Məhkəmə qərarları › İş №2(102)-3361/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3361/2019

08.05.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3361/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli 2(103)13020/2018 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş № 2(006)-5536/2018) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya gör ə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.İ.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməklə “xxxx” ASC-nin 30 iyul 2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqının ödənilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC-nin Şirvan RETSİ-nin Şirvan elektrik şəbəkəsində enerji satışı sahəsinin aparıcı mühəndisi vəzifəsində işləmiş, ASC-nin sədrinin 30 iyu l 2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatda 24 ildən artıq bir müddət ərzində işləməsini, işlədiyi vəzifənin daimi xarakter daşımasına baxmayaraq onunla müddətli əmək müqaviləsinin bağlanmasını və s. əsas göstərməklə əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməklə işə bərpa edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq n ormalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 24 ildən artıq müddət ərzində işlədiyi müəssisədə 2 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə işə qəbul edilmişdir. Halbuki, iddiaçının qəbul edildiyi işin daimi xarakterə malik olduğu əvvəlcədən məlum olmuşdur. İşəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsaslanmışdır. Qanunun həmin norması əmək müqaviləsinin müddətinin qurtarmasını əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən etmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi nə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən vəziyyətdə müddətli əmək müqaviləsinin bağlanmasına əsas verən Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən olunmuş əsaslar olmadığından iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunsuz olmuşdur. Kollegiya işin yuxarıda göstərilən hallarına və qanunun normalarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar