Məhkəmə qərarları › İş №2(102)-3374/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3374/2021

17.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3374/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina edilməsi, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 08 fevral 2021-ci il tarixli, 2(103)1940/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 (MMC-nin təsisşisi və qanuni təmsilçisi) cavabdeh Bakı şəhəri 51 nömrəli Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 nömrəli Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 8İ-3887 reyestr nömrəli və 31 may 2020-ci il tarixli, 8İ-3979 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(005)2877/2020 saylı qətnaməsi ilə (hak im G.Əsədova) iddia tələbi təmin edilməmişdir.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(103)-1940/2021 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) cavabdeh X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(005)-2877/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(103)- 1940/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barə də yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İş kassasiya icraatına qəbul olunmaqla baxılması üçün 17 avqust 2021-ci il tarixə təyin edilmişdir.

7. Kassasiya icraatı zamanı İddiaçı1 kassasiya şikayətindən imtina etməsi barədə ərizə göndərərək, kassasiya şikayətindən imtina etdiyini, imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş və iş üzrə kassasiya icraatına xitam verilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə koll egiyasının iclasında iddiaçıların vəkili (nümayəndəsi) Vəkil1 kassasiya şikayətindən imtina olunması barədə ərizənin nəzərə alınmasını və kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyası iddiaçıların kassasiya şikayətindən imtina edilməsi barədə ərizəni müzakirə edərək hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı üçün qəbul edilməlidir.

11. Belə ki, Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kas sasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.

12. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kassasiya şikayətlərindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddiaçıların kassasiya şikayətindən imtina etməsi qəbul edilməli və iş üzrə kassasiya icraatına xitam verilməlidir.

13. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 410 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətlərindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2 2 (103)1940/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayətlər üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar