Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3425/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankına) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3425/2023 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2023 nömrəli, 25 iyun 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetiri lməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)4081/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoy ulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir.
3. Bundan narazı qalan İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadından şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadının ləğv edilməsinə və iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tar ixli, 2(008)4081/2023 saylı şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2023 nömrəli, 25 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər S,X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş, apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılmışdır.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etsə də, iddiaçı tərəfindən şikayət qanunla müəyyən edilmiş qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl edilmədən, gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etmədən verilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.7, 361, 363, 363.1.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2023 nömrəli, 25 iyun 2023-cü il tarixli qərardadının ləğv olunması və növbə prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin təkra r baxılmasına görə həmin məhkəməyə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-hissələri, Mülki Prosessual Məcəllənin 10-1.3, 1 0 - 1. 7, 4.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apelyasiya vəkassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərardadına istinad edilərək belə əsaslandırılmışdır ki, təqdim olunan “Şikayət” elektron imza ilə imzalanmaqla EMİS-də yaradılmış elektron kabinetdə yerləşdirilsə də və bu hal birinci instansiya məhkəməsi tərəfindən də təsdiq olunsa da, apellyasiya instansiyası məhkəm əsi formal mülahizə əsasında, yəni əsassız və qərəzli olaraq şikayə n asan imza ilə imzalanmamış kimi göstərməsi; “Şikayət”, apellyasiya instansiyası məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olsa da, məhkəmə iclası barədə iddiaçı xəbərdarlıq edilmədən, xx.xx.2023-cü il tarixdə, yəni 2 gündən sonra açıq məhkəmə iclasında göstərilən Qərardadın çıxarılması; birinci instansiya məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)- 4081/2023 saylı Qərardadı ləğv olunmadığı halda, eləcə də “Şikayət” “ASAN İMZA” ilə təsdiq olunmadan verilmişdirsə, həmin “Şikayət”in hansı vasitə və ya yolla EİMS-də e-kabinetdə yerləşdirilməsinin səbəbinin qanunsuzluğu göstərilmədən bu cür Qərardadın qəbul edilməsi - “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Qərardadın göstərilən bəndlərinə zidd olduğunu müəyyən edir və bununla da Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasını sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
18. Maddə 366.1. Ape llyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.7, 361, 363, 363.1.5-ci maddələri ilə əsaslandırmışdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır.
24. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminə nəzər saldıqda müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə elektron kabinetə yüklənmiş apellyasiya şikayəti PDF variant olsa da, həmin sənəd vəkil, Nümayəndə tərəfindən elektron imza ilə imzalanmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin prosessual tələblərinə formal yanaşılmış, müvafiq normalar ciddi şəkildə tətbiq edilmiş və nəticədə iddiaçının məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunverici likdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
27. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilm əsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).
28. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qa rşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).
30. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4567/2023 nömrəli, 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin və işə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.