Məhkəmə qərarları › İş №2(102)-3398/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3398/2022

13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3398/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxxin Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı xxxə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3398/2022 (Açar sözlər: alimentin azaldılması, alimentin artırılması) Bakı şəhəri, 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı xxxin Cavabdeh qarşı “alimentin azaldılması” barədə ilk, Cavabdeh İddiaçı xxxə qarşı “alimentin azaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-998/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı xxxin kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı xxx (bundan sonra “iddiaçı”) və Cavabdeh (bundan sonra “cavabdeh”) ərarvad olublar.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin 24 iyun 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahı pozulub, birgə nikahdan olan 21 iyun 2009-cu il təvəllüdlü X7 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X4 analarının (cavabdehin) yanında qalıb, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 1000 manat olma qla, ümumilikdə 3000 manat sabit pul məbləğində alimentin tutulub.

3. Qeyd edilən qətnamələr yuxarı instansiya məhkəmələrində dəyişdirlmədən saxlanıb.

4. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği ilə bağlı hazırda mübahisə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 2(004)-2468/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş “hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində alimentin” miqdarının dəyişdirilməsi, 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X4 adlı uşaqların saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq, cavabdehə ödən ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırlıb ki, yuxarıda qeyd edilən məhkəmə aktlarına baxmayaraq, 21 iyun 2009-cu il təvəllüdlü X7 Andreyeviç anası Cavabdeh ilə getməkdən imtina etmiş və bu günə qədər də iddiaçının yanında qalır, həmin uşağın bütün maddi ehtiyacını yalnız iddiaçı ödəyir.

7. Digər iki uşağın – 25 iyun 2011-ci il təvəllüdlü Elisa və 17 iyul 2014-cü il təvəllüdlü Alinanın saxlanılmaları üçün iddiaçı məhkəmə qərarına uyğun olaraq artıq 1 ildir ki, hər uşağa 1000 manat olmaqla, ümumilikdə hər ay 2000 manat aliment ödəyir. Lakin iddiaçının maddi vəziyyətində hazırda əhəmiyyətli dəyişiklik yaranmışdır. Belə ki, iddiaçı dünyada baş vermiş pandemiya ilə əlaqədar uzun müddət xaricə gedə bilmədiyi üçün Azərbaycan Respublikasında daim i iş yeri tapmaq məcburiyyətində qalmışdır. İddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən 2021-ci ilin fevral ayında iş icazəsi verilmiş və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir, aylıq 2000 manat məbləğində əmək haqqı alır.

8. Bir müddət iddiaçı əvvəlllər qənaət etdiyi və saxladığı pullar hesabına Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəsə də, hazırda ayda 2000 manat aliment ödəmək iqtidarında deyildir.

9. İddiaçının artıq Azərbaycan Respublikasında daimi iş yeri və stabil rəsmi əmək haqqı vardır, buna görə də iddiaçıdan aliment sabit pul məbləğində deyil, Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq müəyyən edilməlidir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 76.1.2 və 112.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh də qarşılıqlı iddia verərək Yasamal Rayon Məhkəməsinin 2(004)2468/2019 saylı iş üzrə 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin dəyişdirilməsi, hazırda onun yanında qalan iki uşağın – 25 iyun 2011ci il təvəllüdlü Elisa və 17 iyul 2014-cü il təvəllüdlü Alinanın saxlanılması üçün hər ay hər uşağa görə cavabdehdən 2000 manat olmqala, cəmi 4000 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassızdır. İddiaçı dünyanın bir çox ölkələrində biznes fəaliyyəti ilə məşğuldur, yüksək gəlir sahibidir. Yasamal Rayon Məhkəməsinin yuxarıda göstəridiyi qətnaməsi ilə müəyyən olunmuşdur ki, Rusiya Federasiyanın və Böyük Britaniyanın vətəndaşı olan iddiaçı biznesmendir.

13. İddiaçının Böyük Britaniyada və Rusiyada qurduğu biznes çoxşaxəli olduğundan yəni digər ölkələrlə əlaqəli olduğundan, iddiaçı Bakıda daimi yaşamır, uşaqları görməyə gəlir.

14. İddiaçı neft məhsullarının ticarəti və daşınması, logistika sahəsində biznes şəbəkəsinə malik olan iş adamıdır, onun Londonda, Moskvada, Qazaxstanda şirkətləri, Dubayda, Polşada, Kiprdə, Londonda, Ukraynada, İsveçrədə hesabları vardır. Həmçinin İspaniyada və Rusiyanın Kostroma şəhərində iddiaçının evləri var.

15. İddiaçı Londonda “Confidence Capital” şirkətin təsisçisi və direktorudur, Moskvada, Londonda və Dubayda fəaliyyət göstərən “Petromobil” şirkətinin beynəlxalq ticarət üzrə, Moskvada "xxxx" MMC-nin inkişaf üzrə direktorudur. 1

6. Buna görə də iddiaçının 2000 manata yaşaması inandırıcı deyildir. Belə ki, Bakı şəhərində mənzili olduğu halda iddiaçı kirayədə yaşayır, komfortlu mənzilə görə yüksək kirayə haqqı 1000 manat ödəyir, sürücüyə aylıq benzin haqqı ilə 1500 manat, köməkçiyə aylıq 700 manat, kommunal xərclərə görə 150 manat manat ödəyir. Beləliklə qidalanmaya, istirahətə, səyahətə və geyimə çəkilən xərclər istisna olmaqla, iddiaçının 3350 manatı yuxarıda sadalananla xərcləyir.

17. Bundan əlavə iddiaçı ayda ən azı bir dəfə xarici ölkələrə səfər edir, bahalı otellərdə qalır. Bu da iddiaçının yüksək qazanc sahibi olduğunu bir daha sübut edir.

18. Həmçinin yuxarıda göstərilən qətnamə ilə müəyyən olunmuşdur ki, (iddiaçının özünün verdiyi izahatı ilə) iddiaçı Londonda yerləşən “Confidence Capital” şirkətinin 45 fai zinin təsisçisidir. Bu şirkət Moskva, Aşqabad, Soçi, Vyana, Londonda da fəaliyyət göstərir. Bundan savayı, iddiaçı Dubayda yerləşən “Petromobil” şirkətinin kommersiya üzrə direktorudur. Ayda uşaqlara 4500-5000 manat pul xərcləyir.

19. Hazırda məhkəməyə təqdim edilən sənədlərdən də görünür ki, iddiaçı Londonda fəaliyyət göstərən “Confidence İnformation Services LTD”, X1 şəhərində fəaliyyət göstərən “Konfidens Kapital Limited” kompaniyasında, X2 şəhərində fəaliyyət göstərən “X5 Asiya” MMC, OYL AVRASİYA LİMİTED kompaniyasında, ALTA Enerji MMC-də direktor vəzifəsində çalışır. X6 kompaniyasında da kontakt əsasında neft məhsullarının satışı ilə məşğuldur.

20. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fak tlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmişdir və yenidən sübut edilmir.

21. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, iddiaçıya aid şirkət neft məhsullarının (mazutun) daşınması ilə məşğuldur.

22. Müəyyən ediləcək alimentin miqdarı uşaqların əvvəlki təminatının səviyəsinin mümkün qədər maksimal saxlanılmasına kifayət etməlidir, uşaqların maraqlarını ödəməlidir.

23. İddiaçının məhkəməyə təqdim etdiyi iş icazəsindən görünür ki, xarici vətəndaş kimi iddiaçıya Azərbaycan ərazisində işləmək icazəsi verilmişdir. İddiaçı biznesindən və xaricdə iş yerlərindən əldə etdiyi xarici valyutada aldığı gəlirdən əlavə Bakıda "xxxx" MMCdə də müddətli işlə təmin edilmişdir. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə kimidir. Əmək haqqı vaxtamuzd he sablanmaqla 2000 manat təşkil edir.

24. Beləliklə iddiaçının gəlir mənbəyi artıb. Qanunvericiliyin tələbinə görə uşaqların saxlanılması və onların maddi tələbatının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən edir.

25. Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019- cu il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra iddiaçının gəlir mənbəyi artmışdır. Lakin iddiaçı hazırda alimentin azaldılması barədə əsassız iddia qaldırmaqla üzərinə düşən vəzifəni yerinə yetirməkdən boyun qaçırır.

26. Cavabdeh tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 78.1, 78.2 və 112.1-ci maddələrinə istinad etmişdir.

27. Yasamal Rayon Məhkəməsinin 2(004)-4331/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. (hakim Orxan Məmmədli)

28. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən ilkin iddia ərizəsi üzrə qeyd etmişdir ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif şirkətlərdə direktor vəzifəsində işləmiş, həmin şirkətlərin bəziləri hələ də öz fəaliyyətlərini davam etdirir, digərləri fəaliyyətini dayandırmış, bəzilərindən iddiaçı istefa vermişdir. Lakin həm proses iştirakçılarının izahatlarından, həm də iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının biznes dövriyyəsi kifayət qədər yüksək məbləğ təşkil edir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş arayışa əsasə n iddiaçı 2019-2021-ci illər ərzində dəfələrlə ölkəyə giriş-çıxış etmişdir.

29. Birinci instansiya məhkəməsi işi qeyd edilən hallarına əsasən belə nəticəyə gəlib ki, yetkinlik yaşına çatmayan 25 iyun 2011-ci il təvəllüdlü Elisa və 17 iyul 2014-cü il təvəllüdlü Alinanın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində tutulan alimentin azaldılmasına heç bir zərurət yoxdur.

30. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın da təmin edilməməsi qənaətinə gəlmiş və bunu onunla əsaslandırmışdır ki, iki uşağın saxlanması üçün tutulan 2000 manat sabit pul məbləğində aliment kifayət qədər yetərli məbləğdir, buna görə də həmin məbləğin artırılmasına heç bir zərurət yoxdur.

31. Beləliklə, birinci instansiya m əhkəməsi tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edib ki, aliment miqdarının dəyişdirilməsi üçün heç bir əsas olmadı üçün həm ilkin iddia, həm də qarşılıqlı iddia tələbləri təmin olunmamalıdır.

32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 112.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv, ilk iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayət i onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçının maddi vəziyyətinin dəyişib-dəyişmədiyini nəzərə almamış və bununla da Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbini pozmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikasında daimi iş yerinə malik olmaqla ayda 2000 manat əmək haqqı alır.

35. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin halları tam araşdırılmamış, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Məhkəmə qə tnamə çıxararkən iddiaçının gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını nəzərə almamışdır.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-998/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətləri nə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

39. Apellyasiya instansiyası məhkəməsi hər iki şikayət üzrə qeyd etmişdir ki, hazırkı işdə istər iddiaçı, istərsə də qarşılıqlı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinin pozulması, həmin maddənin düzgün tətbiq olunmaması barədəki dəlili əsaslı sayıla bilməz.

40. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi hər iki iddianı rədd edərkən uşaqların təminatı və valideynlərin uşaqlarını saxlamaq vəzifəsi ilə bağlı qanunvericilik n ormalarının tələblərini, eləcə də Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumlarının qərarlarında şərh olunan göstəriş və tövsiyələri nəzərə almışdır.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 112.1ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİU) saylı qətnaməsi ilə elan edilmiş «Uşaq hüquqları haqqında» Bəyannamənin 8-ci prinsipi, Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsi, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv, ilk iddianın təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. edilməsi, mişdir.

43. K assasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, apellyasiya məhkəməsi tərəfindən sübutların MPM 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüqu qları haqqında” Qanun Maddə

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellya siya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnaməni həmin hissədə yoxlayır.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

51. Məhkəmə k ollegiyası qeyd edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə azaldılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin azaldılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

52. Göründüyü kimi, qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o h alda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun.

53. Hazırki işdə iddiaçı aliment məbləğinin azaldılmasını tələb edərək, tələbini aliment məbləği müəyyən edildikdən sonra pandemiya ilə bağlı iqtisadi durğunluq olması, bu səbəbdən maddi vəziyyətinin pisləşməsi ilə əsaslandırsa da, işə mahiyyəti üzrə baxan məhkəmələr həmin halları müəyyən etməmişlər. Əksinə, müəyyən olunmuşdur ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif şirkətlərdə direktor vəzifəsində işləmiş, həmin şirkətlərin bəziləri hələ də öz fəaliyyətlərini davam etdirir, iddiaçının biznes dövriyyəsi kifayət qədər yüksək məbləğ təşkil edir.

54. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilk iddia tələbi üzrə gəldiyi nəticəni yuxarı da qeyd edilən maddi hüquq normasının tələblərinə uyğun hesab edir. Çünki işin müəyyən edilmiş halları qeyd edilən normanın dispozitiv şərti baxımından ilk iddianın təmin edilməsini istisna etmişdir.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-998/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar