Məhkəmə qərarları › İş №2(102)-340/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-340/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-340/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi 12.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4620/2024 nömrəli, 2 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı oğlu X8 xx.xx.2018-ci il tarixdə qəflətən yıxılıb ayağını sındırdığından, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MMCdə həkim-travmatoloqlar Cavabdeh2 və Cavabdeh3 tərəfindən o, cərrahiyyə əməliyyatı olunmuşdur. Lakin əməliyyatdan uzun müddət keçsə də, uşaq yeriyə bilməmiş, ağrıları qalmışdır. Bununla bağlı İddiaçı həkim Cavabdeh2 müraciət etdikdə, sonuncu milin çıxarılması üçün yenidən əməliyyat edilməli olduğunu bildirmiş, ikinci dəfə oğlunu "xxxx"da əməliyyat etmişdir. Həmin vaxt həkim Kmil Kazim oğlunun ayağında “ostemelit” xəstəliyi aşkar etmişdir. Xəstənin ayağında aşkar olunmuş mikroblar onun ayağının sümük nahiyyəsini əritmişdir. Aylarla müalicə olunmasına baxmayaraq, xəstənin sağlamlığında heç bir irəliləyiş olmamışdır. 2019-cu ilin fevral ayında xəstə İstanbul şəhərində yerləşən “Acıbadəm” xəstəxanasına müayinə olunmaq üçün aparılmışdır. Oradakı müayinələr nəticəsində, “Osteomielit sümük iliyinin iltihabı” diaqnozu qoyulmuş və xəstənin dərhal əməliyyat olunmalı olduğu və ona irinləmiş hissəyə sümük köçürülməsi (transplantasiyası) aparılacağı bildirilmişdir. Daha sonra xəstə “X12” klinikasında yenidən əməliyyat olunaraq irinli hissələr təmizlənmiş və sümüklər birləşdirilərək “İllizarov aparatı” qoyulmuşdur.

2. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı müəyyən edilmişdir ki, sözügedən tibb müəssisəsi tərəfindən tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmuş, xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyi tərəfindən " xxxx" MMC-in İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.000 manat məbləğində inzibati cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1nə (bundan sonracavabdeh), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğluna göstərilmiş keyfiyyətsiz tibbi xidmətə və universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə, sağlamlığına vur ulmuş zərərlə bağlı ona dəymiş 65.000 ABŞ dolları maddi ziyanın, 1.000.000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun övladı X8 xx.xx.2018-ci il tarixdə qəflətən yıxılmış və ayağını sındırmışdır. Uşağı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "xxxx" adlı özəl xəstəxanaya aparmışlar. Onları ilk olaraq xəstəxananın həkimtravmatoloqu Cavabdeh3 adlı həkim qəbul etmiş və oğlu Adil Rzazadəyə qəlpəli yerdəyişməli sınıq diaqnozu qoyulmuş və dərhal əməliyyat olunmalı olduğunu bildirmişdir. Bundan sonra həkim Cavabdeh3 bildirmişdir ki, oğlunu Cavabdeh2 adlı həkimlə birlikdə əməliyyat etsə yüksək nəticə əldə olunacaqdır. Lakin Cavabdeh2 həmin xəstəxananın həkimi olmamış v ə dəvətlə bütün özəl klinikalarda əməliyyatlar etmişdir. Onlar həm həmin anda təlaşlı olduqları üçün, həm də Cavabdeh3 həkim olaraq məsləhətinə olan inamlarından Cavabdeh2 adlı həkimin uşağı əməliyyat etməsinə razılıq vermişlər. Həkim Cavabdeh2 görüşlərində bildirmişdir ki, oğlunun ayağına mil qoyulacaq və gələcəkdə bu sınıqdan irəli gələn hər hansı bir zərərin olmaması üçün yüksək səviyyəli əməliyyat keçiriləcəkdir. Sonda isə həkim bildirmişdir ki, bu əməliyyat üçün onlar "xxxx" klinikasına 2500 manat pul ödəməlidirlər. İddiaçı ana olaraq oğlunun sağlamlığı üçün tələb olunan məbləğin həddindən çox yüksək olmasına baxmayaraq, təklif edilən qiymətlə razılaşmış və ödəmişdir. Beləliklə, oğlu xx.xx.2018-ci il tarixdə "xxxx"da X və Cavabdeh3 tərəfindən əməliyyat olunmuşdur. Lakin iddiaçının oğl u əməliyyatdan müəyyən müddət keçməsinə baxmayaraq, yeriyə bilməmiş, ayağının ağrıları keçmədiyindən, yataq xəstəsinə çevrilmiş və hərarəti yüksək olmaqla bərabər, ayağından çirk gəlmişdir. Onlar isə mütəmadi olaraq həkim Cavabdeh2 və Cavabdeh3 ilə əlaqə saxlayaraq, səbəbini soruşduqda hər dəfəsində onları əmin etmişlər ki, əməliyyat uğurlu keçmişdir, uşaq ağrımır, sadəcə simulyasiya edir və tezliklə oğlu ayağa qalxacaqdır, sadəcə səbirli olaraq bir müddət gözləmək lazımdır. Lakin oğlunun əməliyyat olunmasından təxminən 4 ay keçdikdən sonra onun hələ də yeriyə bilməməsi və sağalmaması onlarda əsaslı şübhələr yaratmışdır. Bundan sonra onlar yenidən həkim-travmatoloq Cavabdeh2 qəbuluna getmişlər. Həkimlə bu dəfə "xxxx" adlı klinikada olan görüşlərində, həkim oğlunda təkrar müayinələr aparmış və bildirmişdir ki, oğlunun ayağına qoyulmuş milin başlığı (platin mil) yeriməsinə mane olduğundan, milin çıxarılması üçün yenidən əməliyyat edilməlidir. O isə yaranmış vəziyyətdən çox narahat olduğu və azyaşlı oğlunun həyatının məhv olmaması üçün oğluna təkrar əməliyyat keçirilməsinə razılıq vermişdir. Həkim Cavabdeh2 bu dəfə də ondan oğlunun əməliyyatı üçün 1400 manat pul ödəməli olduğunu bildirmişdir. İddiaçı bu dəfə də razılıq vermiş və həkimin tələb etdiyi məbləği ödəmişdir. Beləliklə, həkim Cavabdeh2 ikinci dəfə oğlunu "xxxx"da əməliyyat etmiş və oğlu 15 gün müddətində oranın stasionar şöbəsində müalicə olunmuşdur. Qeyd edir ki, əməliyyatın ortasında həkim onları əməliyyatxanaya dəvət edərək bildirmişdir ki, əməliyyat nəticəsində oğlunun ayağında “ostemelit” aşkar etmiş və həmin mik roblar oğlunun sümüyünü 10 sm uzunluğunda əritmişdir. Həmçinin, həkim bildirmişdir ki, bu mikroblar onun səhvi ucbatından deyil, məhz "xxxx" klinikasının əməliyyatxanasında olan antisanitariya şəraiti ucbatından düşmüşdür. Həmin mikroblar müayinə olunmuş və “clipsiella” və “enterekok” mikrobu olduğu müəyyən edilmişdir. Qeyd edir ki, həmin klinikanın əməliyyatxanasından başqa xəstələrə də bu mikroblardan düşmüşdür. Xüsusilə, “clipsiella” mikrobu əməliyyatxana mikrobudur və həmin mikrob əməliyyatxanadan başqa yerdə düşə bilməz. Uşağın ayağında aşkar olunmuş mikroblar iddiaçının oğlunun ayağını 10 sm uzunluqda sümük nahiyyəsini əritmişdir və artıq həmin irinləri təmizləmişdir. Bu dəfə də onları əmin etmişdir ki, artıq oğlunun ayağında olan bütün mikroblar və irinlər onun tərəfindən tamamilə t əmizlənmişdir, oğlunun sağlamlığı qısa zamanda geri qayıdacaqdır. Bu dəfə də o, həkimin bu vədlərinə inanmışdır. Oğlu iki ay müddətində müalicə olunmasına baxmayaraq, sağlamlığında heç bir irəliləyiş olmamışdır. Nəzərə çatdırılır ki, ikinci əməliyyatdan və sonrakı müalicəsindən sonra da həkim Cavabdeh2 tibbi müdaxiləsinin bir nəticə verməməsi, oğlunun ayağında heç bir inkişaf olmaması və yenidən ayağa qalxaraq yeriyə bilməməsi onu məcbur etdmişdir ki, oğlunun müalicəsini artıq Azərbaycanda deyil, xaricdə davam etdirsin. Qeyd edir ki, Azərbaycandan oğlunun hər iki əməliyyat və dərman xərclərinə ümumilikdə 10.000 ABŞ dolları məbləğində pul xərclənmişdir. Lakin həm həkim səhlənkarlığı, həm də klinikanın anti-sanitariya şəraiti ucbatından iddiaçının azyaşlı oğlu sağalmaq əvəzinə, ayağının sü müyündə ərimə baş vermişdir. Beləliklə, təxminən 3 ay sonra 2019-cu ilin fevral ayında o, məcburiyyət qarşısında qalaraq bütün mülklərini satıb oğlunu Türkiyə Cümhuriyyətinə aparmışdır. İddiaçı oğlunu xx.xx.2019-cu il tarixdə X2 şəhərində yerləşən “Acıbadəm” xəstəxanasına müayinə olunmaq üçün aparmışdır. Müayinələrin nəticəsi isə çox acınacaqlı olmuşdur. Oradan iddiaçıya bildirmişlər ki, oğlunun ayağında aprılan hər iki əməliyyat uğursuz olmuş və artıq oğlunun ayağında olan irinlər ayaq sümüyünü daha 5 sm olmaqla, ümumilikdə 15 sm hissədə çürütmüşdür. Tək orada oğlunun müayinə olunması və biopsiya əməliyyatının aparılması üçün iddiaçı 2400 ABŞ dolları məbləğində pul xərcləmişdir. Orada aparılan müayinələrdən sonra “Osteomielit sümük iliyinin iltihabı” diaqnozu qoyulmuş və bildirilmişdir ki, oğlunun ayağı artıq məhv olmaq üzrədir. Müayinənin nəticəsinə görə isə oğlunun dərhal əməliyyat olunmalı olduğunu və ona irinləmiş hissəyə sümük köçürülməsi (transplantasiyası) aparılacağını, bunun qiymətinin isə 17.000 ABŞ dolları məbləğində olduğunu bildirmişlər. O isə həm maddi imkanının yaxşı olmaması, həm də Azərbaycanda olan müalicələrə həddindən çox pul xərclədiyi üçün həmin məbləği qarşılaya bilməmişdir. Lakin oğlunun taleyinə biganə yanaşa bilmədiyindən, yaxın qohumlardan və dostlardan borc alaraq oğlunun əməliyyat olunması üçün tələb olunan 17.000 ABŞ dollarını toplamışdır. Beləliklə, xx.xx.2019-cu il tarixdə oğlu orada əməliyyat olunmuş, ona 15 sm uzunluqda sümük köçürülmüş və plastinka qoyulmuşdur. Əməliyyatdan sonra xəstəxanadan ona bildirilmişdir ki, oğlunun ayağından mikro bların təmizlənməsi üçün əməliyyatdan sonrakı proseduralara görə hər 3 gündən bir VAC aparatı (ayağına yığılmış irini mütəmadi təmizləməsi üçün) qoyulmalıdır. Qeyd edir ki, həmin VAC aparatının yerləşdirilməsi narkozlu əməliyyatdır və onun bir proseduru 900 ABŞ dollara olmaqla, ümumilikdə dərmanlarla birlikdə 1200 ABŞ dollarına başa gəlir. Yenidən o, çarəsiz vəziyyətdə qaldığı üçün bununla da razılaşmışdır. Beləliklə, oğlunun ayağına ümumilikdə 22 ədəd VAC aparatı qoyulmuş və o, bunun üçün ümumilikdə 26.400 ABŞ dolları pul ödəmişdir. Bunun xərcindən başqa, hər 3-4 gündən bir oğluna narkoz vurulmuş və bu, oğlunun səhhətinə çox ağır nəticələr vermişdir. Onun yalnız Türkiyə Cümhuriyyətində oğlunun əməliyyat və müalicə xərclərinə 45.800 ABŞ dolları məbləğində xərci çıxmışdır. Bundan sonra Bakı şəhərində “X12” klinikasında yenidən əməliyyat olunaraq irinli hissələr təmizlənmiş və sümüklər birləşdirilərək illizarov aparatı qoyulmuşdur. Uşağın ayağı bundan sonra da 8 ay həmin aparatda qalaraq yataq xəstəsi olmuşdur. Ən acınacaqlısı da odur ki, oğlunun ayağı 4 sm kiçilmişdir. Bu əməliyyatla bağlı 15.000 manat xərci çıxmışdır. Bu günə kimi isə ümumilikdə 65.000 ABŞ dollarıdan çox pul xərcləmiş və xərcləməkdə də davam edir. Oğlu sağalsa belə, “clipsiella” mikrobu onun immunitetinin zəiflədiyi anda yenidən aktivləşə bilər ki, bu da oğlunun daim həkim nəzarətindən yaşamasına səbəb olacaqdır. Eləcə də 17 yaşından sonra oğlunun ayağının uzadılması əməliyyatı icra edilməlidir ki, onun bir ayağı digərindən qısa olmasın. Qısası, tibb işçilərinin səhvləri ucbatından oğlunun sağlamlığına ağır zərər vurulmuş, aylarla yataq xəstəsi olmağa məcbur edilmiş, bütün bunlardan başqa, illərdir ki, keçirdiyi ağrılar səbəbindən gecələr ancaq dərmanla yata bilir, gündüzlər isə ölmək istədiyini bildirir. Göründüyü kimi, "xxxx"ın əməliyyatxanasında olan anti-sanitar rejim, həkimlərin isə əməliyyatxananın gigiyenasına fikir verməmələri səbəbindən oğlunun ayağına irin gəlmiş, Cavabdeh2 səhlənkarlığı ucbatından irinin gəlməsi yalnız 4 aydan sonra bilinmiş və nəticədə 10 sm sümüyü çürümüş və yenə Cavabdeh2 onları aldadaraq sağaltmasını vəd etməsi ilə daha 5 sm ölçüdə sümüyü çürümüşdür. Bütün bunların nəticəsində, oğlu aylarla yataq xəstəsi olmaqla ağrılardan yata bilməmiş, təhsilindən geri qalmış, sağlamlığına ağır zərər dəymiş və dəfələrlə əməliyyatlar keçirmiş və keçirəcəkdir. Azyaşlı oğlu Adi l Rzazadənin keçirdiyi çox ağır əməliyyatlar onun sağlamlığını və gələcək həyatını məhv etmişdir. Baş verən hadisələri həkim klinikanın, klinika isə həkim üstünə ataraq məsuliyyətdən yayınmağa çalışırlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı müəyyən edilmişdir ki, sözügedən tibb müəssisəsi tərəfindən tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmuşdur. Buna görə də, xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixl i, 3(008)-2361/2019 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsinə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" da belə anti-sanitar vəziyyətin olması iddiaçının oğlu Adil Rzazadədə osteomielit xəstəliyinin yaranmasına səbəb olmuşdur.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2023-cü il tarixli ekspert rəyini vermiş ekspertlərdən X3 məhkəmə iclasında rəyi müdafiə edib, ona verilən suallara cavab olaraq bildirmişdir ki, osteomielit xəstəliyinin yaranması səbəblərindən biri immunitetin zəifliyi ola bilər, osteomielit sümüyün vərəmi sayılır. Osteomielit xəstəliyində sümükdə qidalanmanın pozulmasına və həmin hissənin çürüm əsinə gətirib çıxaran iltihablı proses xroniki hala keçmədən, həkim tərəfindən daha tez aşkar edilsə idi, müalicəsi mümkün olardı. Belə ki, osteomielit daha tez aşkar olunduğu təqdirdə, qarşısı alınması mümkün olan xəstəlikdir. Osteomielit xəstəliyinin yaranma səbəbləri tibb sahəsinə konkret formada məlum deyil. Yaraya ev şəraitində sarğı edilən zaman həmin xəstəliyin yaranmasına səbəb olan mikrob düşə də bilər, düşməyə də bilər. Klinikanın 1-ci mərtəbəsində yığılan tullantılar səbəbindən, 5-ci mərtəbədə əməliyyat olunan xəstəyə həmin mikrobun keçməsi mümkün deyil.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx"da təkrar aparılmış cərrahiyyə əməliyyatına səbəb ilkin müdaxilədən sonr a inkişaf etmiş irinli proseslə əlaqəli sümük fraqmentlərinin bitişməməsi olmuşdur. Bu da aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə deyil, əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən və s. yarana bilər. Adil Rzazadəyə qeyd edilən “Osteomielit” xəstəliyi müxtəlif səbəblərdən yarandığından, patoloji prosesin əmələ gəlməsində konkret olaraq hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyildir. Yəni, ehtimal olaraq hansı faktorun daha çox və ya daha az olması məhkəmə-tibbi baxımından qiymətləndirilə bilməz. Müalicələrin effektivliyi orqanizmin kompensator və immun sistemi ilə bağlıdır. İltihabi prosesin müalicəsinin erkən vaxtlarda aparılması daha effektiv hesab edi lir. Adil Rzazadənin “Sol bud sümüyündə osteomielit” xəstəliyinin inkişafına “klebsiella pneumaniae” və “enetrobacter cloacae” mikrobları səbəb olmuşdur. Qeyd olunan mikroblara hansı şəraitdə, o cümlədən "xxxx"da yoluxması haqqında bir əsasın olması müəyyən edilməmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, e-2(008)141/2024 saylı qətnaməsi ilə (hakim H.Mahmudova) iddia qismən təmin edilmiş, Cavabdeh1ndən iddiaçının xeyrinə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla maddi zərərə görə 65.000 ABŞ dolları, mənəvi zərərə görə 5.000 manat pul vəsaitinin tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının övladı Adil Rzazadənin üzərində Cavabdeh1 MMC və "xxxx" MMC-də cərrah iyyə əməliyyatlarının aparılmasının düzgün seçim olması, “Osteomielit” xəstəliyinin aşkar olunmasının aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə əlaqəli olmaması barədə ekspertlərin gəldiyi nəticəni nəzərə alaraq, Adil Rzazadədə “Osteomielit” xəstəliyinin aşkar olunmasında həkim təqsiri sübuta yetirilmir. Ona görə də, Cavabdeh2 və Cavabdeh3 aid hissədə iddia təmin edilə bilməz. Lakin “Osteomielit” xəstəliyinin yaranmasının səbəblərindən biri kimi əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması barədə ekspertlərin gəldiyi nəticəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı sözügedən tibb müəssisəsində tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulm asının müəyyən edilməsi və bu səbəbdən, məhkəmənin qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi ilə əlaqəli şəkildə təhlil edərək, eləcə də Cavabdeh2 xx.xx.2019-cu il tarixli izahatını (X7 əməliyyatına başlamazdan əvvəl keçirilmiş müayinələr zamanı uşaqda hər hansı bir virus aşkar edilməmişdir. İnfeksiyanın yara kanalına keçməsi tərəfindən aparılmış əməliyyatla əlaqəli olmamış, çox güman ki, həmin infeksiya klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanmışdır) nəzərə alaraq, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, törətdiyi mülki-hüquq pozuntusuna görə məsuliyyət daşımalıdır. Dəymiş maddi ziyanın miqdarı ilə bağlı məhkəm əyə təqdim edilmiş “X6 ve Ticaret Anonim Şiketinin” elektron arxiv qəbzlərinə əsaslanaraq, məhkəmə vurulmuş maddi ziyanın iddia tələbində göstərilən miqdarda, yəni 65.000 ABŞ dolları (hazırkı məzənnə ilə 110.500 Azərbaycan manatı) olması ilə razılaşır.

9. Məhkəmə həmçinin Cavabdeh1ndə əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması nəticəsində, iddiaçının övladı X1 vurulmuş ziyanla bağlı azyaşlı uşağın və ailə üzvlərinin uzun müddət mənəvi sarsıntılar, iztirablar keçirdiyini, maddi məhrumiyyətlərə məruz qaldığını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı cavabdehdən mənəvi zərərə görə kompensasiya tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə tələb olunan mənəvi zərərin məbləği ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 5000 manat mənəv i zərərin tutulması qanuni, əsaslı olmaqla, mülki iş materiallarına tam uyğundur.

10. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının klinikada əməliyyat olunma tarixi xx.xx.2018-ci il olmuşdur. Lakin yuxarıda qeyd edilən pozuntu ilə bağlı qəbul edilmiş məhkəmə qərarı xx.xx.2019-cu il tarixdə olmuşdur. Yəni, əməliyyatın edilməsi tarixi ilə inzibati xəta haqqında məhkəmə qərarı arasında 1 il 3 ay vaxt fərqi mövcuddur. Yəni, bu o deməkdir ki, 1 il 3 ay sonra aşkar edilmiş inzibati xətaya görə şəxsin həmin tarixdən 1 il 3 ay əvvəl baş vermiş hadisədə də təqsirli bilinməsi nə hüquqa, nə də heç bir məntiqə sığa bilməz və məhkəmə adına belə nəticəyə gəlinməsi absurd və yolverilməzdir. Bundan başqa həmin iş məhkəmə qaydasında tələb edilərək araşdırılmışdır. Həmin materialda isə birbaşa öz təsdiqini tapır ki, klinikanın inzibati məsuliyyətə cəlb edilməsinə səbəb əməliyyatxanada olan pozuntularla bağlı deyil, məhz klinikanın zirzəmi qatında olan əməliyyatxana tullantılarının saxlanıldığı yerdə tullantıların saxlanılma müddətindən art ıq saxlanılması ilə baş vermiş pozuntuya görə olmuşdur. Bununla bağlı həmçinin məhkəmə iclasında dindirilmiş ekspertə də müvafiq sual verilərək klinikanın zirzəmi qatında olan əməliyyatxana tullantılarının saxlanıldığı yerdə tullantıların saxlanılma müddətindən artıq saxlanılması əməliyyatxanada əməliyyat olunan şəxsə hər hansı infeksiyanın düşməsinə səbəb ola bilər?! sualına ekspert X3 tərəfindən “belə bir halın baş verməsi mümkün deyil”cavabı alınmışdır. Nümayəndəyə prokurorluqda verilmiş izahatla bağlı sual verildikdə o bu izahatı təsdiq etmədiyini və izahatda onun təmsil etdiyi şəxsin imzasının olma səbəbinə baxmayaraq orada nə üçün qeyd edilən izahatla razılaşmaması soruşulduqda o həmin izahatda yazılanlardan Cavabdeh2 məlumatlı olmaması, məhz müstəntiqin öz mülahizəsinə əsasən elə ya zması və cavabdehin onu oxumadan müstəntiqin təkidi ilə həmin izahatı imzalaması barədə məhkəməyə izahat vermişdir. Lakin bunların heç biri qətnaməyə qeyd edilməyərək tərəfin təsdiq etmədiyi lakin onun adından əvvəllər yazılmış izahatı məhkəmə mötəbər sübut kimi qiymətləndirmişdir. Lakin məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi izahata baxdıqda əvvəlcə görünür ki, orada cavabdeh çox guman ki, sözlərindən istifadə etmişdir. Yəni cavabdeh orada konkret olaraq bu virusun iddiaçıya məhz klinikada baş vermiş sterilizasiya problemlərindən qaynaqlanmasını göstərməmişdir. Ümumiyyətlə dəfələrlə keçirilmiş ekspert rəyləri üzrə bir neçə ekspert həkimin gələ bilmədiyi nəticəyə bir həkimin özbaşına olaraq konkret fikir bildirməsi nə mümkün deyil nə də ki, qəbuledilən deyildir. xx.xx.2023-cü il tari xli və xx.xx.2024-cü il tarixli ekspert rəylərindən görünür ki, qeyd olunan xəstəlik müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən və s. yarana bilər. Osteomielit müxtəlif səbəblərdən yarandığından, patoloji prosesin əmələ gəlməsində hansı amilin həlledici olması barədə konkret olaraq fikir söylənilməsi mümkün olmamışdır. İş materiallarında olan xəstəlik tarixçəsinə nəzər saldıqda xəstənin əməliyyatdan sonra sarğılarının edilməsi üçün xəstənin əməliyyatdan sonra sarğılarının edilməsi üçün klinikaya müraciət etmədiyi görünür. Nəzərə alsaq ki, xəstənin anası İddiaçı tibb bacısı işləmişdir və çox guman ki, elə uşağının sarğılarını da özü etmişdir. Belə olan təqdirdə elə rəylər də göstərilən xəstəliyin real olaraq yaranma səbəblərindən biri olan sarğının düzgün edilməməsi halı qeyd olunan məsələdə olan şübhələrin haqlı olmasına deməyə əsas verə bilər. Lakin buna baxmayaraq ekpsertlər belə bu məsələ barədə konkret fikir bildirə bilmədikləri halda hakimin həmin sahədə xüsusi biliyə malik olan şəxs kimi fikir bildirərək ekspertlətin gələ bilmədikləri nəticəyə gəlməsi tamamilə qəbuledilməz və absurddur. Cavabdeh X9 heç bir zaman klinikanın həkimi olmamışdır. Lakin buna baxmayaraq məhkəmə tərəfindən belə əsassız məlumatlar qeyd edilmişdir. Cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarı ilə də qeyd olunan hadisədə nə həkim səhlənkarlığının, nə də başqa pozuntuların olmadığı müəyyən edilmişdir. O biri məsələlərdə olduğu kimi məhkəmə tərəfindən buna da əhəm iyyət verilməmişdir. Bundan başqa həmin material araşdırılarkən izahatı alınmış digər cavabdeh olan Cavabdeh3 xx.xx.2019-cu iltarixli izahatında onun X7 yalnız birinci əməliyyatında iştirak etməsi, həmin əməliyyatda heç bir problemin olmaması və uşağa virusun hansı şəraitdə düşməsi barədə heç bir məlumatının olmaması barədə dediklərinə də məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. İddiaçının əmisi də həmin ərəfələrdə həmin klinikada əməliyyat olunmuşdur. Lakin onda hər hansı infeksiya olmamışdır. Bu məlumat da iddiaçı tərəfindən gizlədilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4620/2024 nömrəli, 2 avqust 2024-cü il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sa xlanılmışdır (hakimlər Akif İsgəndərov sədrlik edən, məruzəçi, Vahid Sadıqov və Məhkəmməd Rüstəmli).

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Osteomielit” xəstəliyinin yaranmasının səbəblərindən biri kimi əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması barədə ekspertlərin gəldiyini nəticəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı sözügedən tibb müəssisəsində tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmasının müəyyən edilməsi və bu səbəbdən, məhkəmənin qərarı ilə "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi, eləcə də Cavabdeh2 x x.xx.2019-cu il tarixli izahatını (həmin infeksiyanın klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanması ilə bağlı) nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh "xxxx" MMC-nin Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən törətdiyi mülki-hüquq pozuntusuna görə məsuliyyət daşımalı olduğuna dair mövqeyi əsaslıdır.

15. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 1096, 1097.1, 1112-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 MMC (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4620/2024 nömrəli xx.xx.2024-cü il tarixli q ətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün şəkildə əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt tö rətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

20. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı

21. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və də rəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının övladı Adil Rzazadənin üzərində Cavabdeh1 MMC və "xxxx" MMC-də cərrahiyyə əməliyyatlarının aparılması düzgün seçim olub və iddiaçının övladı Adil Rzazadədə “Osteomielit” xəstəliyinin aşkar olunmasında hək im səhvi olmayıb. Ona görə də iddia- cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin oluna bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Osteomielit” xəstəliyinin yaranmasının səbəblərindən biri kimi əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması olmuşdur.

33. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda ekspertlərin rəylərinə işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymət verərək qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-də aparılan yoxlamalar zamanı sözügedən tibb müəssisəsində tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmuş və bu səbəbdən də məhkəmənin qərarı ilə "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sa yılaraq 2.000 manat cərimə edilmişdir.

34. Həkim Cavabdeh2 da xx.xx.2019-cu il tarixli izahatında sözügedən infeksiyanın qeyd olunan klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlandığını bildirmişdir.

35. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

36. Göründüyü kimi iddiaçının iddia etdiyi zərər, Cavabdeh1 MMC təqsiri üzündən baş vermişdir və sonuncu bunun əksini sübut edə bilmir.

37. Dəymiş maddi və mənəvi ziyanın miqdarı isə işə baxan məhkəmələr tərəfindən “X6 ve Ticaret Anonim Şiketinin” ele ktron arxiv qəbzlərinə əsaslanaraq (maddi ziyan 65.000 ABŞ dolları; mənəvi ziyan 5.000 manat) müəyyən edilmişdir.

38. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh1 MMC-nin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1n kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 avqust 2024-cü il tarixli, 2(103)-4620/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar