Məhkəmə qərarları › İş №2(102)-3426/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3426/2019

16.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3426/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı ASC-nin vəkili Qarayev Qəhrəman Maşallah oğlunun, Cavabdeh1 və vəkili Əsədov Kərimxan Əmirxan oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(001)4960/2018 saylı qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18.01.2017-ci il tarixdə bağlanmış 17032-1433/430923 №-li “Kredit müqaviləsi” ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18.613,18 ABŞ dolları, faiz borcu üzrə 1.016,86 ABŞ dolları, 33,53 ABŞ dolları cərimə borcunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus olan “KİA Sorento” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin satışından əldə edilə biləcək pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulması, 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 noyabr 2018-ci il tarixli, 2(103)10273/2018 saylı qətnamə si ilə (hakimlər M.Məmmədov, X.Sarıyev və H.Həmidov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18.01.2017-ci il tarixdə bağlanmış 17032-1433/430923 №-li “Kredit müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədilə 18.613 ABŞ dolları 18 sent, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.016 ABŞ dolları 86 sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 33 ABŞ dolları 53 sent (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 3 0 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan “KİA Sorento” markalı, **-UB*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, avtomobilin satışından əldə edilə biləcək pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissəsinin cavabdehlərdən müştərək və ümumi qaydada iddiaçı Bankın xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 noyabr 2018-ci il tarixli, 2(103)-10273/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla borcalan Cavabdeh1 arasında 18.01.2017-ci il tarixdə bağlanmış 17032-1433/430923 №-li “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 18.613,18 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.016,86 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 33,53 ABŞ dolları, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və sonuncunun Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutulması, tələbin Cavabdeh1 məxsus “KİA Sorento” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə (bundan sonra – avtomobil) yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi, bu vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə borcalan Cavabdeh1 arasında 07.01.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 30.517 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 Bank qarşısındakı öhdəliklərini icra edə bilmədiyi üçün 18.01.2017-ci il tarixdə Banka müraciət edərək 07.01.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 19.970 ABŞ dolları məbləğində qalıq borcunun daha əlverişli şərtlərlə yenidən kredit müqaviləsi bağlanaraq maliyyələşdirilməsini xahiş etmişdir. Bank Cavabdeh1 xahişini nəzərə alaraq onunla 18.01.2017-ci il tarixdə “Kredit müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 07.01.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən verilmiş borcun yenidən maliyyələşdirilməsi məqsədilə, kreditdən istifadəyə görə 60 ay müddətinə illik 9 faiz dərəcəsi ilə 19.970 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bu barədə onun Bank a rasında 18.01.2017-ci il tarixli “İpoteka müqaviləsi bağlanmışdır. Həmçinin, Cavabdeh1 Bank qarşısındakı öhdəliklərinin icrasının təminatı olaraq iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borcalanın öhdəliklərinin icrasına zamin durmuşlar və bu barədə onlar ilə Bank arasında 18.01.2017-ci il tarixdə “Zaminlik müqavilələri” bağlanmışdır. Bunlara baxmayaraq, borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3, qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəliklərini icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Nəticədə, onların Banka 18.613,18 ABŞ dolları məbləğində əsas kredit borcu və 1.016,86 ABŞ dolları faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehlərə cərimə tətbiq edi lmişdir ki, onun da məbləği 33,53 ABŞ dolları təşkil edir. Cavabdehlərə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumuna görə 30 manat ödəmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 noyabr 2018-ci il tarixli, 2(103)-10273/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştira kçılarının izahatları: Cavabdeh1 və vəkili Əsədov Kərimxan Əmirxan oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı ASC-nin vəkili Qarayev Qəhrəman Maşallah oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməl idir. İş materiallarından görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 07.01.2014-cü il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 17 faiz dərəcəsi ilə, 60 ay müddətinə 30.517 ABŞ dolları məbləğində kredit verilmişdır. İşdən göründüyü kimi Bank ilə Cavabdeh1 arasında bağlanmış 18.01.2017-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 9 faiz dərəcəsi ilə, 60 ay müddətinə 19.970 ABŞ dolları məbləğində kredit verilmişdır. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış 18.01.2017-ci il tarixli “İpoteka müqaviləsindən” görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı olaraq özünə məxsu s avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İşdə olan AA seriyalı, 115416 nömrəli “Çıxarışdan” görünür ki, Bankın “tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə bildirişi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qeydə alınmışdır. İş materiallarından görünür ki, iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuş və bu barədə onlarla Bank arasında 18.01.2017-ci il tarixdə “Zaminlik müqavilələri” bağlanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə Banka olan borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə Məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində d övlət rüsumu ödənilmişdir. İşdən görünür ki, hazırda mübahisələndirilən borc Bank tərəfindən Cavabdeh1 07.01.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə qalıq borcun maliyyələşdirilməsi məqsədilə verilmişdir. 18.01.2017-ci il tarixli “Kredit müqaviləsinin” 3.02 (c) bəndinə görə, borcalan pul vəsaitini nağd qaydada hesabdan çıxartmayacaq. Həmin müqavilənin 4.11-ci bəndinə görə isə, borcalan bu müqaviləni imzalamaqla, müqavilənin 3.02-ci bəndində qeyd edilən hesaba kredit məbləğinin 2(001)-6375/2016 saylı 20.06.2016-cı il tarixli mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi üzrə müəyyən edilmiş borcun ödənilməsi məqsədilə “kreditverən” tərəfindən həmin hesabdan silinməsinə razılıq verir. İş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə Cavabdeh1 07.01.2014-cü il tari xli “Kredit müqaviləsi” üzrə Banka olan borcu bağlanmışdır. Bank tərəfindən hazırda tələb olunan borc məbləği isə tərəflər arasında bağlanmış 18.01.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliklərin icra edilməməsi səbəbindən yaranan borcdur. Məhkəmə kollegiyası mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda Cavabdeh1 üzərinə düşür. Cavabdeh1 isə Banka olan borcunun ödənilməsini nəinki sübuta yetirə bilmir. O, ümumiyyətlə, bu halı mübahisələndirmir. Cavabdeh1 kassasi ya şikayətində bildirir ki, o, ilk vaxtlar “ödəniş cədvəli” üzrə Banka ödənişlər etsə də, daha sonra işində yaranmış problemlərlə əlaqədar maddi vəziyyəti aşağı düşmüş və ödənişləri davam etdirə bilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə əlaqədar bildirir ki, cavabdehin maddi durumunun aşağı düşməsi onu müqavilə öhdəliklərinin icrasından azad etmir. Çünki qeyd edilən bu halların “fors major” halı kimi qəbul edilməsi iş üzrə tərəflər arasında bağlanmış 18.01.2017-ci il tarixli “Kredit müqaviləsi” ilə şərtləşdirilməmişdir. Mülki Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdiril məsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsə idilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə kollegiyası bildirir ki, bazar iqtisadiyyatı şəraitində istənilən valyutanın, o cümlədən Azərbaycan manatının devalvasiyaya uğraması hər zaman gözlənilən bir hadisə hesab olunmalıdır. Yəni, mövcud vəziyyətdə devalvasiya əvvəlcədən proqnozlaşdırıla bilərdi. Bu səbəbdən, Məhkəmə, manatın devalvasiyaya uğramasını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmir və bildirir ki, bu əsasla, cavabdehlərə hər hansı bir güzə şt tətbiq oluna bilməz. O, müqavilə üzrə hesablanmış qalıq borcunu Banka ödəməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbindən aydın olduğu kimi, şərait əhəmiyyətli dərəcədə dəyişilmiş hesab edilsə belə, bu barədə tərəflər arasında bağlanmış müqaviləyə müvafiq dəyişikliklər edilməli və ya müqavilə ləğv edilməlidir. Mülki Məcəllənin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ni tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2.). İşin hallarından görünür ki, Cavabdeh1 tərəflər arasında bağlanmış “Kredit müqavilələrinin” “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” əsası ilə dəyişdirilməsi və ya ləğv edilməsi üçün Banka hər hansı müraciəti olmamışdır. Beləliklə, müəyyən edilir ki, cavabdehlərin bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və onlar bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyırlar. 18.01.2017-ci il tarixli “Kredit müqaviləsinin” 4.02-ci bəndinə görə, borcalan müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya həmin öhdəl ikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kreditverənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ var. Məhkəmə kollegiyası “Kredit müqaviləsində” nəzərdə tutulmuş bu bəndi, Bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsini, habelə Mülki Məcəllənin 421-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 18.01.2017-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi borc məbləğinin cavabdehlərdən birgə qaydada tutulması hissəsində də əsaslıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurla rla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinin birinci cümləs inə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlərin Bank qarşısında icra edilməmiş öhdəliklərinin mövcud olması müəyyən edildiyindən, 18.01.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 18.613,18 ABŞ dolları, faiz borcunun ödənilməsi məqsədi ilə 1.016,86 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 33,53 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Banka ödənilməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci madd əsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və 18.01.2017-ci il tarixli “Kredit müqaviləsi üzrə tutma tərəflər arasında bağlanmış “İpoteka müqaviləsi” əsasın da Bankın xeyrinə yüklü edilmiş avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə ediləcək pul hesabına cavabdehlərin Banka olan borcu ödənilməlidir. Bu məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borc cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Kassasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, Binəqədi Rayon Məhkəməsinin 20.06.2016-cı il tarixli qətnaməsi ilə, 07.01.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə hazırki iş üzrə cavabdehdən borc tutulsa da, tərəflər arasında daha sonra 18.01.2017-ci il tarixli “Kredit müqaviləsinin” bağlanması hesabına Cavabdeh1 həmin qətnamə ilə tutulmuş borcu silinmişdir. Lakin buna baxmayaraq həmin qətnamə icraya yönəldilmişdir. Bu isə bir dəfə götürülmüş borcun iki dəfə borcalandan tutulmasına gətirib çıxarır. İşdə olan Binəqədi Rayon İcra və Probasiya şöbəsindən 15.11.2018-ci il tarixdə Məhkəməyə daxil olmuş icra işindən görünür ki, həqiqətən də Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 12.05.2017-ci il tarixli icra vərəqi əsasında icraata başlanılmışdır. Həmin icra vərəqəsi üzrə icra icraatına xitam verilməmişdir. Qeyd etmək lazımdır ki, işə apellyasiya qaydasında baxılan zaman iddiaçı Bankın nümayəndəsi Bank tərəfindən Binəqədi Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 19.06.2018-ci il tarixli məktubu təqdim etmişdir. Həmin məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin (001)-6375/2016 saylı 20.06.2016-cı il tarixli mülki işi ilə əlaqədar borclu Banka olan borcunu tam ödədiyindən, həmin mülki iş üzrə başlanmış icra icraatına xitam verilməsi xahiş olunmuşdur. Belə olan təqdirdə məhkəm ə kollegiyası müəyyən edir ki, yuxarıda qeyd edilən icra vərəqəsi üzrə icra məmuru tərəfindən icra icraatına xitam verilməməsi hazırki işin həllinə təsir göstərə bilməz. Həmin hal iş üzrə tərəflərə icra məmurunun hərəkət (hərəkətsizliyindən) “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən şikayət vermək üçün əsas ola bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar