Məhkəmə qərarları › İş №2(102)-3412/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3412/2020

21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3412/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli X5nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənəvi zərəri n ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, dəymiş mənəvi zərərə görə cavabdehdən 15000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 020 *** ** ** telefon nömrəsi əvvəllər qardaşı oğlunun adına olmuş, sonradan telefon xətti onun adına keçirilmişdir. Bakı şəhərində yaşadığına görə müqaviləni aprel ayının 4-ü götürmüşdür. May ayının əvvəlləri rayona getmiş, may ayının 3-ü Bakıya qayıtmışdır. May ayının 6-sı axşam radələrində evə zəng etmiş, lakin telefonun bağlı olduğunu bildirmişlər. Həmin vaxt isə o, avqust ayının axırına kimi əvvəlcədən pulu ödəmiş, telefona heç bir borcu olmamışdır. O, may ayının 16-sı Göyçay rayonuna qayıtmış, saat 19:35-də ATS-ə zəng edərək telefonun niyə bağlı olduğunu soruşmuşdur. Ona cavab verilmişdir ki, internetə borcu vardır. O, səhəri gün ATS-in Göyçay Rayon Qovşağının şöbə rəisi Eynulla müəllimin yanına getmiş, niyə telefonun bağlı olduğunu soruşmuşdur. O, həmişəki kimi, əvvəlki sözləri deyərək xətdə qırıq olduğunu demişdir. O isə telefon xəttində heç bir qırıq olmadığını, niyə camaatı aldatdıqlarını demişdir. O, əsəb və stress keçirmiş, evdə olan 140 sm-lik televizoru sındırmış, ona 15000 manat mənəvi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2019-ci il tarixli, X5 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia ərizəsi qismən təmin olunmuş, cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev və Fuad Talışinski) 10.12.2019-cu il tarixli X5nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2019-ci il tarixli, X5 saylı qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətini n dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib iddia tələbini rədd edərkən gəldiyi nəticəni, iddiaçı ona cavabdeh tərəfindən mənəvi ziyan vurulmasını, həmin ziyanla cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasının, habelə ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsi, iddia tələbinin əsası kimi istinad edilmiş halları əsaslandıra bilməməsi ilə əsaslandırmışdır. Halbuki iddiaçı tələbinin əsaslandırdığı hallara dair bütün sübutları - Göyçay TKQ-nın 27-4-21-99 saylı nömrəsinə iddiaçının özünün mobil nömrəsindən zəng etməsinin təsdiq edən Azercelldən zə nglərin çıxarışını, illik internetin necə işləməsi barədə kompüter çıxarışı, Göyçay rayon Polis Şöbəsinə telefonun və internetin işləməməsi barədə verdiyi şikayət araşdırılarkən Göyçay TKQ-nin əməkdaşından alınmış izahatın surətini - birinci instansiya məhkəməsinə təqdim etmiş və həmin sənədləri sübut kimi qəbul edən birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etmişdir. Əksinə cavabdeh tərəf iddia tələbini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli X5 saylı qətnaməsindən 27 avqust 2019-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin dəftərxanasına apellyasiya şikayəti və şikayətə əlavə edilmiş sənədləri təqdim etdiyi halda (daxil olma №1-1845) və həmin apellyasiya şi kayəti cavabdehin apellyasiya şikayəti ilə birlikdə baxılması üçün 30 sentyabr 2019cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə baxmayaraq məhkəmə kollegiyası yalnız cavabdehin apellyasiya şikayətinə baxmış, iddiaçının apellyasiya şikayətinə baxmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli X5 saylı qətnaməsindən apellyasiya şikayətini 27 avqust 2019-cu il tarixdə verməklə şikayət vermə müddətini ötürməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının verdiyi apellyasiya şikayətini qeyri-mümkün hesab etmədiyi halda iddiaçının apellyasiya şikayətinə baxmamışdır. Beləliklə apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv və qərəzsiz qiymət vermədən, iddia tərəfinin apellyasiya şikayətinə baxmadan iddianı təmin etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmiş, bununla da həm maddi, həm də prosessual hüquq normasının tələblərini pozmuşdur. Prosessual məsələlər: İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməy ən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, 2019-cu ilin may ayının beşindən on yeddisinə qədər iddiaçının telefonu əsassız olaraq cavabdeh tərəfindən bağlandığından iddiaçı mənəvi iztirab və sarsıntı keçirmişdir. Cavabdeh tərəfindən telefonun bağlanması, bir sözlə iddiaçının istehlakçı olaraq hüquqlarının kobud şəkildə pozulması ilə sonuncunun mənəvi sarsıntı keçirməsi arasındakı səbəbli əlaqə məhkəmə üçün aşkardır. Odur ki, məhkəmə iddia tələbini qismən, 1000 manat məbləğində təmin edilməsini məqbul saymışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq, qeyd etmişdir ki, iddiaçı tələbini əsaslandıran halları, əsəb və stress keçirməsi, bu səbəbdən də evdə olan televizoru sındırması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, təqdim etdiyi sənədlər isə tələbinin əsaslı sayılması üçün yetərli olmamışdır. İddia tələbi üzrə cavabdehin hər hansı məsuliyyətinin (müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi, delikt və s.) müəyyən etmədiyi halda, birinci instansiya məhkəməsinin iddiaçıya mənəvi ziyan dəyməsi nəticəsinə gəlməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bi r tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, telekommunikasiya xidmətində hər hansı nasazlığ ın baş verməsi mümkündür və bu hal tərəflər arasında bağlanmış müqavilədə də öz əksini tapmışdır. Yəni, telekommunikasiya xidmətində nasazlığın baş verməsi durumunda abunəçinin telekommunikasiya operatoruna müraciət etmək hüququ, telekommunikasiya operatorunun isə xidmətdə yaranmış texniki problemləri aradan qaldırmaq vəzifəsi vardır (müqavilənin 2.1.3 və 2.2.12-ci bəndləri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxs in şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şərait ində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 15.000 manat məbləğində ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mənəvi ziyan tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə isə mənəvi ziyanın tutulmasına əsas verən bu hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Azərbaycan Res publikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı kassasiya şikayətində tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilmədiyi halda baxılmadığını qeyd etmişdir. Bununla bağlı qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən iddiaçının apellyasiya şikayətinə baxılmış və 04.02.2020-ci il tarixli əlavə qətnamə ilə təmin edilməmişdir. Həmin qətnamənin surəti 07.02.2020-ci il tarixdə iddiaçıya göndərilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxa rıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli X5nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar