Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3413/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X6, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Qasımov, 2(008)-5888/2018) İddiaçı Cavabdeh qar şı iddiası qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2006-cı il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi, 01 mart 2001-ci il təvəllüdlü X2 və 13 noyabr 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində cəmi 137 manat və qazancının 1/3 hissəsində alimentin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev, iş 2(103)12425/2018) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi uşaqların saxlanılmasına görə cavabdehdən tutulacaq sabit pul məbləğində aimentin məbləğinə aid hissədə dəyişdirilmiş, 01 mart 2001-ci il təvəllüdlü X2 və 13 noyabr 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 115 manat sabit pul məbləğində alimentin tuitulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ilə İddiaçı 16 noyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin 01 mart 2001-ci il tarixdə Məhəmməd, 13 noyabr 2002-ci il tarixdə Vəzduha adlı uşaqları doğulmuşdur. Tərəf lər arasındakı nikah 24 aprel 2006-cı il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, eyni zamanda həmin qətnamə ilə uşaqların anaları İddiaçı himayəsində saxlanmaları qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2006-cı il tarixli qətnaməsi ilə 01 mart 2001-ci il təvəllüdlü X2 və 13 noyabr 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə qazancının 1/3 hissəsində alimentin tutulması qət edilmişdir. 09 iyul 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 mart 2001-ci il təvəllüdlü X2 və 13 noyabr 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin və qazancının yarısının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamış və düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulması qət edilən alimentin miqdarının dəyişdirilməsi təşkil edir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin təl əblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci bəndinə əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xər clərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların vaideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağllamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunveric iliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını əvvəllər müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün onların yetkinlik yaşına çatanadək cavabdehdən aylıq qazancının 1\3 hissəsi ilə bərabər hər ay hər uşaq üçün 115 manat sabit pul məbləğində alimen t tutulmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3413/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3413/2019
08.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver