Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3413/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-253/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən və 08 aprel 2025-ci il tarixli əlavə qətnaməsindən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinin (Vəkil2) kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (tələbin dəyişdirilməsi və artırılması barədə ərizələr) ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra “cavabdeh” və ya “1 saylı Bakı Ərazi İdarəsi”) tərəfindən qanunsuz olaraq tərtib edilmiş müqavilənin etibarsız hesab edilməsi və ondan artıq alınmış 1640 manat pulun geri qaytarılması, ona dəymiş zərər kimi 174,60 manat pulun və mənəvi zərər kimi 3000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəri manov Rayon Məhkəməsinin 2(005)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-253/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri təmin edilmiş, cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddiaçıdan əsassız alınmış 1640 manat, maddi zərər və məhkəmə xərci kimi cəmi 174,60 manat olmaqla, ümumilikdə 1814,6 (min səkkiz yüz on dörd manat altı qəpik) manat və 35 manat apellyasiya şikayətinin verilmə si üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, ümumilikdə 326 (üç yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci və apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc cavabdehdən tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-253/2025 nömrəli, 08 apel 2025-ci il tarixli əlavə qətnaməsi ilə iddia tələbinin “mənəvi zərər” hissəsi qismən təmin edilmiş, cavabdehdən mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh (Vəkil2) kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-253/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsinin və 08 aprel 2025-ci il tarixli əlavə qətnaməsinin ləğv, iddia tə ləbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətindən və iş materiallarından görünür ki, iddia tələbində etibarsızlığı xahiş edilən müqavilə üzrə iddianın qiyməti cəmi 4814,40 manat həddində olmuş, iddia 2014,60 manat həddində təmin edilmişdir. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etməklə həmin məbləği mübahisələndirir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti 2014,60 manat təşkil edir. Bu baxımdan, iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində pulun alınmasından savayı, həmin pulun verilməsinə əsas olan müqavilənin etibarsızlığını mübahisələndirsə də, etibarsızlıq barədə tələbin olması hazırkı iddianın qiymətləndirilən iddia olmasını istisna etmir. Belə ki, bütün hallarda mübahisə üzrə s on nəticə etibarsızlığı tələb edilən müqavilə üzrə 4814,40 manat pulun cavabdehdən tutulub-tutulmaması məsələsidir. Başqa sözlə, müqavilə etibarsız sayıldığı halda həmin müqavilə üzrə ödənilən pul iddiaçıya qaytarılır, əks halda isə cavabdeh həmin məbləğ qaytarmır. Tərəflərin müqavilənin etibarsızlığı ilə bağlı mübahisəsində 4814,40 manat puldan (məhkəmə qətnaməsi ilə qət edilən 2014,60 manatdan) kənarda hər hansı başqa mənafeyi də yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, əqdə əsaslanan iddia tələblərində, eləcə də hər hansı əqd üzrə verilmişlərin geri tələb edilməsi ilə bağlı işlərdə müqavilənin etibarlılığı (etibarsızlığı) ilə bağlı xüsusatları həmin tələbin iddia ərizəsində olub-olmamasından asılı olmayaraq məhkəmə öz xidməti vəzifəsi olaraq yoxlayır. Ümumiyyətlə, əqdin etibarsızlığı təl əblərində məqsəd bir qayda olaraq etibarsızlıq faktının təsbit olunması və həmin əqd üzrə verilənlərin geri qaytarılmasından ibarət olur ki, bu da son nəticədə tələbin əmlak xarakterli olmaqla qiymətləndirlən iddia olmasını ehtiva edir. Bu baxımdan, hazırkı işdə də müqavilənin etibarsızlığı tələbi olmasa idi belə, məhkəmə pulun verilməsinə əsas kimi cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilənin etibarlı olub-olmamasını yoxlamalı idi. Buna görə də iddia ərizəsində müqavilənin etibarsızlığı barədə tələbin olması iddianın qiymətləndirilməyən iddia kimi qəbul edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə görə pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Hazırki işdə də alınan məbləğ 5000 manat həd dini keçmir. Belə olan halda iddiaçının hazırda kassasiya şikayətində mübahisələndiridiyi hissə 2014,60 manat olmaqla 5 min manat həddi aşmır. Buna görə də qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin və əlavə qətnamənin nəticə hissələrində həmin qətnamələrdən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən mübahisələndirilən hissə ilə bağlı yuxarıda şərh edilən hallara diqqət yetirməməklə səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Mə hkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinin (Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-253/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən və 08 aprel 2025-ci il tarixli əlavə qətnaməsindən verdiyi kassasiya şi kayətləri icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3413/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-3413/2025
28.10.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver