Məhkəmə qərarları › İş №2(102)-3380/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3380/2025

02.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3380/2025 02.12.2025 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Əli-X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) aliment tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 07 iyul 2025-ci il tarixli 2(103)3632/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(005)-1100/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il təvəllüdlü Əli-zadə David İbad oğlunun və xx.xx.2024-cü il təvəllüdlü Əli-zadə Adel İbad qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2024-cü il təvəllüdlü Əli-zadə Adel İbad qızı və xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü Əli-zadə David İbad oğlunun müalicə xərcləri üçün yetkinlik yaşına çatanadək hər ay 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3632/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əli-zadə Fidan Tofiq qızının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(005)- 1100/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi alimentin tutulmasının miqdarı hissəsində dəyişdirilmişdir, xx.xx.2022-ci il təvəllüdlü Əli-zadə David İbad oğlunun və xx.xx.2024-cü il təvəllüdlü Əlizadə Adel İbad qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (nümayəndə və Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3632/2025 saylı qətnaməsinin “xx.xx.2022-ci il təvəllüdlü Əli-zadə David İbad oğlunun və xx.xx.2024- cü il təvəllüdlü Əli-zadə Adel İbad qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X1 xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsimiqdarında aliment tutularaq İddiaçı ödənilsin” hissəsində dəyişdirilərək, iddia tələbinin qismən təmin edilməklə xx.xx.2022-ci il təvəllüdlü Əli-zadə David İbad oğlunun və xx.xx.2024-cü il təvəllüdlü Əli-zadə Adel İbad qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X1 hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bununla belə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə verərək kassasiya şikayətindən imtina ediklərini, bunun nəzərə alınmaqla müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, ərizə təmin olunaraq, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3632/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3632/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar