Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3379/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və XXXnə qarşı iş üzrə QƏRARİ 2(102)-3379/22 (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı şəhəri, 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və XXXnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-804/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 20 22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ona 13 oktyabr 2017-ci il təvəllüdlü azyaşlı övladı X3 ilə hər ayın 1ci və 3-cü həftəsinin şənbə günü saat 11:00-dan 13:00-dək 2 saat müddətində ünsiyyətdə olmaq hüququ verilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək 13 oktyabr 2017-ci il təvəllüdlü X1 iddiaçı-anası Cavabdeh1 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir.
3. Cavabdeh1 qzı təkrarən məhkəmədə atanın icazəsi olmadan uşağın ölkədən çıxarılması tələbinə dair iddia qaldırmış, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-642/2020 saylı, 22 iyul 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.
4. İddiaçı azyaşlı övladı ilə ünsiyyət hüququ bir neçə dəfə əyani və virtual şəkildə təmin olunmuş, 2020-ci ilin sentyabr ayında isə 5, 12 və 19 sentyabr aylarında ünsiyyət Cavabdeh1 tərəfindən təmin olunmamışdır. İddiaçı 30 sentyabr-27 dekabr 2020-ci il tarixlərdə səfərbərlik üzrə hərbi xidmətdə olmuş, 26 dekabr 2020-ci il tarixdə Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə ölkə hüdudlarından kənara çıxmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 15000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı ərizəsini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, Cavabdeh1 övladını ona göstərməməklə öhdəliyindən boyun qaçırır. Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)831/2020 saylı qərarından sui-istifadə edərək övladını ona bir daha göstərməmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə ölkədən Türkiyə Respublikası istiqamətində çıxmış və hazırkı dövrədək ölkəyə qayıtmamışdır. Qətnaməyə əsasən cavabdehə uşağı yalnız ali təhsil müddətin də ölkə xaricində saxlamağa icazə verilmişdir. Cavabdeh tətil günlərində geri qayıtmalı idi.
7. Yasamal Rayon Məhkəməsinin 2(004)-5372/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-831/2020 saylı qərarı ilə Cavabdeh1 azyaşlı övladını Türkiyə Respublikasına aparılmasına icazə verildiyindən və digər cavabdeh Dövlət Sərhəd Xidməti də həmin qərarı icra etdiyindən cavabdehlərin hərəkətlərində hər hansı qanun pozuntusu olmamış və onların hərəkətləri iddiaçıya mənəvi zərər vuran hərəkətlər kimi qiymətləndirilə bilməz.
9. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Məcəllənin 14.2.3, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 14.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətini iddia ərizəsinin məzmunu ilə oxşar əsaslandırılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-804/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cavabdeh1 uşaqla ünsiyyətə dair məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsinə görə inzibati məsuliyyətə cəlb olunması barədə iş materiallarında hər hansı sənəd yoxdur. İşdən görünür ki, Cavabdeh1 Türkiyə Respublikasında təhsil aldığı müddətdə azyaşlı X2 atasının razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir. Cavabdeh1 hansı səbəbdən ölkəyə qayıtmaması və məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi barədə iş materiallarında heç bir sübut yoxdur.
14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
16. Kassator şikayətində Mülki Məcəllənin 21.1, 21.2, Ailə Məcəlləsinin 56.1, 61-ci, Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddələrinin, habelə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının tələblərinin pozulması və düzgün tətbiq edilməməsinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: 20. mənəvi zərər adətən vətəndaşların şə xsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı h allarda kompensasiya edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Qətnamədən kassasiya şikayəti verən iddiaçı tərəfindən məhkəmə qətnaməsi tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya istansiyası məhkəməsinin mövqeyi
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki Cavabdeh1 Türkiyə Respublikasında təhsil aldığı müddətdə azyaşlı X2 atasının razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir. Cavabdeh1 hansı səbəbdən ölkəyə qayıtmaması və məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, hazırkı iddia ilə bağlı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır.
30. Kassatorun şikayətinin dəlillərinə görə Cavabdeh1 Yasamal Rayon Məhkəməsinin 3 may 2019-cu il tarixli, 2(004)-877/2019 saylı qətnaməsinin tələblərini pozaraq uşaqla olan ünsiyyət hüququnu məhdudlaşdırmaqla, digər cavabdeh Dövlət Sərhəd Xidməti isə onu sərhəddən buraxmaqla ona mənəvi ziyanın vurulmasına səbəb olmuşlar. Kassator (iddiaçı) həm də iddiasının əsasını təşkil edən bu halları təsdiq edə bilməmiş, bu barədə məhkəmələrə heç bir sübut təqdim edə bilməmişdir, baxmayaraq ki, hazırki iddia üzrə sübutetmə yükü iddiaçının üzərində olmuşdur. Yasamal Rayon Məhkəməsinin 3 may 2019-cu il tarixli, 2 (004)-877/2019 saylı qətnaməsinin tələblərinin pozulması və cavabdeh Dövlət Sərhəd Xidmətin təqsirli hərəkətləri müəyyən edilməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüqu qi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-804/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.