Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3373/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3373/2022 (açar sözlər: aliment məbləğinin azaldılması) 13.06.2022 Bakı şəhəri, 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1793/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)2383/2016 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 9 fevral 2010cu il tarixli nikahın pozulması və İddiaçı 24 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulub Cavabdeh1 verilməsi qət edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)2466/2021 nömrəli qətnaməsi ilə İddiaçı 17 mart 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulub Cavabdeh2 verilməsi qət edilmişdir.
3. Mübahisə aliment in məbləği ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2011-ci il təvəllüdlü X2 və 17 mart 2020-ci il təvəllüdlü X1 üçün ödənilən alimentin miqdarının azaldılması, aliment qazancının hər uşaq üçün ayrılıqda 1/3 hissəsinin yarısı miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qanunu qüvvəyə minmiş iki qətnaməyə əsasən hər iki uşağa ayrılıqda qazancının ½ hissəsi miqdarında aliment ödəyir. Bu isə mövcud qanunvericiliyə ziddir və iddiaçının hüquqlarını pozur. Çünki Ailə Məcəlləsinin 76-cı maddəs inə görə 2 uşaq üçün əmək haqqının 3/1 hissəsi miqdarında aliment tutulmalıdır. Buna görə də aliment məbləği azaldılmalı hər uşaq üçün qazancın 1/3 hissəsinin yarısı tutulmalıdır.
6. Cavabdeh1nın nümayəndəsi hər hansı dəlil göstərmədən iddiya etiraz etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2996/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İlkin Rüstəmli)
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Ailə Məcəlləsinin 76.1.1 və 76.1.2-ci maddələrinə istinad etsə də, qanunvericiliyin qeyd olunan norması bir nikahdan doğulan iki uşağı nəzərdə tutur. Aliment öhdəliklərində tərəflər uşaq və valideyndir. Bir valideyndən aliment tutulduqda tələbkar uşağın özüdür. Hazırki işdə iddiaçının uşaqları müxtəli f nikahlardan anadan olduğundan iddiaçının istinad etdiyi hal iddia tələbinin təmin edilməsinə əsas deyildir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.2, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13 və 19-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd olunan normasının bir nikahdan doğulan iki uşağı nəzərdə tutması barədə gəldiyi nəticə düz deyil. Birini instansiya məhkəməsinin istinad etdiyi hallar dü zgün olduğu təqdirdə, insanın üç ailədən olan uşaqları üçün 75 faiz, dörd ailədən olan uşaqları üçün isə qazancının 100 faizi miqdarında alment tutulmalıdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1793/2022 nömrəli mülki iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «aliment məbləğinin azaldılması» barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)
13. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilmə əsası kimi birinci məhkəməsinin mövqeyi ilə razıl aşmayaraq qeyd edib ki, hazırki işdə iddiaçının uşaqlarının müxtəlif nikahlardan anadan olması iddianın rədd edilməsi üçün əsas deyil. Çünki aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
14. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki halda Ailə Məcəlləsinin 76.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının maddi və ailə vəziyyətində diqqətəlayiq hər hansı hal müəyyən edilməmişdir.
15. İddiaçının müxtəlif nikahlardan olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, hər iki uşağa görə ümumilikdə alimentin məbləğinin iddiaçının aylıq əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsi üçün əsaslar olmadığı üçün iddia təmin edilə bilməz. 16. apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.1, 76.2, 78.1, 112.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5, 8, 13, 19-cu, BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddələri və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı iki uşağın hər birinə qazancının ¼ hissəsi miqdarında aliment verməklə, ümumi olaraq qazancının yarısını ödəyir. Bu isə bir başa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə ziddir. Məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normaların ın tələbləri əsasında araşdıraraq müəyyən etməlidir; - məhkəmə öz qətnaməsində əsaslandırma hissəsində formal bir cümlə ilə kifayətlənmişdir, işdə olan hallara heç bir qiymət verməmişdir. b)
19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxar kən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Buna görə də, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
24. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə iddiaçının iki nikahdan 2 uşağı var və məhkəmə qətnamələri ilə həmin uşaqların hər birinin saxlanması üçün iddiaçının qazancının ¼ hissəsi miqdarında aliment tutulub.
25. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında a liment tutulur. Göründüyü kimi, qanunvericilik 2 uşağa görə bir qayda olaraq alimentin miqdarını müəyyən edib. Lakin Ailə Məcəlləsinin 76.2-ci maddəsi bu qaydadan kənara çıxmanı da istisna etmir. Bunun üçün həmin maddənin özündə qeyd edilən hallar müəyyən edilməlidir.
26. Apellyasiya məhkəməsi Ailə Məcəlləsinin 76.2-ci maddəsinə uyğun olaraq iddiaçının maddi və ailə vəziyyətində diqqətəlayiq hər hansı halın müəyyən edilmədiyini qeyd etsə də, işin bu halın nə ilə müəyyən etməsi, bununla bağlı hansı sübutu tədqiq etməsi qətnamədən görünmür. Halbuki apellyasiya məhkəməsi iddianı məhz Ailə Məcəlləsinin 76.2-ci maddəsinə istinadən təmin etmirdisə, gəldiyi nəticəni işin bu halına qiymət verməklə əsaslandırmalı idi. Nəzərə almaq lazımdır ki, qanunvericiliyə görə qətnamə çıxarıldıqda hakim sübutla rı qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 218.1-ci maddə)
27. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki əmək haqqının miqdarı, bunun uşaqların əvvəlki və bundan sonrakı təminatının səviyyəsinə nə dərəcədə təsir göstərməsinə aydınlıq gətirmədən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına istinad etmişdir ki, bu da əsaslı sayıla bilməz.
28. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 200 5-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübu t olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
31. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslı hesab etmir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümu milikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni v ə əsaslı qərar qəbul etməlidir.
34. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1793/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.