Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3404/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1 və vəkili Quliyev Ağalar Avtandil oğlunun, cavabdeh x2-nin vəkili Məlikov Ramal Teyyub oğlunun və nümayəndəsi x3 iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-626/18 saylı, 10 may 2018-ci il tarixliqətnaməsi ilə (hakim N.Tağıyeva) iddiaçı x1 cavabdehx2-yə qarşı cavabdehdən 8882 manat sığ orta ödənişi, 7993,08 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 16905,08 manatın tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 noyabr 2018-ci il tarixli, 2(103)9134/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov, T.Səmədov və E.Kazımov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-626/18 saylı, 10 may 2018-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 noyabr 2018-ci il tarixli, 2(103)-9134/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməs i barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8882 manat sığorta ödənişi, 7993,08 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 16905,08 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.03.2015-ci il tarixində sığortalı avtomobili etibarnamə əsasında idarə edən x4 yol nəqliyyat hadisəsi törətmiş, hadisə ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmiş, x4 İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Hadisə ilə bağlı dərhal cavabdehə məlumat verilmiş, sığorta nəticəsində dəyən zərər müəyyən edilmişdir. Bundan sonra onlar sığorta ödənişinin verilməsi ilə b ağlı cavabdehə müraciət etsələr də, cavabdeh iddiaçının sığorta müqaviləsində tərəf olmadığını və sığorta haqqını vaxtında ödəmədiyini əsas gətirərək, sığorta ödənişinin verilməsindən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 noyabr 2018-ci il tarixli, 2(103)-9134/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili Quliyev Ağalar Avtandil oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehx2-nin vəkili Məlikov Ramal Teyyub oğlu və nümayəndəsi x3 kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan MYP 330095 saylı, 27.03.2015-ci il tarixli inzibati xəta haqqında protokold an görünür ki, x4 həmin tarixdə, 03:30 radələrində Badamdar şosesi ilə hərəkət edərkən yorğun və əzgin olduğundan sükan arxasında yataraq idarəetməni itirib maneəyə dəymiş, buna görə də AR İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan AC №332317 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW X-5” markalı, 10 OE *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ üzrə x1na məxsusdur. İşdə olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1837/16 saylı, 25 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək,x2-nin informasiya sorğusuna cavab verməkdən imtinası qanunsuz hesab edilərək, “BMW X-5” markalı, 10 OE *** dövlət nömrə nişanlı avtomobil üzrə sığorta ödənişi haqqında mədaxil qəbzinin təsdiq olunmuş surətinin şirkət tərəfindən iddiaçı x1na verilməsi qərara alınmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5778/16 saylı, 27.07.2016-cı il tarixli qətnaməsi ilə apellyasiya qaydasında, Ali Məhkəmənin 2(102)-570/17 saylı, 01.02.2017-ci il tarixli qərarı ilə isə kassasiya qaydasında dəyişdirilmədən saxlanılmış, həmin məhkəmə aktları ilə hazırkı iş üzrə iddiaçı sığorta olunan hesab olunmuşdur. İş materiallarından görünür ki, x1 tərəfindən 23.02.2015-ci il tarixdə həmin avtomobilə dair x4na etibarnamə verilmiş, elə həmin-23.02.2015-ci il tarixdə də x4x2 ilə sığorta müqaviləsi bağlamışdır. Sığorta müqaviləsi 23.02.2016-cı il tarixədək qüvvədə olmuşdur. İşdə olan x5 tərəfindən verilmiş aktdan görünür ki, “BMW X-5” markalı, 10 OE *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərclərinin cəmi məbləği 7362 manat, ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1520 manat olmaqla, ümumilikdə 8882 manat təşkil edir. İşdə olan x2 tərəfindən x4na ünvanlanan 03/0552 saylı, 14.04.2015-ci il tarixli məktubdan görünür ki, sığorta müqaviləsi üzrə sığorta haqqının müqavilədə nəzərdə tutulduğu müddətdə ödənilməməsi səbəbindən, hadisə baş verən gün həmin müqavilə qüvvədə olmadığından ona sığorta ödənişi verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.03.2018-ci il tarixli, 4224 saylı rəyi ilə müəyyən edilmişdir ki, “BMW X-5” markalı, 10 OE *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə 16.02.2015-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində baş vermiş hadisədəki fotoşəkillərdə və 27.03. 2015-ci il tarixdə ehtimal olunan hadisə yerində çəkilmiş fotoşəkillərdə qeydə alınmış avtomobillərdəki zədələr və deformasiyalar eynidir. İşdə olan x6-nin x2-yə ünvanladığı 17.01.2018-ci il tarixli, 02/16 saylı arayışında göstərilmişdir ki, 2015-ci ilin mart ayının 26-dan 27-ə keçən gecə saat 03:00-da sifarişə əsasən qəzalı vəziyyətdə olan “BMW X 5” markalı, 10 OE *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin Badamdar cərimə meydançasından Badamdar ərazisinə daşınması həyata keçirilmişdir. Həmin tarixdə saat 04:51-də x2 SŞ ASC-nin nümayəndəsinin sifarişi əsasında həmin avtomobilin Badamdar ərazisindən Babək pr.-nə daşınması həyata keçirilmişdir. Lakin, x6 tərəfindən iddiaçının vəkili A.Quliyevə ünvanlanmış (tarixsiz və nömrəsiz) arayışda isə göstərilmişdir ki, 27.03.2015-ci il tarixdə sa at 03:00 radələrində “BMW X 5” markalı, 10 OE *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin Badamdardan Babək prospektinə daşınması ilə bağlı sifariş verilmişdir. İşdə olan 08.11.2018-ci il tarixli cavab məktubunda x6 göstərmişdir ki, 27.03.2015-ci il tarixdə saat 03:00-da və 04:51-də “BMW X 5” markalı, 10 OE *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin təxliyə olunması üçün çağrı mərkəzinə 2 (iki) dəfə zəng daxil olmuşdur. Sifariş birinci dəfə Badamdar cərimə meydançasından Badamdar ərazisinə, ikinci dəfə isə Badamdardan Babək prospektinə sifariş verilmişdir. Sifarişlərdən uzun müddət keçdiyindən məlumat bazasında başqa informasiya qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə kollegiyası hesab edir ki, 27 mart 2015-ci il tarixdə baş verən nəqliyyat hadisəsi sığorta müqaviləsindən əvvələ təsadüf etdiyindən sığorta şirkəti sığorta müqaviləsinin qüvvədə olmadığı dövr üçün sığorta ödənişi etmək öhdəliyi daşımır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğ undan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3404/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3404/2019
16.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver