Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3414/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr, alimentlə bağlı mübahisələr, yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 və Cavabdeh4 qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-1619/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh X19 arasında 29 aprel 1995-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Onların birgə nikahından 3 iyul 1997-ci il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. Cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh4 İddiaçı, cavabdehlər xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh1 isə cavabdeh X9 əvvəlki nikahdan olan övladlarıdır.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)2596/2022 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh X19 arasında nikah pozulmuşdur.
3. Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, İddiaçı Transplantasiya olunmuş ürəyin olması, Ortotopik ürək transplantasiyasından sonrakı vəziyyət (xx.xx.2019). Ürək çatmamazlığı, Ürək çatmamazlığı fs-2 Kardiomiopatiya, Dilatasion kardiomipatiya diaqnozu ilə xx.xx.2020-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi ümumi xəstəlikdir. Şəxs əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 72/60 saylı sahədə 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1046 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, X28 küçəsi, ev 19B, 33 saylı mənzil "xxxx" MMC tərəfindən verilmiş 04/21 nömrəli xx.xx.2021-ci il tarixli maliyyə arayışına, "Eyfel” MMC ilə Cavabdeh2n arasında imzalanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrini n torpaqları təyinatlı torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1630 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndndə 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-334 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edi lmiş xx.xx.2021 -ci il tarixli 4Ə-336 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Quba şəhəri, "Dəvədabam" y/m küçəsində 0.10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Quba regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-2602 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Abşeron rayonunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 11,03.2014-cü il tarixli 4Ə-02660 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 49 saylı mənzil Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə15 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-139 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmi şdir. Abşeron rayonu, Xırdalan şəhəri, Maştağa subtropik sovxozu ərazisində 0.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına icarə hüququ əsasında dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda icarəsindədir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 4v, 51 saylı mənzil 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-842 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 9, 9 saylı mənzil ünvan 4 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1345 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 33.6 kv.m olan qeyri-yaşayış sahəsi ünvan 4 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1471 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021 -ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 74, 493 saylı mənzil Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-2382 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 5 ünvanda yer ləşən ümumi sahəsi 27.1 kv.m olan qeyri-yaşayış sahəsi ünvan 6 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli 4Ə-3239 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 5, 1 saylı mənzil ünvan 6 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021ci il tarixli 4Ə-3238 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021 -ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5405 saylı bağ evi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-269 re yestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə156 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.0599 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə158 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 01,08.2019-cu il tar ixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.0599 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-159 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.0571 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-308 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşer on rayonu, Masazır kəndində 0.0599 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-309 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adma qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Abşeron rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə- 305 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. 5. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə, X19 ünvan 7 ünvanında yerləşən mənzili qız ı Cavabdeh1 bağışlamışdır. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizə ilə, İddiaçı ünvan 7 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. 6. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, ev 4v, 51 saylı mənzili qızı Cavabdeh3 bağışlamışdır.
7. Türkiyə Respublikası Çanakkale Onsekiz Mart Universiteti X22 Fakültəsi Dekanlığı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, fakültənin X27, DəriZöhrəvi Xəstəlikləri ixtisası üzrə rezidentura təhsili alan tələbə tədqiqatçı həkim Cavabdeh3 fakültədə xx.xx.2022-ci il tarixindən etibarən təhsil alır. Rezidentura təhsilini başa vurma tarixi xx.xx.2026-cı il (təhsil müddəti 4 il) olaraq müəyyənləşdirilmişdir.
8. İddiaçı tərəfindən 24 saylı notariat ofisində təsdiq edilmiş 23 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Tükənov X14 Rayon Məhkəməsində iddia ərizəsində cavabdeh göstərdiyi X19, X15, X16, "xxxx" MTK, "xxxx" MTK-ya qarşı irəli sürdüyü iddialarından bütövlükdə imtina edir və "xxxx" MTK-a tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 saylı evin, 33 saylı mənzilin qarşılığı olaraq ünvan 8 ünvanında yerləşən mənzili alqı-satqı yolu ilə öz əmlakına keçirməklə barışıq sazişi edir və gələcəkdə cavabdehlərə qarşı heç bir iddiası və hər hansı bir tələbi olmayacaq.
9. X4 və alıcı İddiaçı arasında bağlanmış 24 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, satıcı ünvan 8 ünvanında yerləşən mənzili tam hissədə alıcı İddiaç ı mülkiyyətinə vermişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2(005)754/2022 saylı qərardadından görünür ki, İddiaçı iddia ərizəsindən imtinası qəbul edilmiş, İddiaçı cavabdehlər X19, X15, "xxxx"MTK, "xxxx"MTK, və 24 saylı Notariat Ofisinin xüsusi notariusuna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X2 28 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarından görünür ki, X19 görə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 12. “Avrasiya Hospital” tərəfindən verilmiş stasionar xəst ənin tibbi kartasından ******* №-li çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə sedasiya altında “burun ucunun rükonstruksiyası-konxa Rf” əməliyyatı icra edilmişdir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ağırlaşma olmamışdır. 13. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil orderindən görünür ki, 2500 manat depozit məbləği “Avrasiya Hospital” müəssisəsinə ödənilmişdir.
14. Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X3 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 24 may 2023-cü il tarixli qərarı ilə cinayət işi xx.xx.2022-ci il tarixdə Sabunçu RPl-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq istintaqı aparılmışdır. Cinayət işi üzrə X9 əri İddiaçı ad ından verilmiş rəsmi sənəd hesab edilən ərizə və etibarnaməni saxtalaşdırması və İddiaçı xüsusilə külli miqdarda əmlakını etibardən sui-istifadə edərək ələ keçirməsində Azərbaycan Respublikası CM-nin 178.4 və 320.1-ci maddələrinin tərkib əlamətlərinin olub-olmaması istintaq yolu ilə müəyyən edilməsindən ötrü cinayət işi 28 aprel 2023-cü il tarixdə istintaq aidiyyatı üzrə Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir və xx.xx.2023-cü il tarixdə istintaqın aparılması ona həvalə edildiyindən cinayət işi həmin tarixdə tərəfindən icraata götürülərək istintaq aparılmışdır. Qərardan görünür ki, istintaq zamanı X9 əməlində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, istintaq zamanı T.Tükanovun adından 06 mart 2015-ci il tarixdə 7E-1480 reyestri nöm rəli ərizənin xx.xx.2019-cu il tarixli. 7E-2659 və 7E-2660 reyestri nömrəli səlahiyyətvericı etibarnamələrin verilməsinin, yəni birgə mülkiyyətləri olan əmlakın arvadı tərəfindən satılmasının onun həmin vaxtki iradəsinə tam uyğun olması təsdiqini tapmışdır. Yəni göründüyü kimi İ.Musayeva T.Tükanovu aldatmamış və ya onun etibarından süiistifadə etməmiş, T.Tükanovun verdiyi etibarnamə əsasında onların birgə mülkiyyətində olan əmlakı satmışdır. Bundan başqa İ.Musayeva ümumiyyətlə, T.Tükanovun əmlakını ələ keçirməmiş, əmlakın satılmasından əldə edilmiş pul həmin vaxt mövcud olan ailə münasibətləri zəminində onların ailə-məişət problemlərinin həllinə xərclənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə dəqiql əşmələr təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 üçün hər ay 3000 (üç min) manat məbləğində alimentin tutulub ona ödənilməsi və “Burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi işin faktiki halların uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdehlərin anası İradə Musayeva ilə 2021-ci ilin ortalarınadək birlikdə yaşamış, uşaqlarını böyütmüş, uşaqların üçünə də xaricdə ali təhsil almağa şərait yaratmış, onlar üçün əlindən gələni etmiş, valideynlik borcunu layiqincə yerinə yetirmişdir. Uşaqların üçü də yetkinlik yaşına çatan kimi onlar üçün bahalı avtomobillər almış, torpaq sahələri almış, onlara mənzil lər bağışlamışdır. Birgə nikah dövründə çox saylı mənzillər, qızıl-zinət əşyaları, daş-qaşlar almış, daşınmaz əmlakların bir qismini öz adına, bir qismini isə arvadı X9 adına rəsmiləşdirmişdir. Ürəyində problem olmuş, ürəyinin müalicəsi Bakı şəhərində mümkün olmadığına görə müalicə olunmaq üçün 2 aprel 2019-cu ildə Gürcüstan Respublikasına getmişdir. Orada bir müddət müalicə olunduqdan sonra həkimlər ürəyinin dəyişdirilməsi zərurətinin olmasını bildirmişlər. Ürəyindən əməliyyat olunmaq üçün Belarusiya Respublikasına getmişdir, orada əməliyyat olunduqdan sonra 17 noyabr 2019-cu ildə evə gəlmişdir. Evə gəldikdən sonra isə İradə Musayeva ilə yaşadıqları evdə yaşamağa başlamışdır. Bu dövr ərzində isə X19 uşaqlarla əlbir olub, birgə nikah dövründə əldə etdikləri bütün əmlakları satıb. İradə Mus ayeva bütün əmlaklarını ələ keçirdikdən sonra 2021-ci ilin ortalarında evdən getmişdir. Bundan sonra uşaqlar da onunla maraqlanmamışdır. X5 məxsus əmlakları saxta etibarnamə əsasında satdığını bilib bu barədə onun barəsində polisə şikayət etmişdir. 2021-ci ilin ortalarından başlayaraq evdə tək yaşamağa başlamışdır. Uşaqları bir dəfə də olsun onunla maraqlanmır, öz mənəvi borclarını belə yerinə yetirib, bir dəfə də olsun halını soruşmurlar. Bildirmək istəyir ki, böyüdüb başa çatdırdığı uşaqlarının kifayət qədər yüksək gəlirləri var, onların hər birinin adına neçə-neçə daşınmaz əmlakları vardır. Buna baxmayaraq onlar maddi yardım etmir, dərmanlarının alınmasında, saxlanmağında ona köməklik etmirlər. İ qrup əlildir, əmək qabiliyyəti yoxdur və kənar şəxslərin qulluğuna daimi ehtiyacı var. Bu y aşında evdə tək yaşamağı üçün kifayət qədər yüksək məbləğ lazımdır. Belə ki, paltarlarının yuyulmasında, evinin yığışdırılmasında, yeməklərinin bişirilməsində ona köməkçi lazımdır ki, bunun üçün ödəniş etməyə pulu yoxdur. Elə vaxt olur ki, evdə axşam ürəyi tutub, təcili tibbi yardıma zəng vurub çağırmışdır, lakin durub qapını açmağa halı olmamışdır. Mütəmadi müalicəyə ehtiyacı vardır. Bunun üçün bəzi dərmanlar ona dövlət tərəfindən verilsə də, bəzilərini öz pulu ilə alır ki, bu da maddi çətinliklər yaradır. Evin kommunal xərcləri, qaz, elektrik enerjisi, su və lift pulunun verilməsində çətinliklər çəkir. Hal-hazırda dostlarının köməkliyi ilə yaşayır. Bu yaxınlarda burnundan əməliyyat olunmuşdur, həkim böyrəklərindən də əməliyyat edilməyini məsləhət görüb ki, bütün bunlar üçün qayğına qalan şəxs lazımdır. Uşaqları bundan imtina edib, ona köməklik göstərmir. Məhz bütün bu hallar uşaqlarına qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməyə vadar edib. Bu məsələni onlarla mediasiya yolu ilə həll edəcəyini düşünmüşdür. Lakin onlar mediasiyaya da gəlməmişdirlər. Bildirmişdir ki, cavabdehlərin mülkiyyətində hal-hazırda 20 ədədə yaxın daşınmaz əmlak vardır. Yəni əmlakların sayı onların maddi durumunun kifayət qədər yüksək olmasının göstəricisidir. Əvvəlki vəziyyətində yaşamağı üçün ən azından ona aldığı təqaüddən əlavə 2500-3000 manat məbləğində pul vəsaiti lazımdır ki, evinin yığışdırılması, paltarlarının yuyulması, yeməklərinin bişirilməsi və ona qulluq edilməsi üçün köməkçi götürüb, onun əmək haqqını verə, zəruri olan bütün qidalarını, dərmanlarını, gigiyenik vasitələri ala, evin kommunal xərclərini ödəyə bilsin. Yəni təkcə ona qulluq etməyə görə kənar şəxsə hər ay ən azından 400-800 manat arası pul ödəməlidir. Bu məbləğə gücü çatmadığına görə çox acınacaqlı vəziyyətdə yaşayır. Əlilliyə görə cəmi 260 manat məbləğində pensiya alır və aldığı pensiya məbləği indiki halda normal yaşamağına kifayət etmir. Böyüdüb başa çatdırdığı uşaqlar isə şəhərin ən bahalı mənzillərində yaşayıb, ən bahalı avtomobillər sürür, dəb-dəbəli həyat tərzi keçirirlər. Onların maddi durumunun yaxşı olması isə bu ərizəyə əlavə etdiyi sənədlərlə öz təsdiqini tapır.
17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e2(005)-1583/2023 nömrəli qətnaməsi ilə (hakim: Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı saxlanması üçün hər ay Cavabdeh3 100 manat, Cavabdeh4 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh4 22 manat, Cavabdeh3 22 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi və qətnamə alimentin tutulması hissədə dərhal icra edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin düzgün həlli üçün yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. İddiaçı pensiya alır, adına daşınar və daşınmaz əmlakı vardır. Bununla belə məhkəmə iddiaçının doğma övladları olan Cavabdeh3 və Cavabdeh4 ailə, maddi və əmlak vəziyyətlərini, onların validey nlərinin saxlanması üçün zəruri vəsaitə malik olmalarını, bununla yanaşı iddiaçının səhhətini və sağlamlıq vəziyyətini, ürək transplantasiyası növündə ağır əməliyyat keçirməsini, hazırda İ qrup əlil olmaqla əmək qabiliyyətinin olmamasını, kənar şəxsin qulluğuna ehtiyacı olmasını, ona əvvəllər də belə bir kənar qulluq göstərilməsi barədə tərəflərin izahatlarını, habelə valideynlərinə hörmət etmək və onun qayğısına qalmağın cavabdehlərin Azərbaycan Respublikası Konstutisiyası ilə nəzərdə tutulmuş borcu olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə hər ay sabit pul məbləğində aliment tutulması mümkündür. Birinci instansiya məhkəməsi 2023-cü il üçün ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunun 199 manat müəyyən edilməsini nəzərə alaraq, cava bdehlərin hər birindən hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etmişdir.
19. Birinci instansiya məhkəməsi alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə daxil olduğu həmin tarixdən başlanmalıdır.
20. Birinci instansiya məhkəməsi cavabdehlər X19, Cavabdeh1 və Cavabdeh2 aliment tutulmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir ki, aliment münasibətləri hər iki tərəfin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səvi yyəsinin saxlanılmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi iddiaçının və cavabdeh X9 maddi və əmlak vəziyyətini, iddiaçının xeyrinə onun doğma övladlarından hər ay aliment tutulması barədə tələbinin qismən (hər ay cəmi 200 manat) təmin edilməsini də nəzərə alaraq, iddiaçının saxlanması üçün övladları ilə yanaşı onun keçmiş arvadı X6 da aliment tutulmasını mümkün hesab etməmişdir.
21. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçının keçmiş arvadı X9 əvvəlki nikahından olan övladlarıdır. Başqa sözlə, cavabdehlər iddiaçının ögey qızı və ögey oğludur. Cavabdehlərin hər ikisi ailəlidir. Cavabdeh1 bir yetkinlik yaşına çatmamış övladı, Cavabdeh2 isə xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Hazırki iş üz rə iddiaçı doğma övladlarından da aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, onun tələbi doğma övladlarına münasibətdə qismən təmin edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı özünün yetkinlik yaşına çatan övladlarından maddi yardım ala bildiyindən, onun həmçinin ögey övladlarından aliment tutulması barədə iddiasının təmin edilməsi qanunauyğun deyildir.
22. Bununla yanaşı iddiaçı burun ucunun rekonstruktiyası əməliyyatı üçün ödədiyi 2500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əməliyyat olması təklikdə bu əməliyyat xərclərinin yetkinlik yaşına çatmış övladlardan tutulması üçün əsas təşkil etmir.
23. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsinə, Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3, 82.4, 83.1, 85.1, 85.1.1-85.1.4, 86, 92.1, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 9 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qanununa və «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının burnundan əməliyyat edilməsi üçün çəkdiyi xərcə münasibətdə məhkəmə buna bir zərurətin olmamasını göstərib, iddianı bu hissədə də rədd etmişdir. Bununla əlaqədar qeyd etmişdir ki, məhz nəfəs almaqda çətinlik çəkməsi iddiaçının bu əməliyyatı keçirməsinə məcbur etmişdir. Belə hesab etmişdir ki, insan üçün nəfəs almağın çətinləşməsi onun əməliyyat edilməsi üçün zəruri olan bir əsasdır və məhkəmə bu əməliyyatın zəruri olmamasını əsas gətirib iddianı bu hissədə rədd etməkdə haqlı olmamışdır. İddiaçının maddi yardıma ehtiyacının olması onun aldığı təqaüdün məbləği, onun İ qrup əlil olması, kənar şəxslərin qayğısına ehtiyacının olması barədə sübutlarla təsdiq edilir. Ona görə də belə he sab etmişdir ki, onun övladları iddiaçını saxlamağa borcludurlar. Yəni məhkəmə övladlardan hər birindən tutulan alimentin məbləğini müəyyən edərkən onların maddi vəziyyətini müəyyən etməli idi. Şəxsin mülkiyyətində 10-dan çox daşınmaz əmlakın olması artıq onun maddi vəziyyətinin yüksək olması anlamına gəlməyə əsas verir. Cavabdehlərin isə mülkiyyətində kifayət qədər daşınmaz əmlaklar vardır və onların öz övladlıq vəzifəsini həyata keçirmək üçün maddi problemləri deyil, məhz mənəvi problemləri vardır ki, məhkəmə bu halı, niyə onların öz atalarına baxmamalarının səbəbini araşdırmalı, bu hala qiymət verməli idi. Hətta iş materialarından da görünür ki, cavabdehlərin mülkiyyətində olan əmlakların bir çoxu iddiaçı tərəfindən onlara hədiyyə edilmişdir. İndi niyə cavabdehlər iddiaçının maddi ehtiy aclarını yüksək səviyyədə ödəməməlidirlər. Belə hesab etmişdir ki, bütün bu hallara məhkəmə obyektiv qiymət verməmiş, övladlardan bir xəstə, qoca adam üçün nəzərdə tutula biləcək ən aşağı həddə aliment tutulmalı olması qənaətinə gəlmişdir. Cavabdehlər iddiaçının “Burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 manat məbləğində pul vəsaitinin də əlavə xərc kimi ona ödəməyə borcludurlar. Bu halda əlavə xərcin hansı dərəcədə zəruri olması xüsusi əhəmiyyət kəsb etmir. Hər bir kəs kimi iddiaçının da öz sağlamlığının qayğısına qalmaq hüququ var və o yaxşı nəfəs ala bilmədiyinə görə burnundan əməliyyat etdirmiş və bunun üçün isə 2500 manat xərc çəkmişdir. Bundan başqa qanunverici ögey övladların da ögey valideynlərinə baxmaq vəzifəsini müəyyən etmişdir. Lakin burada əsas şərt kimi v alideynin yardıma ehtiyacının olması, ögey valideynin ögey övladlarını tərbiyə etmələri və ya saxlamaları və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilməməsi nəzərdə tutulur. İddiaçının İ qrup əlil olması, kənar şəxslərin köməyinə ehtiyacının olması, heç bir yerdə işləməməsi rəsmi sübutlarla təsdiq edilir. Onun ögey övladlarını tərbiyə etməsi və saxlaması cavabdehlərin etirafı, öz mənzillərini cavabdehlərə bağışlaması ilə sübuta yetir. İddiaçının özünün yetkinlik yaşına çatan övladlarından və arvadından saxlanmaq üçün maddi yardım ala bilməməsi də işin mübahisə edilməyən halıdır. Yəni bunu cavabdehlər də etiraf edirlər ki, iddiaçının doğma övladları ona heç bir naddi yardım etmir. Belə olduqda isə məhkəmə bu hissədə də iddi anı rədd etməkdə haqlı olmamışdır. Eyni zamanda iddiaçı məhkəməyə onun əmlaklarının öz övladlarına bağışlanması barədə məlumatları təqdim edirsə, məhkəmə bu halları araşdırmalı, cavabdehin həmin sənədlərə və tələbin əsaslandığı hallara münasibətini öyrənməlidir. Lakin birinci instansiya məhkəməsi bu halların aydınlaşdırılması üçün cavabdehə bir sual belə verməmişdir.
26. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instaniyası məhkəməsi tərəfindən işə baxılarkən iddianın təmin olunması hissəsində maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, hazırkı işdən İddiaçı əmək qabiliyyətinin olmaması müəyyən olunsa da (halbuki bu hal da şübhəlidir (“instagram” səhifəsində kosmosa uçmağa hazır olduğunu bildirir), lakin aliment almaq hüququnun yaranması əsasının birinci şərti olan “maddi yardıma ehtiyac olması” şərti müəyyən olunmur. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı kifayət qədər maddi imkana, qazanca, mal və mülkə sahibdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə İddiaçıla keçmiş həyat yoldaşı İradə Musayevanın birgə nikahları dövrün də əldə etdikləri Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 79 saylı evin 33 saylı mənzilinin satışından İddiaçı evin satış dəyəri olan 270.000 manatın yarısı 135.000 manat pul ödənilmişdir. Bundan başqa iş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi ilə müəyyən olunur ki, xx.xx.2022-ci ildə İddiaçı puldan əlavə ünvan 9 ünvanda yerləşən mənzil verilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərlə və İddiaçı öz təsdiqi ilə müəyyən olunur ki, iddiaçı əlilliyə görə 283 manat (son artımlar nəzərə alınmadan), qulluğa görə isə 100 manat pul alır. Əlavə olaraq iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı mülkiyyətində həm daşınmaz, həm də avtomobil də olmaqla daşınar əmlakları vardır. İş materialları ilə eləcə də müəyyən olunur ki, Türkiyə Respub likası Çanakkale Onsekiz Mart Universiteti X22 Fakültəsi Dekanlığı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla fakültənin X27, Dəri-Zöhrəvi Xəstəlikləri ixtisası üzrə rezidentura təhsili alan tələbə tədqiqatçı həkim Cavabdeh3 fakültədə xx.xx.2022-ci il tarixindən etibarən təhsil alır. Rezidentura təhsilini başa vurma tarixi xx.xx.2026-cı il (təhsil müddəti 4 il) olaraq müəyyənləşdirilmişdir.Yəni Cavabdeh3 tələbədir. Bundan başqa, baxmayaraq ki, Cavabdeh4 “VÖEN” statusuna malik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması göstərilmişdir, onun gəlirinin olması müəyyən edilməmişdir. Yəni məhkəmə maddi imkanı olan şəxsə maddi imkanı olmayan şəxsdən aliment tutmuşdur. Göstərilənlərdən savayı işə baxmış məhkəmə alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasın ı qət edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinin 3-5 bəndlərinin tələblərini nəzərə almamışdır.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli, 2(103)-1619/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin – aliment tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, işin faktiki hallarından iddiaçının əmək qabiliyyətinin olmaması eləcə də maddi yardıma ehtiyacının olması mübahisəsiz olaraq müəyyən edilir. Bununla belə iddia tələbi həmin hissədə qismən əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, alimentin məbləğinin müəyyən edilməsi üçün yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı pensiya alır, adına daşınar və daşınmaz əmlakı vardır. Həmçinin 2023-cü il üçün ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu nəzərə alaraq, birinci instansiya məhkəməsi cavabdehlərin hər birindən hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İddiaçı apellyasiya şikayətində həmin məbləği mübahisələndirsə də, işin faktiki halları, yəni məhz hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq d igər maraqları nəzərə alındıqda birinci instansiya məhkəməsinin alimentin məbləğinə münasibətdə gəldiyi nəticə düzgün olmuşdur.
30. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi cavabdeh X19 özü də birinci qrup əlildir, iddiaçıdan fərqli olaraq onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçının və cavabdeh X9 maddi və əmlak vəziyyətini, iddiaçının xeyrinə onun doğma övladlarından hər ay aliment tutulması barədə tələbinin qismən (hər ay cəmi 200 manat) təmin edilməsini də nəzərə alaraq, iddiaçının saxlanması üçün övladları ilə yanaşı onun keçmiş arvadı X6 da aliment tutulmasını mümkün hesab etməməsi barədə nəticəsi düzgün olmuşdur.
31. Bununla yanaşı, iddiaçı ögey övladlarına münasibətdə a pellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ögey övladlarını tərbiyə etmiş və onları saxlaması cavabdehlərin etirafları ilə müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi iddiaçının dəlilləri ilə razılaşmamışdır. Belə ki, iddiaçının ögey övladlarına münasibətdə onları saxlaması eləcə də tərbiyə etməsi mübahisəsiz olsa da məhz işin faktiki halları, yəni həmin cavabdehlərin hər ikisinin ailəli olması - Cavabdeh1 bir yetkinlik yaşına çatmamış övladı, Cavabdeh2 isə xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı övladının olması, eləcə də iddiaçının tələbinin doğma övladlarına münasibətdə qismən təmin edilməsi kimi hallar nəzərə alınmaqla birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı özünün yetkinlik yaşına çatan övladlarından maddi yardım ala bildiyi ndən, onun həmçinin ögey övladlarından aliment tutulması barədə iddiasının təmin edilməsi qanunauyğun deyildir.
32. Apellyasiya instansiya məhkəməsi “iddiaçı burun ucunun rekonstruktiyası əməliyyatı üçün ödədiyi 2500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını” hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, həmin hissədə iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, burun tənəfüssünün çətinləşməsi təbii ki hər bir insanın sağlamlığı üçün mühüm amildir, lakin hazırki vəziyyətdə iddiaçı nəfəsalmasında problem olması şikayəti ilə müvafiq müəssisəyə daxil olsa da, aparılmış laborator və instrumental müayinələr zamanı “burun ucunun rekonstruktiyası” əməliyyatına ehtiyac olması qeyd edilməmi şdir. Həmçinin müayinələr zamanı müəyyən olunmuşdur ki, traxeya orta xətdədir. Hər iki ağciyərin havalanması təbiidir. Hər iki ağciyərdə ocaqlı-ihtihablı kölgəlik qeyd olunmur. Ağciyər şəkli normaldır. Köklərin quruluşu norma daxilindədir. Ürək və aorta vəziyyəti, forması və hüdudları norma daxilindədir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ağırlaşma olmamışdır.
33. Həmçinin apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki dönəmdə qeyd edilən əməliyyatların dövlət hesabına tibb müəssislərində həyata keçirilməsi mümkün olduğu halda, iddiaçının öz təşəbbüsü ilə könüllü olaraq özəl klinikda bu əməliyyata keçirməsi, bunun üçün ödənilmiş vəsaitlərin cavabdehlərdən tutulmasının mütləq olmasını təsbit etmir.
34. Məhkəmə kollegiyasının son iclasında iddiaçının nümay əndəsi-vəkili tərəfindən məhkəmə kollegiyasına “Avrasiya Hospital” tərəfindən verilmiş 017 saylı xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Həmin arayışdan görünür ki, həqiqətən iddiaçı tənəffüs almağa çətinlik çəkdiyi üçün onun burnunda 16 fevral 2023-cü il tarixdə “Burun ucunun rekonstruksiyası, Konxo RF, Konxa bullozanın ləğvi” cərrahiyə əməliyyatı aparılmışdır. Həmin əməliyyat onun səhhəti üçün zəruri olmuş, əməliyyat uğurla icra edilərək, əməliyyatdan sonra onun tənəffüs alması normallaşmışdır.
35. Apellyasiya instansiya məhkəməsi təqdim edilən arayışla bağlı qeyd etmişdir ki, sözügedən arayış birinci instansiya məhkəməsinə sübut kimi təqdim edilməmiş, xx.xx.2024-cü il tarixli arayış apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən apel lyasiya instansiya məhkəməsində yalnız yeni sübutlar o halda qəbul edilir ki, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olmadığı əsaslandırılsın. Lakin işin hallarından və arayışın məzmunundan da aydın görünür ki, bu arayışın təqdim edilməsinin mümkünsüzlüyü sübuta yetirilməmişdir. Bu baxımdan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, “burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması üçün hər hansı əsas müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, o, ögey övladlarını yetkinlik yaşına çatana kimi layiqincə yaşaması və yetkinlik yaşına çatdıqdan sonra da mütəmadi müxtəlif daşınar və daşınmaz əmlak, pul vəsaiti ilə təmin etmişdir. Zəruri burun əməliyyatı keçirmiş və buna xərclənən vəsaitə övladları kömək etməmişdir. Apellyasiya məhkəməsi iddiaçının xeyrinə təyin ediləcək aliment məbləğinin müəyyən edilməsi zamanı qeyriobyektiv olmuşdur. Belə ki, cavabdehlərin maddi vəziyyətini nəzərə alınmamışdır. Cavabdehlərin maddi vəziyyəti ilə bağlı mülki iş materiallarında kifayət qədər sübutların mövcud olmasına, hətta cavabdehin mülkiyyətində olan əmlakların əksəriyyəti iddiaçı tərəfindən onlara bağışlanılması hallarının sübut edilməsinə baxmayaraq onlar öz övladlıq vəzifəsini həyata keçirmir və iddiaçının maddi tələblərini ödəmir və bu hala da məhkəmə qərəzli yanaşır.
38. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi aydın qeyd etmişdir ki, iddiaçının yaşaması üçün kənar şəxsin köməyinə ehtiyacı vardır. Lakin yekun gəlinmiş nəticədə nəzərə alınmamışdır ki, cavabdehlər iddiaçını tək qoyub tərk etmişlər. İstər maddi istərsə də mənəvi cəhətdən onu çıxılmaz şəraitə salmışlar. Bu gün iddiaçının köməyinə ehtiyacı olduğu kənar şəxs üçün ödəməli olacağı pul vəsaiti minimum əmək haqqı məbləği nəzərə alınarsa, ən azı 345 manat olmalıdır.
39. İddiaçı kassasiya şikayətini Ailə Məcəlləsinin 92.1, 82.1, 83.1-ci, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinə istinad etmişdir. b)
40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
41. Maddə
34. Hissə
5. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsi
42. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
43. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
44. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideyn lərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
45. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
46. Maddə 83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilm əsinə cəlb edilə bilərlər.
47. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müdd ətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
48. Maddə
86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
49. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qanun
50. Bənd 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üç ün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarı
51. «Əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutulmuş alimentin məbləği hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkə mə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin cavabdehlərdən 2500 manat əməliyyat xərcinin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 aliment tutulması tələbinin rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən həmin hissədə t ələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan aliment məbləği müəyyən edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
66. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 61 yaşı vardır. Ona “transplantasiya olunmuş ürəyin olması, Ortotopik ürək transplantasiyasından sonrakı vəziyyət (xx.xx.2019) ürək çatmamazlığı, ürək çatmamazlığı fs-2 Kardiomiopatiya, Dilatasion kardiomipatiya” di aqnozu ilə xx.xx.2020-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. İddiaçının izahatına əsasən ona əlilliyə görə 283 manat pensiya verilir və əlavə 100 manat ödəniş olunur. Həmçinin iddiaçının səhhəti və sağlamlığı ilə bağlı mütəmadi olaraq tibbi yardıma ehtiyacı olmuşdur. Müxtəlif xəstəliklərdən əziyyət çəkmişdir. Belə ki, iddiaçıya 2022-ci il ərzində müxtəlif vaxtlarda “Essensial hipertenziya”, “Nevrasteniya”, “Dəqiqləşdirilməmiş xroniki qastrit, ağrı sindromu ilə”, “Stresə qarşı kəskin reaksiya. Ürək əməliyyatından sonrakı funksional pozğunluq”, “Qeyri-spesifik hipotenziya”, “Stresə qarşı kəskin reaksiya”, “Essensial hipertenziya”, “Essensial hipertenziya. Ürəyin xroniki işemik xəstəliyi”, “Gə rginlik tipli baş ağrısı”, “Böyrək sancısı” diaqnozları qoyulmuş, müvafiq tibbi yardım göstərmişdir.
67. İddiaçının doğma övladları Cavabdeh3 (xx.xx.1997-ci il təvəllüdlü) və Cavabdeh4 (xx.xx.1989-cu il təvəllüdlü) hər ikisi yetkinlik yaşına çatmışdır və əmək qabiliyyətlidirlər. Cavabdeh3 Türkiyə Respublikasında rezidentura təhsili alır. İddiaçı, qızı Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, ev 4v ünvanında yerləşən 51 saylı mənzili bağışlamışdır. Hazırda Cavabdeh3 adına üç qeyri-yaşayış sahəsi, beş torpaq sahəsi, bir mənzil, bir bağ evi olmaqla cəmi on daşınmaz əmlak qeydə alınmışdır. İddiaçının digər doğma övladı Cavabdeh4 isə aktiv VÖEN statusuna malik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Onun fəal iyyət istiqaməti yük avtomobil nəqliyyatının fəaliyyətidir. Adına bir daşınmaz əmlak və iki nəqliyyat vasitəsi qeydə alınmışdır. Himayəsində xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı uşağı var.
68. Azərbaycan Respublikasında 2024-cü il üçün minumum əmək haqqı məbləği 345 manat müəyyən edilmişdir. İddiaçının yaşaması üçün kənar şəxsin köməyinə ehtiyacı vardır. Cavabdehlər iddiaçını tək qoyub getmişlər. Maddi və mənəvi cəhətdən onu çıxılmaz vəziyyətə salmışlar.
69. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin maddi imkanları, həmçinin iddiaçının zəruri ehtiyacları və ona qulluq etməli olan kənar şəxsin xidmətinin qarşılığının ödənilməsi üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği ağlabatan və real deyildir.
70. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.3-cü maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin ailə qurub-qurmaması, ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması və s. məsələlərə di qqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
71. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə doğma övladlarından tutulmalı olan alimentin məbləği müəyyən edilərkən yuxarıda göstərilən məsələlər ətraflı araşdırılmamışdır.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutulmuş alimentin məbləği hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan normaların tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 mart 2024-cü il tarixli, 2(103)-1619/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutulmuş alimentin məbləği hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.