Məhkəmə qərarları › İş №2(102)-3429/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3429/2019

08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3429/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, vəkili X2, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs “xxxx” Həyat Sığortası ASC-yə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı ş əhəri Nizami rayon Məhkəməsinin 11 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim E.Nuriyev) İddiaçı Cavabdeh1 və üçüncü şəxs “xxxx” Həyat Sığortası ASC-yə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər M.Məmmədov və E.Nağıyeva) Nizami rayon Məhkəməsinin 11 iyul 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, mərhum əri X3 Cavabdeh1 məxsus "Qluşitel" avtoservisində fəhlə işləmişdir. 1 noyabr 2014-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində mərhum əri iş yerində xəsar ət almış və xəstəxanada vəfat etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X2 mərhum X3u iş yerində avtobusun qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan onun ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Cavabdeh X1 avtoservisin işçilərini "Cavabdeh2" sığorta şirkətində sığortalamaq öhdəliyini icra etməmiş, başqa sözlə, müqavilə bağlasa da, sığorta haqqını hadisə baş verən anda ödəməmiş, buna görə də sığorta şirkəti iddiaçıya sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Buna görə də cavabdeh X1 sığorta ödənişini həyata keçirmək öhdəliyini daşıyır. Digər tərəfdən, 1 noyabr 2014-cü il tarixinin şənbə günü olması, cavabdehi məsuliyyətdən azad etmək üçün əsas deyildir. Çünki mərhum əri şənbə günü işə gəlmiş və hadisə də iş yerində olmuşdur. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılması haqqında qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək mərhum əri X3un iş yerində, vəzifə öhdəliklərinin icrası zamanı almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirildiyindən sığortalı şəxsin ölümü ilə əlaqədar 17.584,87 manat sığorta məbləğinin Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll ed ilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Babək prosepekti 107 ünvanında yerləşən "Qluşitel" avtoservisi cavabdeh fərdi sahibkar X1 tərəfindən işlədilməkdədir. İddiaçının əri mərhum X4 cavabdehlə bağladığı əmək müqaviləsi əsasında həmin avtoservisdə təkər təmiri üzrə usta vəzifəsində işləmişdir. 1 noyabr 2014cü il tarixdə X4 yol kənarında müştərinin avtomobilinin təkərinə hava vurarkən 50 saylı marşrut üzrə hərəkət edən avtobus onu vurmuş və X4 aldığı xəsarətlərdən ölmüşdür. Eyni zamanda işin mübahisə edilməyən hallarına g örə Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2015-ci il tarixli hökmü ilə avtobusun sürücüsü X2 təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə X4un ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin X4un iş yerində, X4 tərəfindən müştəriyə məxsus "Opel Astra" markalı avtomobilin təkərlərinin havasının yoxlanılması zamanı baş verdiyi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Dövlət Əmək Müfəttişliyi və Cavabdeh1 qarşı iddiası təmin edilərək X3un 1 noyabr 2014-cü ildə iş yerində əmək öhdəliklərini yerinə yetirdiyi vaxt baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etməsi faktı müəyyən edilmişdir. Bunbdan başqa Bakı Ape llyasiya Məhkəməsi MK-nın 8 avqust 2018-ci il tarixli qərardadı ilə X1un verdiyi apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmçinin işin mübahisəsiz halları ondan ibarətdir ki, "Cavabdeh2" SŞ ASC-nin 19 oktyabr 2016-cı il tarixli məktubu ilə iddiaçı X5ya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sığorta şirkəti və cavabdeh X1 arasında bağlanmış ATE14029050 saylı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" müqaviləsi üzrə təyin edilmiş sığorta haqqı 26 noyabr 2014-cü ildə ödənilmişdir; sığorta müqaviləsinin qüvvəyə minməsi üçün isə sığorta h aqqının ödənilməsi tələb edildir. Bir sözlə, hadisə baş verən anda sığorta müqaviləsi qüvvədə olmamışdır. Apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməsi onunla əsaslandırmışdır ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəsətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun 10.1.1-ci maddəsinə görə, bu Qanuna əsasən sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasında müəyyən edilir. İş materiallarında isə, bu əsaslardan hər hansı birinin olması müəyyən edilmir. Bkı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X4un baş vermiş cinayət hadisəsi nəticəsində vəfat etməsi müəyyən edilir. Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiqlənmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.4-cü bəndinə əsasən, təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü müəyyən edild ikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Bu səbəbdən, X4 cinayət hadisəsi nəticəsində vəfat etdiyindən baş vermiş hadisə bədbəxt hadisə hesab edilə bilməz və deməli, sığorta hadisəsi deyildir. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Apellyasiya məhkəməsinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəsətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç birinin olmadığına dair gəldiyi nəticə əsaslı deyildir. Çünki həmin maddənin məzmunundan göründüyü kimi, Qanun istehsalatda bədbəxt hadisənin müəyyən edilməsi üçün iki fərqli əsası müəyyən edir: müvafiq icra hakimiyyəti orqanı tə rəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt; məhkəmə qərarı. İddiaçı faktın tanınması haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və Yasamal rayon məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Həmin qətnaməni ləğv edərək iş üzrə icraata xitam verən Bakı Apellyasiya Məhkəməsi MK-nın mövqeyi isə belə əsaslandırılmışdır ki, X4un iş yerində əmək öhdəliklərini yerinə yetirdiyi vaxt baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etməsi faktı Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2015-ci il tarixli hökmü ilə müəyyən edildiyindən həmin ərizəyə məhkəmədə baxıla bilməz. Dolayısı ilə, apellyasiya məhkəməsi məhkəmə hökmünün bədbəxt hadisə faktını müəyyənləşdirmək üçün kifayət etdiyini qəbul etmiş və buna görə d ə həmin iş üzrə icraata xitam vermişdir. Digər tərəfdən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2015-ci il tarixli hökmünün hadisənin mərhum X4un işdə olarkən əmək vəzifələrinin icrası zamanı baş verdiyini müəyyənləşdirməsini istisna edən hər hansı hal da müəyyən edilmir. Əksinə, cavabdeh K. X6 Müfəttişliyinə ünvanladığı məktubda hadisənin avtoservisdə, müştərinin avtomobilinin təkərinə hava vurulması zamanı baş verdiyini göstərmiş, lakin mərhumu işə çağırmadığını qeyd edərək komissiya yaradılmasına etiraz etmişdir. Eyni zamanda, MPM-in 82.4-cü maddəsinin tələbi də diqqətə alınmalıdır. Həmin maddəyə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxs in həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəsətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun 2.0.10-cu maddəsinə görə, istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Göründüyü kimi, 82.4-cü maddə "hadisənin olub-olmaması" hissəsində də preyudisiallığı ehtiva edir. Məlum hökmdə cinayət hadisəsinin X4un əmək funksiyalarını yerinə yetirməsi zamanı baş verdiyi müəyyən edilmişdir. Deməli, cinayət hadisəsinin baş verməsi ilə bağlı xüsusatlar məhkəmə hökmündə müəyyən edilmişdir və həmin halların hazırkı mülki işdə sü butuna ehtiyac yoxdur. Məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya məhkəməsi "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.4-cü bəndini hazırkı iş üzrə mübahisəyə tətbiq etməkdə maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, Qaydaların 1.4-cü bəndi istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməyən halların dairəsini müəyyənləşdirir. Bunlardan biri də, cinayət törədilməsi halıdır. Apellyasiya məhkəməsi açıq şəkildə ifadə etməsə də, Qaydaların 1.4-cü bəndini məhz bu hala görə tətbiq etmişdir. Halbuki 1.4-cü bəndin Qaydaların 1.2-ci ("Əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, işçilərin səhhətinin pozulması təhq iq edilməlidir.") və 1.5-ci ("1.5. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır.") bəndləri ilə əlaqəli şərhi onu deməyə əsas verir ki, 1.4-cü bənddəki "cinayət törədilərkən" ifadəsi işçiyə qarşı cinayət törədilməsi halını deyil, işçinin özünün cinayət törətməsi halını nəzərdə tutur. Ona görə ki, 1.4-cü bənd, işçinin özünün təqsirli hərəkətləri (təbii ölüm istisna olmaqla) nəticəsində baş verən hadisələrin araşdırılmasını istisna edir. Əksinin iddia edilməsi, yəni işçiyə qarşı törədilən cinayət hadisəsinin istehsa latda baş verən bədbəxt hadisə olmamasının irəli sürülməsi 1.4-cü bəndin öz məzmunu (ifadə edilmə tərzi), habelə 1.2 və 1.5-ci bəndlər ilə də açıqaşkar ziddiyyət təşkil edər və işçilərin sosial müdafiəsini üumiyyətlə aradan qaldırardı. Təsadüfi deyildir ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəsətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun 20.0.1-ci ("Sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda") və 20.0.2-ci ("Sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə") maddələrində öz əksini tapmış s ığorta ödənişidən imtina əsasları da yuxarıda ifadə edilən hallarda tətbiq edilməlidir. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nın kassasiya şikayəti təmin edi lsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar