Məhkəmə qərarları › İş №2(102)-3367/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3367/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3367/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X6 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Əliyeva Sevinc Alı qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı və vəkilləri Əliyeva Sevinc Alı qızının, Abbasov Nəvaid Novruz oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixl i, 2(074)-110/2019 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, Şamaxı şəhəri, 2 saylı “ASAN” Xidmət Mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X14 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqlar (reyestr nömrəsi **********0, 05.02.2014), X9 həmin torpaq sahəsinin X7 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” Mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Bədəlov Sultanəli Vəkil oğlu və X13 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 və 0.12 ha torpaq sahəsinin X1 dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqısatqı müqavilələri və X10 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri 4**********8, **********, 23.05.2015) ləğv edilməsi, iddia tələbinin JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxar ışın və plan ölçü sənədinin verilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi S.A.Qafari, F.Ə.Məmmədov və L.M.Məmmədova) Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3 Seyfəddin oğluna, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızına, Cavabdeh4 Yaşaq qızına, Cəbiyeva (İsrəfılova) Sadəgül Qoçalı qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 14 saylı Ərazi İdarəsinə qarşı torpaq alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müq avilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3 Seyfəddin oğluna, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızına, Cavabdeh4 Yaşaq qızına, Cəbiyeva (isrəfılova) Sadəgül Qoçalı qızına və Azərbaycan Respublikası Cavabdeh6nə qarşı torpaq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia qaldıraraq, torpağa mülkiyyət hüququna dair JN0632, kod 41011018 olan Dövlət aktında göstərilən torpaq sahələrinə aid 20 dekabr 2004cü il tarixdən sonra bağlanmış əqdlərin etibarsız hesab edilməsi, həmin əqdlər əsa sında yaranmış hüquqlara xitam verilməsi, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktında göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan-ölçü sənədi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, JN-0632, kod 41011018 saylı Dövlət aktında göstərilən 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torp aq sahələrinin Cavabdeh3 və ailə üzvlərinin adına olan 3,08 hektar, 0,61 hektar və 0,18 hektar torpaq sahələri üzərində hüquqlarının ləğv edilməsi, Şamaxı rayon DNK-da 22.01.2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə X15 arasında 0,11 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,11 hektar torpaq sahəsinə aid Bakı şəhəri 2 saylı “ASAN” Xidmət Mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X14 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqların (reyestr nömrəsi 4**********0, 05.02.2014), X9 həmin torpaq sahəsinin X7 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” Mərkəzində 09.08.2015-ci il tarixdə təsd iq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Bədəlov Sultanəli Vəkil oğlu və X13 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 ha və 0.12 ha torpaq sahəsinin X1 dair Şamaxı rayon Dövlət Notariat Kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinin və X10 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri 4**********8, 4**********5, 23.05.2015) ləğv edilməsi, JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan-ölçü sənə dinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiası Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış 20 dekabr 2004-cü il tarixli 4Ə/3/519 saylı və 27 dekabr 2004-cü il tarixli 4Ə/3/536 saylı alqı-satqı müqavilələri əsasında dörd hissədən ibarət ümumi sahəsi 8,0372 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış, həmin müqavilələr əsasında 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququna dair JN0632, kod 41011018 saylı, 01 mart 2005-ci il tarixli Dövlət aktı verilmiş, Dövlət aktı qeydiyyat kitabında 420 nömrə ilə 11 mart 2005-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızı İdd iaçı və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin ləğv edilməsi və sair tələblərə dair Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq 20 dekabr 2004-cü il tarixli, 4Ə/3/519 3 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş JN-0632, kod 41011018 saylı Dövlət aktının ləğv edilməsini xahiş etmişlər. Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(074)14/2017 saylı qətnaməsi ilə iddia həmin hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(105)-1775/2017 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(074)-14/2017 saylı qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızı Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(105)1775/2017 saylı qətnaməsindən kassasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra Cavabdeh6nə müraciət edərək JN-0632, kod 41011018 saylı Dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinə dair müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsi **********39 nömrəli, 26 yanvar 2018-ci il tarixli məktubla ərizəsinə baxıldığı, arxiv məlumatlarına əsasən qeydiyyat üçün təqdim olunmuş JN-632, kod 41011018 saylı Dövlət aktında göstərilən torpaq sahələrindən yalnız 3.1 9 ha hissəsinin reyestrdə qeydiyyata alınmasının mümkün olduğunu, digər 0.5051 ha, 0.6121 ha, 3.72 ha torpaq sahələrinin başqa mülkiyyətçilərin adlarına olduğunu bildirmişdir. Daha sonra göstərmişdir ki, iddiaçıya məxsus JN632, kod 41011018 saylı Dövlət aktı 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunmuş elektron baza xəritəsində öz əksini tapmır və aktda göstərilən torpaq sahələri vaxtilə JN-144 nömrəli dövlət aktına əsasən Cavabdeh3 məxsus olmuşdur. Torpaq islahatı zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən Cavabdeh3 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1.5 ha olmaqla cəmi 7.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına həmin torpaqların mülkiyyətə verilməsinə dair JN-144, kod 41011018 nömrəli Dövlət aktı hazırlan mışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonu “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, Nağaraxana kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuşdur. Cavabdeh3 ailəsi də Kürdəmir rayonunun “Karlar” adlanan ərazisində yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon Dövlət Notariat Kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. Cavabdeh3 torpaq sahəsinin Kürdəmir rayonu “Karlar” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra DTXK tərəfindən yerdə qalan 5.75 ha torpaq sahəsinə 27 dekabr 2004-cü ildə JN-608 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin, DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən həmin Dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində Cavabdeh3 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013-cü ilin iyul ayında Cavabdeh3 14 saylı Ərazi İdarəsinə müraciət edərək JN-608 nömrəli Dövlət aktını itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi İdarəsinə verdiyi ərizəsinə o, LM-608 nömrəli Dövlət aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-608 nömrəli Dövlət aktında göstərilən torpaq sahələrinə Cavabdeh3 ailəsinin adlarına reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqlardan 0.61 ha sahəni Cavabdeh3 Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4g-28 nömrəli alqısatqı müqaviləsinə əsasən Şamaxı rayon Qızmeydan kənd sakini X2. Lakin, sonradan Şamaxı rayon məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2(074)-14/2017 saylı qətnaməsinə əsasən Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4g-28 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş və torpaq sahəsi yenidən Cavabdeh3 mülkiyyətinə qaytarılmışdır. Torpaq sahəsinin 3.73 ha hissəsindən 3.42 hektarı notarial qaydada təsdiq olunmuş bölgü sxemi üzrə 12 nəfərə satılmışdır. Yerdə qalan 0.18 ha torpaq sahəsi Cavabdeh3 ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********64, 05.02.2014). Şamaxı ray on DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4g-28 nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin alıcısı X15 vəfat etdiyinə görə, onun adına olan 0.11 ha torpaq sahəsi Bakı şəhəri 2 saylı “ASAN” Xidmət Mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun arvadı X14 və üç övladının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi 4**********0, 05.02.2014). X4 həmin torpaq sahəsinin Sumqayıt “ASAN” Xidmət Mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsi əsasında X7 bağışlamışdır. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Bədəlov Sultanəli Vəkil oğlu və X13 özlərinə məx sus olan 0.24 ha və 0.12 ha torpaq sahələrini Şamaxı rayon Dövlət Notariat Kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4g-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinə əsasən X3 (reyestr nömrələri 4**********8, 4**********5, 23.05.2015). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsinə əsasən ləğv edildiyinə görə, qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmiş və torpaq sahəsi 3.08 hissədə yenidən Cavabdeh3 ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51, 27.04.2016). Şamaxı rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2(074)-173/2016 saylı qətnaməsində X12 və X7 məxsus torpaq sahələrinin mülkiyyət s ənədlərinin ləğvinə dair münasibət bildirilmədiyinə görə onların mülkiyyət hüquqları ləğv edilməmişdir. Şamaxı rayon məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində 2(074)-173/2016 saylı məhkəmə prosesinə cəlb etməmişdir. Buna görə də, X5 Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Hal-hazırda mübahisə davam edir və iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Torpaq sahəsinin üzərində mübahisə olduğu üçün JN632, kod 41011018 saylı Dövlət aktında göstərilən 3.72 ha, 0.61 ha, 0.505 ha torpaq sahələrinin üzərində onun adına qeydiyyata alınması qeyri-mümkündür. Sorğu əsasında surəti təqdim edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2(105)-361/2017 saylı qətnam əsindən görünür ki, maraqlarına toxunan şəxs İ.Ə.Xəlilovun apelyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh3 cavabdeh X11 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlarının ləğv edilməsi tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2(105)-361/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış, bununla da JN-632, kod 41011018 saylı Dövlət aktında göstərilən 3.72 ha, 0.61 ha, 0.505 ha torpaq sahələrinin üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hüquqi əsas qalmamışdır. Göründüyü kimi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cav abdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrafılova) Sadəgül Qoçalı qızı Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış 20 dekabr 2004-cü il tarixli, 4Ə/3/519 saylı müqavilə əsasında mülkiyyət hüquqlarının başqa şəxsə keçdiyini bildiyi halda, 2013-cü ilin iyul ayında 14 saylı Ərazi İdarəsinə müraciət edərək yalandan JN-608 nömrəli Dövlət aktını itirdiyini bildirmiş və JN-608 nömrəli Dövlət aktında göstərilən torpaq sahələrinə dair reyestrdən, çıxarışlar almışlar. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsi qanun pozuntusunu DTXK- nın Şamaxı rayon şöbəsi tərəfindən JN-0632, kod 41011018 olan Dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xərit əsində Cavabdeh3 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalması ilə izah etməsi əsassızdır. Dövlət aktının kadastr göstəricilərinin baza məlumatlarına daxil edilməsi mülkiyyət subyektinin deyil, dövlət orqan(lar)ının vəzifəsidir. Ona görə də JN-632, kod 41011018 saylı Dövlət aktında göstərilən torpaq sahələrininin 0.5051 ha, 0.6121 ha, 3.72 ha torpaq sahələrinə aid 20 dekabr 2004-cü il tarixdən sonra bağlanmış əqdlər etibarsız hesab edilməli, həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməli, iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, müvafiq çıxarış və plan-ölçü sənədi verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddia çı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkilləri Əliyeva Sevinc Alı qızı, Abbasov Nəvaid Novruz oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası ilkin iddia ərizəsinin və onun dəqiqləşdirilməsi barədə ərizənin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə cavab verməməsinə əhəmiyyət verməmiş, formal mülahizələrə əsaslanmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin fakti ki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Əliyeva Sevinc Alı qızı kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasın ın iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Əliyeva Sevinc Alı qızının izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. İddia tələbinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. İddiaçının məhkəmədən xahiş etdiyi istər ilkin, istərsə də artırılmış iddia ərizəsində tələbi aydın deyil və o bu tələblərini konkretləşdirməmiş, tələbləri üzrə kimlərin cavabdeh olduğu və onlara qarşı tələbləri ayrı-ayrılıqda göstərilməmiş, qeyri-müəyyən qalmışdır. Digər tərəfdən iddiaçının tələbinin artıtılması barədə ərizənin icraata qəbulu zamanı kimlərin cavabdeh qismində cəlb edilməsi nə 11 mart, nə dəki 28 mart 2019-cu il tarixli məhkəmə iclas protokollarında öz əksini tapmamışdır. İddia tələbi aydın, anlaşılan, hansı cavabdehlərə və onlara qarşı tələbi ayrı-ayrılıqda göstərilmədiyindən, nəticədə məhkəmənin qəbul edəcəyi qərarın həqiqi maddi maraqlı şəxsə münasibətdə çıxarılmasını təmin etmədiyindən iddia tələbləri təmin edilə bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda bu məhkəmə tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas ola bilər, lakin iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Bundan əlavə a pelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olmamasına dair hər hansı maddi hüquq normasına istinad etməmiş, bununla da düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyas ı qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar