Məhkəmə qərarları › İş №2(102)-342/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-342/2023

23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-342/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 qarşılıqlı tələbləri barədə iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması, kassasiya şikayəti vermə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair ilkin, Cavabdeh1 alimentin artırılması və əlavə xərcin tutulması tələbinə dair qarşılıqlı iddiaları barədə mülki iş üzrə Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5923/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 76.1.3-cü maddəsini, yəni 3 və daha çox uşağa görə-qazancın yarısı, normasını tətbiq edərək, üzərinə yuxarıda qeyd olunan müvafiq məhkəmə qərarları ilə qoyulmuş aliment öhdəliklərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə azaldılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 xeyrinə hər ay İddiaçı aylıq qazanc və gəlirlərinin ¼ hissəsində alimentin müəyyən edilməsi, uşaqla bağlı əlavə xərclərə görə hər ay sabit pul məbləğində olmaqla 250 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2586/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) ilkin iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 nöm rəli 25 noyabr 2010-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı Nəsirli (Məmmədova) Nurlana Nəsirulla qızının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarının aylıq qazancının 1/6 hissəsində (715,5 manat) müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə cavabdehin aylıq qazanc və gəlirlərinin ¼ hissəsində alimentin müəyyən edilməsi, uşaqla bağlı əlavə xərclərə görə hər ay 250 manat sabit pul məbləğində vəsaitin tutulması” dair qarşı lıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci, Ailə Məcəlləsinin 76.1, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 82/2016 nömrəli, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarlarına istinad edərək əsaslandırmışdır. b) A pellyasiya instansiyası məhkəməsindəki icraat

5. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5923/2022 nömrəli mülki iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, İddiaçı Cavabdeh1 qarşı “alimentin azaldılması” tələbinin təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanı lması qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Ailə Məcəlləsinin 3.0.4, 55.1, 75, 78.1, 81, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 5, 8, 13, 19-cu, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 82/2016 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun normasına əsasən bir uşaq üçün minimum dolanacaq xərci 193 manat təşkil etmişdir. Lakin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsində tutulmalı olan aliment miqdarı 1070,25 manat təşkil etmişdir. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1367/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsində tutulmalı olan alimentin miqdarı 1427 manat təşkil etmişdir. Hal-hazırda uşaqları üçün tutulan aliment məbləği onların saxlanılması üçün kifayət qədər və onların inkişafı üçün lazımi olan səviyyədən yüksək olmuşdur. Belə olan halda isə, onun üzərində həddindən artıq aliment yükü yaranmış, faktiki olaraq maaşının yarısından çoxunu alimen t ödəməyə sərf etmişdir.

10. Kassator şikayətini Ailə Məcəlləsinin 76-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 418-ci maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh1 (Vəkil2) kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

12. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;...112.1.6. ödəmənin azaldılması, ya xud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə...

13. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasi ya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-6483/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir.

17. İş öyrənilərkən müəyyən edilmişdir ki, kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

18. Belə ki, MPM-in 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və k ommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

19. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız İddiaçı ilkin iddiasına aid hissədə yoxlanılmış, həmin hissədə qətnamə ləğv edilmiş, Zaur X2rşı alimentin azaldılması tələbi təmin edilməmişdir.

20. Qətnamədən yalnız İddiaçı kassasiya şikayəti verdiyi üçün mübahisələndirilən hissə sonuncunun Nurlana Məmmədovaya qarşı alimentin azaldılması tələbidir. Həmin tələb onların birgə nikahlarından doğulmuş uşaq üçün aylıq qazancın (başqa gəlirlərin) 1/4 hissəsində tutulmuş alimentin azaldılaraq 1/6 hissədə müəyyən olunmasından ibarətdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı aylıq gəliri 4281 manat, həmin məbləğin ¼-i 1070,25 manat, 1/6-i isə 713,5 manatdır. Başqa sözlə iddia ərizəsi üzrə azaldılması barədə tələb irəli sürülmüş aylıq məbləğ 356,75 manatdır. MPM-in 112.1.3 və 112.1.6-cı maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə; ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir.

21. Beləliklə baxılan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 4281 manat olmaqla (356,75X12 ay), 5000 manatdan azdır. MPM-in 402.1.-ci maddəsinə əsasən belə işlərdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

22. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)6483/2022 nömrəli qərardadı ləğv edilərək, kassasiya şikayəti məhkəmə baxışından çıxarılmalı, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 112.1.3, 402.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5923/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-342/2023 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar