Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3363/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, Cavabdeh2 Mənzil Tikinti Kooperativinın vəkili Kərimov Fərhad Azad oğlunun iştirakı ilə, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Mənzil Tikinti Kooperativi Bakı Apelyasiya Məhkəməsinin Mülk i Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 MTK və “Cavabdeh1 (Azərbaycan)” ASC-yə qarşı “ipoteka krediti üzrə ödənilmiş pul məbləğinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Əliyev, iş № 2(005)-6221/2017) iddia qismən təmin edilərək, Cavabdeh2 MTK-dan 25.11.2014-cü il tarixli 130 №-li alqı-satqı və ipoteka müqaviləsi üzrə 11032 manat və 9005,26 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin isə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov, iş № 2(103)2123/2018) Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva, iş № 2(102)-5160/2018) Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəm əsi Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli, iş№2(103)-10682/2018) Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 Mənzil Tikinti Kooperativi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona gör ə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 Mənzil Tikinti Kooperativinın vəkili Kərimov Fərhad Azad oğlu göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 130 №-li 25 noyabr 2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə görə Cavabdeh2 MTK sözügedən mənzilin tikilməsini, təmirini və işlər başa çatdıqdan sonra İddiaçı təhvil verməyi, sifarişçi isə həmin müqavilə şərtləri ilə ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndində mənzilin ümumi dəyəri 3cü bəndində isə müqavilə bağlanarkən mənzilin ümumi dəyərinin ilkin ödəniş kimi 25% (29032 iyirmi doqquz min manat, otuz iki qəpik) ödənilməsi nəzərdə tutulmuş, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq 29032 (iyirmi doqquz min manat, otuz iki qəpik) manat ödəmişdir. Ödəmə ilə əlaqədar Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş rəsmi arayış iddiaçı tərəfindən 29032 manat ödənilməsi faktını bir daha sübut edir. Daha sonra isə-27 noyabr 2014-cü il tarixdə 35885-1-13005 nömrəli “Cavabdeh1 (Azərbaycan)” ASC-nin “Əcəmi” filialı ilə İddiaçı arasında ipoteka krediti müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə kredit 120 (bir yüz iyirmi) ay müddətinə 12%-lə verilmişdir. İpoteka müqaviləsi üzrə mənzilin dəyəri 116125 (yüz on altı min yüz iyirmi beş) manat dəyərləndirilmiş, ilkin olaraq İddiaçı 29032 (iyirmi doqquz min otuz iki manat) manat ödəmiş, qalıq borc 87093 (səksən yeddi manat doxsan üç qəpik) olmuş, bununla bağlı rəsmi maliyyə arayışı da verilmişdir. İddiaçı “Cavabdeh1 (Azərbaycan)” ASC-yə olan 27 noyabr 2014-cü il tarixli, 135885-1-13005 nömrəli kredit müqaviləsi üzrə borcunu 13.11.2015-ci il tarixədək, vaxtından əvvəl tam ödəmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən 21101 ABŞ dolları ödəniş edilmişdir ki, bu ödənişlər də işə apelyasiya qaydasında yenidən baxılarkən iddiaçının nümayəndəsinin təqdim etdiyi ödəniş qəbzləri ilə təsdiq olunur. Həmin məbləğdən müqavilə üzrə 12095,74 ABŞ dolları faiz borcu ödənilmişdir. İddiaçı 24.11.2015-ci il tarixdə cavabdehə müraciət edərək mənzil almaq üçün ödədiyi pulun qaytarılmasını tələb etmiş, Cavabdeh2 MTK həmin tarixdə də iddiaçıya 18000 manat məbləğində pulu qaytarmışdır. Beləliklə, Cavabdeh2 MTK iddiaçı tərəfindən ödənilmiş 29032 manatın yalnız 18000 manatını geri qaytarmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin məbləğdən qalan 11032 manatı da cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Digər tərəfdən iddiaçı tərəfindən “Cavabdeh1 (Azərbaycan)” ASC-yə ipoteka müqaviləsi üzrə 21101 ABŞ dolları ödənildiyindən və həmin məbləğin 12095,74 ABŞ dolları müqavilə üzrə faiz borcuna tutulduğundan əsas borca hesablanmış 9005,26 ABŞ dollarının da cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsi d üzgün qənaətə gəlmişdir. İddiaçı tərəfindən “Cavabdeh1 (Azərbaycan)” ASC-yə sözügedən mənzilin ipoteka müqaviləsi üzrə müqavilədə nəzərdə tutulmuş ümumi məbləğdən əvvəlcə onun Cavabdeh2 MTK-ya ödədiyi və ödəmə ilə əlaqədar Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş rəsmi arayışla da təsdiq olunan 29032 manat ödənilmiş, daha sonra isə iddiaçının həmin ipoteka müqaviləsi üzrə etdiyi ödənişlər nəticəsində 9005,26 ABŞ dolları müqavilədə nəzərdə tutulmuş əsas borcdan silinmişdir. Cavabdeh2 MTK isə iddiaçının ona ünvanlanmış ərizəsindən sonra öz növbəsində banka yerdə qalan ödənişləri etmiş və mənzili başqa bir şəxsə satmışdır. Bununla da, Cavabdeh2 MTK əsassız olaraq 11032 manat və 9005,26 ABŞ dolları məbləğində varlanmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfin dən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1093.1 və 1095-ci maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. Cavabdeh2 Mənzil Tikinti Kooperativi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şər h edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şika yətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Kassasiya şikayətində həmçinin ona istinad edilmişdir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlill ərlə əsaslandıra bilməz.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, hazırda kassasiya şikayəti vermiş Cavabdeh2 Mənzil Tikinti Kooperativinın vəkili Kərimov Fərhad Azad oğlu 28 noyabr 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak və çıxış etmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulanlar yerinə yetirilmişdir. Ona görə kassasiya şikayətinin həmin dəlili də əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “Bakı Apelyasiya Məhkəməsi 2(103)-10682/2018 № li 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli Qərarının müvafiq maddələri ilə müəyyən edilmiş tələblərini də kobud şəkildə pozmuşdur. Məhkəmə qeyd edilən qərarın tələblərini pozmaqla yanaşı anlaşılması qeyri-mümkün olan, ardıcıllığı və əsaslandırması tamamilə qarışıq və qeyri-müəyyən olan elə bir qətnamə tərtibat etmişdir ki, məhkəmənin araşdırma nəticəsində nəyi, necə və hansı əsasla müəyyən etməsini anlaq olmur.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilinin də əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi aparılmış araşdırmalar nəticəsində müəyyən etmişdir ki, iddiaçı tərəfindən “Cavabdeh1 (Azərbaycan)” ASC-yə sözügedən mənzilin ipoteka müqaviləsi üzrə müqavilədə nəzərdə tutulmuş ümumi məbləğdən əvvəlcə onun Cavabdeh2 MTK-ya ödədiyi və ödəmə ilə əlaqədar Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş rəsmi arayışla da təsdiq olunan 29032 manat ödənilmiş, daha sonra isə iddiaçının həmin ipoteka müqaviləsi üzrə etdiyi ödənişlər nəticəsində 9005,26 ABŞ dolları müqavilədə nəzərdə tutulmuş əsas borcdan silinmişdir. Cavabdeh2 MTK isə iddiaçının ona ünvanlanmış ərizəsindən sonra öz növbəsində banka yerdə qalan ödənişləri etmiş və mənzili başqa bir şəxsə satmışdır. Bununla da, Cavabdeh2 MTK əsassız olaraq 11032 manat və 9005,26 ABŞ dolları məbləğində varlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və iş üzrə müəyyən etdiyi faktiki hal ilə bağlı heç bir anlaşılmazlıq mövcud deyildir. Ona görə də kassasiya şikayətinin həm in dəlili də əsassız olduğuna görə rədd edilməlidir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3363/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3363/2019
17.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver