Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3419/2020 17.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD 17 iyun 2020-ci il İş № 2(102)-3419/20 Bakı şəhəri Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağının mualicə xərclərinə görə hər ay tutulan 50 manat alimentin tutulmasının dayandar ılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti geri qaytarılır. Göstərilən Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Lakin apelyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(102)-3419/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3419/2020
17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver