Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3410/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiaları barədə iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvadın ümumi birgə mülkiyyəti, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” barədə ilk, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-3072/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Birgə nikah dövründə-xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, 0.0512 ha torpaq sahəsi (mübahisəli torpaq sahəsi) cavabdehin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
3. Həmçinin, tərəflər xx.xx.2021-ci il tarixdə “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil (mübahisəli avtomobil) əldə etmişlər.
4. Cavabdeh mübahisəli torpaq sahəsini xx.xx.2022-ci il tarixli daşınmaz əmla kın bağışlanması müqaviləsi ilə iddiaçıya bağışlamışdır. Həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş mübahisəli avtomobilin 1/2 hissəsinə iddiaçının payının tanınması və mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki olaraq xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı nikahın pozulması tələbi üzrə mediasiya təklif məktubu gəlmişdir. Onlar birgə nikah dövründə, xx.xx.2021-ci il t arixdə “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Hazırda İddiaçı əlində kifayət qədər əsas var ki, Cavabdeh avtomobili sataraq vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin münasibətləri kəskinləşmiş formadadır, ayrı yaşayırlar və barışmaq, ailə münasibətlərinin davam etməsi ehtimalı yoxdur. Cavabdeh ilə birgə nikah dövründə “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili 25000 manat məbləğində pul ödəməklə əldə etmişlər. Belə olduqda birgə mülkiyyətlərində olan “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi zamanı iddiaçının payı 1/2 hissədə müəyyən edilməlidir.
7. Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə ə ldə edilmiş əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.0512 ha torpaq sahəsi üzərində 1/2 hissədə onun, 1/2 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən 0.0512 ha torpaq sahəsi almış, həmin torpaq sahəsi tam payda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin sonradan cavabdehlə birgə nikahda olduğu müddətdə sənədləşmə işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh İddiaçı bağışlamışdır. Lakin bağışlama olan zaman cavabdehlə münasibətləri normal olmuş, cavabdeh bağışlama müqaviləsi bağlandıqdan sonra əmlak əldə etdiyini zənn edərək, nikahın pozulması qərarına gəlmiş və aralarındakı nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Bağışlama müqaviləsinin bağlanmasından bir il müddət ötmədiyindən onun bağışlama müqaviləsinin etibarsız hesab olunaraq ləğv edilməsi barədə iddia tələbi il ə məhkəməyə müraciət etmək hüququ olsa da, bağışlama müqaviləsi ləğv olunduğu halda belə torpaq sahəsi cavabdehlə onun birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan cavabdehin 1/2 hissədə pay hüququ vardır. Bu səbəbdən bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı deyil, birgə nikah dövründə əldə edilmiş əmlakda paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. İddiaçı qarşılıqlı iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Mübahisəli olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsi İddiaçı və qardaşının şəxsipul vəsaiti hesabına alınaraq 2019-cu ildə cavabdehin adına rəsmiləşdirilmişdir. Sadəcə ola raq, həmin vaxt “ASAN xidmət” mərkəzinə gedərkən cavabdeh iddiaçıya demişdir ki, “Sən qadınsan, iş adamısan, bir neçə dəfə gəlməli olacaqsan. Torpağı satan adamın da həyat yoldaşı gəlməlidir. Qardaşın da iş adamıdır. Özümün isə boş vaxtım var. Qoy torpaq mənim adıma rəsmiləşdirilsin, sonra hər kəsə payını qaytaracam”. Bununla yanaşı, cavabdeh 2-3 adamına adına rəsmiləşdirmə olarsa, rüsumun baha başa gələcəyini də əsas gətirmiş, sonda torpaq onun adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh iddiaçının qardaşına aid paydan torpaq sahəsini bağışlama müqaviləsinə əsasən onun adına rəsmiləşdirmişdir. Bu faktı İddiaçı qardaşı da təsdiqləyə bilər. Bu qeyd edilənlər bir daha təsdiq edir ki, mübahisə predmeti olan torpaq sahəsi əvəzsiz olaraq İddiaçı məxsus olmaqla hədiyyə şəklində verilmişdir. Əgər belə olmasa idi, cavabdeh hissə-hissə İddiaçı və qardaşının paylarını ayırıb verməzdi. Qeyd edilənlərə əsasən formal mülahizələrə əsaslanan qarşılıqlı iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
10. Məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə verərək ilk iddianı qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş mübahisəli avtomobil üzərində iddiaçının payının müəyyən edilməsinə etiraz etmir. Lakin iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri və sonradan ilk iddiaçıya bağışladığı torpaq sahəsi üzərində öz payının müəyyən edilməsini tələb edir. Hansı ki, həmin torpaq sahəsi 8 sot olmuş, 3 sotunu ilk iddiaçının qardaşına bağışlamış (əslində satmış), 5 sotunu isə sənəd işləri ilə bağlı öz həyat yoldaşına – ilk iddiaçıya bağ ışlamışdır. Həmin torpaq sahəsi də birgə nikah dövründə əldə edilmiş əmlakdır və bu səbəbdən torpaq sahəsi üzərində onun da payı müəyyən edilməlidir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 dekabr 2022-ci il tarixli, e-2(010)-4611/2022 saylı qətnaməsi ilə (hakim S.Miriyeva) ilk iddia təmin edilərək, mübahisəli avtomobil üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh ilk iddianı etiraf etmişdir. Bu avtomobil tərəflərin birgə nikahı dövründə (xx.xx.2021-ci il tarixdə) cavabdehin adına dövlət qeydiyyatına alınmış olduğundan məhkəmə hesab edir ki, cavabdehin etirafının təsdiq edilməsi nə qanuna ziddir, nə də hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ilk iddianın etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə, ilk iddianın etiraf olunan hissədə, yəni tam təmin edilməsi, mübahisəli avtomobil üzərində iddiaçının 1/2 hissədə payının tanınması üçün əsasdır.
13. Həmçinin, mübahisə predmeti olan torpaq sahəsinə aid hissədə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsi hazırda qüvvədədir. Bu o deməkdir ki, müqavilə üzrə hədiyyə verən olan qarşılıqlı iddiaçının bu müqavilənin predmeti olan torpaq sahəsindən sonradan pay tələb etməsi istisna edilir. Bunun əksi yanaşma bağışlama müqaviləsinin təbiətinə uyğun olmazdı. Tərəflərin birgə nikahı dövründ ə əldə edilib-edilməməsindən asılı olmayaraq, əgər cavabdeh öz əmlakını iddiaçıya bağışlamışsa və bununla bağlı müqavilə hələ də qüvvədədirsə, bu əmlak onu əvəzsiz əqd üzrə əldə edən ilk iddiaçının ayrıca mülkiyyətindədir və birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi istisna edilir. Odur ki, qarşılıqlı iddia təmin edilə bilməz.
14. Bununla belə məhkəmə qeyd etmişdir ki, bağışlama müqaviləsi üzrə hədiyyə verən olan qarşılıqlı iddiaçı əgər buna əsas olduğunu hesab edirsə, sözügedən bağışlama müqaviləsini ayrıca mübahisələndirmək hüququnu özündə saxlayır..
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31, 32, 34, 36, 37-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 225, 666-cı maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 191, 217, 220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, bağışlanma olan zaman iddiaçı ilə münasibətləri normal olmuş, iddiaçı bağışlama müqaviləsi bağlandıqdan sonra əmlak əldə etdiyini zənn edərək, nikahın pozulması qərarına gəlmiş və aralarındakı nikah pozulmuşdur. Bağışlama müqaviləsinin bağlanmasından 1 il müddət ötmədiyindən, onun bağışlama müqaviləsinin etibarsız hesab olunaraq, ləğv edil məsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verən kimi onun barəsində kobudcasına pozduğuna görə bağışlama müqaviləsini ləğv etmək qərarına gəlməsi barədə məlumat vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizəyə hüquqi qiymət verməyərək bağışlaman müqaviləsinin etibarsız hesab olunmaqla, torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə iddia tələbinə mahiyyəti üzrə baxmamışdır. Bu isə onu göstərir ki, məhkəmə işə birtərəfli qaydada baxmışdır.
18. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3072/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından görünür ki, bu torpaq sahəsi tərəflərin birgə nikahı dövründə (xx.xx.2019cu il tarixdə) Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış, lakin bu əmlak xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya bağışlanm ış, bundan sonra əmlak tərəflərin birgə nikahı dövründə (xx.xx.2022-ci il tarixdə) İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
21. Kollegiya hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi cavabdehin özü tərəfindən iddiaçıya nikah dövründə bağışlama müqaviləsi üzrə verildiyindən və müqavilə hazırda qüvvədə olduğundan Ailə Məcəlləsinin 34-cü və Mülki Məcəllənin 225.2ci maddələrinə əsasən həmin əmlak ümumi birgə mülkiyyət hesab edilə və bu əsasla bölüşdürülə bilməz
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, məhkəmənin sonuncu hazırlıq iclası 25 noyabr 2022-ci il tarixində keçirilməklə, eyni tarixli qərardadla mülki işə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı 22 dekabr 2022-ci il tarixə təyin edilmiş və həmin tarixdə də qətnamə qəb ul edilmişdir. 23. 09 fevral 2023-cü il tarixdə verilmiş apellyasiya şikayətində isə cavabdeh qarşılıqlı iddia tələbinin həcmini artıraraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 4Ə-308 reyestr nömrə ilə təsdiq edilmiş 17 fevral 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə verilmiş çıxarış ləğv edilməsi, daşınmaz əmlak əvvəlki vəziyyətə qaytarılması, mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 hatorpaq sahəsi üzərində 1/2 hissədə onun, 1/2 hissədə isə cavabdeh İddiaçı payının müəyyən ed ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qarşılqılı iddia ərizəsi verilmiş, o, mülki işin mahiyyətindən xəbərdar olmuş, onun tərəfindən MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmi artırılmamışdır.
25. Cavabdehin 09 fevral 2023-cü il tarixdə apellyasiya şikayətində qeyd etdiyi iddianın həcminin artırılması MPM-nin 53-cü maddəsinə zidd olduğundan, onun bu dəlili əsaslı hesab edilə bilməz. Hazırda kollegiya MPM-nin 218.3-cü maddəsinə əsasən irəli sürülmüş tələb daxilində apellyasiya şikayətinin dəlillərinə qiymət verir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin qismən ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Bİnə qəsəbəsi ərazisində 0.0512 ha torpaq sahəsindən ibarət torpaq sahəsini almışam və həmin torpaq sahəsi tam payda mənim adıma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin sonradan, cavabdehlə birgə nikahda olduğumuz müddətdə sənədləşmə işləri ilə əlaqədar 17 fevral 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı satqımüqaviləsinə əsasən cavabdeh İddiaçı bağışlamışam. Lakin bağışlanma olan zaman cavabdehlə münasibətlərimiz normal olmuş, cavabdeh bağışlama müqaviləsi bağlandıqdan sonra əmlak əldə etdiyini zənn edərək, nikahın pozulması qərarına gəlmiş və aramızdakı nikah pozulmuşdur
28. Hesab edir ki, torpaq sahəsinin bağışlanmasına dair müqavilə notariat qaydasında təsdiq edilməklə bağışlama formasına əməl edilmişdir. Lakin sözügedən müqavilə əsasında hədiyyə alan (cavabdeh) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin (iddiaçının) barəsində kobudcasına pozmuşdur, ona görə bağışlama müqaviləsinin ləğvi üçün əsaslar yaranmışdır.
29. Bununla bağlı bağışlama müqaviləsi ləğv edilməli və onun əsasında torpaq sahəsinin cavabdeh İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qüvvədə qalmasına əsaslar yoxdur, həmin çıxarış ləğv edilməli, habelə torpaq sahəsi üzərində iddiaçı Cavabdehun xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılması aidiyyəti üzrə həvalə edilməli, beləliklə iddia həmin hissədə də təmin olunmalıdır
30. Qətnamə qəbu edərkən, qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizəyə hüquqi qiymət verməyərək, bağışlama müqaviləsinin etibarsız hesab olunmaqla, torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə iddia tələbinə mahiyyəti üzrə baxmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b)
31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onları n razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
33. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
34. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
35. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışl ama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
36. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
37. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
38. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiy mətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
39. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
40. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
41. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa h al nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2015-ci il tarixli Qərarı 42....ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə
53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmə lidir. 46. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instans iya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlamışdır.Hazırkı kassasiya şikayətinin dəlilləri ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhk əmənin sonuncu hazırlıq iclası 25 noyabr 2022-ci il tarixində keçirilməklə, eyni tarixli qərardadla mülki işə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı 22 dekabr 2022-ci il tarixə təyin edilmiş və həmin tarixdə də qətnamə qəbul edilmişdir. 09 fevral 2023-cü il tarixdə verilmiş apellyasiya şikayətində isə cavabdeh qarşılıqlı iddia tələbinin həcmini artıraraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 4Ə-308 reyestr nömrə ilə təsdiq edilmiş 17 fevral 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə verilmiş çıxarış ləğv edilməsi, daşınmaz əmlak əvvəlki vəziyyətə qaytarılması, mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 hatorpaq sahəsi üzərində 1/2 hissədə onun, 1/2 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qarşılqılı iddia ərizəsi verilmiş, o, mülki işin mahiyyətindən xəbərdar olmuş, onun tərəfindən MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmi artırılmamışdır. Cavabdehin 09 fevral 2023-cü il tarixdə apellyasiya şikayətində qeyd etdiyi iddianın həcminin artırılması MPM-nin 53-cü maddəsinə zidd olduğundan, onun bu dəlili əsaslı hesab edilə bilməz. Hazırda kollegiya MPM-nin 218.3-cü maddəsinə əsasən irəli sürülmüş tələb daxilində apelly asiya şikayətinin dəlillərinə qiymət verir.
54. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan dəlillər mahiyyəti etibarilə yeni iddia tələbi ilə əlaqədardır. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticəəsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir, ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)3072/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.