Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3420/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızının və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızının Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-344/2020 nömrəli qətnaməsindən iddiaçı Məmmədova (Osmanova) Se vda İsfəndiyar qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx xxxxxxxx 2008-ci il təvəlludlu X2 yetkinlik yaşına catana kimi saxlanılması ucun hər ay 200 (iki yüz) manat aliment tutularaq iddiaçıya verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5697/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxxxxx 2008-ci il təvəlludlu X2 yetkinlik yaşına catana kimi saxlanılması ucun hər ay 160 manat aliment tutularaq Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızına verilməsiqət edilmişdir.(hakim Aynur Behbudova) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 344/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5697/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək, xx xxxxxxxx 2008-ci il tarixdən anadan olmuş X1 üçünCavabdeh tutulmalı olan aylıq alimentin hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elman Rəhimov(sədrlik edən və məruzəçi) Gülnarə Tağızadə, Telman Quliyev) İddiaçı Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızı və vəkili Vəkil kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etmişdir. Apelyasiya instansiyası qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh 2-ci qrup əlil olmaqla, 201 manat müavinat, habelə əlavə olaraq 160 manat təqaüd alır, ümumilikdə 361 manat sabit gəliri var. Bununla razılaşmaq olmaz. Çünki cavabehin aldığı müavinat və təqaüd hər il müəyyən məbləğdə artmaqla onun gəliri də artır. Belə olan halda 160 manat alimentin azaldılıb 130 manat müəyyən edilməsi qanuni və əsaslı sayıla bilməz. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üç ün yaşayış minimumunun 160 manat müəyyən edilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən id diaçı Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızının kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbində uşağını təkbaşına saxlamasının çətin olması, cavabdehin ona heç bir yardım etməməsini göstərmiş, tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 75, 78-ci maddələrinə və “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, cavabdehdən iddiaçının xeyrinə 160 manat aliment tutmuş, alimentin məbləği ilə bağlı gəldiyi nəticəni “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla əsaslandırmışdır Barəsində şikayət verilən qətnamədən isə görünür ki, apelyasiya məhkəməsi iş materiallarına əsas ən cavabdehin özünün ikinci qrup əlil olmaqla 201 manat müavinat, habelə əlavə 160 manat təqaüd almasını, qeyd edilən halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasını müəyyən etmiş və cavabdehin maddi vəziyyətini, eləcə də valideyinlərin öz uşaqları barədə aliment öhdəliklərinin davam edən münasibətlər sırasına daxil olduğundan, tərəflərin əmlak vəziyyətinə uyğun alimentin miqdarına dair gələcəkdə iddia verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq qətnaməni alimentin miqdarı hissəsində dəyişdirib, alimentin 130 manat təyin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 78-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün t ətbiq etmişdir. İşin mübahisəli halı cavabdehin birinci instansiya məhkəməsinin təyin etdiyi miqdarda, yəni 160 manat alimenti ödəməyə maddi imkanının olub-olmamasıdır. Apelyasiya məhkəməsi cavabdehin İİ qrup əlil olmaqla 201 manat müavinat, əlavə olaraq 160 manat təqaüd almasını, bununla da cavabdehin 160 manat alimenti ödəmək üçün maddi vəziyyətinin yetərli olmamasını müəyyən etmiş, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini də nəzərə almışdır. Ailə Məcəlləsinin 78-ci maddəsinə görə... sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya inst ansiyası işin müəyyən edilmiş halına uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin miqdarı hissəsində dəyişməklə maddi hüquq normasını düzgün tətbiq və təfsir etmiş, sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bununla da müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 160 manat müəyyən edilməsinin apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusuya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Qətnamədən də görünür ki, apelyasiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən ilk növbədə Ailə Məcəlləsinin tələblərini nə zərə almışdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızının kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Məmmədova (Osmanova) Sevda İsfəndiyar qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-344/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3420/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3420/2020
07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver