xxxx” MMC-nin bazasında hüquqi varisi olan “xxxx” MTK-nın yaradılması ilə əlaqədar MTK ilə alıcılar arasında yeni müqavilələr bağlanmış, əlavə ödənişlər nəzərə alınmaqla hər iki alıcı pay haqqını tam ödəmişdir. İddiaçı ilə yeni müqavilə xx xxxxx 2016-cı il tarixdə, Cavabdeh2 ilə isə yeni müqavilə xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmışdır. MTK ilə Cavabdeh2 arasında yeni bağlanmış müqavilədə mənzilin nömrəsi əvvəlki müqavilədə olduğu kimi 30 göstərilsə də İddiaçıla yeni bağlanmış m üqavilədə mənzilin nömrəsi əvvəlki müqavilədə olduğu kimi 72 deyil, 30 göstərilmişdir. 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 2008-ci il tarixdə N küçələrinin kəsişdiyi ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 133,6 kv.metr təşkil edən 3 otaqlı mənzilə dair müqavilə bağlayıb mənzilin dəyərini təşkil edən 54.108 manatı ödəməsini, “xxxx” MTK-nın “xxxx” MMC-nin hüquqi varisi kimi fəaliyyətə başladıqdan sonra ondan əvvəl bağlanmış bütün müqavilələrin MTK ilə yenilənməklə bağlanmasını, lakin sonradan ona verilmiş üç otaqlı mənzilə dair “xxxx” MMC tərəfindən xx xxx 2008-ci il tarixdə Cavabdeh2 ilə müqavilənin bağlanmasını, Cavabdeh2 mənzilin dəyərini ödəməməklə həmin müqavilənin hüquqi nəticəl ər yaratmaq üçün deyil, görünüş üçün bağlanmasını, mənzilin dəyərinin onun tərəfindən ödənilməklə qanuna görə onun mülkiyyəti olmasını və s. əsas göstərməklə “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcmini artıraraq “xxxx” MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli müqavilənin də etibarsız sayılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh2 və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin olunmamasını xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mənzilin əldə edilməsi ilə bağlı münasibət ilk əvvəl alıcılarla “xxxx” MMC arasında yaranmış və bununla əlaqədar onlar arasında müqavilələr bağlanmışdır. xx xxx 2008-ci il tarixdə Cavabdeh2 ilə “xxxx” MMC arasında müqavilə 30 saylı mənzilə dair bağlanmış, xx xxxxxxxx 2008-ci il tarixdə isə İddiaçıla 72 saylı mənzilə dair müqavilə bağlanmışdır. “xxxx” MMC-nin hüquqi varisi olan “xxxx” MTK yaradıldıqdan sonra MTK tərəfindən alıcılarla bağlanmış əvvəlki müqavilələr yenilənsə də, əslində yeni müqavilələr tərəflərin öhdəliklərini dəyişməmişdir. Əvvəlki müqavilələrlə müəyyən olunmuş öhdəliklər yeni müqavilələrdə sadəcə təsbit olunmuşdur. MTK tərəfindən müqavilələr yenilənərkən onun tərəfindən İddiaçıla daha əvvəlki müddətə müqavilə tərtib olunması heç də belə bir nəticəyə gəlməyə əsas verməmişdir ki, 30 saylı mənzilə dair İddiaçıla daha tez müqavilə bağlanmışdır. xx xxxxxxxx 2008-ci il tarixdə İddiaçıla 30 saylı mənzilə dair deyil, 72 saylı mənzilə dair müqavilə bağlanmışdır. Müqavilə yenilənərkən mənzilin nömrəsinin 72-dən 30-a dəyişdirilməsi üçün hüquqi əsas olmamışdır. “xxxx” MMC ilə mənzilin alınmasına dair hüquq münasibəti Cavabdeh2 ilə daha əvvəl - xx xxx 2008-ci ildə yarandığından və həmin müqavilədə ona veriləcək mənzilin nömrəsi hazırda mübahisə predmeti olan 30 saylı mənzil olduğundan, Cavabdeh2 ilə MTK arasında müqavilənin yenilənməsi tarixinin (xx xxxxxxxx 2019-cu il tarixli) iddiaçı ilə bağlanmış müqavilənin (xx xxxxx 2016-cı il) tarixindən sonrakı tarixə göstərilməsi Cavabdeh2 ilə bağlanmış müqavilələrin etibarsız sayılması üçün əsas verməmişdir. Mənzil alqı-satqısı ilə əlaqədar İddiaçı la “xxxx” MMC arasında münasibət, yuxarıda qeyd olunduğu kimi, xx xxxxxxxx 2008-ci il tarixdə, Cavabdeh2 sonra və 72 saylı mənzilə dair bağlanmış müqavilə ilə yarandığından onun mübahisə predmeti olan 30 saylı mənzilə iddia etməsi əsassız olmuşdur. 30 saylı mənzilin ödənişinin qalmış dəyərinin ödənilməsi təklifi ilə MTK tərəfindən Cavabdeh2 ünvanlanmış məktublar mübahisəli mənzilin məhz ona satılması qənaətinə gəlmək üçün məhkəmə kollegiyasına əsas vermişdir. İddiaçıya görə Cavabdeh2 ilə müqavilə görünüş üçün bağlandığından Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddia çı Cavabdeh2 ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsini tələb edərkən həmin müqavilələrin uydurma əqd olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kifayət qədər inandırıcı çoxsaylı sübutlara istinad olunmaqla əsaslandırıldığından, kollegiya kasasiya şikayətini əsassız sayır, hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-3357/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3357/2020
05.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver