Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3362/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli 2(103)-1584/2019 saylı qətnaməsindən X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov, iş № 2(001)-7261/2014) iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ö dənişinin verilməsi tələbinə dair iddiası təmin edilərək hərbi xidmət zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş hərbçi X3 anası X7 Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11.000 manat məbləğində sığorta ödənişinin verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 13 noyabr 1992-ci il tarixdə Zərdab rayon Hərbi Komissarlığı tərəfindən Hərbi Xidmətə göndərilmiş X8 hərbi hissədə hərbi xidmət keçərkən 09 fevral 1993-cü il tarixdə Füzuli ra yonu uğrunda gedən döyüşlərdə həlak olmuşdur. 2014-cü ildə mərhumun anası Müşgü Hacıyeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli fərmanına uyğun olaraq Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə 11.000 manat məbləğində sığorta ödənişinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: X1 arvadı X5 üçüncü şəxs qismində qətnamədən kassasiya şikayəti verərək 11 sentyabr 1991-ci ildə Elçin Hacıyevlə rəsmi nikahda olaraq həmin nikahdan bir uşağının olmasını, ərinin vəfatından sonra vərəsəliyi qəbul etməsinə baxmayaraq ona sığorta ödənişinin verilməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin faktiki hallarına uyğun olaraq yeni qərar verilməsini xahiş etmişdir. R.Cəfərova Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən Rəfiqə Cəfərovanın vərəsəliyi qəbul etməməsini, sığorta ödənişinin mərhumun anasına verilməsinin qanuni olmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış sübutlar əsasında gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, mərhum Elçin Hacıyevin döyüşdə həlak olmasına görə 11.000 manat məbləğində sığorta ödənişinin verilməsi mübahisə doğurmur. Sığorta ödənişinin verilməsi tələbi ilə məhkəməyə, müəyyə n olunduğu kimi, mərhumun anası müraciət etmiş və ona sığorta ödənişinin verilməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının 1ci bəndinə görə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş,ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Fərmanın tələbindən göründüyü kimi birdəfəlik ödəmə həlak olmuş və yaxud itkin düşmüş elan edilmiş hərbi qulluqçunun vərəsələrinə verilməlidir. İşin 48-ci səhifəsində olan Zərdab rayon İcra Hakimiyyəti başçısının Şıxbağı kənd İcra Ərazi Dairəsi nümayəndəsinin 14 sentyabr 2018-ci il tarixli arayışından görünür ki, Elçin Hacıyevin ölümündən sonra onun həyat yoldaşı X5, qızı X9 və anası X10 vərəsə qalmışlar. Apellyasiya instansiyası məhkəməsi Rəfiqə Cəfərovanın vərəsəliyi qəbul etməməsini onun şikayətinin rədd edilməsi üçün əsas kimi qəbul edərkən bununla əlaqədar heç bir araşdırma aparmamışdır. Rəfiqə Cəfərovadan məhkəməyə mirası qəbul etməsi barədə şəhadətnamənin təqdim edilməsinin tələb edilməsi və onun tərəfindən belə bir şəhadətnamənin verilməməsi, kollegiyaya görə mirası qəbul etmə faktının tam yoxlanılması kimi qəb ul edilə bilməz. İşdən göründüyü kimi mərhumun həm anası, həm də arvadı və qızı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən onun birinci növbə vərəsələri hesab olunurlar. Apellyasiya instansiyası məhkəməsi Müşgü Hacıyevaya sığorta ödənişinin verilməsini qanuni sayarkən nəzərə almamışdır ki, onun tərəfindən də məhkəməyə mirası qəbul etməsi barədə şəhadətnamə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sığorta ödənişi tələb edənlərə fərqli yanaşmaqla mərhumun qızının azyaşlı olmasını nəzərə almamaqla qeyriobyektivliyə yol vermiş, mübahisənin ədalətli və qanuni həllini təmin etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, işə maddi və prosessual hüq uq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 07 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3362/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3362/2019
08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver