Məhkəmə qərarları › İş №2(102)-3418/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3418/2019

13.05.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3418/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X7, cavabdeh Mehyəddinova Sevilə Rövşən qızının və vəkili X8 iştrakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:T.S.Kərimov; 2(001)-7042/2018) İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov, İ.S.Şirinov; iş 2(103)-1399/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ***************** küçəsində yerləşən 99 saylı fərdi yaşayış evinə köçrülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 1981-ci ilin avqust ayın 24-də nigaha daxil olmuşlar və birgə birgə nikahdan üç övladları olmuşdur. Hazırda övladlarının üçü də yetkinlik yaşındadır. Ailəsi ilə birgə Yasamal rayonun Alatava adlanan qəsəbəsində fərdi tikilidə yaşamışlar. 2004-cü ildə həmin evi satmış və əldə etdiyi məbləğlə Binəqədi rayonu ********* qəsəbəsində aldığı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Binəqədi rayonu, ************* qəsəbəsinə 2004-cü ildə köçməyinə baxmayaraq xəbəri olmadan cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi əsasında nikahları pozulmuşdur. Mübahisəli evdə yaşadıqları dövrdə cavabdeh və uşaqları tərəfindən saysız- hesabsız mənəvi və fiziki təzyiqlərə məruz qalmışdı. Uzun müddə t mənəvi və psixoloji, fiziki təzyiqlər nəticəsində evi müəyyən müddət tərk etmişdir. Lakin müəyyən müddətdən sonra öz vəsaiti hesabına inşa etdiyi fərdi yaşayış evinə yaşamaq üçün qayıtdıqda cavabdeh tərəfindən evə buraxılmamışdır. Hesab edir ki, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evi sənədsiz olsa da, evə pul ödədiyinə görə predmet baxımından onun mülkiyyətindədir. Başqa cür evə köçüb yaşaya bilmədiyinə görə, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, pozulmuş hüquqlarının bərpası barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə si Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 217, 178.2, 180 -cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,157,maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Hazırki halda fərdi yaşayış evi özbaşına tikili olduğundan nəinki iddiaçının, həmçinin cavabdehin özünün belə mebahisə yaşayış evinə dair hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.Məhkəmə qəbul edərkən işin hallarını, cavabdehin ifadəsinin doğru olub-olmadığını düzgün araşdırmamış, qətnamə qəbulu ilə bağlı məhkəmənin mövqeyinə ciddi təsir edərək faktları aydınlaşdırmamışdır. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında İddiaçı və vəkili X11 kassasiyaşikayətininə uyğun izahat verərək, şikayətintəminedilməsinixahişetdilər. Məhkəməkoll egiyasınıniclasında təminedilməməsinixahişetdilər. cavabdeh və vəkili X8 kassasiyaşikayətin Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, görünür ki, tərəflər 24 iyul 1981-ci ildə nikah bağlamış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *********** saylı 24 mart 2000-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı 02 iyun 2003-cü ildən ünvan 1 ünvan ında qeydiyyatdadır. 2011-ci ildə “xxxx”MMC tərəfindən tərtib edilmiş hesabat cədvəlindən görünür ki, Binəqədi rayonu, ******************** küçəsində yerləşən mübahisəli evin hesabat cədvəli X4 adına tərtib edilmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 aprel 2011-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 0.08 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 108 kv.metr olan 4 otaqlı evini satıb Bakı şəhərinə köçmüşdür. İddiaçı Cavabdeh qarşı “sahiblik hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması və evdən çıxarılma” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2060/2015 saylı 02 mart 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bakı şəhəri, ********************* ******** küçəsi, 99 saylı evdən istifadəsinə Cavabdeh tərəfindən yaradılan manaelərin aradan qaldırılması və sonuncunun həmin evdən çıxarılması tələbini irəli sürmüş, iddia rədd edlmişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi də analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, f aktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evi inşa etməsini iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Tərəflərin 2000-ci ildə nikahları pozulmuş və ailə münasibətlərinə son qoyulmuş, mübahisə predmeti olan ev isə nikahları pozulduqdan sonra 2002-ci ildə əldə edilmişdir. İddiaçı psixi xəstəlikdən əziyyət çəkdiyinə görə tərəflər və övladları həmişə münaqişəli münasibətlərdə olmuş, hətda iddiaçı cavabdehə işgəncə verdiyinə görə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına da məhkum olunmuşdur. Bu cür vəziyyətdə onların təhlükəsiz şəraitdə birgə yaşayacaqla rı da inandırcı görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmuşdur. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərə flərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). - 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəllənin: - 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərarı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki,, yuxarıda qeyd olunan məhkəmə aktı ilə iddiaçının iddiasını əsaslandırdığı faktiki hallara, yəni iddiaçının mübahisə predmeti olan evin və yerləşdiyi torpaq sahəsi üzərində hər hansı bir hüququnun olmamasına faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlav ə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.İddiaçı apelliyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar