Məhkəmə qərarları › İş №2(102)-337/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-337/2020

21.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-337/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili X2, Digər Cavabdeh2 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9868/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Xuraman Məhərrəmova) xx xxxx 2019-cu il tarixli, 2(004)-136/2019 saylı qətna məsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üçüncü şəxs olduğu ümumi mülkiyətdə olan payın naturada ayrılması barədə ilk iddia tələbi və Cavabdeh1 cavabdehlər İddiaçı, 5 saylı dövlət notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazı idarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi, açıq saxlanılmış 1/3 hissə üzərində mülkiyyət hüququnun tanınması və müvafiq sənədin verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qarşılıql ı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üçüncü şəxs olduğu ümumi mülkiyətdə olan payın naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, 32a nömrəli fərdi yaşayış evinin cavabdehlərlə hər b irinin mülkiyyətində olan 1/3 hissəsinin ümumi paylı əmlakda naturada ayrılması, ona məxsus sahənin cavabdehlərə məxsus sahədən təcrid olunması və onun həmin sahəyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 öz növbəsində cavabdehlər İddiaçı, 5 saylı dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazı idarəsinə qarşı qarşılıqlı iddia ərizəsi verərək və sonra iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən İddiaçı ƏliAbbas qızına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, xx.xx.2017-ci il tarixli çıxar ışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi 32a saylı evin açıq saxlanılmış 1/3 hissəsi üzərində onun mülkiyyət hüququnun tanınması və müvafiq sənədin verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instans iyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X4 məhkəmə kollegiyasının iclasında xxxxxxx kassasiya şikayətindən imtina barədə notarial qaydada təsdiq edilmiş ərizəsini təqim edərək kassasiya şikayətindən imtina edilməsini, bununla əlaqədar kassasiya icraatına xitam verilməsini xahiş edərək kassasiya şikayətindən imtinanın nəticələrinin onlara aydın olduğunu göstərdi. Digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu məhkəməyə məktub göndərərək mülki iş ə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlərin nümayəndələri gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 vəkili X2 izahatını dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini və təqdim edilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Belə ki, cavabdehin vəkilinin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 İddiaçı ilə doğma bacı olması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirərək kassasiya şikayətindən imtinanın qəbul olunmasını və kassasiya instansiyasında icraata xitam verilməsini xahiş etmişdir. Ərizə notariat orqanında təsdiq edilmiş, cavabdehin şəxsiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 1 91-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kollegiya hesab edir ki, kassasiya şikayətlərindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizələr təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9868/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətin dən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar