Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-341/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək haqqı ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5604/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə işəgötürən - "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində Əmək Müqaviləsi başlanmış, işəgötürən işçini Cavabdeh MMC-nin YDM-də növbə rəisi vəzifəsinə qəbul etmiş, işçi isə tutduğu vəzifə üzrə bu Müqavilədə müəyyən edilmiş əmək funksiyasını və əmək vəzifələrini yerinə yetirməyi öhdəsinə götürmüşdüqr. Tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar; -İşçi bu Müqavilənin 3-cü maddəsində göstərilən əmək funksiyasını işəgötürənin istehsalat zərurətindən asılı olaraq müəyyənləşdirəcəyi iş sahəsində yerinə yetirməlidir; - əmək müqaviləsi 1 il müddətinə bağlanılır; - işçi xx.xx.2019-cu il tarixdən işə başlayır; - həftə (ay) ərzində iş günlərinin (növbələrin) sayı, gündəlik (növbəlik) iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddətinə dair daxili qaydalar işəgötürən tərəfindən əmək qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir; - iş rejimi növbəlidir; - istirahət günləri növbəyə görə müəyyən edilir; - işçi bir dəfə əmək məzuniyyəti götürmək hüququna malikdir; məzuniyyətin müddəti Əmək Məcəlləsinə əsasən müəyyən edilir; məzuniyyətin dəqiq vaxtı işçi ilə işəgötürən arasında razılaşdırılmalıdır, işçi məzuniyyətdən iki həftə əvvəl işəgötürənə müvafiq bildiriş təqdim etməlidir; - ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işəgötürənin razılığı ilə istifadə edilir; - əmək haqqı, işlədiyi iş sahəsinin (məntəqəsinin) kateqoriyasında asılı olaraq müəyyən edilir; - işçinin hər ay ştat cədvəlinə uyğun əmək haqqı ödənilir; - əmək haqqından Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq gəlir vergisi və digər məcburi ödənişlər işəgötürən tərəfindən tutulur; - əmək haqqı bir dəfəlik ödəmə ilə, növbəti ayın birinci yarısında manatla ödənilir. 2. 18.05.2019-cu il tarixli X3 edilməsi ilə bağlı X4 surətinə əsasən, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək bağlanılmış, işçinin aylıq əmək haqqı 423 manat məbləğində müəyyən edilmişdir. 3. 18.11.2021-ci il tarixli X3 edilməsi ilə bağlı X4 surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixindən bağlanılmış, işçinin aylıq əmək haqqı 448 manat məbləğində müəyyən edilmiş dir. 4. 05.03.2022-ci il tarixli X3 edilməsi ilə bağlı X4 surətinə əsasən, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixindən bağlanılmış, işçinin aylıq əmək haqqı 460 manat məbləğində müəyyən edilmişdir. 5. 2022-ci il üzrə iş vaxtının uçot tabeli surətlərinə əsasən, İddiaçı həmin ilin aprel ayı üzrə xx.xx.2022-ci il tarixdə istirahətdən saat 04:24-də çıxmışdır, xx.xx.2022-ci il tarixdə saat 22:30-dan 22:35-dək yazı işləri ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə istirahətdən saat 12:25-də çıxmışdır, xx.xx.2022-ci il tarixdə saat 05:30-dan saat 05:35dək operator otağında olmuşdur, xx.xx.2022-ci il tarixdə istirahətdən saat 04:23-də çıxmışdır, xx.xx.2022-ci il tarixdə istirahətdən saat 13:25-də çıxmı şdır.
6. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 1501/K nömrəli əmrdən çıxarışın surətinə əsasən, İddiaçı xx.xx.2019- cu il tarixindən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə TXNİ-nin 5 saylı bölgə üzrə inspektoru vəzifəsinə təyin edilmişdir.
7. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 601/K nömrəli əmrdən çıxarışın surətinə əsasən, TXNİ-nin 5 saylı bölgə üzrə inspektoru əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə xx.xx.2021-ci il tarixindən 43 saylı “Şabran” YDMə növbə rəisi vəzifəsinə təyin keçirilmişdir. 8. 2022-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətinə əsasən, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 198 iş saatına görə 699.12 manat, fevral ayı üzrə əsas və əlavə 162 iş saatına görə 496.45 manat, mart ayı üzrə əsas və əlavə 198 iş saatına gör ə 739.19 manat, aprel ayı üzrə əsas və əlavə 198 iş saatına görə 672.52 manat, may ayı üzrə əsas və əlavə 198 iş saatına görə 717.31 manat məbləğində əmək haqqı hesablanılmışdır.2022-ci ilin iyul, avqust üzrə iş vaxtının uçot tabelinə əsasən, işçi İddiaçı həmin dövr üzrə gündəlik iş saatları 11 saat olmuşdur.
9. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 5-164/2 əmrə əsasən, növbə rəisi vəzifəsi üzrə 1-ci növbə üçün (08:00-19:00) istirahət üçün ayrılmış vaxt 2 saat, 2-ci növbə üçün (19:00-08:00) 4 saatdır. 10. 2021-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətinə əsasən, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 180 iş saatına görə 494.18 manat fevral ayı üzrə əsas və əlavə 180 iş saatına görə 475.82 manat, mart ayı üzrə əsas və əlavə 0 iş saatına görə 500.54 mana t, aprel ayı üzrə əsas və əlavə 171 iş saatına görə 441.50 manat, may ayı üzrə əsas və əlavə 90 iş saatına görə 292.55 manat, iyun ayı üzrə əsas və əlavə 198 iş saatına görə 613.14 mana, iyul ayı üzrə əsas və əlavə 189 iş saatına görə 567.38 manat, avqust ayı üzrə əsas və əlavə 198iş saatına görə 624 manat, sentyabr ayı üzrə əsas və əlavə 198 iş saatına görə 626.56 manat, oktyabr ayı üzrə əsas və əlavə 189 iş saatına görə 581.27 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 588.68 manat, dekabr ayı üzrə əsas və əlavə 189 iş saatına görə 626.95 manat məbləğində əmək haqqı hesablanılmışdır. 11. 2020-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətinə əsasən, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 225 iş saatına görə 727.44 manat, fevral ayı üzrə əsas və əlavə 216 iş saatına görə 643.26 manat, mart ayı üzrə əsas və əlavə 207 iş saatına görə 695.25 manat, aprel ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, may ayı üzrə əsas və əlavə 216 iş saatına görə 671.73 manat, iyun ayı üzrə əsas və əlavə 189 iş saatına görə 579.18 manat, iyul ayı üzrə əsas və əlavə 243 iş saatına görə 750.97 manat, avqust ayı üzrə əsas və əlavə 216 iş saatına görə 628.77 manat, sentyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 527.32 manat, oktyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat məbləğində əmək haqqı hesablanılmışdır. 12. 2019-cu il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətinə əsasən, İd diaçı həmin ilin noyabr ayı üzrə əsas və əlavə 81 iş saatına görə 219.49 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 494.71 manat, mart ayı üzrə əsas və əlavə 207 iş saatına görə 695.25 manat, aprel ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, may ayı üzrə əsas və əlavə 216 iş saatına görə 671.73 manat, iyun ayı üzrə əsas və əlavə 189 iş saatına görə 579.18 manat, iyul ayı üzrə əsas və əlavə 243 iş saatına görə 750.97 manat, avqust ayı üzrə əsas və əlavə 216 iş saatına görə 628.77 manat, sentyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 527.32 manat, oktyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat məbləğində əmək haqqı he sablanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh hüquqi şəxsdən 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsinin qəbul olunacağı günə qədər iş vaxtindan artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb olunmağı İlə əlaqədar əmək haqqının hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, 2019-cu ilin noyabr ayından “Azpetrol Ltd" MMC-nin 69 saylı Siyəzən yanacaqdoldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. İş yerində iş vaxtından artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb edilir. Nümunə olaraq bu ilin aprel ayı üçün 168, may ayı üçün 143 iş saatı təsdiq edildiyi halda, o, hər ay 240-252 iş saatı işləməyə məhkum olunmuşdur. İş vaxtından artıq vaxt ərzində görülən işlərin hər saatı üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilmir. Bundan başqa hər ay təyin olunan “normativlərin" pozulmasına görə əmək haqqından əsassız tutulmalara məruz qalır. İstirahət vaxtından gecikmələrə görə, hətta təbii ehtiyacların icazəsiz ödənilməsinə görə və digər əsassız səbəblər rəhbər tutularaq əmək haqqından 35 faiz tutulmalar aparılır. Belə ki, istirahət və nahar vaxtı istirahətindən və naharından ayrılaraq müştəriyə xidmət etməyi nəzərə alınmır, əksinə xırda səbəblər tapılıb hər ay əmək haqqından əsassız tutmalar haqqında cərimə blankı yazılır. İddiaçı göstərilənlərlə əlaqədar xx.xx.2022-ci il tarixində ’’Azpetrol Ltd ' MMC-yə rəsmi qaydada müraciət etsə də, müraciəti bu gü nə qədər cavablandırılmamışdır. İddiaçı həmçinin göstərilən məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2022- ci il tarixli müraciət ünvanlamış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müraciətinə verilmiş 30 iyun 2022-ci il tarixli cavab məktubuna əsasən müraciəti nəticəsiz qalmışdır. Qeyd olunan əmək mübahisəsi ilə əlaqədar Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etsə də ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Ona görə də iddiaçı iş vaxtından artıq vaxt ərzində görülən işlərə görə əmək haqqının hesablanaraq ona ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
15. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsi icra olunacağaı günə qədər 1 iş saatına tətbiq olunan tarif əmsalı əsas götürülməklə, aylar üzrə haqqı ödənilməyən iş saatlarının əlavə işsaatlarının hesablanma qaydasına uyğun və o cümlədən gecə vaxtı yerinə yetirilən, haqqı ödənilməyən gecə saatlarına görə əlavə iş saatlarının hesablanma qaydasına uyğun hesablanaraq həmin əmsalların 3 misli həcmində cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd edilməsini, eyni zamanda iddia müddəti tətbiq edilməklə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2023 nömrəli 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (h akim Əminə Abbasova) iddianın rədd edilmişdir.
18. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya Cavabdeh MMCdə işlədiyi 2019, 2020, 2021 və 2022-ci illərdə bütün əlavə iş saatına görə ona əmək haqqı hesablanaraq ödənilmişdir.
19. İddiaçı gündüz növbəsində 12 saat, gecə növbəsində 13 saat işlədiyi iddia etsə də, istinad etdiyi bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim edməmişdir.
20. Məhkəmə hesab etmişdir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərin in təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər
21. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verərək qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmədən müraciət etmişdir.
22. Məhkəmə bildirmişdir ki, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi gün, onun xx.xx.2022-ci il tarixində isə iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etdiyi gün hesab edilməlidir Məhkəmə qeyd edir ki, iddia pul tələbi və ziyanın vurulması ilə bağlı olduğuna görə, hazırkı iddia ərizəsinə Əmək Məcəlləsinin 296cı maddəs inin 4-cü hissəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə, həmin bir illik iddia müddətini ötürmədən xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Odur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi əsassız hesab edilməlidir.
23. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsi icra olunacağı günə qədər 1 iş saatına tətbiq olunan tarif əmsalı əsas götürülməklə, aylar üzrə haqqı ödənilməyən iş saatlarının əlavə iş saatlarının hesablanma qaydasına uyğun və o cümlədən gecə vaxtı yerinə yetirilən, haqqı ödənilməyən gecə saatlarına görə əlavə iş saatlarının hesablanma qaydasına uyğ un hesablanaraq həmin əmsalların 3 misli həcmində cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89, 95, 99-cü maddələrinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 165 və 296-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
25. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, o iş yerində iş vaxtından artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb edilir. Nümunə olaraq keçən ilin aprel ayı üçün 168, may ayı üçün 143 iş saatı təsdiq edildiyi halda mən hər ay 240-252 iş saatı işləməyə məhkum olunmuşdur. İş vaxtından artıq vaxt ərzində görülən işlərin hər saatı üçün əmək haqqım hesablanaraq ona ödənilmir. Hər ay təyin olunan “normativlərin” pozulmasına görə əmək haqqından əsassız tutulmalara məruz qalır. İstirahət vaxtından gecikmələrə görə, hətta təbii ehtiyacların icazəsiz ödənilməsinə görə və digər əsassız səbəblər rəhbər tutularaq əmək haqqından 35 faiz tutulmalar aparılır. Belə ki, istirahət və nahar vaxtı istirahətindən və naharından ayrılaraq müştəriyə xidmət etməyi nəzərə alınmır, əksinə xırda səbəblər tapılıb hər ay əmək haqqından əsassız tutmalar haqqında cərimə blankı yazılır. İş üzrə kifayət qədər sübutlar var. Həmçinin məhkəməyə iş vaxtının uçotu tabelini, iş vaxtının cədvəllərini təqdim etsə də, hakim bu və digər sübutlarını nəzərə almayaraq ona qarşı qeyri-obyektiv qətnamə çıxarmışdır. Lakin, qarşı tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmənin qətnaməsinin məzmunundan da göründüyü kimi, işə baxan hakim yalnız ”AzpetrolLtd” MMC ilə bağladığı əmək müqaviləsinin, X3 edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri nin, "xxxx" MMC-də vəzifəyə təyin olunmağı barədə əmrlərdən çıxarışların, cavabdehin məhkəməyə təqdim etdiyi iş vaxtının uçot tabellərinin və əmək haqqı cədvəllərinin məzmununu qətnaməyə köçürməklə, heç bir zəruri araşdırma aparmadan qətnamə qəbul etmişdir. Hansı ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Beləliklə, məhkəmə tərəfindən qarşı tərəfin xeyrinə müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş hesab edilməlidir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümay əndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X2) 2(103)-5604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsi təşkil edir və həmin normanın tələbi baxımında hazıkı halda iddiaçı cavabdeh hüquqi şəxsdən 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsinin qəbul olunacağı günə qədər iş vaxtindan artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb olunmağı ilə əlaqədar əmək haqqının hesablanaraq ona ödənilməsini tələb edir.
31. Məhkəmə kollegiyası hazırkı iddia tələbi üzrə birinci insansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmişdir.
32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Cavabdeh MMC-də işlədiyi 2019, 2020, 2021 və 2022-ci illərdə bütün əlavə iş saatına görə əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçı gündüz növbəsində 12 saat, gecə növbəsində 13 saat işlədiyi iddia etsə də, istinad etdiyi bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim edməmişdir.
33. İş materiallarında olan 2019-cu il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin noyabr ayı üzrə əsas və əlavə 81 iş saatına görə 219.49 manat, dekabr ayı üzrə əsas və əlavə 1 80 iş saatına görə 494.71 manat, mart ayı üzrə əsas və əlavə 207 iş saatına görə 695.25 manat, aprel ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, may ayı üzrə əsas və əlavə 216 iş saatına görə 671.73 manat, iyun ayı üzrə əsas və əlavə 189 iş saatına görə 579.18 manat, iyul ayı üzrə əsas və əlavə 243 iş saatına görə 750.97 manat, avqust ayı üzrə əsas və əlavə 216 iş saatına görə 628.77 manat, sentyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 527.32 manat, oktyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat məbləğində əmək haqqı hesablanılmışdır.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə g üvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
36. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə də haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmədən müraciət etmişdir.
37. Kollegiya hesab etmişdir ki, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi gün, onun xx.xx.2022-ci il tarixində isə iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etdiyi gün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, iddia pul tələbi və ziyanın vurulması ilə bağlı olduğuna görə, hazırkı iddia ərizəsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə, həmin bir illik iddia müddətini ötürmədən xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Odur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi əsassız olmuşdur.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
39. Kollegiy a öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89, 95, 99-cu maddələrinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 165, 296-cı maddələrinə, Mülkli Prosessual Məcəllənin-in 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)5604/2023saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassator kassasiya şikayətini əsa slandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya məhkəməsində işə baxılarkən Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 165.1-ci maddəsinə formal cəhətdən istinad olunaraq həmin maddənin adı çəkilsə də, həmin normanın tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, mən ”Azpetrol Ltd” MMC-nin yanacaq doldurma məntəqəsində 2 növbəli iş rejimində çalışıram. İ növbə 0800 –da başlayır, 1900 –da bitir. İİ növbə 1900 –da başlayır, 0800 –da bitir. Hər iki növbə üzrə 8 saat əsas iş vaxtı kimi, 1 saat əlavə iş vaxtı kimi hesablanmaqla hər bir növbə üçün 9 saat iş vaxtı üçün əmək haqqı ödənilir. Beləliklə haqqı ödənilməyən İ növbə üzrə 2 saat, İİ növbə üzrə 4 saat ödənilməyən iş saatı sayılır. Göründüyü kimi mən iş yerimdə iş vaxtından artıq v axt ərzində işlərin yerinə yetirilməsinə cəlb edilmişəm. Sübut olaraq qeyd edirəm ki, 2022-ci ilin iyul ayında 23 iş günüm olmuşdur. 12 iş günü İİ növbə üzrə x 13 iş saatı=156 iş saatı. 11 iş günü İ növbə üzrə x 11 iş saatı=121 iş saatı. Cəmi iş saatı 277 saat təşkil etmişdir. Lakin, 2022-ci ilin iyul ayı üzrə iş vaxtının uçotu tabelinində 21 iş günü 9 saata vurulmaqla 207 iş saatı hesablanmışdır. 160 iş saatı əsas, 47 iş saatı əlavə iş saatı kimi. 70 iş saatı qeydə alınmamışdır. Nəzərinizə çatdırıram ki, iddiaçı olaraq iddiamın əsaslı olduğunun sübutu kimi məhkəməyə təqdim etdiyim sübutlara (məhkəmə işinin 48-57-ci səhifələrində 10 vərəqdən ibarət) məhkəmə qətnaməsində istinad olunmamışdır.
42. Kassator daha sonra bildirmişdir ki, Nazirlər Kabinetinin adı çəkilən qərarında qeyd olunur ki;
1. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çox növbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin; 2.Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə, digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilsin;
3. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilsin. Məhkəmədə işə baxılarkən Nazirlər Kabinetinin qeyd edilə n qərarının tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, 2019-cu ilin noyabr ayından 2022-ci ilin dekabr ayının 31-ə qədər 771 gün işlədiyim iş günüm olmuşdur. İ növbə üzrə 383 iş günü olmaqla haqqı ödənilməyən əlavə iş saatlarım 766 saat, İİ növbə üzrə 388 iş günü olmaqla haqqı ödənilməyən əlavə iş saatlarım 1556 saat, o cümlədən haqqı ödənilməyən gecə vaxtı saatlarına görə 776 saat olmaqla, ümumi haqqı ödənilməyən əlavə iş saatlarım 2332 saat, o cümlədən gecə vaxtı saatlarına görə 776 saat təşkil etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kasssasiya şikayətinə qarş ı Cavabdeh MMC etiraz edərək kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
44. Maddə 89.
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
45. Maddə 95.
1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bi r növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.
46. Maddə 99. iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
47. Maddə 154.
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
48. Maddə 165.
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
49. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bil ə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansi ya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya Cavabdeh MMC-də işlədiyi 2019, 2020, 2021 və 2022-ci illərdə bütün əlavə iş saatına görə əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçı gündüz növbəsində 12 saat, gecə növbəsində 13 saat işlədiyi iddia etsə də, istinad etdiyi bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim edməmişdir.
60. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şika yətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2(103)-5604/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.