Məhkəmə qərarları › İş №2(102)-3386/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3386/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3386/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokrorluğu cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi) (Mülki mübahisənin kateqoriyası:Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər; Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr;Başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin reqres (geriyə tələb) hüququndan irəli gələn mübahisələr;) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurm əmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokrorluğu cəlb edilməklə) qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2839/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayətinə dair işə 4 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 22 oktyabr N5-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.N5-ci il tarixdə Göygöl rayonu Toğa nalı kəndində qayadan yıxılaraq vəfat etmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində xx.xx.N5-ci il tarixdə 53 saylı akt qeydi aparılmışdır. 2. 11 oktyabr N6-cı il tarixdə verilmiş Ölüm haqqında şəhadətnaməyə görə X11 xx.xx.N6-cı il tarixdə Qobustan rayonunda ürək çatışmazlığından vəfat etmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində xx.xx.N6-cı il tarixdə 63 saylı akt qeydi aparılmışdır.

3. Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1-(095)-084/N6 nömrəli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1 və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70.1ci maddəsinə əsasən X6 təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti təyin edilmiş, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən X7 təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti təyin edilmişdir. 4. 08 iyul N6-cı il tarixli hökmün icrası barədə göstərişə əsasən Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1-(095)-084/N6 saylı hökmü qanun qüvvəsini almış və icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra mətndə-id diaçı) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 50000 (əlli min) manat, ödənilmiş dövlət rüsumuna görə 240 (iki yüz qırx) manat olmaqla, cəmi 50240 manat pul vəsaitinin cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Azərbaycan Respublikası Müdafiə Nazirliyindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirləri X12 və X13 döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətini aşaraq oğlunun ölümünə səbəb olmuşlar. Belə ki, X16 Nazirliyinin Göygöl raonunda yerləşən N saylı hərbi hissəsinin mühəndis istehkam bölüyünün komandiri vəzifəsində, kapitan rütbəsində hərbi xidmətdə olarkən, hərbi hissə komandirinin «1-ci və 2-ci motoatıcı taborların müdafiə rayonlarında partlayan və partlamayan mühəndis maneələrinin qurulması haqqında» xx.xx.N5-ci il tarixli, 0121 saylı əmrinə əsasən həmin əmrin icrası ilə əlaqədar yaradılmış qrupun rəhbəri təyin edilməklə, ona 2-ci taborun şərti olaraq «Camış orta» adlanın döyüş postunun cinahlarında mühəndis maneələrinin, habelə tikan tel maneəsinin qurulması işlərinin davam etdirilməsi tapşırılmışdır. Hərbi hissə komandiri tərəfindən Tərlan Əliyevə tikan tel maneəsinin quraşdırılmasında dirək kimi istifadə etmək məqsədilə, qışa hazırlıqla əlaqədar hərbi hissəyə tədarük olunan oduncaqla rın budaqlarından, habelə hərbi hissənin maddi-texniki təminat bölüyündə olan, söküntülərdən çıxmış müxtəlif materiallardan seçmək barədə göstəriş verilməsinə baxmayaraq, Tərlan Əliyev rəis kimi digər şəxsi marağa görə, yəni nisbətən düz və eyni ölçülü ağac dirəklər əldə edərək ona tapşırılmış işi daha rahat və asan görə bilmək, habelə özünü bacarıqlı və işgüzar komandir kimi göstərmək məqsədilə, döyüş şəraitində qulluq səlahiyyətini aşaraq, Xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasına aid olduğundan Milli Parkların ərazisində oduncaq tədarükünün aparılmasının ümumiyyətlə qadağan olunmasına baxmayaraq, qanunsuz olaraq, xx.xx.N5ci il tarixdə saat 16 radələrində bölüyün hərbi qulluqçularından ibarət qrupu bölüyün dayaq məntəqəsindən 3 km məsafədə, Göygöl Milli Parkının ərazisində yerləşən «Üç bulaq» adlanan dağlıq ərazidəki meşə sahəsinə aparmış, ərazidəki avtomaşın yolundan keçənlərin onların qanunsuz olaraq milli park ərazisində ağac kəsmələrinin şahidi olmamaları üçün həmin hərbi qulluqçuların həyat və sağlamlıqlarını təhlükə altında qoyaraq, avtomaşın yolunun sol tərəfində əks istiqamətə aşağıya doğru axan Kürəkçay çayını keçib, 70 metr yüksəklikdə yerləşən, mövsümlə əlaqədar torpağı palçıqlı və ağac yarpaqları ilə örtülü olduğundan sürüşkən olan, sərt yoxuşlu, sıldırım qayalıqlı dağlıq meşə sahəsinə qalxmalarına göstəriş vermiş, Tərlan Əliyevin rəhbərliyi və qanunsuz göstərişi ilə işçi qrupu tərəfindən meşədən diametri 15-20 sm, uzunluğu 2 metr olan təxminən 80 ədəd ağac dirək kəsilərək bir qədər aşağı daşındıqdan və üç topa yığıldıqdan sonra saat 18 radələri ndə qrup xidmət yerinə qayıtmışdır. Növbəti gün, xx.xx.N5-ci il tarixdə saat 09 radələrində Tərlan Əliyev qanunsuz göstərişlərini davam etdirərək, xidməti vəzifələrinin icrasına daxil olmamasına, həftənin bazar günü olduğundan şəxsi heyətin istirahəti üçün tədbirlər planlaşdırılmasına, gecə yağış yağdığından yer sürüşkən olduğuna görə əsgərlərin dağdakı həmin meşə sahəsinə yenidən qalxmalarının, eləcə də orada işləmələrinin daha da təhükəli olmasına, qeyd olunan şəraitdə işlərin görülməsi ilə bağh təcrübə və bacarıqlarının olmamasına, xüsusi mühafizə vasitələri ilə təchiz edilməmələrinə baxmayaraq, əvvəlcədən ərazinin relyefi, təhlükəli sahələri, orada işləməyin çətinlikləri və işin təhlükəsiz görülməsi üçün zəruri ola biləcək digər hallarla bağlı məlumatlandırmadan, bölüyün 1-ci tağım kom andiri, baş leytenant X7 bölüyün əsgərlərindən bir qrup seçib bir gün əvvəl özünün rəhbərliyi ilə ağac dirəklərin doğranaraq toplanıldığı dağlıq meşə sahəsinə getmələrini və həmin dirəkləri yuvarladaraq yuxarıdan aşağı, çayın kənarına, avtomaşın yoluna yaxın yerə düşürtmələrini tapşırmışdır. Onun qanunsuz göstərişinə əsasən Ramil Zeynalovun başçılığı ilə 13 nəfər əsgərdən ibarət qrup ağac dirəklərin yığıldığı yerə getmiş, saat 11 radələrində Ramil Zeynalov qrup üzvlərinə meşə sahəsinə qalxıb orada kəsilərək toplanmış ağac dirəkləri yuxarıdan aşağı istiqamətə çayın kənarına yuvarlamağı tapşırmış, özü isə aşağıda qalaraq onları gözləmiş, iş meydançasına qalxmayaraq iş yerinin düzgün seçilməsini, əsgərlər arasında funksiyaların düzgün bölüşdürülməsini, əsgərlərin təhlükəli, yəni qayalıq, sərt yoxuş, sürüşkən ərazilərə keçmələrinin qarşısının alınması üçün tədbirlər görülməsini və işlərə nəzarət olunmaqla əməliyyatların təhlükəsizlik qaydalarının tələblərinə uyğun ardıcıl və təhlükəsiz yerinə yetirilməsini təmin etməmişdir. Nəticədə saat 11:20 radələrində ağac dirəkləri aşağıya doğru yuvarlayarkən ayaqları sürüşüb yıxılan əsgər X9 uzun müddət müalicə tələb edən, sağlamlığına az ağır zərərvurmaya aid olan «sağ dirsək sümüyünün sınığı, başın alın nahiyəsinin əzilmiş-çapılmış, bel və hər iki aşağı ətrafın çoxsaylı sıyrılmış yaraları» xəsarətləri, əsgər X1 zərər vurmadığına görə dərəcəsi təyin edilməyən «döş qəfəsinin sol ön səthinin sıyrılmış yarası» xəsarətləri almış, həmçinin əsgər X8 ayaqları sürüşüb dağlıq meşə sahəsinin sol cinah istiqamətindəki qayalıqdan yıxılaraq həyat üçü n təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən «1-ci və 2-ci boyun fəqərələrinin sınıqları, dalağın və mədəaltı vəzin cırılması, başın və bədənin çoxsaylı əzilmiş-cırılmış, sıyrılmış yaraları və qançırları, təpə sümüyünün çatı, sol böyrəyin kontuziyası» xəsarətləri almış və 1-ci və 2-ci boyun fəqərələrinin sınıqları, dalağın və mədəaltı vəzin cırılması səbəbindən hadisə yerində ölmüşdür. Ölən əsgər X8 onun oğludur. Asəf, hərbi hissə komandirinin N mart N5ci il tarixli 89 saylı əmri ilə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək, hərbi hissənin mühəndis istehkam bölüyünün 1-ci tağımının 3-cü manqasında istehkamçı vəzifəsinə təyin edilmişdir. 04 oktyabr N5-ci ildə saat 17 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Ş öbəsindən həyat yoldaşına zəng edərək, oğlunun meşədə odun yığarkən ayağının sürüşməsi nəticəsində qayadan yıxılıb öldüyünü bildirmişlər. Oğlunun ölümünə bais olan şəxslərin barəsində cinayət işi başlanılmış və Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1- 1(095)084/N6 nömrəli hökmü ilə X12 və X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1., 341.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzaları şərti hesab edilməklə 02 il sınaq müddəti təyin edilmişdir. 08 iyul N6-cı ildə hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı mənəvi sarsıntı keçirməyi, iztirablara məruz qalmağı mübahisəsizdir. Bu günədək h əm oğlunun, həm də onun ölümünə dözməyərək ürəyi partlayan həyat yoldaşının yoxluğunun acısını, iztirablarını, sarsıntılarını çəkir. Tənha qalmışdır. Bir ana üçün övladını itirməyin nə demək olduğunu yalnız eyni halı yaşamış ana başa düşər. Bir qadın üçün övladının ölümünün yaşatdıqlarını bölüşə biləcəyi həyat yoldaşının olmamasını isə sözlə ifadə etmək mümkün deyil. Ürəyi sızlayır, daxili qan ağlayır, canlı bir ölü kimidir. Evi onun üçün qaranlıq bir məzar kimidir. Sevincini və kədərini paylaşdığı oğlu və həyat yoldaşı yoxdur. Bəzən səhərədək yata bilmir, bəzən isə yuxudan ayılanda yuxulu-yuxulu elə bilir oğlu və həyat yoldaşı evdədirlər. Sonra yadına düşür ki, onlar artıq yoxdurlar. Onları görmək, yenidən ünsiyyətdə olmaq istəyir lakin, əli heç yerə çatmır. Acizlik çəkir. Bu hal davamlı olaraq baş verir. Yaraları, çəkdiyi iztirablar çox dərindir. Hadisə nəticəsində və ondan sonra, indiyədək yaşanan streslər, iztirablar, acizlik, əzablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 fevral 2024-cü il tarixli 2(006)-372/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 240 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən iddiaçıya geri qaytarılması, iddianın qalan hissədə təmin e dilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının oğlunun gənc yaşında vəfat etməsinə səbəb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirləri X3 və X4 döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşmaları olmuşdur. Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1- (095)-084/N6 saylı hökmü ilə X3 və X4 əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Həmin şəxslərin döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşmaları nəticəsində iddiaçının oğlunun ölməsi işin mübahisəsiz halıdır.

9. Məhkə mə hesab etmişdir ki, baxılan iş üzrə iddiaçının yuxarıda qeyd edilən hökmdə təsvir edildiyi səbəblərdən, göstərilən vaxtda və şəraitdə ölməsi, vəfat edən şəxsin atasının bundan sarsılaraq oğlunun ili çıxmamış ürək çatmamazlığından ölməsi faktları şübhəsiz ki, istənilən şəxs kimi iddiaçının da mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. İddiaçı tam şəkildə sarsılmış, qısa müddət ərzində oğlunu və həyat yoldaşını itirməsi, tək və köməksiz vəziyyətdə qalması onun şüuruna ciddi təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.

10. Məhkəmə iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 50.000 manat məbləği ağlabatan hesab etməmişdir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçı nın oğlunun məruz qaldığı hüquqazidd əməlin növünü, davam etdiyi müddəti, hüquqazidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqazidd əməlin iddiaçının oğlunun ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 40.000 (qırx min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır.

11. Məhkəmə gəldiyi nəticəni «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına, Mülki Məcəllənin 21, 43.3, 1096.1, 1097.1, 1100 və 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazir liyi apellyasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(006)-372/2024 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin cavabdeh Müdafiə Nazirliyinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasi şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi Müdafiə Nazirliyinə münasibətdə təmin edilməli idi. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamışdır. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət ed ilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir.

15. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsinin) xx.xx.2024-cü il tarixi 2(103)-2839/2024 nömrəli (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli ibarət tərkibdə) qətnaməsi ilə, cavabdehin apellyasiya şikayətinin təmin olunmamamsı, birinci instansiya məhkəməsinin 2(006)-372/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

17. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icma l büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

18. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir.

19. Məhkəmə ö z mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096 və 1100-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2 və 10cu bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:

20. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (onun vəkili X2) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(103)-2839/2024 saylı qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsin ə dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual pozuntularına yol verilmişdir. Mülki işə baxılarkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, bi rbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir.

22. Cavabdeh kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 1096, 1101.1 və 1114.3-ci maddəsinə, Büdcə sistemi haqqında” Azərbaycan Respublikasını n xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 385, 387.2.8, 418-1.3 və 418.6-cı maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayətinə qarşı məhkəməyə etirazla müraciət edərək kassasiya şikayətini təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixi 2(103)-2839/2024 nömrəli qətnaməsini dəyişdirilmdən saxlanılmasını xahiş et mişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 24.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 25.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə n əzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

27. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

28. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zə rərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci və 10-cu bəndləri: “Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hə rəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun”. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş olunduğundan apelyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki hall arın aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2839/2024 nömrəli iş üzrə 11 iyun 2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar