Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3429/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vindikasiya tələbi, cehiz əşyaların qaytarılması, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarınını qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-863/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 22 o ktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh1 (bundan sonra “cavabdeh”) ilə xx.xx.2020-ci il tarixdə nişanlanmışdır. İddiaçı 30 oktyabr 2021-ci il tarixdə cavabdehə qoşulub onlara getmiş, toy mərasimi 10 noyabr 2021-ci il tarixdə olmuş, 03 yanvar 2022-ci il tarixdə isə barışıq olmuşdur.
2. Cavabdeh xx.xx.2023-cü il tarixində Goranboy rayonunun X kəndində yaşadığı evdə iddiaçını döyərək ona xəsarət yetirmişdir. Bu fakt Goranboy Rayon Məhkəməsinin 3(045)-300/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi (iddianın dəqiqləşdirilməsi barədə ər izə) ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən və Cavabdeh2 7810 (yeddi min səkkiz yüz on) manat dəyərində olan qızıl-zinət əşyalarının özünün və ya dəyərinin müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən iddiaçıya nişan, toy və barışıq zamanı qızıl-zinət əşyaları alınmışdır. Aralarında mübahisə olduğundan qızılları vermədikləri üçün hüquqları pozulduğundan məcbur olub iddiaçı məhkəməyə müraciət etmişdir.
5. Qızıl əşyaları aşağıdakılardan ibarətdir: 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 (iki min beş yüz) manat; 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ay-ulduz kulon - 520 (beş yüz iyirmi) manat; 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü - 1400 (bir min dörd yüz) manat; 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 (iki min iki yüz) manat; 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 (doqquz yüz səksən) manat; 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 (iki yüz on) manat.
6. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçı ilə mübahisə etmiş və iddiaçı anasıgilə getmək istədiyini bildirdikdə cavabdeh onu döyüb xəsarətlər yetirmişdir. İddiaçı bununla bağlı polisə müraciət etmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
7. Cavabdeh iddiaçını döyən zaman yuxarıda göstərilən bütün qızıl-zinət əşyaları X kəndində yaşadıqları evdə saxlanılırdı.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Mülki Məcəllənin 157.2-ci maddələrinə istinad etmişdir.
9. Qızıl-zinət əşyalarının qiyməti “Gəncə univermaq” mütəxəssisi tərəfindən verilmişdir.
10. Cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından biri olan 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə və 2500 (iki min beş yüz) manat dəyərində olan reket boyunbağı xxx adlı qonşularına məxsus olmuşdur. Onunla mehriban qonşuluq münasibətləri olduğuna görə xxx sözügedən qızılını toy günü iddiaçının yax şı görünməsi üçün sonuncunun boynuna taxmağa görə onlara müvəqqəti istifadəyə vermişdir. Toyun sabahı günü həmin boyunbağını qonşularına geri qaytarmışlar. Nişan üzüyünü iddiaçı evdən gedərkən özü ilə aparmış, digər qızıllar isə oğlu Cavabdeh1 iddiaçı ilə birlikdə Rusiyada olan vaxt lombarda qoyaraq pul götürüb ehtiyacları üçün xərcləmişlər, yəni qızıllar lombardda satılmışdır. Hazırda iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları onlarda deyildir. İddiaçının boyunbağının qonşuya məxsus olmasından xəbəri olmuş, başqa tədbirlər olanda da həmin boyunbağını qonşudan maneəsiz alaraq taxmış, buna görə də, fotoşəkillərdə həmişə iddiaçının boynunda həmin boyunbağı olmuşdur. Bundan başqa, onun oğlu İddiaçı heç vaxt döyməmişdir, sadəcə olaraq xx.xx.2023-cü il tarixdə oğlu iddiaçı ilə sözlü mübahis ə etmiş və iddiaçı da özü könüllü şəkildə evdən çıxıb getmişdir.
11. Cavabdeh1 də iddiaya etirazında digər Cavabdeh2 izahatına oxşar məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir
12. Goranboy Rayon Məhkəməsinin 2(045)-1773/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərdən 1) 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 (iki min beş yüz) manat, 2) 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon - 520 (beş yüz iyirmi) manat, 3) 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü 1400 (bir min dörd yüz) manat, 4) 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 (iki min iki yüz) manat, 5) 583 əyar lı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 (doqquz yüz səksən) manat, 6) 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 (iki yüz on) manat dəyərində qızıl-zinət əşyalarının və ya onların ümumi dəyəri olan 7810 (yeddi min səkkiz yüz on) manat məbləğində pulun müştərək qaydada alınıb iddiaçıya verilməsi qət edilmişdir. (hakim Taleh Mustafayev).
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının, yəni 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı də st (tana, üzük), 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzüyün mövcudluğu və 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə olan reket boyunbağı istisna olmaqla digər qızıl-zinət əşyaların iddiaçıya məxsus olması işin mübahisəsiz halları olduğu halda, 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə olan reket boyunbağının kimə məxsus olması və eyni zamanda mübahisə predmeti olan qızıl-zinət əşyalarının hazırda kimdə olmasının müəyyən edilməsi isə işin mübahisəli hallarıdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının gəlin köçdüyü evdən döyülüb qaçdığı (bu fakt Goranboy Rayon Məhkəməsinin 3(045)-300/2023 nömrəli qərarı ilə təsdiq edilir) bir şəraitdə özü ilə hər hansı qızıl-zinət ə şyasını aparması, həmçinin 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə olan reket boyunbağının qonşuya məxsus olması, eyni zamanda digər qızıl-zinət əşyalarının iddiaçı ilə birlikdə lombarda qoyularaq satılması və əldə olunan vəsaitin onların birgə ehtiyaclarına sərf olunması inandırıcı deyil. Bu hallar cavabdehlər tərəfindən hər hansı sübutla da təsdiq edilməmişdir.
15. Birinci instansiya məhkəməsi cavabdehlərin qızıl-zinət əşyalarının onlarda olmasını təkzib etməsini özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərə əsasən 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə olan reket boyunbağı mütəmadi olaraq iddiaçının istifadəsində və sahibliyində olduğu halda, cavabdehlər tərəfindən həmin boyunbağının özgəsinə mə xsus olmasının iddia edilməsi ağlabatan mühakimə hesab edilə bilməz. Bundan başqa, Cavabdeh1 tərəfindən mübahisə predmeti olan qızıllardan cəmi iki ədəd qızıl üzüyün lombarda girov qoyulmasını təsdiq edən girov bileti məhkəməyə təqdim edilsə də, nə həmin qızılların, nə də ki, digər qızılların satılması barədə məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarının mülkiyyətçisinin iddiaçı olması, eyni zamanda həmin qızılların onda olmaması işin faktiki halları və məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.4, 225.2ci, Ailə Məcəlləsinin 34-cü, Mülki Prosess ual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdehlər birgə qaydada apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh1 30 oktyabr 2021-ci il tarixdə iddiaçı ilə nikaha daxil olmadan ailə qurmuşlar. Onlar birgə yaşadıqları müddətdə uşaqları olmamışdır. Birinci instansiya məhkəməsində iddiaya qarşı öz etiraz ərizələrini məhkəməyə təqdim etmiş və həmi n etirazda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarına münasibətlərini bildirmişlər. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında izahat verərək iddia ərizəsində birinci və ikinci sırada göstərilən 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəki kimi göstərilmiş sep reketin və 8 qram çəkidə göstərilmiş ay-ulduz klonun qonşuları xxx adlı xanımdan müvəqqəti alaraq iddiaçının boynuna asdıqlarını bildirmişlər. Həmçinin bu barədə iddiaçının özünə də bildirmişlər. İddia ərizəsində üçüncü sırada göstərilən 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brliyant qaşlı nişan üzüyünü isə 1400 manata deyil, 900 manata almışlar və həmin üzük daima iddiaçının özündə olmuşdur. İddia ərizəsində dördüncü sırada göstərilən 585 əyarlı 10 qram çə kidəki 3 karat brilyant qaşlı (tana-sırğa) dəsti isə iddiaçıya hədiyyə etməmişlər. İddiaçıya 300 manat dəyərində tək sırğa almışlar ki, o da həmişə sonuncunun özündə olmuşdur. İddia ərizəsində beşinci sırada göstərilən qolbağı isə, ümumiyyətlə, onlar almamış və ondan xəbərləri yoxdur. İddia ərizəsində altıncı sırada göstərilən tək üzüyü isə onlar birlikdə Moskva şəhərində olarkən iddiaçının ona hədiyyə etdiyi üzüklə birlikdə lombarda girov qoyaraq pulunu birgə xərcləmişlər. Lakin onların verdiyi izahat sübut kimi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmasını onunla əsaslandırmışdır ki, iddiaçının gəlin köçdüyü evdən döyülərək qaçdığı bir şəraitdə özü ilə hər-hansı qızıl-zinət əşyasını aparmasını, eyni zamanda digər qızılzinət əşyalarının iddiaçı ilə birlikdə lo mbarda qoyularaq satılmasını və əldə olunan vəsaitin birgə ehtiyaclarına sərf olunmasını inandırıcı hesab etmir. Bu hallar cavabdehlər tərəfindən hər-hansı subutla da təsdiq edilmir. Cavabdehlərin qızıl-zinət əşyalarının onda olmasını təkzib etməsi məhkəmə tərəfindən özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirilərək sübutetmə yükünü təkcə cavabdehlərin üzərinə qoyur. Halbuki, Cavabdeh1 inzibati tənbeh verilməsi barədə qərara münasibətini bildirərək qeyd etmişdir ki, o, iddiaçını döyməmiş, sonuncu da qaçıb evdən getmənişdir. İddiaçı ilə aralarında olan narazılıqdan sonra 10 yanvar 2023-cu il tarixdə özü iddiaçını maşınla atası evinə aparmış və bu zaman iddiaçıya məxsus nişan üzüyü həmişəki kimi sonuncunun barmağında olmuşdur. İddiaçıya alınmış qızıl-zinət əşyaları həmişə sonunc uda olmuşdur və birgə yaşadıqları evdən gedərkən də özü ilə aparmışdır. Bundan başqa, "Gəncə Univermaq” mütəxəssisi tərəfindən verilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə rəyi qanunsuz və əsassız hesab edirlər. Rəy əşyalara baxılmadan verildiyindən onun obyektiv olması qənaətinə gəlmək olmaz.
20. İddiaçının nümayəndəsi (vəkil) apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları lombarda girov qoyulmamışdır. İddiaçı və Cavabdeh1 ailə qurduqdan sonra Rusiya Federasiyasında yaşamışlar. Sonradan onlar ölkəyə geri qayıtdıqda aralarında dava-dalaş olmuş və Cavabdeh1 iddiaçını döymüşdür. Cavabdeh tərəf fotoşəkillərdə göstərilən iddiaçıya məxsus qızılların öz qonşularına aid olduğunu bildirirlər. Halbuki, birinci instansiya məhkəməsində işə ba xılarkən dəfələrlə cavabdeh tərəfə təklif etmişlər ki, həmin qonşu şahid qismində məhkəmədə dindirilsin. Lakin cavabdeh tərəf həmin şəxsin məhkəmədə şahid qismində dindirilməsini təmin etməmişdir. Lombarda girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya məxsus qızıllarla aidiyyəti yoxdur. Cavabdeh1 iddiaçını döymüş və həmin vaxtdan iddiaçı cavabdehlərlə birgə yaşamış olduğu evdən çıxıb getmişdir. Evdən döyülərək çıxdığından həmin vaxt qızıl-zinət əşyalarını götürmək iddiaçının ağlına belə gələ bilməzdi. İddiaçını döyməsi ilə əlaqədar Cavabdeh1 məhkəmə qərarı əsasında inzibati qaydada cərimə edilmişdir. İddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehlərin yaşadığı evdədir. İddiaçının keçmiş qaynanası olan Cavabdeh2 iddiaçıya bildirmişdir ki, “sənə qızıl düşmür”. Qızıl-zinət əşyaları hər i ki tərəfin iştirakı ilə Gəncə şəhərində yerləşən univermaqdan alınmışdır. Qızıl-zinət əşyalarının birkası da Cavabdeh2dır.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-863/2024 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Şamil Rzaquliyev)
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası nın olmadığını sübut etməlidir. Bu baxımdan, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq ilk növbədə iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının mövcudluğu, habelə iddiaçının mülkiyyətində olubolmaması barədə araşdırma aparılmalıdır. Çünki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus qızıl-zinət əşyalarının bir neçəsinin, ümumiyyətlə, mövcud olmadığını, habelə qızıl-zinət əşyalarının bir qisminin başqa şəxsə aid olduğunu və qızılların sahiblərindən müvəqqəti alınaraq yalnız görüntü üçün toy mərasimində iddiaçının üzərinə taxıldığını bildirmişdir.
23. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının tələb etdiyi 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 manat dəyərində, 583 əyarlı q ızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz klon - 520 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü - 1400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 manat dəyərində qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuş və həmin əşyalar iddiaçının mülkiyyətində olmuşdur.
24. Qeyd olunan hal iş materiallarındakı tərəflərin toy mərasimində çəkilmiş fotoşəkillərlə sübuta yetirilir. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında tərəflərin toy mərasimində çəkilmiş foto şəkilləri onların nüm ayəndələrinin (vəkil) iştirakı ilə tədqiq edilmiş və iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının iddiaçının üzərində olması müəyyən edilmişdir. Buna görə də "iddia ərizəsində dördüncü və beşinci sırada göstərilən qızıl-zinət əşyalarının, yəni 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 manat dəyərində qızıl-zinət əşyalarının mövcud olmadığı” barədə cavabdehlər tərəfindən irəli sürülən dəlil əsassızdır.
25. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf iddia ərizəsində birinci və ikinci sırada göstərilən 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 manat dəyərində, 583 əyarlı qızıl dan hazırlanmış 8 qram çəkidə olan ayulduz klon - 520 manat dəyərində qızıl-qiznət əşyalarının qonşularına məxsus olduğunu və qızılların sahiblərindən müvəqqəti alınaraq yalnız görüntü üçün toy mərasimində iddiaçının üzərinə taxıldığını bildirsələr də, bunları təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır.
26. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfin həmin dəlilini ağlabatanlıq meyarları əsasında təhlil edərək bildirmişdir ki, iş materiallarında olan tərəflərin toy mərasimində çəkilmiş fotoşəkillərdən göründüyü kimi iddia ərizəsində birinci və ikinci sırada göstərilən 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyun bağı reket 2500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon 520 manat dəyərində qızıl-zinət əşyaları tərəflərin toy mərasimində iddiaçının üzərində olmuşdur ki, bu halda həmin qızılların iddiaçıya hədiyyə edilmiş olması ağlabatan və inandırıcıdır. Xüsusilə diqqət yetirilməli haldır ki, tərəflərin toy mərasimindən savayı, başqa mərasimlərdə də çəkilmiş fotoşəkillərdə həmin qızıl-zinət əşyalarının iddiaçının üzərində olması görünür. Buna görə də cavabdeh tərəfin qeyd olunan dəlili də əsassızdır.
27. Beləliklə, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsində göstərilən 6 adda qızıl-zinət əşyası həqiqətən də mövcud olmaqla iddiaçının mülkiyyətində olmuşdur.
28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, növbəti araşdırılmal ı məsələ və işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal iddiaçıya məxsus qızıl-zinət əşyalarının tərəflərin hansının sahibliyində olmasının müəyyən edilməsidir. Çünki iddiaçı tərəf mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində qaldığını iddia edir, cavabdehlər isə həmin əşyaların onlarda qalmadığını və iddiaçı ilə birgə yaşamış olduqları evdən gedərkən sonuncu tərəfindən aparıldığını bildirir.
29. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 6 adda qızıl-zinət əşyasının ona hədiyyə edilməsi sübuta yetirildiyinə görə, qızılların iddiaçının özündə olması və birgə yaşamış olduqları evdən gedərkən aparılması barədə cavabdehlər tərəfindən irəli sürülən dəlili sübut etmə öhdəliyi də MPMnin 77.1-ci maddəsi nə əsasən cavabdehlərin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Cavabdeh tərəfin bu dəlili iddiaçının onlarla birlikdə yaşamış olduğu evdən çıxma şəraitinin tədqiq edilməsi yolu ilə hərtərəfli, tam və obyektiv qiymətləndirilə bilər. Çünki tərəflər məhz həmin vaxtdan ayrılmışlar və bundan sonra iddiaçı bir daha cavabdehlərin yaşadığı evə qayıtmamışdır.
31. Bu xüsusda qeyd olunmalıdır ki, iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(045)-300/2023 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 500 (beş yüz) manat məbləğində inziba ti cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan müəyyən olunur ki, Cavabdeh1 məhkəməyə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə iddiaçı ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı iddiaçının əlindən tutaraq onu itələdiyini, daha sonra iddiaçının çıxıb anasıgilə getdiyini bildirmişdir. Həmin iş üzrə Məhkəmə-tibbi ekspertiza və X1 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 133 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki, məhkəmə-tibbi müayinəsinə əsasən iddiaçının bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol əlin İ barmağının və sol diz nahiyəsinin qançırı, hərəkət məhdudluğu bərk küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə v urulma zamanı boyu hündürdə məsafədən yıxılması nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir.
32. Göründüyü kimi, iddiaçı cavabdehlərlə birgə yaşamış olduqları evdən getdiyi gün Cavabdeh1lə aralarında münaqişə yaranmış, Cavabdeh1 iddiaçıya qarşı fiziki güc tətbiq etmiş və nəticədə sonuncu müxtəlif bədən xəsarətləri almışdır. Məhz həmin ailə münaqişəsi nəticəsində iddiaçı cavabdehlərlə birgə yaşamış olduqları evdən çıxıb atası evinə getmiş və həmin vaxtdan tərəflərin faktiki ailə münasibətlərinə son qoyulmuşdur. Bu hadisədən sonra isə iddiaçı bir daha cavabdehlərin yaşadığı evə qayıtmamışdır.
33. Apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, ailə münaqişəsi nəticəsində, xüsusən də üzərində fiziki güc tətbiq edilməklə evi tərk edən şəxsin (iddiaçının) evdən çıxarkən qızıl-zinət əşyalarını özü ilə aparması inandırıcı və ağlabatan hal deyil.
34. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 157.2, 666-ci maddələri, Mülki Prosessual Məcəllənin 76.1, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qızıl əşyaların ın məxsus olduğu qonşunu məhkəmə şahid qismində çağırmaqla ifadəsinin alınmasını təmin etməli idi. Qızılların lombarda girov qoyulması barədə elektron lombard bileti məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən bu sübuta şübhə ilə yanaşılacaqdısa və onun mötəbərliyini təkzib edəcək digər bir sübut iş materiallarında yox idisə, məhkəmə həqiqətə nail olmaq üçün qızıl əşyalarının girov qoyulduğu və hazırda Rusiya Federasiyasında fəaliyyət göstərməkdə olan Lombard təşkilatına məhkəmə tapşırığı və ya sorğusu verməklə qeyd olunan qızıl əşyalarının orada girova qoyulub-qoyulmaması, qızıl əşyalarının kimə məxsus olması, onların götürülüb- götürülməməsi və s. sualların cavablandırılması, eyni zamanda bu məlumatlara aid sənədlərin təsdiq edilmiş edilmiş surətlərinin göndərilməsi istənilə bilərdi ki, bu məhkəmə tərəfindən edilməmişdir. Həmçinin, iddiaçının qeyd etdiyi kimi mübahisəli qızıl zinət əşyaları Gəncə şəhərində yerləşən univermaqdan alınmışdırsa, iddiaçı məhkəməyə bu barədə sübutlar təqdim etməli idi. Sübutların olmaması səbəbindən və formal həqiqətə nail olmaqdan ötrü məhkəmə həmin univermaqda yerləşən satıcı mağazaya məhkəmə sorğusu verə bilərdi ki, verməmişdir. İddiaçı qeyd olunan halla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, nə də ki, vəsatətlə məhkəməyə müraciət etməmişdir. Cavabdeh isə bu barədə məhkəməyə şifahi vəsatət versə də, məhkəmə ona münasibət bildirməmişdir. Digər tərəfdən, məhkəmə qətnamədə qanunvericiliyin tələbini yanlış təfsir edərək belə qənaətə gəlmişdir ki, qızılların iddiaçıya məxsus olması iş materialları ilə sübut olunur. Həmin qızıl əşyaları nın evdən gedərkən iddiaçı tərəfindən aparılmasının sübut edilməsi yükü cavabdehlərin üzərinə düşür. Bu tamamilə absurd və qəbuledilməz bir yanaşmadır. Çünki, iddiaçı iddia edir ki, o evdən gedərkən qızıllar onda olmamış, cavabdehlərdə olmuşdur. Cavabdehlər etiraz edirlər ki, qızıl-zinət əşyaların hamısı ona məxsus olmamış, ona məxsus olan az sayda əşyalar isə lombarda qoyulmuşdur. Cavabdehlər qızıl əşyalarının hamısının iddiaçıya məxsus olmadığını bildirdikləri halda əşyaların iddiaçı tərəfindən aparılması ilə bağlı sübut etmə yükü necə onların üzərinə qoyula bilər. Həmçinin, lombarddan əldə edilən pul vəsaitinin birgə təsərrüfata xərclənməsini təkzib edən hal və sübut olmadığı halda məhkəmə necə qənaətə gələ bilər ki, həmin məbləğ birgə təsərrüfata xərclənməmişdir. Halbuki, burada bütün hallarda sübutetmə yükü iddiaçının üzərinə düşür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə
666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsin in vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiy a şikayətinin dəlillərinə tam qiymət vermişdir.
43. İddia tələbi əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədədir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan əşyaların cavabdehlərin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır.
44. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, iddiaçı istinad etdiyi halları, yəni iddia ərizəsində göstərilən qızılların mövcudluğunu, onların cavabdehlərin qanunsuz sahibliyində olmasını sübut edə bilmişdir. Apellyasiya instansiyası məhkəməsi də məhz buna görə cavabdehlərin apellyasiya şikayətini təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
45. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 22-34-cü bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
46. Apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
47. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh şikayətində dəlil kimi apellyasiya instansiyası məhkəməsinin qızıl əşyalarının məxsus olduğu qonşunun məhkəmədə şahid qismində çağırmaqla if adəsinin alınmasını təmin etməməsini göstərmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaya etiraz olaraq qızıl əşyalarının qonşuya məxsus olmasını cavabdeh bildirirsə, bununla bağlı sübut təqdim etmək, o cümlədən şahid gətirilməsi vəzifəsini cavabdeh daşıyır. İşdən görünür ki, cavabdeh bu barədə nə apellyasiya şikayətində, nə də apellyasiya baxışında hər hansı vəsatət verməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM, 14.2)
49. Həmçinin Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol ver ilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
50. Məhkəmənin həqiqətə nail olmaq üçün qızılların lombarda girov qoyulması barədə qızıl əşyalarının girov qoyulduğu və hazırda Rusiya Federasiyasında fəaliyyət göstərməkdə olan Lombard təşkilatına müvafiq sorğu v erməli olması barədə kassasiya şikayətinin dəlilləri də yuxarıda göstərilənlər baxımından əsaslı deyil. Hər bir halda etdiyi etirazın əsaslarını sübut etmək vəzifəsini cavabdeh daşıyır.
51. Bundan əlavə, qızıl əşyalarının evdən gedərkən iddiaçı tərəfindən aparılmasının sübut edilməsi yükünün cavabdehlərin üzərinə düşməli olması barədə apellyasiya instansiyası məhkəməsinin səhv nəticəyə gəlməsi barədə dəlil də əsaslı deyil.
52. Qətnamədən görünür ki, apellyasiya instansiyası apellyasiya instansiyası məhkəməsi işin hallarını – Cavabdeh1 iddiaçıya qarşı fiziki güc tətbiq etməklə sonuncuya müxtəlif bədən xəsarətləri yetirməsini, məhz həmin ailə münaqişəsi nəticəsində iddiaçının cavabdehlərlə birgə yaşamış olduqları evdən çıxıb atası evinə getməsini, həmin vaxtdan tərəflərin faktiki ailə müna sibətlərinə son qoyulmasını, bu hadisədən sonra isə iddiaçının bir daha cavabdehlərin yaşadığı evə qayıtmamasını, ailə münaqişəsi nəticəsində, xüsusən də üzərində fiziki güc tətbiq edilməklə evi tərk edən şəxsin (iddiaçının) evdən çıxarkən qızıl-zinət əşyalarını özü ilə aparmasının inandırıcı və ağlabatan olmamasını nəzərə alaraq sübutetmə yükünü cavabdehin üzərində qoymuşdur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər.
54. Hazırki halda da işin halları baxımından üzərində fiziki güc tətbiq edilməklə evi tərk edən iddiaç ının evdən çıxarkən qızıl-zinət əşyalarını özü ilə aparmasını sübut etmək vəzifəsinin cavabdehin üzərində olması ilə bağlı apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə əsaslı olmuşdur.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-863/2024 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.