Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3814/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı işi üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs 4 saylı “ASAN xidmət” mərkəzinin 4 saylı notariat ofisinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-415/2025 nöm rəli, 1 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 m2 olan mənzili 9000 manata alıcı Cavabdeh satmışdır.
2. İddiaçı tərəfindən X1 verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı öz əvəzinə Beynəlxalq Bankın istənilən filialından ona çatası kartı, PİN kodu almağı, lazımi sənədləşdirmə işlərini aparmağı, sənəd verməyi, sənəd almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından imza etməyi, əriz ə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəyişərək tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olmuşdur. Cavabdeh ailəsi ilə onun qonşuluğunda yaşayırdı. Onlar bilirdilər ki, o tək yaşayır və bundan istifadə edib onu dilə tutub ölənə qədər ona baxacaqlarını bildirmiş və o da bunlara inanıb onlarla birlikdə 4 saylı “ASAN xidmət” mərkəzinə getdi. O, rus dilində oxuduğundan latın əlifbasını bilmir. “ASAN xidmət”də cavabdeh özü gedib notariusun əməkdaşı ilə danışıb bankdan 5.000 manat çıxartmışdı və özünün 1.850 manat pulunun həmin müqavilə bağlamaq üçün lazım olduğunu bildirdi və dedi ki, müqavilə bağlanandan sonra pulun özünə qayıdacaq. Müqavilə bağlandı və ona bankda pul verdilər. Həmin pulu bankdan çıxan kimi cavabdeh əlindən aldı. O, heç pulun sayını da bilmirdi. O müqavilənin alqı-satqı olduğunu bilməmişdi. Bilirdi ki, onlar öz öhdəliklərini pozsalar, yəni ona baxmasalar, o bu müqaviləni poza bilər. Bundan əlavə, onun pensiya kartını əlindən almışlar. O, gördü ki, cavabdehlər ona baxmır və o kartını tələb edəndə onu evdən qovmuş və bildirmişlər ki, “hara istəyirsən get, mən qaziyəm, mənə heç kim heç nə edə bil məz. Çox sağ ol de ki, səni qeydiyyatdan çıxartmamışam”. O, evinə getdi ki, həmin evdən kirayəşinləri çıxardıb özü yaşasın. Onlar da ona dedilər ki, sən kimsən, evin mülkiyyətçisi Seyrandır. Bunu eşidəndə o, 4 saylı “ASAN xidmət” mərkəzinin notariusuna yaxınlaşmış və başına gələnləri onlara danışanda ona bildirdilər ki, get məhkəməyə müraciət et. Onu da qeyd edir ki, 150 manat kirayəşinlərdən almış və 368 manat onun pensiyasını mənimsəmişdir. 2022-ci ilin dekabr ayına kimi pensiyanı cavabdeh almışdır. O, təzədən “DOST” məkana gedib, başına gələnləri danışandan sonra özünə pensiya kartı almışdır. Bu günə kimi evin pulunu ödəyir. Cavabdeh onu aldadaraq, etibarından sui-istifadə etmiş, mülkiyətində olan evi alqı-satqı müqaviləsinə əsasən adına keçirmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəm əsinin 25 iyul 2024-cü il tarixli, 2(010)70/2024 nömrəli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ANİ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin müqavilədən əvvəlki vəziyyətlərinə qaytarılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2016-cı ildən iddiaçının yaşadığı yataqxanaya köçmüş, o vaxtdan qonşu olmuşlar. İddiaçı yaşlı qadın olduğundan həmişə ona kömək etmiş, evində nə isə xarab olsa, gedib təmir etmişdir. Tanışlıqları da belə yaranmışdır. Üç il bundan əvvəl, 2020-ci ildə iddiaçı ona demişdi r ki, mənzilini satıb qohumlarının evinə köçmək niyyətindədir. O da 9000 manata mənzili almışdır. Alqı-satqı notariat ofisində baş tutmuş və orada rəsmiləşdirilmişdir. Onda iddiaçıya mənzilə görə pul ödədiyini təsdiq edən qəbz də var. Mənzili aldıqdan sonra iddiaçı ondan mənzildən çıxmaq üçün möhlət istəmiş, o da bu möhləti vermişdir. Bundan sonra müharibə başlamış, o da müharibədə iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra da iddiaçı uzun müddət həmin mənzildə yaşamışdır. 2022-ci ildə yoldaşı ona zəng vurub demişdir ki, Lətifə xalanın əli kəsilmişdir və vəziyyəti pisdir. O da yoldaşına iddiaçını xəstəxanada ziyarət edib, nə lazım olsa almasını demişdir. Üç gün sonra xəstəxana çıxışına özü maşınla getmişdir. İddiaçı maşında ona demişdir ki, satdığı mənzildə qanı tökülüb və artıq həm in mənzildə yaşamaq istəmir. Ondan xahiş etmişdir ki, onu öz evlərinə aparsın, o da sağaldıqdan sonra çıxıb getsin. O da bununla razılaşmışdır. Beləliklə, 2022-ci ilin avqust ayından dekabr ayınadək iddiaçı onunla və ailəsi ilə birlikdə yaşamışdır. O, evində iddiaçı üçün bir otaq ayırmış, yoldaşı ona qulluq etmiş, qayğısına qalmışdır. Onlarda yaşamağa başladığı avqust ayında iddiaçı ona pensiya kartını verərək xahiş etmişdir ki, pensiyası ilə onun dərmanlarını və yeməkiçməyini qarşılasın. O da kartı məhz bu məqsədlə götürmüş və iddiaçının xərclərini qarşılamışdır. Onlarla qaldığı dövrdə iddiaçının bütün ehtiyaclarını qarşılamışdır. Dekabr ayında o, yoldaşı ilə birlikdə rayona – Lənkərana getməli olmuş, uşaqları iddiaçı ilə evdə qoyub getmişdir. Növbəti gün geri qayıtdıqda uşaqlar ona demiş lər ki, Lətifə xala evdən birdəfəlik çıxıb gedib. Bundan sonra da, elə dekabr ayında iddiaçı onda olan pensiya kartını ləğv etdirib yeni kart açdırmışdır. Onun daha iddiaçı ilə əlaqəsi qalmamışdır. Lakin artıq iddiaçının ona satdığı mənzildə yaşamasına icazə verə bilməz. Çünki artıq o özü həmin mənzildə yaşayır və mənzilə özünün ehtiyacı var. İddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyil. Belə ki, ərizədə satılmış mənzilin sahəsini 34 m2 göstərmişdir. Halbuki mənzilin sahəsi 17 m2 olmuşdur və bu, müqavilədən də görünür. Bundan başqa iddia ərizəsində iddiaçının pensiyası da düzgün göstərilməmişdir. Belə ki, onun pensiyasının məbləği 368 manat məbləğindədir. İddiaçı mənzilini 9000 manata ona satmış, o da pulunu ödəyərək mənzili almışdır. İddiaçının başı özündə deyil, hadisə ləri düzgün danışmır.
7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, İddiaçı hazırda yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilir. İddiaçı müəyyən edilən yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla diaqnozlu psixi pozuntu müəyyən edilir və buna görə də onda dərk etmə və anlama funksiyalarının zəifləməsi, şübhəlilik əlamətləri ilə göstərilən psixi pozuntu təzahür edir. Qeyd edilməlidir ki, İddiaçı göstərilən psixi pozuntunun son illərin hansı dövrdən başlayaraq yaranmasını müəyyən etmək mümkün deyildir.
8. İş üzrə təkrar keçirilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, İddia çı hazırda yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilmişdir. İddiaçı müəyyən edilən bu pozuntu nəticəsində onda dərk etmə və anlama funksiyalarının zəifləməsi, şübhəlilik əlamətləri təzahür edir. Qeyd edilməlidir ki, İddiaçı göstərilən psixi pozuntunun son illərin hansı dövrdən başlayaraq yaranmasını müəyyən etmək mümkün deyildir.
9. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışa əsasən, ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən, yaşayış sahəsi 17.2 m2 olan mənzilin 2020ci ildə bazar dəyəri 35000 manat, hazırkı vaxta bazar dəyəri 52000 manat təşkil etdiyi müəyyən edilmişdir.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ps ixi vəziyyətini müəyyən etmək üçün əlavə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1508 saylı ekspert rəyinə əsasən, şahid ifadələri nəzərə alınaraq, İddiaçı ilkin və hazırkı psixiatrik müayinə nəticəsində onda müəyyən edilən yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla diaqnozlu psixi pozuntu son dörd-beş ildə meydana gələ bilərdi.
11. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 həkim psixiatr eksperti X2 bildirdi ki, rəy verilərkən iddiaçı ilə söhbət aparılmış, ona psixi vəziyyəti, eləcə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı müəyyən suallar verilmişdir. İddiaçının ver diyi cavablar əsasında müəyyən edilmişdir ki, onun dərk etmə, sualların məğzini başa düşüb cavab vermə qabiliyyətində problem var. Məsələn, adi bir sual verdikdə məsələdən uzaqlaşır və suala aidiyyəti olmayan başqa-başqa hadisələrdən danışır. Bu səbəbdən onda koqnitiv pozuntunun əlamətlərinin olması nəticəsinə gəlmişlər. Həmçinin iddiaçıda şübhəlilik əlamətlərinin olduğu da müşahidə edilmişdir. Belə ki, o, cavabdehlə “ASAN xidmət”ə imza çəkmək üçün getdiyini xatırlayır və deyir ki, orada cavabdeh “ASAN xidmət” işçisi ilə pıçıldaşaraq nəsə pulla bağlı danışmış, yekunda onun maraqlarına uyğun olmayan bir vəziyyət yaranmışdır. Bundan başqa, komissiya üzvləri tərəfindən iddiaçıdan soruşulmuşdur ki, əgər oğlu varsa (iddiaçı özü bunu demişdir), nəyə görə alqı-satqı kimi ciddi bir müqaviləni bağl ayarkən oğlu ona köməklik etməmişdir? İddiaçı cavabında demişdir ki, əgər cavabdeh və “ASAN xidmət” işçiləri onun oğlunun bu məsələdən xəbərdar olduğunu bilsələr, oğluna qəsd edib onu öldürə bilərdilər. Bütün bu suallara verdiyi cavablar əsasında iddiaçıda koqnitiv pozuntu əlamətləri olduğu nəticəsinə gəlmişlər. Hansı ki, koqnitiv pozuntu idrak proseslərinin zəifliyidir. Yəni şəxsin götür-qoy etmək, ətrafda baş verən, özü ilə bağlı hadisələrə düzgün qiymət vermək, nəticə çıxarmaq, düzgün qərara gəlmək qabiliyyəti zəif olur. Bu əlamətlər ağıl zəifliyinin (demansiya) əmələ gəlməsinin başlanğıc əlamətləridir. Həmçinin bu əlamətlər tədricən inkişaf edir. Lakin hər bir insanın orqanizmi bir-birindən fərqli olduğuna görə xəstəliyin əlamətlərinin hansı tarixdən müşahidə edilməyə başladığını müayi nə əsasında müəyyən edə bilmirlər. Bunun üçün ancaq şahid ifadələrini dinləməlidirlər. Yəni qonşuları, ailə üzvləri gəlib ifadə verirlər ki, məsələn, xəstədə yaddaş pozuntusu əlamətləri nə vaxtdan müşahidə edilir. Bununla belə, iddiaçıda yüngül koqnitiv pozuntu əlamətləri olduğu nəticəsinə gəlmişlər. Çünki o, öz ad-soyadını, doğulduğu tarixi və s. düzgün bilir. Xəstə bu məlumatları bilmədikdə koqnitiv pozuntunun ağır olduğu nəticəsinə gəlirlər. Hər bir halda iddiaçının vəziyyətində olan bir şəxsin aldadılması mümkündür.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıda olan psixi pozuntunun mübahisəli alqı-satqı müqaviləsi bağlanan zaman onun iradəsini zədələməsi, daha doğrusu onun həqiqi iradəsini ortaya qoymasına mane olması mümkündür. Belə ki, iş mate riallarında olan ekspert rəylətindən də görünür ki, bu pozuntu onun öz hərəkətlərinin mənasını başa düşmək qabiliyyətini məhdudlaşdırır. Hansı ki, bu hal mübahisəli əqdin etibarsızlığı üçün əsas təşkil edə bilər.
13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı müqavilədən sonrakı münasibətlər, yəni müqavilə bağlandıqdan sonra onların yuxarıda qeyd edilən hərəkətləri tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun gəlmir. Belə ki, müqavilədə heç bir qeyd-şərt nəzərdə tutulmadığı halda iddiaçıya istədiyi qədər (öz təşəbbüsü ilə mənzildən çıxana qədər) satdığı mənzildə yaşamağa icazə verilməsi, iddiaçının cavabdehlə heç bir qohumluq münasibəti olmamasına, sadəcə qonşu olmalarına baxmayaraq, cavabdehin evində onun ailəsi ilə birlikdə aylarla yaşaması, həmin evi də yalnız öz istəyi ilə tərk etməsi tərəflər arasındakı münasibətlərin - alqı-satqı münasibətlərinin xarakterinə uyğun gəlmir.
14. Məhkəmə işin hallarını, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətlərini, onların qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı psixi vəziyyəti mübahisəli əqdin bağlanması zamanı onun öz hərəkətlərinin mənasını başa düşməsinə mane olmuş, tərəflər arasındakı münasibətlərin sonrakı xarakteri - onun iki il “satdığı” evdə, daha sonra cavabdehin evində yaşaması – uzun müddət müqavilənin əsl mahiyyətini dərk etməsinin qarşısını almışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, bu müqavilə bağlandığı andan etibarsız olmuşdur.
15. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətsi z əqd olduğundan və əhəmiyyətsiz əqd üzrə əldə edilən əşya fərdimüəyyən əşya (daşınmaz əmlak) olduğundan yuxarıda istinad edilmiş Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddətin hazırkı işə tətbiqi istisna edilir.
16. Məhkəmə mövqeyini Mülki Məcəllənin 337, 346.1, 346.3 və 354.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 50.1, 50.3, 54.1, 76.1, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbi nin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi bağlayanda İddiaçı mövcud olmuş psixi pozuntu onu öz hərəkətlərinin mənasını başa düşmək imkanından necə məhrum etmişdir ki, notarius qeyd olunan alqı-satqı müqaviləsini təsdiq edəndə hüquq və vəzifələri izah ediləndən və notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq ediləndən sonra həmin alqı-satqı müqaviləsinə öz adını və soyadını latınca yazdıqdan sonra imza edir və bundan sonra aldığı mənzilin pulunu bankdan götürəndə də heç bir pozuntu olmur. Əgər alqı-satqı müqaviləsi bağlanılarkən İddiaçı psixi pozuntu halları olubsa, onda necə olur ki, o, unutmayıb ki, aldadılmışdır ki, guya cavabdeh mənzili ondan alanda söz vermişdir ki, ölənə kimi ona baxacaq. Necə onun yadında qalıb ki, notariusun əməkdaşı ilə danışıb bankdan 5.000 manat pul çıxartmış və ondan həmçinin 1.850 manat pul almış və demişdir ki, bu pulu ver, müqavilə bağlanandan sonra həmin 1850 manat pulu özünə qaytaracaqdır. Eyni zamanda baxmayaraq ki, İddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etmək müddətin ötürsə də, məhkəmə qanunvericiliyin tələbini pozaraq iddia müddətin tətbiq etməklə iddia tələbini rədd etməli olduğu halda bunu etməmiş və iddia tələbini təmin etmişdir. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş təlimatı da nəzərə almamışdır. Notarius onunla İddiaçı arasında bağlanmış alqısatqı müqavliəsini bağlayarkən qanunda nəzərdə tutulmuş bütün normaları nəzərə almış və yuxa rıda qeyd etdiyi kimi ona və həmçinin İddiaçı alqı-satqı müqaviləsinə imza edəndə hüquq və vəzifələri izah edilmiş və notariat hərəkətinin aparılmasının nəticələri barədə ona xəbərdarlıq da edilmişdir. Bundan sonra hər ikisi qeyd olunan alqı-satqı müqaviləsinə notariusun iştirakı ilə imza etmişlər və daha sonra notarius tərəfindən mübahisəli alqı-satqı müqaviləsini təsdiq etmişdir. Məhkəmə eyni zamanda bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli olduğu halda və öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda bütün bu prinsiplərinin də heç birini əməl etməmişdir.
19. Bundan başqa məhkəmə iki dəfə ekspertiza təyin edəndən sonra ekspertin rəyi İddiaçı xeyrinə olmadığını görüb, t əkrar ekspertiza keçirib, nəhayət ekspert rəyində guya İddiaçı olan psixi pozuntu halının 4-5 il bundan əvvəl meydana gəlməsi ehtimalının olduğunu qeyd edəndən sonra məhkəmə işin baxılmasını davam etdirərək ekspertin rəyində qeyd etdiyi həmin halı əlində əsas götürərək onu əsas sübut növü kimi qəbul edib, sonda İddiaçı iddia tələbini təmin etmişdir. Bununla yanaşı məhkəmə nəyə görə ilk iki ekspertin rəyini sübut kimi qəbul etmədiyinin və nəyə görə üçüncü ekspertin rəyini sübut kimi qəbul etdiyinin səbəblərini qətnamədə qeyd etməmişdir. Çünki, məhkəmədə dindirilən ekspert də verdiyi izahatında İddiaçı göstərilən psixi pozuntunun son illərin hansı dövrdən başlayaraq yaranmasını qeyd etməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə əgər alqısatqı müqaviləsi bağlanarkən İddiaçı psixi pozuntu halı mövcud olmuşdursa, onda o, necə olur ki, iddia ərizəsi tərtib ediləndə iddia ərizəsində qeyd olunmuş halları xronoloji ardıcıllıqla sərbəst şəkildə iddia ərizəsini tərtib etmiş şəxsə bildirə bilib və sonda da həmin iddia ərizəsini özü öz imzası ilə təsdiq edir. Bundan sonra da məhkəmə onun iddia ərizəsini icraata götürüb və onun iddia tələbinə baxır. Eyni zamanda ona qarşı insaniyyətlik göstərib, xəstə olduğu halda və daha xəsarət aldıqdan sonra ona möhlət verib, aldığı mənzildə onu alqı-satqı müqaviləsi bağlanandan sonra saxladığını məhkəmə hesab etmişdir ki, cavabdehlə heç bir qohumluq münasibəti olmamasına, sadəcə qonşu olmalarına baxmayaraq, cavabdehin evində onun ailəsi ilə birlikdə aylarla yaşaması, həmin evi də yalnız öz istəyi ilə tərk etməsi tərəflər arasındakı münasibətlərin al qı-satqı münasibətlərinin xarakterinə uyğun gəlmir. Hesab edir ki, məhkəmənin iddiaçıya insaniyyətlik göstərərək onu evdən çıxarmaması alqı-satqı münasibətlərinin xarakterinə uyğun gəlməməsi nəticəsinə gəlməsi çox gülüncdür və işin faktiki hallarına uyğun deyildir. Məhkəmənin İddiaçı alqı-satqı müqaviləsi bağlayarkən psixi pozuntudan əziyyət çəkməsi, yəni fəaliyyət qabliyyətli olmaması nəticəsinə gəlməsi də əsassızdır və işin faktiki hallarına uyğun deyildir. Çünki, məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı ağlı başında olmayıbsa, necə olur ki, o, evi tərk edəndən sonra gedib bankdan özü üçün pensiya kartını almışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-415/2025 nömrəli mülki iş üzrə 1 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən v ə məruzəçi), Sabit Bəhramzadə və Vahid Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(010)-70/2024 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5825/2024 nömrəli, 2 dekabr 2024cü il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir.
22. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, xx.xx.1954-ci il təvəllüdlü İddiaçı demensiya (ağıl zəifliyi) xəstəliyi müəyyən edilməmiş, əksinə göstərilmişdir ki, xx.xx.1954ci il təvəllüdlü İddiaçı yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla psixi pozuntusu müəyyən edilir. Bu poz untu şəxsi hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmir. Həmçinin, xx.xx.1954-ci il təvəllüdlü İddiaçı müəyyən edilən yüngül koqnitiv pozuntu o dərəcədə ifadə olunmayıb ki, onu hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinin şüurlu idarə etmək iqtidarından məhrum etsin. İddiaçı öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarındadır.
23. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2025-ci il tarixli rəydə qeyd olunan psixi pozuntu əlamətləri iradənin tam zədələnməsi ilə nəticələnməmişdir ki, bu da onun şüurlu qərar vermə və müqavilə bağlama qabiliyyəti mövcud olmasına dəlalət edir. Həmçinin, müqavilənin bağlanması zamanı məcburiyyət, aldatma, zorakılıq və ya ağır səhv halları d a sübuta yetirilməmişdir.
24. Bundan başq, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər pozulmamış, İddiaçı mövcud olmuş rəydə əksini tapmış psixi pozuntu onu öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etməmişdir.
25. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin iş materiallarından iddiaçının xx.xx.2016- cı il tarixdə özünə məxsus 2 otaqlı mənzilinə dair digər şəxslə renta müqaviləsi bağlamasını (i.v.133, cild 1) və sonradan xitam etdirilməsini, bundan sonra xx.xx.2017- ci ildə evinin 18 kv.m sahəsi olan 1 otağının digər şəxsə 12.000 manata satmasını (i.v.131, cild 1) da nəzərə alır və bu halların da iddiaçının mənzili ilə bağlı sərəncam hüququndan sərbəst, könüllü və şüurlu surətdə də fələrlə istifadə etməsinin işin diqqətlayiq hallarından biri olmasını qeyd etmişdir. Həmçinin işin diqqətəlayiq və mühüm məqamlarından biri də odur ki, cavabdehin izahatlarından göründüyü kimi aldığı otağın kommunal xidmət sahələri və mətbəxi mövcud olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı xx.xx.2017-ci ildə evinin 18 kv.m sahəsi olan 1 otağının digər şəxsə 12.000 manata satarkən otağı həmin sahələrlə birgə satmışdır. Bunun əksini iddiaçı tərəf təkzib edən sübutlar təqdim etməmişdir.
26. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 346.1, 346.3 və 354.1-ci, 152.2, 152.3, 152.4, 152.5, 157.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddəl ərinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-415/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı gedişində bir neçə dəfə keçirilmiş psixiatrik ekspertizalar nəticəsində verilmiş rəylərə əsasən, İddiaçı vüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyvən edilmiş, onda bu pozuntunun son 4-5 ildə meydana gələ bilməsi müəyyən edilmişdir. Beləliklə, verilmiş ekspert rəylərindən görünür ki, İddiaçı Cavabdehlə alqı-satqı müqaviləsi bağladığı - xx.xx.2020-ci il tarixində onun yuxarıda qevd edilmiş psixi pozuntu əlamətlərini daşıması istisna edilmir. Apellyasiya məhkəməsinin qətnaməsi qanunauyğun hesab edilə bilməz, çünki məhkəmə iş üzrə faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, həmçinin Mülki Məcəllənin 346.1-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının əqd bağlandığı anda psixi vəziyyətinin onun iradə sərbəstliyinə və davranışına təsir dərəcəsi yetərincə qiymətləndirilməmiş, bununla bağlı tərtib edilmiş ekspert rəyləri nəzərə alınmamışdır. İddiaçının psixikasında mövcud pozuntu onun öz hərəkətlərinin mənasını ba şa düşmək qabiliyyətini məhdudlaşdırır. Hansı ki, bu hal mübahisəli əqdin etibarsızlığı üçün əsas təşkil edir.
29. Həmçinin, hazırda vəkillə bağlanmış müqavilə mübahisə predmetinə daxil devil. Mübahisələndirilən dövr isə, vəkillə müqavilənin bağlandığı zaman devil, məhz alqısatqı mügaviləsinin bağlandığı dövrdür. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddiaçıya göstərilən diaqnozu qoyulduqdan sonra vəkillə bağlanmış müqaviləni və etibarnaməni imzalayarkən iddiaçının psixi vəziyyətinin hansı vəziyyətdə olmasının müəyyən edilməsini də zəruri hesab etmiş, bununla bağlı da apellyasiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspert qarşısında sual qoymuşdur.
30. Kassasiya şikayəti Mülki Məcəllənin 346-cı, Mülki Prosessual Məcəllənin 76cı və 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2025-ci il tarixli 2(103)-415/2025 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilm iş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
37. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman ö z hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
38. Maddə 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər.
39. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;
42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bi lsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Kollegiya hesab edir ki, kassasiya şikayətini n dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
47. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Qeyd edilən normaya əsa sən məhkəmə tərəfindən ekspert rəylərinə və digər sübutlara düzgün qiymət verilmədiyinə dair dəlillər kassasiya baxışının predmetini təşkil etmir.
49. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırılmış, işin hallarının, sübutların, o cümlədən ekspert rəylərinin araşdırılması və qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələbləri pozulmamışdır.
50. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-415/2025 nömrəli, 1 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.