Məhkəmə qərarları › İş №2(102)-343/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-343/2021

26.01.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-343/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-343/21 (Açar sözlər: əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh “xxxx” MMC-nin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3584/2020 saylı qətnaməsindən İddiaçı verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ona ödənilməli olan son haqq-hesab üçün 16.950 manat pulun ödənilməsinin 91 gün gecikdirməsinə görə hər gün üçün 1 faiz məbləğində pul vəsaiti- 15.424,5 manat, mənəvi zərərə görə 5.000 manat, məhkəməyə müraciət edilməsi ilə əlaqədar hüquqi yardıma görə ödənilmiş 210 manat pul vəsaitinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsini xahiş edib və tələbini onunla əsaslandırıb ki, əmək müqaviləsi bağlamaqla xx xxxx 2011-ci ildə cavabdehə aparıcı mütəxəssis təyin edilib. Daha sonra xx xxxx 2013-cü ildən cavabdehin “Kommersiya və logistika” Departamentinə direktor vəzifəsinə, xx xx xxxxx 2015-ci il tarixdən isə Kommersiya Departamentinə direktor vəzifəsinə keçirilib. xx xxx 2019-cu ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilib. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona 1 ay qabaqcadan xəbərdarlıq edilib və bildirilib ki, Əmək Məcəlləsinin 77-ci maddənin 3-cü bəndinə əsasən, ona orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxarma müavinəti ödəniləcək. Həmçinin 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, ona müvafiq razılıq əsasında orta aylıq əmək haqqının 1,4 misli miqdarında bir dəfəyə ödəməklə əmək müqaviləsinə xx xxx 2019-cu ildən xitam veriləcəyi təklif edilib. Göstəri lən işdən çıxma müavinəti ona ödənilməyib. Əmək müqaviləsinə görə ona hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər tutulmalar daxil olmaqla 3.090,28 manat əmək haqqı ödənilir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildiyi vaxtdan etibarən bu günədək ala bilmədiyi orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxma müavinəti 6.420 manat təşkil edir. Cavabdeh tərəfindən xəbərdarlıq müddəti əvəzinə ödənilməli olan əmək haqqının 1,4 misli 5.287 manat təşkil edir. Cavabdeh tərəfindən həmin məbləğlər ona ödənilməyib. Eyni zamanda əmək müqaviləsinin şərtlərinə əsasən ona hər iş ilinə görə 30 təqvim günü ödənişli əsas məzuniyyət hüququ verilib. Bu səbəbdən də istifadə etmədiyi məzuniyyət günləri üçün ona pul əvəzi ödənilməlidir. xx xxxx 2018-ci ildən xx xxx 2019-cu il t arixədək cavabdehdə işlədiyi dövr üçün 36 gün istifadə etmədiyi əmək məzuniyyəti 3.708,336 manat təşkil edir. Son haqq-hesabı artıq 75 gündür ki, ona verilmir. Əmək müqaviləsi üzrə sonuncu dəfə ona xx xxxxx 2019-cu ildə 2.081 manat ödəniş edilib. Ərizəni təqdim etdiyi günədək gecikməyə görə cavabdehin ona 11.561,502 manat borcu yaranıb. Cavabdeh 75 gündür ki, mülkiyyəti hesab edilən əmək haqqını ona ödəməkdən müxtəlif bəhanələr gətirərək imtina edir. Bundan başqa cavabdeh bu hərəkətləri ilə ona mənəvi zərər vurub və mənəvi zərəri 5.000 manat çivarında qiymətləndirir. Məhkəmədə iddia qaldırmaq üçün vəkillə müqavilə bağlayıb və bunun üçün 210 manat xərc çəkib. Bu xərcin əvəzi də cavabdehdən tutulub ona ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ic raat İddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən son haqqhesab üçün 16.950 manat pulun ödənilməsi 91 gün gecikdirildiyinə görə hər gün üçün 1 faiz məbləğində olmaqla 15.424,5 manat, mənəvi zərərə görə 5.000 manat, ödənilmiş hüquqi yardıma görə 210 manat pul iddia edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 14.123,2 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianın qismən təmin edilməsi üçün əsaslar vardır. Belə ki, iddiaçıya əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilib. Bu səbəbdən də hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən və məruzəçi, E.Ə.Mehtiyev və Ş.A.Məmmədova) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- 14.123,2 manat pulun tutulması hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 2.102,13 manat pulun tutulması qət edilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə dəyişiklik edərkən, gəldiyi nəticəni belə əsaslandırıb ki, əmək qanunvericiliyinin tələblərinə görə əmək haqqının tərkibinə - aylıq tarif (vəzifə), maaşı, əlavələr və mükafatlar daxildir. İşdənçıxarma müavinəti və məzuniyyət pulu əmək haqqının tərkibinə daxil deyil. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. b) Kasasiya şikayət inə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh “xxxx” MMC-nin vəkili Vüqar Bayramlı məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbayc an Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Əmək qanunvericiliyinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi). Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 157-ci maddəsinin 4-cü hissəsinə əsasən, tarif (vəzifə) maaşı-işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. ƏM-nin 157-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqına əlavə-əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Həmin Məcəllənin 157-ci maddəsinin 6-cı hissəsinə əsasən, mükafat- əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəll ənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərin etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyin dən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normaları nın tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, cavabdehin Kommersiya Departamentinin direktoru vəzifəsində işləyib və işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 9-k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx xxx 2019-cu il tarixdən xitam verilib. İşə əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli xəbərdarlıq bildirişindən görünür ki, işəgötürən tərəfindən iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdən Əmək Məcəlləsinin 70- ci maddəs inin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilib. Həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, iddiaçıya aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxma müavinətinin ödənilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində 1 (bir) iş günü iş axtarılması məqsədi ilə ona şərait yaradılması, eyni zamanda altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzində ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, müvafiq razılığı əsasında orta aylıq əmək haqqının 1,4 mislini bir dəfəyə ödəməklə əmək müqaviləsinə xx xxx 2019 -cu il tarixdən xitam veriləcəyi təklif edilib. Eyni zamanda işə əlavə edilmiş hesabdan çıxarışdan, xx xxxx 2020-ci il tarixli hesablamaödəmə cədvəlindən, xx xxxx 2019-cu il tarixli “A” formalı 00462/19 saylı ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən son haqq-hesab 15.501,06 manat təşkil edir. Həmin məbləğin 2.310,04 manatı vəzifə maaşını, 7.161,12 manatı işdənçıxarma müavinətini, 11.028,87 manatı isə istifadə edilməmiş məzuniyyət pulunu təşkil edir. Cəmi hesablanmış məbləğ 20.500,03 manat, iddiaçıya ödənilən məbləğ isə 15501,06 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, hazırki iddia tələbinini qanuni əsasını Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi təşkil edir. Həmin maddəyə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd olunan maddənin dispozisiyasına görə, əmək haqqının gecikdirilməsi halında və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, faiz məbləğində ödəncin ödənilməsi istisna olunmur. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya ödənilən son haqq-hesabın tərkibinə daxil olan əmək haqqı olaraq 2.310,04 manat vəzifə maaşına görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmalı, 7.161,12 manat işdənçıxarma müavinəti, 11.028,87 manat i stifadə olunmamış məzuniyyət günlərinin kompensasiyası əmək haqqına daxil olmadığı üçün, həmin məbləğlər nəzərə alınmamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, işdənçıxarma müavinəti (Əmək Məcəlləsinin 77-ci maddəsinin 3cü hissəsi) və işdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi (Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsi) “əmək haqqı” anlayışına əsasən əmək haqqı hesab edilmir. Ona görə də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qismən- cavabdehdən iddiaçının xeyrinə 14.123,2 manat pulun tutulması hissəsində dəyişdirərək, həmin məbləği 2.102,13 manat məbləğində müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanla rı nəzərə alıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyindən, həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3584/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar