Məhkəmə qərarları › İş №2(102)-3411/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3411/2020

22.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3411/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-275/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) xx xxxx 2018-ci il tarixli, 2(005)-131/2018 saylı qətnaməsi ilə iddia qismən t əmin edilmiş, xx.xx.2014-cü il tarixli, 20-LD/14 nömrəli və xx.xx.2015-ci il tarixli 49-LD/15 nömrəli lizinq müqavilələrinin ləğv edilməsi, lizinq müqavilələri üzrə cəmi 207789,95 manat pul vəsaitinin Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməsi və lizinq obyekti olan 342 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə cavabdehdən geri alınması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, qətnaməsi qismən ləğv olunmuş, Cavabdeh lizinq müqavilələri üzrə id diaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 142484,05 manat, cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı olan Holştin-friz cinsli damazlıq heyvanların sayı isə 259 baş müəyyən edilmiş, qətnamə qalan hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «müqavilənin ləğv edilərək damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 205759,95 manat əsas borcun, 158401,39 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, həmçinin müqavilələrin ləğv edilərək lizinq obyekti olan 342 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxx 2014-cü il tarixli, №29-LD/14 nömrəli «Damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi» barədə müqaviləyə əsasən lizinq verən «xxxx» ASC 272 ədəd Holştin-Friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 161049,95 manat məbləği əvvəlcədən Lizinq verənə ödəmiş, qalan 179400,91 manat məbləği isə rüblər üzrə (İ, İİ, İİİ, İV) ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2014-cü il tarixli № 2 0-LD/14 nömrəli Dövlət vəsaiti hesabına idxal olunmuş «xxxx» ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqaviləyə əsasən, lizinq verən «xxxx» ASC 70 ədəd Holştin-Friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 45929,07 manat məbləği əvvəlcədən Lizinq verənə ödəmiş, qalan 42166,75 manat məbləği isə rüblər üzrə (İ, İİ, İİİ, İV) ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh bu ödəniş qrafikl əri üzrə xx.xx.2016-cı il tarixədək 187450,48 manat ödəməli olduğu halda, 15807,71 manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixə ödəniş qrafikləri üzrə borcu 171642,77 manat təşkil edir. xx.xx.2014-cü il tarixli, 482119 №-li kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən «xxxx» ASC-yə 62000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2014-cü il tarixli, 483988 №-li kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən «xxxx» ASC-yə 50000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2014-cü il tarixli, 666477 №-li kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən «xxxx» ASC-yə 130000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2014-cü il tarixli, 670982 №-li kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən «xxxx» ASC-yə 27000 manat məbləğində ödəniş edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə «xxxx» ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 20-LD/14, xx.xx.2014-cü il tarixli 29-LD/14 №-li müqaviləyə əsasən lizinqə götürülmüş ümumi dəyəri 427909,82 manat olan cəmi 342 baş damazlıq heyvan üçün həmin şəxs Cəmiyyətin hesabına 206342,07 manat ilkin ödəniş etmiş, qalan 221567,75 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə xx.xx.2017-ci il tarixidək 221567,75 manat ödənilməli olduğu halda 15807,71 manat tələf olan heyvanlar üçün sığorta şirkəti tərəfindən ödənilərək Cavabdeh borcundan silinmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixə olan borcu 205759,95 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 158401,39 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəm ə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə apelyasiya şikayətini təmin edərkən ekspertizanın əsassız rəyinə istinad etmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibathq ekspertizasınm xx.xx.2019-cu il tarixli rəyində qeyd olunmuşdur ki, Cavabdeh “xxxx” ASC-yə 142484,05 manat borcu vardır. Ekspert əsassız olaraq cavabdeh tərəfindən ilkin ödəniş kimi hissə-hissə ödənilmiş 206342,0 manat pulun tərk ib hissəsinə aid 62000 manat pulu müqavilə üzrə sonradan ödənilmiş pulu yeni ödəniş kimi müəyyən etmiş və qalıq borcdan çıxmışdır. Halbuki, qeyd olunduğu kimi 62000 manat pul cavabdeh tərəfindənəvvəlcədən ödənilmiş 206342,0 manat məbləğində pulun tərkib hissəsinə aiddir. Ona görə də həmin məbləğ (62000 manat) ümumi borcdan azaldıla bilməz. Bundan başqa, məhkəmə geri qaytarılmalı heyvanların sayını azaltmaqda da haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi 83 baş heyvan cavabdehin təqsiri üzündən tələf olmuşdur. Ona görə də həmin hala görə də cavabdeh məsuliyyət daşıyır. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçü n və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırma: İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, «xxxx» ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 20-LD/14 №-li lizinq müqaviləsinə əsasən ümumi dəyəri 87458,82 manat olan 70 baş, xx.xx.2014-cü il tarixli 29-LD/14 №-li lizinq müqaviləsinə əsasən ümumi dəyəri 340451 manat olan 272 baş damazlıq iri buynuzlu heyvan cavabdeh tərəfindən lizinqə götürülmüşdür. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən ar tıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düş ülür. Birinci instansiya məhkəməsiişin halarını tədqiq edib sadalanan normalara istinad edərək hesab etmişdir ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan, kassa mədaxil orderlərindən və ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 29-LD/14 saylı və xx.xx.2014-cü il tarixli 20-LD/14 saylı müqavilələr üzrə 222149,78 (ilkin ödəniş və sığorta ödənişləri) manat məbləğində ödəniş edilməsi müəyyən olunmaqla hazırda Cavabdeh «xxxx» ASC-yə borcu 205759,91 manat məbləğində müəyyən olumuşdur. 62000 manat ödənişlə bağlı məhkəmə qeyd etmişr ki, həmin ödəniş xx.xx.2014-cü il tarixli, 482119 №-li kassa mədaxil orderinə əsasən həyata keçirilmiş və təyinatı məlum deyil dir. Bu səbəbdən də həmin məbləğ ödəniş kimi nəzərə alına bilməz. Birinci instansiya məhkəmə borcun tutulması hissəsində ekspertiza rəyinə əsaslanmışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 27070 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 29-LD/14 saylı və xx.xx.2014-cü il tarixli 20-LD/14 saylı müqavilələr üzrə 222149,78 manat (ilkin ödəniş və sığorta ödənişləri) məbləğində ödəniş edilməsi müəyyən olunmaqla hazırda Cavabdeh «xxxx» ASC-yə borcu 205759,91 manat məbləğində müəyyən olunur. Ekspertiza rəyinin qeyd hissəsində göstərilmişdir ki, iş materiallarında Cavabdeh tərəfindən xx xxxxxx 2014-cü il tarixdə 62000 manat məbləğində ödəniş edilməsi göstərilsə d ə, həmin ödəniş müqavilələrdən əvvəlki tarixdə edildiyindən və həmin ödənişin təyinatı (hansı müqavilə üzrə) göstərilmədiyindən hazırki hesablamalar zamanı nəzərə alınmadı. Apelyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 28723 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan sənədlər (kassa məxaric orderləri və s.) nəzərə alınmaqla, xx xxxx 2014-cü il tarixli və xx xxxxx 2014-cü il tarixli lizinq müqavilələri üzrə Cavabdeh tərəfindən «xxxx» ASC-yə 285425,64 manat məbləğində pul vsəaitinin ödənilməsi müəyyən olunur. Həmin lizinq müqavilələri üzrə Cavabdeh borcu 142484,05 (427909,69285425,65) manat məbləğində müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi həmin rəyə ist inad edərək qeyd etmişdir ki, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə lizinq müqavilələri üzrə borcun məbləği daha az məbləğdə müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən ekspertiza rəyini əsas götürərək borcun ekspertiza rəyində göstərilən məbləğdə təmin olunması nəticəsinə gələrək 142484,05 manat məbləğində pulun cavabdhdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, lizingə verilmiş 342 baş Holştin-friz cinsli damazlıq heyvanlardan 83 baş heyvan tələf olmuşdur. Birinci instansiya məhkəməsi isə bu faktı nəzərə almamış, 342 baş heyvanın hamısının sağlam vəziyyətdə cavabdehdən alınmasını qət etmişdir. Bu səbəbdən də, qətnamə qeyd ol unan hissədə də qismən ləğv olunmalı, tələf olmuş 83 baş heyvan nəzərə alınmaqla, iddiaçıya qaytarılmalı olan heyvanların sayı 259 baş müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, tələf olmuş hevanlardan 21 baş damazlıq heyvan üzrə iddiaçıya 16425,64 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, ləğv edilməli, iş ləğv olunmuş hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, Cavabdeh i lə «xxxx» ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 20-LD/14 nömrəli, xx.xx.2014-cü il tarixli 29-LD/14 №-li müqavilələrə əsasən lizinqə götürülmüş ümumi dəyəri 427909,82 manat olan cəmi 342 baş damazlıq heyvan üçün cavabdeh 206342,07 manat ilkin ödəniş etmiş, qalan 221567,75 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə xx.xx.2017-ci il tarixədək 221567,75 manat ödənilməli olduğu halda 15807,71 manat tələf olan heyvanlar üçün sığorta şirkəti tərəfindən ödənilərək Cavabdeh borcundan silinmişdir. İş üzrə borc məbləğinin müəyyən edilməsi üçün apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza keçirilməsi təmin edilmiş və məhkəmə xx xxxxxxxx 2019-cu il tarixli rəyə istinad edərək cavabdehdən tutulacaq pulu 142484,05 manat, həmçinin tələf olmuş 83 baş he yvan nəzərə alınmaqla, iddiaçıya qaytarılmalı olan heyvanların sayı 259 baş müəyyən etmişdir. Ekspert rəyindən görünür ki, rəydə cavabdeh tərəfindən ümumlikdə 285425,64 manat ödəniş edildiyi göstərilmişdir. Lakin ekspertiza tədqiqatı aparılarkən məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş 3-cü sual cavabsız qalmış, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə edilmiş 62000 manat ödənişin hansı təyinat üzrə edildiyi barədə hər hansı tədqiqat aparılmayaraq həmin ödəniş də ümumi borcdan silinmişdir. İşə baxan apelyasiya instansiyası məhkəməsi də bu məsələyə qiymət verməmiş, cavabdeh tərəfindən həyata keçirilmiş ödəmələrə dair qəbzlərdə göstərilən məbləğlə lizinqə dair sənədlərdə, iddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışında və digər sənədlərdə göstərilən məbləğ arasında mövcud olan kəs kin fərqin yaranması səbəblərini araşdırmamış, cavabdehin ödədiyi məbləğin hamısını lizinq ödənişlərinə aid etmişdir. Məhkəmənin həmin məsələdə düzgün nəticəyə gəlməməsinin səbəblərindən biri də, hər bir müqavilə üzrə təqdim olunmuş sübutlara ayrıca qiymət verilməməsi olmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərindən görünür ki, lizinq ödənişlərinə yalnız lizinqə verilən damazlıq heyvanları güzəştli satış dəyəri daxil edilmişdir. Digər xərclər, o cümlədən sığorta üçün ödənilən məbləğ lizinq obyektinin əldə olunması, saxlanması və sair xərclər lizinq ödənişlərinə aid edilməmişdir. Tərəflər arasında müqavilənin bağlanması üçün əsas olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş, “xxxx” Açıq Səhmdar Cəmi yyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydalarının 2.7-ci bəndində də istehsalçının lizinq yolu ilə alacağı damazlıq heyvanların müəyyən olunmuş güzəştli dəyərinin 50 faizini və sığortanın tam dəyərinin qabaqcadan ödənilməsi, sığorta üçün ödənilən məbləğin damazlıq heyvanların güzəştli dəyərinə aid olmaması göstərilmişdir. İş materiallarından və cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri təsdiq edən xx.xx.2014-cü il tarixli 482119 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh tərəfindən 43445,25 manat xx.xx.2014-cü il tarixli müqavilə üzrə ilkin ödəniş kimi, 10955,75 manat 72 baş malın sığorta haqqı kimi, 7600 manat isə saxlama xərci kimi ödənilmişdir. Eyni ilə xx.xx.2014-cü il tarixli 666477 nömrəli kassa orderinin qəbzindən görünür ki, cavabdeh tərəfindən ödənilmiş 130000 manat pulun 84050 manatı xx.xx.2014-cü il tarixli müqavilə üzrə ilkin ödəniş kimi, 37790 manatı 270 baş malın sığorta haqqı kimi, 8160 manatı isə saxlama xərci kimi hesablanmışdır. Qalan iki kassa mədaxil orderi qəbzindən görünür ki, cəmi 77000 manat müqavilələrə əsasən damazlıq heyvanların ilkin ödənişi kimi ödənilmişdir. Görünüyü kimi apelyasiya instansiyası məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyət edən sübutlara tam, hərtərəfli baxmamış, müvafiq olaraq sübutlara düzgün qiymət verməmiş, sığorta pulu və saxlama xərclərini də lizinq ödənişlərinə aid etməklə səhvə yol vermişdir. İşdən daha so nra görünür ki, iddiaçı “xxxx” ASC tələblərində cavabdeh tərəfindən ilkin ödəniş kimi 206342,07 manat ödənildiyini, bundan sonra cəmi 15807, 71 manat ödənildiyini, sonuncu məbləğin tələf olunmuş 21 baş malın sığorta məbləği olduğunu, iddia tələbi irəli sürülərkən həmin məbləğin nəzərə alındığını göstərmiş, lizinqə verilmiş əmlakın ödəniş cədvəlində də 15807, 71 manat öz əksini tapmışdır. Göstərilənlərə baxmayaraq apelyasiya instansiyası məhkəməsi ekspertizasının rəyinə əsaslanmaqla həmin məbləği (16425,64 manat) bir daha ödənilən vəsaitin tərkibində nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üç ün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulacaq borcdan 62000 manat pulun və 16925,64 manat sığorta haqqının lizinq borcunun məbləğindən çıxılması hissələrdə qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən və iddiaçının kasasiya şikayətinin həddləri, cavabdehin apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verməməsi nəzətə alınmaqla qətnamə həmin hissələrdə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, zərurət olarsa əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli, araşdırılan süb utlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın tələbləri nəzərə alınmaqla hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kasasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün a pelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-275/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulacaq borcdan 62000 manat pulun və 15807,71 manat sığorta haqqının lizinq ödənişlərinin ümumi məbləğindən çıxılmas ı hissədə ləğv edilsin, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar