Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3378/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)-423/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim A.Qasımov) 02.07.2018-ci il ta rixli, 2(008)2756/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-ninCavabdeh qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) 16.01.2019-cu il tarixli, 2(103)-423/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02.07.2018-ci il tarixli, 2(008)-2756/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasıqət edilmişdir. İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASCCavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında Bakı şəhəri, *************************** saylı (təzə nömrəsi 77) 3 otaqdan ibarət ümumi sahəsi 114.90 kv.m olan mənzilin alqı-satqısına dair bağlanmış 17.08.2010-cu il tarixli, ****** saylı müqavilənin və 20.04.2016-cı il tarixli Əlavə razılaşmanın ləğv edilməsi, Bakı şəhəri, *********************** saylı (təzə nömrəsi 77) 3 otaqdan ibarət ümumi sahəsi 114.90 kv.m olan mənzilin boşaldılması və mənzilin İddiaçı “xxxx” ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəm ə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilən dəlillər işin hallarına uyğun deyildir. Apellyasiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş və nəticədə səhv qərar vermişdir. Belə ki, iddiaçının cavabdehə qarşı müqavilənin ləğv edilməsi, mənzilin geri qaytarılması tələbinə dair iddiası Sabunçu rayon Məhkəməsinin 05.12.2014-cü il tarixli qətnaməsi ilə rədd edildikdən sonra cavabdeh özü 08.02.2016-cı il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək mənzilə görə borcunu etiraf etmiş, mənzilə görə ödəməli olduğu gecikdirilmiş məbləğin ödənilməsi üçün ona 60 ay vaxt verilməsini xahiş etmiş, cavabdehin ərizəsi nə zərə alınaraq onunla iddiaçı arasında 17.08.2010-cu il tarixli, 12374 saylı müqaviləyə 20.04.2016-cı il tarixli Əlavə razılaşma bağlanmışdır. İddiaçı ilə cavabdeh aralarında bağlanmış mənzil alqı-satqısı müqaviləsinə istənilən düzəliş və əlavələr etməkdə sərbəstdirlər və onlar 20.04.2016-cı il tarixli Əlavə razılaşma bağlamaqla qanun pozuntusuna yol verməmişlər və bundan əvvəl məhkəmə qətnaməsi olması onlara aralarında bağlanmış müqaviləyə hər hansı əlavə və düzəlişlər etməyə qadağa qoymur. Əlavə razılaşmanın 5-ci bəndinə əsasən, bu Razılaşma satıcı tərəfindən alıcını qabaqcadan xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya qaytarılmalıdır. Lakin məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin maddi və prosessua l normaları üzrə istiqamətinə hüquqa aid bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün bütün zəruri sübutları əlaqəli şəkildə, heç bir səbəb göstərmədən işin hərtərəfli həlli məqsədi ilə sübutların qəbul edilib-edilməməsi səbəblərini obyektiv yanaşmaqla izah etməmişdir. Bu da nəticə etibarı ilə işin tam, hərtərəfli və qanuni normalar əsasında araşdırılması və çəkişmə prinsipinin pozulmasına gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389, 421, 442, 443 və 600-cü, Mülki Prosessual Məcəllənin 14, 71, 88, 217 və 218-ci maddələrinin tələblərini pozmuşdur. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)423/2019 saylı qətnaməsinin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02.07.2018-ci il tarixli, 2(008)-2756/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş matieriallarında olan 17 avqust 2010-cu il tarixli, ********** saylı mənzilin alğı-satqı müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında Bakı şəhərində *************************** küçəsində inşa olunan *** saylı binanın 1 blok, *** saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kı.m olan mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Məhkəməsinin 2(008)-7855/2014 saylı mülki işin materialları və 05 dekabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh “xxxx” ASC-nin “İnkişaf” filialından illik 12 % ödəmək şərti ilə 239 ay müddətinə 80.434 manat 56 qəpik məbləğində kredit götürmüş və Cavabdeh kreditin təmini kimi Bakı şəhər,************************* nömrəli mənzili “xxxx” ASC-nə ipotekaya qoymuşdur. Həmin müqavilə üzrə yaranən öhdəliklərin icrasının digər təmini kimi “xxxx” ASC ilə “xxxx” ASC arasında 17 avqust 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin “xxxx” ASC borc alan Cavabdeh “xxxx” ASC qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürdüyünə görə 24 may 2012-ci il tarixdə “xxxx” ASC tərəfindən Cavabdeh adına olan kredit məbləği əsas borc 79.566 manat 16 qəpik, ona hesablanmış faiz borcu 2.103 manat 97 qəpik, cəmi 81.670 manat 13 qəpik məbləği tam ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, xxxx” ASC alğı-satqı müqaviləsində tərəf kimi deyil, reqres hüququ əldə etmiş zamin kimi çıxış etməlidir. Alğı-satqı müqaviləsi üzrə tərəflər öz üzərlərinə düşən öhdəlikləri tam icra etdikləri üçün həmin müqavilə üzrə öhdəliklərin icrası pozulmamış və zaminlik müqaviləsi bağlandıqdan sonra “xxxx” ASC ilə Cavabdeh arasında 17.08.2010-cu il tarixli zaminlik müqaviləsindən irəli gələn yeni hüquq müna sibətləri yaranmışdır. Buna görə də, “xxxx” ASC-nin Cavabdeh qarşı “mənzilin geri qaytarılması” tələbinə dair iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C1 şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İş materiallarına əlavə olunmuş 17 av qust 2010-cu il tarixli *** № alqı-satqı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 20 aprel 2016-cı il tarixli Əlavə Razılaşmanın birinci və ikinci bəndlərindən görünür ki, alıcı Cavabdeh alğı-satqı müqaviləsi əsasında əldə etdiyi Bakı şəhəri ************************* nömrəli mənzilə görə satıcı “xxxx” ASC-yə olan 81670,13 manat borcunu 60 ay müddətinə hər ayın 17-i 1361,17 manat olmaqla ödəməsini öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 5-ci bəndi ilə alıcı qəbul edir ki, bu Razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə, satıcı tərəfindən alıcını qabaqcadan yazılı xəbərdar etməklə bitrərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ilk növ bədə qeyd etmişdir ki, tərəflər arasında eyni predmet barəsində qəbul olunmuş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş və bununla da mübahisələndirilməyən hallar ondan ibarətdir ki, Cavabdeh “xxxx” ASC-nin “İnkişaf” filialından götürdüyü kredit hesabına Bakı şəhəri ******************* nömrəli mənzilini əldə etmiş, həmin müqavilə üzrə yaranan öhdəliklərin icrasının təmini kimi “xxxx” ASC 17 avqust 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh “xxxx” ASC qarşısında götürdüyü pul öhdəliyini icra etmiş və cəmi 81.670 manat 13 qəpik məbləği tam ödəmişdir. Bunlar isə iddiaçının bildirdiyi kimi cavabdeh tərəfindən alğı-satqı müqaviləsi üzrə öhdəliklərin pozulması ilə bağlı istinad etdiyi halların öz təsdiqini tapmadığını təsdiq edir. Qeyd edilən məsələ ilə bağlı idd iaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, təmsil etdiyi təşkilat kredit müqaviləsi üzrə zamin qismində çıxış etdiyindən cavabdehin əvəzinə kredit müqaviləsi üzrə yaranmış borcu ödəmişdir. Bundan sonra isə tərəflər arasında Əlavə Razılaşma əldə olunmuş və həmin Razılaşma ilə müəyyən edilmiş şərtlərin, pozulması mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi üçün əsasdır. Bununla bağlı məhkəmə iddiaçının dəlilləri və əsasları ilə razılaşmayaraq onu qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd olunan Əlavə Razılaşma özü-özlüyündə yeni alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Belə ki, alqı-satqı müqaviləsi iddiaçı ilə cavabdeh arasında mənzilin alğı-satqısına dair bağlanmış və həmin müqavilə üzrə satıcı olan iddiaçının öhdəliyi - mənzilin alıcı olan cavabdeh ə təhvil verilməsi, bunun əvəzində qarşı tərəfin də öhdəliyi həmin mənzilə görə müəyyən edilmiş məbləğin müəyyən edilmiş qaydada ödəməsindən ibarətdir. Kredit müqaviləsi isə hazırkı iş üzrə cavabdehlə bank arasında bağlanmış və həmin müqavilə üzrə bankın öhdəliyi müqavilə ilə nəzərdə tutulmuş borcun verilməsindən, öz növbəsində borcalan olan cavabdehin də həmin borcun müqavilə şərtlərinə uyğun olaraq ödənilməsindən ibarət olmuşdur. İddiaçı zaminlik müqaviləsinə əsasən cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilmədiyi halda onun əvəzinə əsas və faiz borcunun ödənilməsini öhdəsinə götürmüşdür. Lakin zaminlik müqaviləsi üzrə iddiaçının cavabdehin əvəzinə kredit üzrə ödənişləri aparması, heç cür onunla bağlılığı olmayan alğı-satqı müqaviləsi üzrə artıq icra edilmiş öhdəliyin ara dan qaldırılmasına səbəb ola bilməz. Bu yalnız iddiaçının gələcəkdə cavabdehə qarşı reqres qaydada pul tələbi ilə iddia qaldırmaq hüququnun əsasını təşkil edə bilər. Odur ki, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)423/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlan
Məhkəmə qərarları › İş №2(102)-3378/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3378/2019
20.05.2019 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver