Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3364/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı işrakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)358/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) xx xxxxxx 2016-cı il tarixli, 2(012)-9913/2016 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi müəssisəsinin İddiaçı tərəfindən Cavabdeh icarəyə verilməsinə dair xx xxxxxx 2015-ci il tarixli 3M-1995 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və onun əmlakının ünvan 1 ünvanından çıxarılması, ödənilməmiş 5 aylıq icarə haqqı 1500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, icarəyə verilmiş müəssisənin icarəyə verilməmişdən əvvəlki halına gətirilməsi, yəni tövlənin daxilində yerləşən damda 5 metr uzunluğunda tavana qədər yüksəldilmiş olan arakəsmənin sökülərək əvvəlki kimi 1,5 metr hündürlükdə bərpa olunması, damın taxta döşəməsinin bərpa olunması, damda yerləşən iki ədəd axur, tövlədə olan bir ədəd axurun yerinə bərpa olunması, sökülmüş 60 ədəd suvarma fincanının dəyəri olan 2000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 30 manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Aqil Abbasov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Telman Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləapelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qiyabi qətnaməsi icarəyə verilmiş müəssisənin icarəyə verilməmişdən əvvəlki halına gətirilməsi, yəni tövlənin daxilində yerləşən damda 5 metr uzunluğunda tavana qədər yüksəldilmiş olan arakəsmənin sökülərək əvvəlki kimi 1,5 metr hündürlükdə bərpa olunması, damın taxta döşəməsinin bərpa olması, damda yerləşən iki ədəd axurun, tövlədə olan bir ədəd axurun yerinə bərpa olunması barədə iddianın təmin edi lən hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir. Qətnamə sökülmüş 60 ədəd suvarma fincanının dəyəri olan 2000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmiş, 60 ədəd suvarma fincanının dəyəri olaraq Cavabdeh 1200 manat pulun alınaraq İddiaçı verilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksi müəssisəsinin cavabdehə icarəyə verilməsinə dair xx xxxxxx 2015-ci il tarixli 3M-1995 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi, cavabdehin və onun əmlakının müəssisədən çıxarılması, ödənilməmiş beş aylıq icarə haqqı kimi 1500 manat pulun cavabdehdən al ınaraq ona ödənilməsi, icarəyə verilmiş müəssisənin icarəyə verilməmişdən əvvəlki halına gətirilməsi, yəni tövlənin daxilində yerləşən damda 5 metr uzunluğunda tavana qədər yüksəldilmiş olan arakəsmənin sökülərək əvvəlki kimi 1,5 metr hündürlükdə bərpa olunması, damın taxta döşəməsinin bərpa olunması, damda yerləşən iki ədəd axurun, tövlədə olan bir ədəd axurun yerinə bərpa olunması, sökülmüş 60 ədəd suvarma fincanının dəyəri olan 2000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Müəssisənin ümumi sahəsi 1710,8 kvadrat metr təşkil edir. xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsinə əsasən həmin müəssisə Cavabdeh icar əyə verilmişdir. Müqavilə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 3M-1995 nömrə ilə qeydə alınmışdır. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2016-cı ilədək müəyyən edilmiş, onun bitməsinə bir ay qalmış tərəflərdən heç biri onun pozulması barədə tələb irəli sürməzsə o, daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı aylıq 300 manat müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə icarə haqqı ödənilməsi barədə öz öhdəliyini pozaraq artıq 2016-cı ilin iyul ayından icarə haqqını ödəmir. Bununla bağlı, ona edilmiş xəbərdarlıqlara isə məhəl qoymur. Buna görə də cavabdehə müqavilənin bitməsinə 1 aydan çox qalmış, yəni xx xxxxxxx 2016-cı il tarixdə bildiriş göndərərək icarə müqaviləsinin xx xxxxxx 2016-cı il tarixdən eti barən pozulacağını bildirmişdir. Bildirişi sifarişli-xəbərnaməli məktubla cavabdehin qeydiyyat ünvanına göndərsə də, məktub “köçüb” qeydi ilə geri qaytarılmışdır. Buna baxmayaraq cavabdehə telefon vasitəsilə müqavilənin pozulduğunu və əmlakın ona qaytarılmasını tələb etdiyini bildirmişdir. Bundan başqa, müqaviləni pozmaq istəyi ilə əlaqədar müəssisəyə baxış keçirərkən məlum olmuşdur ki, cavabdeh orada müəyyən dəyişikliklər etmiş, əmlakı əvvəlki təyinatı üzrə istifadəyə yararsız hala salmışdır. Belə ki, icarəyə verilən əmlak fermadır və malqaranın saxlanması üçün nəzərdə tutulmuşdur. Müəssisənin daxilində böyük tövlə (çıxarışda “ferma” kimi qeyd olunmuş, sahəsi 1592,4 m2 olan tikili) və həmin tövlənin içində də malqaranın saxlanması üçün dam vardır. Damın ölçüləri 10x5 metr olmaqla bu dam d a öz daxilində arakəsmə ilə 3x5 və 7x5 m ölçülərdə olan iki hissəyə ayrılır. Lakin damdaxili arakəsmə əmlak kirayəyə verilərkən tavana qədər yox, təxminən 1,5 metr hündürlükdə olmuşdur. Cavabdeh isə özbaşına həmin arakəsməni sökərək, yerində yeni tavana qədər davam edən arakəsmə tikmişdir. Damın döşəməsi icarəyə verilərkən taxtadan olduğu halda cavabdeh həmin döşəməni sökmüşdür və hazırda döşəməni beton əvəz edir. Damın uzun hissəsində hər iki tərəfdən divar boyunca 6 metr uzunluğunda iki ədəd mal-qaranın yemlənməsi üçün axur var idi ki, cavabdeh həmin axurları da söküb çıxarmışdır. Ümumi tövlədə olan başqa bir 8 metr uzunluğu olan axur da cavabdeh tərəfindən sökülüb çıxarılmışdır. Tövlədə olan və heyvanların suvarılması üçün xüsusi hazırlanmış 2000 manat dəyərində 60 ədəd suvarma fincanı sökülüb atılmışdır. Bütün bunlara səbəb isə o olmuşdur ki, icarəyə verilən əmlak ferma olduğu halda cavabdeh oradan sallaqxana kimi istifadə etmişdir. Buna görə də ferma üçün zəruri olan predmetləri cavabdeh sökərək çıxarmış, əmlakın ferma kimi istifadəsini qeyri-mümkün etmişdir. Buna görə də əmlak geri qaytarılarkən əvvəlki vəziyyəti bərpa olunmalıdır. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 425.1, 442, 448.1, 700.1, 701.1 və 701.2-ci maddələrinə istinad etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdehkasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsasland ırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bağlanmış müqavilə üzrə tərəfindən icarə haqları ödənilmişdir. Bundan başqa iddiaçının binanın bərpa olunması ilə bağlı tələbləri, həmçinin əlavə 2000 manat pul tələbi həqiqətə uyğun deyiuldir. İş üzrə ekspertiza keçirilsə də, onun iştirakı təmin edilməmişdir. Məhkəmə göstərilən hallara hüquqi qiymət verməyərək maddi hüquq normalarım pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi icarə məbləğinə münasibətdə də pozuntuya yol vermişdir. İddiaçı ilə cavabdeh arasında real icarə hüquq münasibətinin olub-olmaması araşdırılmamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə kolegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddə sinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kolegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kolegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul o lunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kolegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kasasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə mübahisələndirir. Qətnamədən iddiaçı kasasiya şikayəti verməmiş, iddia tələbini rədd edilən hissədə qətnaməni mübahisələndirməmişdir. Ona görə də, qətnamə yalnız cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanılır. Əsaslandı rma: Məhkəmə kolegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1710,8 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak kompleksi kimi müəssisənin tərkibinə ferma (tikinti sahəsi 1592,4 kvadrat metr, ümumi sahəsi 1516,7 kvadrat metr), çoban evi (tikinti sahəsi 78,4 kvadrat metr, ümumi sahəsi 63,8 kvadrat metr) və inzibati bina (tikinti sahəsi 146 kvadrat metr, ümumi sahəsi 130,3 kvadrat metr) daxildir. xx xxxxxx 2015-ci il tarixli, 3M-1995 reyestr nömrəli icarə müqaviləsinin təsdiq olunmuş surətindən (iş v.4) görünür ki, “icarəyə verən” İddiaçı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1710,8 kvadrat metr olan əmlakı Cavabdeh icarəyə vermişdir. İcarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx xxxxxx 2016-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülməzsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 5-ci bəndinə görə icarəyə götürən icarəyə verənə 300 manat icarə haqqı ödəyir. 8 və 9-cu bəndlərə görə isə müqavilənin ləğv ed ilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir və icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. xx xxxxxxx 2016-cı il tarixli bildirişdən (iş v.5) görünür ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixdə bağlanmış icarə müqaviləsinin müddətinin xx xxxxxx 2016-cı il tarixdə başa çatdığını, davam etməsini istəmədiyini, xx xxxxxx 2016-cı il tarixdə müqaviləyə xitam veriləcəyini bildirərək, özünə məxsus əmlakı onun sahibliyinə qaytarılmasını Cavabdeh tələb etmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinadən, Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməyərək 2016-cı ilin iyul ayından icarə haqqını ödəməməsini, iddiaçının müqavilənin ləğv edilməsi barədə cavabde hə 1 ay əvvəlcədən bildiriş göndərməsini, bunun heç bir nəticə verməməsini, bu səbəbdən iddiaçının ödənilməmiş beş aylıq icarə haqqı olan 1500 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsini, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən icarəyə verilən əmlak kompleksində “icarəyə verən”in razılığı olmadan “icarəçi”nin heç bir təmir-tikinti işləri apara bilməməsini müəyyən edərək, iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.1, 21.2, 684.1, 685.2, 685.2.1, 685.2.2, 690.1, 690.2, 701.1, 701.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadə n iddia tələbini ödənilməmiş 5 aylıq icarə haqqı olan 1500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsdə təmin etməklə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə icarə müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1710,8 kvadrat metr olan əmlakı Cavabdeh 300 manata icarəyə vermişdir. Bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, yəni icarə haqqının ödənilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi oldu ğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 684.1-ci maddəsinə əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehdən icarə müqaviləsi üzrə ica rə haqqını tələb etməsinin qanuni əsası olmuş və birinci instansiya məhkəməsi də bu hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə ödənilməmiş 5 aylıq icarə haqqı olan 1500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sökülmüş 60 ədəd suvarma fincanının dəyəri olan 2000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsdə iddianı tam təmin edərkən qismən haqlı olmuşdur. xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən İddiaçı tərəfindən icarəyə verilən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1710,8 kvadrat metr olan əmlak kompleksi kimi müəssisədə “icarəçi” “icarəyə verən”in razılığı olmadan təmir-tikinti işləri apara bilməz. Bu baxımdan cavabdehin icarəyə götürülmüş əmlak kompleksində iddiaçının razılığı olmadan təmir-tikinti işləri aparması müqavilə şərtlərinə zidd olmuşdur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh əmlak kompleksinin əvvəlki vəziyyətinin müəyyən edilməsi və suvarma fincanları üçün tələb olunan 2000 manatın düzgün olub-olmamasını mübahisələndirdiyi üçün apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 8659/12615 saylı rəyindən görünür ki, baxış zamanı əmlak kompleksində 100 baş mal-qara üçün suvarma fincanının quraşdırıldığı sahə olmuşdur. Suvarma fincanının istifadədə olması nəzərə alınmaqla 1 ədədinin orta bazar qiyməti təxminən 20 manat, 100 ədədinin qiyməti 2000 manat müəyyən edilir. Göründüyü kimi, ekspert rəyində suvarma fincanının 1 ədədinin orta bazar qiymətinin təxminən 20 manat olması qeyd edilmişdir. Nəzər alınsa ki, iddiaçı iddia ərizəsində 60 ədəd suvarma fincanının dəyərini tələb edir, belə olan halda ekspert rəyinə uyğun olaraq, 60 ədəd suvarma fincanının dəyəri 1200 manat edir. Bu səbəbdən apelyasiya instansiyası məhkə məsi hesab etmişdir ki, qətnamə sökülmüş 60 ədəd suvarma fincanının dəyəri olan 2000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, 60 ədəd suvarma fincanının dəyəri olaraq Cavabdeh 1200 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apelyasiya in stansiyası məhkəməsi icarə haqqının tutulması hissədə cavabdehin kasasiya şikayətinin dəlillərini məhkəmə kolegiyası əsaslı hesab etmir. Çünki tərəflər arsında icarə hüquq münasibətlərinin olması, iddiaçının mülkiyyətində olan əmlakı aylıq 300 manatdan cavabdehə icarəyə verməsi işin mübahisə edilməyən haldır. Cavabdeh icarə haqqı üzrə borcunun olmadığını bildirirsə, etirazının əsası kimi istinad etdiyi həmin halı, yəni aylıq 300 manat icarə haqqını ödəməsini müvafiq sənədlərlə (mədaxil qəbzi, bank və ya poçt ödəməsi və.s) sübut etməlidir. İşdən görünür ki, belə bir sübut isə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə cavabdeh də öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh kasasiya şikayətinin digər dəlilini də məhkəmə kolegiyası əsasız hesab edir. Belə ki, cavabdeh iş üzrə ekspertiza keçirilsə də, onun iştirakını təmin edilmədiyini, ümumiyyətlə mübahisəli ərazidə həmin sayda heyvanlara su verilməsi üçün fincanların olmasının şübhəli olduğunu qeyd etmişdir. Halubki işdən görünür ki, ekspert rəy verərkən mübahisəli ərazidə tədqiqat aparmışdır. (iş v. 102). Həmçinin ekspertizanın aparılmasının vaxtı və yeri barədə tərəflər bildiriş göndərilmiş, lakin tərəflər ekspertiznın keçirilməsində iştirak etməmişlər (iş v 97). Ümumiyyətlə məhkəmə kolegiyası hesab edir ki, ekspertiza tədqiqatı aparılarkən cavabdehin iştirakının təmin edilməməsi rəyin mötəbərliliyinə şübhə doğuracaq hal deyildir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsas ən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-358/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3364/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3364/2020
22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver