Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3435/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyət, payın naturada ayrılması, ekspert rəyinin mötəbərliliyi, paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “əmlakların açıq hərracdan satılması” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-2027/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 2(004)2192/2019 nömrəli qətnaməsi ilə Cavabdeh adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilinin, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 39 saylı və 40 saylı mənzillərinin, ünvan 1 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahənin, ”Mersedes Benz” markalı 90- RD-900 dövlət qeydiyyat nişanlı, ”Mersedes 220” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində 1/2 (ikidə bir) hissədə iddiaçı X1 v ə 1/2 (ikidə bir) hissədə Cavabdeh pay hüququ, X1 adına qeydiyyatdan keçən ”Volkswagen Tiguan” markalı, **HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 (ikidə bir) hissədəddiaçı X1 və 1/2 (ikidə bir) hissədə Cavabdeh pay hüququ müəyyən edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli, 2(103)-13682/2019 saylı qətnaməsi ilə dəyişdirlimədən saxlanılmışdır.
3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3556/20 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbi və iddia ərizəsinin dəqiqləşdirilm əsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ½ hissəsi iddiaçının, ½ hissəsi Cavabdeh mülkiyyətində olan ünvan 5, 37 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 39 saylı və Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 40 saylı mənzilin naturada bölünməsi, bölgünün iş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin verdiyi ekspert rəyində bölgü sxemlərinə uyğun müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə Cavabdeh payının 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan iddiaçının payı ilə əvəz etməklə, müvafiq olaraq 27 saylı qaraja Cavabdeh ½ hissəsinə olan mülkiyyət hüququna xitam verməklə 27 saylı qarajın iddiaçının mülkiyyəti, 28 saylı xüsusi sahəyə (qaraja) ½ hissədə olan iddiaçının mülkiyyət hüququna xitam verməklə 28 saylı qa rajın Cavabdeh mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ümumi paylı mülkiyyətdə olan əmlaklardan istifadə edə bilmir. Belə ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ olduğu, hətta mənzilə 3 uşağı ilə köçürülməyi barədə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğu halda cavabdeh onun mənzilə köçürülməyinə və paylı mülkiyyətindən istifadə etməyinə maneə törədir. Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzillər üzrə bildirmək istəyir ki, bu əmlaklarda olan ümumi paylı mülkiyyət hüququ da cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, mənzillər yeni inşa edilən binada yerləşir. Cavabdeh həmin mənzil ləri uzun müddətdir ki, icarəyə verir və gəlir götürür. Həmin mənzillər iddiaçının razılığı olmadan birləşdirilmişdir, icarəyə verilmişdir və orada fotostudiya fəaliyyət göstərir. Beləliklə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumi paylı mülkiyyətdən istifadə edə bilmir və mülkiyyət hüquqları onun tərəfindən kobud şəkildə pozulur. Onun niyyəti iddiaçını paylı mülkiyyətində olan əmlaklardan məhrum etməkdir. Əlavə olaraq bildirir ki, bölgü nəticəsində onlar az olan hissəni də qəbul etməyə hazırdır. Qarşılıqlı iddia baxılmamış saxlanılmalıdır. Paylı mülkiyyətə Mehriban xanımın istifadə hüququ vardır. Real bölgü mümkün olduğu halda hərraca çıxarılmalı deyildir. Ərarvadən birgə əldə etdiyi əmlakla bağlı məcburi hərrac keçirilə bilməz. Hərracda qazanan hərrac təşkilatıdır. Hərrac vasit əsilə satışa çıxarmaq onlar üçün qəbul edilməzdir. Burada qarşı tərəfin iddiaçıya əmlak vermək niyyəti yoxdur. Onlar mülkiyyət hüququndan istiifadə etmək istəyir.
6. Cavabdeh İddiaçı qarşı “əmlakların açıq hərracdan satılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bərabər paylar kimi müəyyən edilmiş ünvan 5, 37 saylı, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 39 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillərin, ünvan 3 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, birinci ekspert bölgünün mümkün olmamasını qeyd etmiş, ikinci rəydə də böl günün zərər vurulmadan mümkün olmayacağı göstərilmişdir. Hazırda 37 saylı mənzilin bərabər və zərər vurulmadan bölgüsü mümkün deyildir, həmçinin zərər vurulacağı halda nə qədər zərərin olacağı bilinmir. Ola bilər ki, elə bir zərər olsun ki, evin dəyərinin yarısından çoxunu tutsun. İddiaçı bölgü istəyinə görə niyə bahalı bir mənzil darmadağın olmalıdır? Onlar bilmir ki, bölgü zamanı nə qədər xərc çıxacaqdır?. Ev bölündüyü halda təmirli mənzil dağılmış vəziyyətə düşəcəkdir. Qapılar, arakəsmələr, kommunal xətlər və s. dəyişəcəkdir. Burada vahid qovşaq vardır. 37 saylı mənzil çox bahalı materiallardan düzəldilmiş və təmir edilmiş bir mənzildir.37 saylı mənzildə onlar öz payını 1,5 milyon manat qiymətləndirmişdir. Birinci ekspert bölgünün mümkün olmamasını qeyd etmişdir. İkinci rəydə də zərər v urulmadan mümkün olmayacağı qeyd edilmişdir. Hazırda 37 saylı mənzilin bərabər və zərər vurulmadan bölgüsü mümkün deyildir. Həmçinin zərər vurulacağı halda nə qədər zərərin olacağı bilinmir. Ola bilər ki, elə bir zərər olsun ki, evin dəyərinin yarısından çoxunu tutsun. Onlar qarşı tərəfin onların paylarını alması ilə bağlı təklif də göndərmişlər. Lakin qarşı tərəf bunu qəbul etməmişdir. Mülki Məcəllənin 220.6 və 221-cü maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya məhkəməsinin qərarında göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bil ər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. İlkin layihə ilə indiki layihə tamamilə fərqlidir. Bölgü zamanı kifayət qədər xərc cıxacaqdır və bu niyə tərəflər arasında bölünməlidir. Tərəfin bəlkə bu qədər imkanı yoxdur. Təmsil etdiyi tərəf dövlətdən maaş alan bir vətəndaşdır və bu qədər pula gücü çatmaya bilər. Ekspertl ər suallara tam cavab verməmişdir. Təmirsiz mənzildə bölgü problem deyil, lakin təmirlidə bu mümkün olmayacaqdır. Naturada bölünsə belə mübahisə bitməyəcəkdir. Bunun icrası mümkün olmayacaqdır. Qiymətlə bağlı isə yekun rəy yoxdur. Əlavə olaraq bildirir ki, qarşı tərəf ekspertizada göstərilən qiymətlə onların qarşı tərəfin paylarını alması və yaxud qarşı tərəfin onların payını alması təklifinə razı deyildir. Qarşı tərəfin istəyi ilə onların üzərinə mənzil bölünərsə bölgü xərcləri qoyula bilməz. Qanuni baxımdan isə əgər tərəflər arasında razılaşma ilə mümkün deyilsə bu məhkəmə tərəfindən pul kompensasiyası müqabilində müəyyən oluna bilər. Eyni binada qarşı tərəfə təmirli öz payına düşən hissədə başqa mənzil vermək təklifinə də qarşı tərəf razı olmamışdır. Rəylərlə bölünmə mümkün olmadığı üçü n qarşılıqlı iddia vermişdir. Naturada bölgü mümkün olmadığı üçün qarşı tərəfə payları almasını bildirmişlər, lakin qarşı tərəf bildirmişdir ki, onlar nə paylarını satır, nə də alırlar. Belə olan halda qanun deyir ki, ya pul kompensasiyası olmalıdır, ya da hərraca çıxmalıdır. Qarşılıqlı iddia təmin olunmalıdır. Tərəflərin hüquqlarının pozulmaması üçün əmlaklar hərraca çıxarılmalıdır. Ola bilər ki, qarşı tərəf hərraca çıxmamışdan əvvəl də əmlakları yüksək məbləğə alan alıcı tapsın belə olduğu təqdirdə onlar buna etiraz etməyəcəkdir. Hazırda isə bölünərsə bir tərəfə 3 balkon, 2 sanuzel, digər tərəfə 1 balkon və 1 sanuzel düşür. Mətbəx isə 3 balkonu olan tərəfə düşür. Bölgü zamanı çoxlu texniki məsələlər ortaya çıxa bilər. Heç bir icraçı bunu edə bilməyəcəkdir və icra mexanizmi yoxdur.
8. Ə vvəlki məhkəmə iclasında iştirak etmiş ekspert X4 izahat verərək bildirmişdir ki, 37 saylı mənzilin bölünməsi üçün evin bütün təmirinin pozulmasına ehtiyac yoxdur. 37 saylı mənzildə telefon, işıq, qaz, su xətti ümumiləşdirilmişdir. 37 saylı mənzildə su xətlərinin keçdiyi yer divar daxili olduğu üçün haradan keçməyini dəqiq deyə bilmir. 37 saylı mənzildə sanitar qovşağının yanındamətbəxin arxasında vahid olaraq su xətləri birləşmişdir. Binanın layihəsi işin içində vardırvə 37 saylı mənzilin əvvəlki vəziyyəti əksini tapmışdır. 37 saylı mənzildə elektrik xətləri divar daxilidir və görünmür, amma onların hamısının vahid birləşməsi mətbəxin arxasında yerləşir. 37 saylı mənzildə işıq, qaz, su sisteminin ayrılması üçün müəyyən söküntülər aparılmalıdır. Ola bilər arakəsmələr də sökülsün, ola bilər ki, divarlar da yarılsın. 37 saylı mənzil ilkin variantda ayrı-ayrı mənzil olduğu üçün onların kommunal xətləri ayrı nəzərdə tutulmuşdur, bir mənzil kimi birləşdiyi üçün sonradan isə xətlər birləşdirilmişdir. Təklif etdiyi sxemlə binanın ilkin layihəsindəki sxem 37 saylı mənzildə məyyən işlər görülməklə üstüstə düşür. 37 saylı mənzildə onların təklifi ilə yükdaşıyan divarlara toxunmaq olmaz və yerində qalırlar. 37 saylı mənzildə təmirdən sonra yükdaşıyan divarlarda dəyişikliyin olması ilə bağlı tətqiqat aparmamışdır. Təklif etdiyi bölgüdə 37 saylı mənzildə müəyyən işlər görüldükdən sonra mənzilin təyinatı üzrə istifadəsi mümkündür. Onlar 37 saylı mənzilin bölünərək, iki mənzil kimi istifadəsinin mümkün olması məsələsinə baxmış, əvvəlki layihədə nəzərdə tutulduğu kimi istifadəsi məsələsinə baxmamışlar. 37 saylı mənzildə qapılar biri köhnə nəzərdə tutulan yerdən biri isə faktiki mövcud olan yerdən açılacaqdır. 37 saylı mənzildə onların təklif etdiyi rekonstruksiyaların evin indiki görünüşünün neçə faizinin itirilməsinə səbəb olacağı barədə suala cavab olaraq bildirir ki, bu görülən işlərin həcmindən asılıdır. Söküntü zamanı çox işlər ortaya çıxa bilər, bu barədə deyə bilmir. 37 saylı mənzildə bütün otaqlardan işıq xətti keçir. Kommunal xətlərin dəqiq haradan keçdiyini bilmir, söküntü aparılandan sonra müəyyən oluna biləcəkdir. Hər bir qarajın ayrılıqda təyinatı üzrə istifadə olunmaqla bölünməsi mümkün deyil, belə olduqda təyinatını itirər. 37 saylı mənzildə kommunal xətlərin bölgüsünün hansı qaydada olmasını verə bilmir, o gizli şəkildədir. Bölgü zamanı kommunal xətlərin han sı qaydada paylanması yalnız xətlərin üzəri açıldıqdıqdan sonra bilinə bilər. 37 saylı və 39, 40 saylı mənzildə eyni bərabər şəkildə kommunal xətlər bölünə bilər. Qarajların hər biri tərəflərin birinə verilə bilər.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X2 izahat verərək bildirmişdir ki, qiymətləndirmə apararkən tələb və təklif əsasında orta qiymət götürülür. Hətta bir binada mərtəbələr arasında qiymət fərqi olur. Onlar həmin ərazidə olan daşınmaz əmlakın satışı ilə məşğul olan şəxslərdə olan məlumatlar, internet saytlarında olan məlumatlar və mərkəzdə olan məlumatları müqayisə edərək orta bir qiymət götürürlər. Qiymətlə bağlı gəldikləri nəticə budur. Suala cavab olaraq bildirir ki, 39- 40 saylı mənzillərin vahid qiyməti rəydə yazılan qədərdir. Onların yazdığı qiymət təqribidir, həmin məbləğdən aşağı və ya yuxarı ola bilər. Dəniz mənzərəsi və sair amillər qiymətləndirmədə nəzərə alınmışdır.
10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən ünvan 7, mənzil 37-də ilkin layihə üzrə sahəsi 110,91 m2 olan mənzil, ünvan 4 ünvanındakı ümumi sahəsi 212,6 m2 olan 39 nömrəli mənzil və ünvan 3 ünvanındakı yaşayış binasının – 2-ci mərtəbəsində yerləşən bir maşın üçün ayrılmış 27 saylı xüsusi sahə bir payçıya; Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 30, mənzil 37-də ilkin layihə üzrə sahəsi 154,89 m2 olan mənzil, İ.Qutqaşınlı küçəsi ev 507 ünvanındakı ümumi sahəsi 149,63 m2 olan 40 saylı mənzil və İ.Qutqaşınlı küçəsi 507-511 ünvanındakı yaşayış binasının – 2-ci mərtəbəsində yerləşən bir maşın üçün ayrılmış 28 saylı xüsusi sahə isə digər payçıya verilə bilər.
11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən “ünvan 5 ünvanında yerləşən 37 saylı mənzili ilkin layihə üzrə təşkil edən mənzillərin sahələrinin bir-birindən fərqli (43.98 m2) olduğunu nəzərə aldıqda, faktiki vəziyyət üzrə həmin mənzilin tərəflər arasında bərabər bölünməsi mümkün deyil. Bununla yanaşı ilkin layihə üzrə mövcud olmuş mənzillərin ortaq divarları boyunca böyük sahəli (154.89 m2) mənzilin daxilində sanitar qovşaq yerləşdiyinə görə hər hansı ara divar qoymaqla və ya konstruktiv dəyişiklik edilməklə sahələrin təyinatı üzrə istifadə imkanı itirilmədən bərabər sahələrin yaradılması mümkün deyil. ünvan 6 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin bərabər paylar üzrə bölünməsi ilkin layihə üzrə mövcud olan mənzillərin sərhədləri boyunca mümkün deyil. Lakin 39 saylı mənzilin rəyə əlavə edilmiş sxemdə göstərilən arakəsmə divarı vasitəsi ilə 32.3 m2 sahəsinin ayrılaraq 40 saylı mənzilə qatılması yolu ilə təmin edilə bilər. ünvan 3 ünvanında yerləşən mübahisələndirilən qaraj iki maşın üçün nəzərdə tutulmuşdur və faktiki vəziyyətdə hər birinin sahəsi 13 m2 olmaqla ayrıc xətti ilə 2 hissəyə ayrılmış vəziyyətdədir. Bir qayda olaraq mənzillərdə bölgü aparılarkən əlavə qapının yeri bölgü variantından asılı olaraq müəyyən edilir. Faktiki vəziyyətdə ünvan 7 ünvanında yerləşən 37 saylı mənzilin bərabər paylar üzrə bölünməsi mümkün olmadığına görə bu sualn cavablandırılması mümkün olmadı. Maşınların saxlanılması üçün ayrılmış 27 və 28 №-li sahələrin ölçüləri bərabər olmaqla, eni 3.17 metr, uzunluğu isə 4.3 metr (sahəsi 13 m2) təşkil edir. ünvan 7 ünvanında yeləşən 37 №-li mənzilin ümumi sahəsi 265.98 m2 olmaqla eyni mərtəbədə yerləşən, ümumi sahəsi 110.91 m2 və 154.89 m2 olan iki mənzilin birləşdirilməsi ilə yaradılmışdır. ünvan 6 ünvanında yerləşən 39 saylı mənzilin faktiki sahəsinin 141.13 m2, 40 saylı mənzilin faktiki sahəsinin isə 205.8 m2 olduğu müəyyən edildi. 27 və 28 №-li maşınların saxlanılması üçün ayrılmış xüsusi sahələrin hər birinin sahəsi 13 m2-dir. Autocad programı vasitəsilə hazırlanmış müvafiq sxemlər ekspert rəyinə əlavə olunmuşdur”.
12. İddiaçı nümayəndəsinin (vəkilinin) məhkəməyə təqdim etdiyi 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində, 30 saylı binanın 37 saylı mənzilinin ilkin layihəsinə əsasən əvvəl iki ayrı-ayrı mənzillər olmasını, a yrı-ayrılıqda giriş-çıxış yolunun olduğunu, 2 sanitar qovşağı və yardımçı tikililərdən ibarət olduğunu nəzərə alaraq (ilkin layihə üzrə) arakəsmələri, girişçıxış yollarını və yardımçı tikililəri bərpa edilməklə, paylardan cüzi ölçüdə (0,11 kv.m) kənara çıxmaqla (158,64 və 158,75 kv.metr olmaqla) naturada təcrid şəklində iki hissəyəmənzillərə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydalarının 08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. 13. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən “Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşmlı küşəsində, 37 saylı mənzilin yerləşdiyi 30 saylı 16 mərtəbəli binanın ilkin layihəsinə əsasən tədqiq edilən əmlak iki ayrı-ayrı mənzillərdən ibarət olmuşdur. Rekonstr uksiyadan əvvəl ayrı-ayrılıqda giriş-çıxış yollarının mövcudluğunu, 2 ayrı sanitar qovşağı və yardımçı tikililərdən ibarət olduğunu nəzərə alaraq (ilkin layihə üzrə) arakəsmələri, giriş-çıxış yollarını və yardımçı tikililəri bərpa etməklə, paylardan cüzi ölçüdə kənara çıxmaq şərtilə naturada təcrid şəklində iki hissəyə-mənzillərə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Belə ki, ümumi sahəsi çox olan mənzildən ümumi sahəsi az olan mənzilə sxem 2-də göstərildiyi kimi sahə ayrılaraq hər biri 138,37 kv.m və 137,31 kv.m olmaqla cüzi ölçü fərqilə bölgü aparılır. Bu zaman kommunikasiya xətləri - elektrik fiti, qaz və isti döşəmə yerlərinin daşınma sı zərurəti yaranır, bununla belə xüsusi sahələrin təyinatı üzrə istifadə imkanı itirilmir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 37 saylı mənzilə bölgüyə uyğun olaraq (ilkin vəziyyətdə olduğu kimi ikinci qapının açılması mümkündür. Bu qapının açılması hər 2 mənzilin təyinatı üzrə istifadə imkanını itirmir və tikinti norma və qaydalarını pozmur. ünvan 8 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin faktiki vəziyyəti ilə ilkin vəziyyəti arasında fərq mövcuddur. Belə ki, hər 2 mənzilin daxilində rekonstruksiya işi aparılaraq daxili arakəsmələrdə dəyişikliklər aparılmışdır. İlkin layihəyə əsasən hər mənzilin ayrıca giriş qapısı olmuşdur. Rekonstruksiya zamanı 40 saylı mənzilin qapısı hörülərək, giriş-çıxış 39 saylı mənzil vasitəsilə təmin olunmuşdur. Tədqiqat zamanı müəyyən edilmi şdir ki, ünvan 9 ünvanda (Altes Plaza) 11-ci mərtəbədə yerləşən 40 saylı mənzilin qapısının yenidən bərpa edilərək ayrıca giriş-çıxışın təmin edilməsi mümkündür. Eyni zamanda sahə, planlı bölgü baxımından 39 və 40 saylı mənzillərin bərabər 2 hissəyə bölünməsi təyinatı üzrə istifadə imkanını itirmədən və tikinti norma və qaydalarını pozmadan mümkün hesab edilir (sxem 4). Belə ki, ümumi sahəsi çox olan mənzildən ümumi sahə az olan mənzilə sxem 4-də göstərildiyi kimi sahə ayrılmaqla hər biri 161,4 kv.m və 162,08 kv.m olmaqla cüzi fərqlə bölgü aparılır. Bölgü zamanı tikinti norma və qaydalarına əməl edilmiş və hər 2 mənzilin kommunikasiya ilə təmin edilməsi nəzərə alınmışdır. ünvan 3 ünvanında -2-ci mərtəbəsində yerləşən iki maşın üçün ayrılmış qaraja baxış keçirilən zaman məlum olmuşdur ki, sarı xətlərlə əhatələnmiş 27 və 28 saylı qarajlar bərabər ölçüdədir və hər birinin ayrılıqda ölçüləri 14,85 kv.m təşkil edir (sxem 5)”.
14. Komission texniki-tikinti ekspertiza tədqiqatı əsasında rəy verən ekspertlər (İlham Xudiyev, Xəyyam İskəndərov və Kamran Dünyamalıyev) xx.xx.2022-ci il tarixli rəylərində göstərmişlər ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzillərinin naturada paylara uyğun şəkildə, yəni bərabər paylarda evlərin qarajlardan təyinatı üzrə istifadə imkanı itirilmədən, əmlaka ziyan vurulmadan, mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla tikinti norma və qaydalarına əməl edilməklə tərəflər arasında bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 11,2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Qeyd olunur ki, təklif olunan bölgü variantında mənzillər arasında yaranan sahə fərqi 0,68 kv.metr təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilinin naturada paylara uyğun şəkildə, mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla, əmlaka ziyan vurulmadan bölünməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, həmin mənzil əvvəllər iki mənzildən ibarət olmuş, sonradan birləşdirilərək bir mənzil kimi rekonstruksiya edilmiş, eləcə də kommunikasiya və elektrik xətləri vahid bir mənzil kimi nəzərdə tütularaq quraşdırılmışdır. Lakin 37 saylı mənzildə müəyyən söküntü və təmir-tikinti işləri aparılaraq, f aktiki bir mənzil üçün istifadə edilən kommunikasiya, eləcə də elektrik xətləri ayrılaraq iki mənzil üçün quraşdırılmaqla, həmin mənzilin naturada paylara uyğun şəkildə, mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla tikinti norma və qaydalarına əməl edilməklə tərəflər arasında bölünməsi İnşaat Norma və Qaydaları” 2.08.01,89-un 1. 1,2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Qeyd olunur ki, təklif olunan bölgü variantında mənzillər arasında yaranan sahə fərqi 1,06 kv.metr təşkil edir. Həmçinin ünvan 3 ünvanında yerləşən, mübahisələndirilən qarajların iki avtomobil üçün nəzərdə tutulduğunu və ölçüləri eyni olduğunu nəzərə alaraq, həmin qarajların tərəflərin hər birinə bir avtomobil yeri ayrılmaqla 2 hissəyə bölünməsi texniki cəhədən mümkündür. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 30 saylı binanın 37 saylı mənzilinə ikinci qapının açılması, həmin qapının layihə üzrə nəzərdə tutulduğunu və ilkin vəziyyətdə mövcud olduğunu nəzərə alaraq texniki cəhətdən mümkündür. ünvan 3 ünvanında yerləşən iki mənzil üzrə sahəsi kiçik olan mənzilə sahəsi böyük olan digər mənzildən sahə ayrılaraq verilməsi, arada divar qoyulmaqla paylara yaxın (0,68 kv.m və 1,06 kv.m fərq nisbəti ilə) şəkildə düzəldilməsi mümkündür və bu zaman kommunal qovşaqların dəyişdirilməsi tələb olunur. Lakin həmin işlərin dəyəri, bölgü zamanı yerinə yetirilməli söküntü, tikinti-təmir işlərinin həcmi dəqiqləşdirildikdən sonra müəyyən ol una bilər. ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı avtomaşın üçün ayrılmış xüsusi sahələrin-qarajların sahələri bərabər olmaqla, hər birinin sahəsi 17,425 m2 təşkil edir. Mübahisələndirilən qarajların iki avtomobil üçün nəzərdə tutulduğunu və ölçüləri eyni olduğunu nəzərə alaraq həmin qarajların tərəflərin hər birinə bir avtomobil yeri ayrılmaqla 2 hissəyə bölünməsi mümkündür. Lakin həmin qarajların təyinatı üzrə istifadəsi nəzərdə tutulmaqla hər birinin bərabər payda bölünməsi texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin, 37 saylı mənzilinin ümumi sahəsi faktiki vəziyyətdə 317,39 kv.m., Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 39 saylı mənzilinin ümumi sahəsi 203,27 kv.m., Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşı nlı küçəsi, 507 saylı evin 40 saylı mənzilinin ümumi sahəsi 138,68 kv.m. və ünvan 10 ünvanında yerləşən 27 və 28 saylı qarajların hər birinin ayrı-ayrılıqda sahəsi 17,425 kv.m. təşkil edir. Tədqiq olunan mənzillərin bölgü variantı, eləcə də bölgü zamanı hansı yenidənqurma işlərinin görülməsi rəyə əlavə olunmuş sxemdə və rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Bakı şəhəri, Yasamal rayonu, İ Qutqaşınlı küçəsində yerləşən 30 saylı binanın 37 saylı mənzilnin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 754 400 manat, 5% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 716 700 manat, Bakı şəhəri, Yasamal rayonu, İ Qutqaşınlı küçəsi, 507 saylı evin 39 və 40 saylı mənzillərin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 697 500 manat ( 341,95 x 2040 manat), həmin mənzilin likvid dəyəri təqribən 662 600 manat, Bakı şəhəri, Yasamal rayonu, İ Qutqaşınlı küçəsi, 507 saylı evin zirzəmisində yerləşən qarajların hər birinin hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 28 000 manat məbləğində, həmin qarajların hər birinin likvid dəyəri təqribən 26 600 manat məbləğində müəyyən edilir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(004)70/2022 nömrəli qətnaməsi ilə (G.Axundova) ilkin iddia tələbinin qismən təmin edilmiş, ünvan 7, 37 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 39 saylı və ünvan 4, 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi, Cavabdeh ünvan 3 ünva nında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd olunması, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 150 (yüz əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 350 (üç yüz əlli) manat məbləğində pulun İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur.
16. Birinci instansiya məhkəməsi mövqeyini belə əsasıandırmışdır ki, mübah isə predmeti olan əmlaklar üzərində məhkəmə qətnaməsinə əsasən tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Əmlakların naturada bölünməsinin mümkün olubolmaması və hansı qaydada bölünməsinin müəyyən edilməsi ilə bağlı iş üzrə xx.xx.2021ci il tarixli 10/1333 nömrəli, xx.xx.2021-ci il tarixli 10/5346 nömrəli, xx.xx.2022-ci il tarixli ƏEM/M 55-228/22 saylı ekspert və mütəxəssis rəyləri alınmış, qeyd olunan 3 rəy arasında ziddiyyətlər olduğundan yenidən ekspertiza keçirilməsinə ehtiyac yaranmış və xx.xx.2022-ci il tarixli rəy alınmışdır.
17. Mübahisə predmeti olan mənzillər iki ayrı mənzillərin birləşməsindən ibarətdir. Sonuncu ekspert rəyinə əsasən çox cuzi sahə fərqi ilə naturada bölgü mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi mənzillərin bölünməsi nəticəsində sahəsi kiçik olan hissənin onun payında qalmasına razı olduğunu məhkəmə iclasında bildirmişdir. Cavabdehin nümayəndəsi isə heç bir bölgü ilə razı olmadığını bildirmiş, ancaq hərracın keçirilməsini tələb etmişdir.
18. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 nömrəli ekspert rəyi nəzərə alınmalı, ünvan 11, 37 saylı, Bakı şəhəri, İ Qutqaşınlı küçəsi, ev 507, 39 saylı və Bakı şəhəri, İ Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməlidir.
19. Ekspert rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 8 ünvanında yerləşən 27 və 28 saylı qarajların tərəflərin p aylarına uyğun olaraq naturada bölünməsi mümkün deyil. Lakin məhkəmə ekspert rəyini və ekspertlərin məhkəmə iclasında verdiyi ifadəsini nəzərə alaraq hesab edir ki, həmin qarajların tərəflərin hər birinin bir qaraja tam payı müəyyən edilməklə iki ayrı qaraj halında bölünməsi mümkündür.
20. Qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qanunvericinin tələbinə uyğun olaraq ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququndan istifadə etməli, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməs i məsələsini mübahisələndirə bilər. Hazırda mübahisə predmeti olan əmlaklar barəsində ilkin iddia tələbi üzrə aradırma aparılaraq əmlakların naturada bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. İlkin iddia təmin edildiyindən qarşılıqlı iddia təmin edilə bilməz.
21. Birinci instansiya məhkəməsi mövqeyinin əsaslandırarkən Mülki Məcəllənin 220.3-cü, 220.4-cü, 220.6-cı, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2027/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçı), hakimlər X.A.Mərdanova və S.X.Bəhrəmzadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi “Cavabdeh ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüq uqunun müəyyən edilməsi” hissəsində ləğv edilmiş, İddiaçı ilkin iddia tələbi həmin hissədə təmin edilməmiş, Qətnamə “ünvan 7, 37 saylı, ünvan 4, 39 saylı və ünvan 4, 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi” hissəsində dəyişdirilmiş, ünvan 11 ünvanında yerləşən 37 saylı mənzilin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 158,64 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilməsi, ünvan 4 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 1 0/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 161,4 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilməsi, qətnamə Cavabdeh “ünvan 8 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunması, həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrin (qarajların) paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin birbirilərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin sahələr (qarajlar) açıq hərracda satılsın və onların satışından əldə edilən vəsait tərəflərin payların a mütənasüb surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əldə etdiyi ekspert rəylərinə istinadən mübahisəsi gedən mənzillərin tərəflər arasında naturada bolgüsünün aparılmasının texniki cəhətdən mümkün olması barədə gəlmiş olduğu nəticə ilə razılaşmamaq üçün əsaslar mövcud deyildir.
25. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyin in sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. 26. ünvan 8 ünvanında, binanın 11-ci mərtəbəsində yerləşən 39 və 40 saylı mənzillər sonradan birləşdirilərək bir mənzil halına gətirilmiş, mənzillərin daxilində rekonstruksiya işi həyata keçirilərək daxili arakəsmələrdə dəyişikliklər aparılmış, 40 saylı mənzilin qapısı hörülərək giriş-çıxış 39 saylı mənzil vasitəsilə təmin olunmuşdur. Naturada bölgünün ekspertin təklif etdiyi qaydada aparılmasının mümkünlüyü yerində müayinə zamanı da vizual olaraq müşahidə edilmişdir və əslində tərəflər (nümayəndələri) də bunun mümkünlüyünü mübahisələndirmirlər.
27. Kollegiya, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilinin naturada bölgüsünün mümkün olmaması ilə bağlı Cavabdeh arqumentini də əs aslı hesab etməmişdir; belə ki, həmin mənzilin təmirli olması və ekspertin müəyyənləşdirdiyi qaydada bölgü aparılarkən təmirə ziyan dəymə ehtimalının mövcudluğu, ayrılmaq istəyən mülkiyyətçinin müvafiq tələbinin rəddi üçün əsas ola bilməz. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənzilin təmirinə dəyəcək zərər “ümumi mülkiyyətdə olan əşyanın özünə tənasübsüz zərər dəymə” demək deyildir və bu zərər mülkiyyətçilərin hər ikisinin çəkəcəyi zərərdir.
28. Bununla yanaşı kollegiyanın qənaətinə görə məhkəmə, həyata keçiriləcək bölgü zamanı hansı hissə(lər)nin hansı mülkiyyətçiyə (payçıya) verilməsini konkretləşdirməməklə qətnamənin icrası zamanı çətinliklərin yaranma ehtimalına yol açmışdır.
29. Buna görə də kollegiya hesab etmişdir ki, qətnamə “ünvan 7, 37 saylı, ünvan 4, 39 saylı və ünvan 4, 40 s aylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi” hissəsində dəyişdirilməli, ünvan 11 ünvanında yerləşən 37 saylı mənzilin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 158,64 m2 olaraq müəyyənləşdirilən hissəsi, ünvan 4 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 161,4 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilməlidir.
30. Kollegiya birinci insta nsiya məhkəməsinin ilkin və qarşılıqlı iddia tələblərinin ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrlə (qarajlar) bağlı hissəsi üzrə gəldiyi nəticə ilə razılaşmamışdır.
31. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin qarajların hər birinin üzərində tərəflərin ½ hissədə payları vardır və hər biri bir avtomobil üçün nəzərdə tutulmuş bu sahələrin təyinatına uyğun şəkildə tərəflərin paylarına mütənasib naturada bölgüsünün həyata keçirilməsi mümkün deyildir. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracda n satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.
33. İşin hallarından mübahisəsiz şəkildə görünür ki, tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma yoxdur, həmçinin onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər; qarajların tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı da işin mübahisəsiz halıdır, Cavabdeh isə qarajlarla bağlı Meh riban Eyyubanın təklif etdiyi və məhkəmənin də məqbul gördüyü bölgü qaydası ilə razılaşmayaraq onların hərracdan satılmasını tələb etməkdədir. Tərəflər həmin qarajlarla bağlı biri-birlərinə kompensasiya ödəmək niyyətində də deyildirlər.
34. Buna görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi sözügedən qaraj sahələri ilə bağlı hissədə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir.
35. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin müvafiq hissədə gəldiyi nəticə tərəflər arasında mübahisəyə son qoyacaq nəticə kimi görünsə də, payın naturada ayrılması institutunun mahiyyətinə uyğun nəticə deyildir.
36. Apellyasiya instansiyası məhkəməsinin qə naəti ondan ibarət olmuşdur ki, qətnamə “Cavabdeh ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi” və Cavabdeh “ünvan 8 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbinin təmin olunmaması hissələrində ləğv olunmalı, İddiaçı ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrin (qarajların) paylara uyğun naturada ayrılmasının qeyri-mümkün ol duğu, həmçinin tərəflərin bir-birilərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin sahələr (qarajlar) açıq hərracda satılmalı, onların satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasüb surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməlidir.
37. Kollegiya onu da qeyd etmişdir ki, hərraca çıxarılmalı olan qarajların satış qiymətinin müəyyənləşdirilməsi zəruri deyildir. Belə ki, birincisi apellyatorun iddia ərizəsində qarajların qiymətinin müəyyənləşdirilməsi tələbi mövcud olmamışdır; ikincisi isə, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edərkən məhkəmənin həm də əmlakın hərracdan satış qiymətini müəyyənləşdirməli olması qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Əksinə, Mülki Məcəllənin 414.4 -cü maddəsində hərracın auksion və ya müsabiqə formasında keçirildiyi, ən yüksək qiymət təklif etmiş şəxsin auksionda hərracı udmuş sayılacağı, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxsin isə müsabiqə üzrə hərracı udmuş sayılacağı müəyyənləşdirilmiş, beləliklə də əmlakın hətta real dəyərindən də yüksək qiymətə satılması üçün imkan yaradılmışdır. Hərracdan satılmalı olan əmlakın qiymətinin məhkəmə tərəfindən müəyyənləşdirilməsi mexanizmini nəzərdə tutan “İpoteka haqqında” Qanun isə hazırkı mübahisəyə tətbiq edilə bilməz; çünkü həmin qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da t ərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Hazırkı mübahisə isə eyni hüquqlu şəxslər arasında yaranmaqla onlar, açıq hərraca çıxarılacaq əmlaklarının ilkin satış qiymətini qarşılıqlı razılıq əsasında, razılıq əldə etmədikdə isə, qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət etməklə müəyyən edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə isə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hal lar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
38. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 213, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 97.1, 97.5, 103.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Cavabdeh Bakışəhəri İ.Qutqaşınlıküçəsi 507-511 ünvanında yerləşən 27 saylı xüsusisahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı qzının pay hüququnun təmin edilməsi, İddiaçı ünvan 13 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) 1/2 hissəsinə olan mülkiyyət hüququna xitam verilmsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi” hissəsində ləğv olunsun” hisssində ləğv edilməsi və İddiaçı ilkin iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh ünvan 14 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun təmin edilməsi, İddiaçı ünvan 15 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın ) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qismən razıdır. Qətnamənin MəhərrəmovAnar Abel oğlunun qarşlılqlı iddia tələbinin qarajlarla bağlı hissədə ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsiilərazı deyiləm.
41. Məhkəmə mübahisəni həll edən orqandır və dövlətin adından qəbul edilən məhkəmə aktları ilə mübahisə həlledilməldir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarajlarla bağlı hissədə qa rşlıqlı iddia tələbini təmin etməklə payçların paylarına səmərəli şəkildə sahib çıxmasına qarşı olmuşdur.Belə ki, mübahisə predmetinə aid olan əmlaklar, o cümlədən qarajlar nikah müddətində əldəedilmiş və tərəflərin payları müəyyən edilən əmlaklardır. Ekspert rəyinə əsasən qarajların ½ hissəyə bölünməsi naturada mümkün olmadığından apellyasiya məhkəməsi hesab etmişdir ki, qarajlar hərraca cıxarılmalı və əldə edilmiş pul vəsaiti tərəflərin paylarına uyğun mütənasib surətdə bölünməlidir.
42. Məhkəmə qətnaməsi bu hissədə ədalətli deyildir və qanuna da xidmət etmir. Bu hissədə birinci instansiya məhəkəməsinin mövqeyi obyektiv, qanuni və ədalətli olmuşdur.
43. İş materialları və ekspert rəyindən görünür ki, mübahisəli qarajlar eyni ünvanda yerləşir və eyni sahəli qarajlardır. Qarajların ½ his səyə bölünməsi onların təyinatı üzrə istifadəsini mümkünsüzedir. Həmin qarajların tərəflərin hər birinin bir qaraja tam payı müəyyən edilməklə iki ayrı qaraj halında bölünməsi mümkün olduğundan həmin qarajların tərəflərin hər birinin bir qaraja tam payı müəyyən edilməklə iki ayrı qaraj halında bölünməsi mümkündür. Apellyasiya məhkəməsinin qarajlarla bağlı gəldiyi nəticə üzrə paylı mülkiyyətçilər həm əmlakları üzərində mülkiyyət hüquqlarının həyata keçirilmısindən uzaqlaşırlar, həmdə birgə nikahmüddətindəər-arvadın qazandığı əmlakıların hərrac vasitəsilə satışında pul itirirlər. Əmlakların (qarajların) hərrac vasitəsi ilə satılmasından yararlanan qiymətləndirici və hərrac təşkilatı olacaqdır. Əgər birinci instansiya məhkəməsinin qarajlarla bağlı hissədə gəldiyi nəticəyə uyğun olaraq qarajla rının bölgüsünü aparmaq mümkündürsə, nə üçün nikahmüddətində əldə edilmiş əmlaklarla bağlı qiymətləndirmə şirkəti qiymətləndirməaparmalı və hərrac vasitəsi ilə əmlaklar satılmalıdır? Bu üsul paylı mülkiyətçilərin maraqlarına xidmət etmir. Bu halda qazanan paylı əmlak mülkiyyətçiləri deyil, qiymətlənidirici və hərrac təşkilatı olacaqdır.
44. Cavabdehin niyyəti İddiaçı paylı mülkiyyətdən məhrum etməkdir. İddiaçı öhdəsində 3 oğul övladı var, Cavabdeh uşaqlarını yaşayış sahəsi ilə belə təmin etməmişdir, onların saxlanılmasında ödədiyi cüzi aliment məbləğindən başqa iştirakı yoxdur. Hərçənd ki, böyük maddi imkan sahibidir. Cavabdeh niyyəti birgə nikah müddətində əldə edilmiş əmlakları hərrac vasitəsi ilə satış zamanı ələ keçirməkdir. Apellyasiya məhkəməsinin qarajlarla bağlı gəldiyi nəticəsi Ca vabdeh niyyətinin həyata keçirilməsini təmin etmişdir.
45. İddiaçı məhkəmədən kənar mübahisənin sülh yolu ilə aralarında həllinə çalışsa da cavabdeh ədalətli bölgünün aparılması ilə razılaşmamışdır. Halbuki mənzillərlə bağlı real bölgüdə də İddiaçı cüzi də olsa nisbətən az hissəninn ona ayrılmasına razı olmuşdur ki, uzun sürən məhkəmə proseslərinəson qoyulsun.
46. Apellyasiya məhkəməsinin qarajlarla bağlı gəldiyi nəticə mübahisəni həll etmir,əksinə uzanmasına aparır.
47. Beləliliklə, Cavabdeh hərəkətləri nəticəsində ümumi paylı mülkiyyətdən istifadə edə bilməsində payçılar arasında mövcud olan problem aradan qaldırılmır. Ekspert rəyinə əsasən İ.Qutqaşınlı küşəsi507- 511 ünvanında 2-ci mərtəbəsində yerləşən iki maşın üçün ayrılmış 27 və 28 saylı qarajlar bərabər ölcüdədir və hər birinin ayr ılıqda ölçüləri 14,85 kv.m. təşkil edir.Qarajların giriş məhdudiyyəti səbədindən təyinatı üzrə istifadə etmək imkanlarının olmaması nəzərə alınaraq hər birinin ayrılıqda bölünməsi mümkün hesab edilmir.
48. Nəzərə alaraq ki, hər iki qarajda mənimlə cavabdehin ½ hissədə pay hüququmuz vardır, lakin payımızdan istifadə xüsusisahədən təyinatı üzrə istifadəni mümkün etmədiyi üçün, eyni məkanda yerləşən,eyni ölçülü qarajlarda müəyyən edilmiş ½ hissələrimizi hər iki tərəfin bir birinə əvəzetməsi yolu ilə tərəflərinmüvafiq olaraq 27 və 28 saylı xüsusi sahələrdə(qarajlarda) 1/2 hissəyə olan mülkiyyət hüququna xitam verməklə, 27 saylı xüsusi sahənin (qarajın) İddiaçı, 28saylı xüsusi sahənin (qarajın) isə Cavabdeh ayrılması heç bir tərəfin əmlak vəziyyətini pisləşdirmir, mülkiyyət hüquqlarını pozmur v ə mülkiyyət hüququnun həyata keçirilməsinə xidmət edir.
49. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarajlarla bağlı hissədə gəldiyi nəticə paylı mülkiyyətçilərin maraqlarına xidmət etmir, əksinə mülkiyyət hüququnun həyata keçirilməsi üçün uzun yola aparan, xərc tələb edən və nəticədə payçı İddiaçı maraqlarının və hüquqlarının pozulmasına aparır.
50. Qarajlarla bağlı birinci instansiya məhkəməinin gəldiyi nəticə isə tərəflərin maraqlarına və mülkiyyət hüquqlarının bərpasına xidmət edir, vətəndaşların mülkiyyət hüquqlarının bərpasını tezləşdirməklə yanaşı, mübahisəni kökündən həll edir.
51. Məhkəmə qətnaməsi mübahisə üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün apellyasiya instansiya məhkəməsinin qarajlarla bağlı nəticəsi mübahisəli hüquq münasibətlərində pozulmuş və mübahis ə edilən hüquqların və qanunla qorunun mənafelərin real bərpasını təmin etməmişdir.
52. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin qismən, mənzillərlə bağlı hissədə ləğv edərək mənzillərin hərraca çıxarılaraq satılması və satışdan əldə edilən pulun paylara uyğun olaraq bölüşdürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
53. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşıqlıqlı iddia tələbimizi, yəni birgə nigah dövründə əldə edilmiş və birgə paylı mülkiyyətdə olan mübahisəli evləri və qarajları hərraca çıxarılması barədə iddiamızı təmin etməməklə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci iltarixli, 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilə n bölgü sxeminə uyğun bölünməsitərəf olaraq qeyri-müəyyən məbləğdə pul öhdəliyi yaratmışdır. Halbuki, qanunverciliyin tələbinə əsasən əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə,ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Faktiki olarq məhkəmə zalında dindirilmiş ekspertin verdiyi izahata əsasən də əmlaka ziyan dəyməsi qaçılmazdır və bunun məbləğini müəyyən etmək mümkünsüzdür və bütün ev üzrə ümumi işıq su sistemləri döşəmə altında divarlar boyunca keçdiyindən yerləri dəyişdirilməli və ayrılmalıdır. Bu qətnamənin icrası nəticə etibarilə külli miqdarda pul ödənişi (əmlakın dəyərinin 1 milyona yaxın olması səbəbindən) kimi öhdə lik yaratması insan hüquqlarının pozulması deməkdir. Belə ki, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)- 5076/2021 saylı qətnaməsində də eynimübahisə üzrəfərqli qətnamə qəbuledilmişdir. Məhkəmə heç bir ekspert rəyinin əvvəlcədən müəyyən edilmiş qüvvəsi olmaması, eləcə də ziddiyyətli olan ekspert rəyinə baxmayaraq ziddiyyətləri aradan qaldırmadan qanunverciliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/3342- 9/3758 nömrəli ekspert rəyində faktiki olaraq mübahisəli əmlaklardan ünvan 5, 37 saylı mənzilin bərabər paylarda və ziyan vurulmadan bölünməsinin mümkün olmaması göstərilsə də məhkəmə həmin rəyə tənqidi yanaşmayaraq həmin rəyə olduğu kimi də qəbul etmişdir. Halbuki, ekspert rəyinin 1-ci suala cav abında bölgü zamanı Bakı şəhəri,Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı mənzilin naturada paylara uyğun şəkildə mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla, əmlaka ziyan vurulmadan bölünməsinin texniki cəhətdən mümkün olmaması qeyd edilmişdir. Digər mənzil olan Qutqaşınlı 507- 511 ünvanda yerləşən mənzillərdə isə arada divar qoyulmaqla 0,68 kv və 1,06 kv fərq nisbəti ilə, yəni bərabər olmayan paylada bölünməsinin mümkün olması qeyd edilmişdir. Bölgü zaman da həmin fərqlə bölgü aparılmış, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı mənzilin bir hissəsiə 3 sanqovşaq, digər hissəsində 1 sanqovşaq bölgü üzrə düşməsi sxemdn aydın görünür, mənzili birinin dənizə panaramalı, digərinin panaramasız olması ilə nəticələnən bölgüsü həyata keçirilmişdir. Məhk əmə bu fərqləri nəzərə almayaraq naturada bölgü müəyyən etmiş, hansı tərəfə hansı hissəsinin az kv olan və ya çox kvadrat olan hissənin düşməsi məsələsinə aydınlıq gətirməyərək sadəcə naturada bölgünün xx.xx.2022-ci il tarixli rəylə aparılmaını müəyyən etmişdir ki, bu da hüquqların pozulması, ayrı-seçkilik yanaşmasının yaraılmasıdır. İş materiallarında Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30 saylı binanın tikinti layihə sənədləri yoxdur və bu vəziyyətdə layihə sənədləri olmadan ekspertiza aparılması, arakəsmələr, söküntülər aparılması faktiki olaraq İnşaat Norma və Qaydalarının və metodiki tövsiyyələrin tələblərin ziddir. Məhkəmə bununla bağlı, MTK-nı, Bakı İcra Hakimiyyətinin nümayəndələrini, FHN-dən rəy almadan müvafiq qurumları 3-cü şəxs kimi dəvət etmədən binanın texniki pasportunu əldə etmədən texniki pasportsuz bölgünü həyata keçiriən ekspertin rəyini əsas götürərək digər şəxslərin də təhlükəsizliyini təhlükə altına alan bir qətnamə qəbul etmişdir. Məhkəmə FHN-dən texniki pasport olmadan edilmiş texniki cəhətdən bölgüsü mümkünsə təhlükəsizlik yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olubolmaması, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradıbyaratmamasınımüəyyən etməmişdir. Məhkəməyə ekspert rəylərinin ziddiyyətli olması və son ekspert rəyinin də natamama vəziddiyyətli olmasına görə komisyonməhkəmətikintitexniki ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilsə də məhkəməəsassız olaraq həmin vəsatətitəmin etməmişdir. Məhkəmə texniki pasportları tələb etmədən həmin pasportlar olmadan sökümtü tikinti, arakəsmələrin tikiləsi vəsökülməsi, su və işıq xətlərinin tamamən yenidən qurulması ilə nəticələnən ekspert tərəfindən bölgünü qəbul edərkən qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanunimənafelərini pozubpozmaması, bölgün nəticəsində mənzillərdən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olubolmamasını aydınladırmamış, müvafiq qurumları üçüncü şəxs qismində, mütəxəssis qis mində prosesə cəlb etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
55. Maddələr 220.1-220.3. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyəta mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 5
7. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
60. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməli dir.
61. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı ( qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrlə (qarajlarla) əlaqədar hissədə və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən mənzillərin naturada ayrılmasına dair hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ünvan 3 ünvan ında yerləşən 27 və 28 saylı xüsusi sahələrlə (qarajlarla) əlaqədar nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
69. Belə ki, birinci instansiya məhkəməsi lakin məhkəmə ekspert rəyini və ekspertlərin məhkəmə iclasında verdiyi ifadəsini nəzərə alaraq hesab etmişdir ki, həmin qarajların tərəflərin hər birinin bir qaraja tam payı müəyyən edilməklə iki ayrı qaraj halında bölünməsi mümkündür.Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, həmin qarajların hər birinin üzərində tərəflərin ½ hissədə payları vardır və hər biri bir avtomobil üçün nəzərdə tutulmuş bu sahələrin təyinatına uyğun şəkildə tərəflərin paylarına mütənasib naturada bölgüsünün həyata keçirilməsi mümkün deyildir. Kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin möv qeyi ilə razılaşmır.Çünki məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, xüsusi sahələrin (qarajların) hər ikisi eyni mərtəbədə yanaşı yeləşir, sahələri, təyinatları eynidir.Tərəflərin hər birinin hər bir qaraj üzərindəki mülkiyyət payı eynidir.Məhkəmələr tərəfindən tərəflərin hər birinin mülkiyyətinə bir qaraj sahəsinin verilməsinin mümkünsüzlüyü də müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmələr tərəfindən müəyyən edilən hallar qarajların naturada bölgüsünü mümkün edir.Apellyasiya instansiyası məhkəməsi isə müəyyən edilənlər əsasında qarajların naturada bölünərək hər bir tərəfin mülkiyyətinə bir qaraj sahəsi verilməsi ilə əlaqədar nəticəyə gəlməli olduğu halda, belə nəticəyə gəlməmişdir.
70. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə Cavabdeh payının 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan onun payı ilə əvəz etməklə, müvafiq olaraq 27 saylı qaraja Cavabdeh ½ hissəsinə olan mülkiyyət hüququna xitam verməklə 27 saylı qarajın onun mülkiyyəti, 28 saylı xüsusi sahəyə (qaraja) ½ hissədə olan onun mülkiyyət hüququna xitam verməklə 28 saylı qarajın Cavabdeh mülkiyyəti hesab edilməsi halında hər bir tərəfin mülkiyyətdən səmərəli şəkildə istifadəsi də təmin edilmiş olacaqdır.
71. Məhkəmə kollegiyası cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, həmin kassasiya şikayətinə əsasən yoxlanılan mənzillərlə əlaqədar hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur.Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Yuxarıda qeyd edilənlərə görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 nömrəli qətnaməsi “Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsinin “Cavabdeh ünvan 3 ünvanında yerləşən 27 saylı xüs usi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi” hissəsində ləğv olunması, İddiaçı ilkin iddia tələbinin həmin hissədə təmin edilməməsi və qətnamənin Cavabdeh “ünvan 8 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunması,həmin hissədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrin (qarajların) paylara uyğun naturada ayrılmasının qeyr i-mümkün olduğu, həmçinin tərəflərin bir-birilərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin sahələr (qarajlar) açıq hərracda satılması və onların satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasüb surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməsi hissələrində ləğv olunmalı, İddiaçı iddiası “ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə Cavabdeh payının 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan onun payı ilə əvəz etməklə, müvafiq olaraq 27 saylı qaraja Cavabdeh ½ hissəsinə olan mülkiyyət hüququna xitam verməklə 27 saylı qarajın onun mülkiyyəti, 28 saylı xüsusi sahəyə (qaraja) ½ hissədə olan onun mülkiyyət hüququna xitam verməklə 28 saylı qarajın Cavabdeh mülkiyyəti hesab edilməsi barədə” barədə i ddiası təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilsin və 27 saylı xüsusi hissə (qaraj) İddiaçı mülkiyyətinə verilsin.İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilsin və 28 saylı xüsusi hissə (qaraj) Cavabdeh mülkiyyətinə verilməli, Cavabdeh “ünvan 8 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbi təmin olunmalı,cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 nömrəli qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh kassasiya şikayəti ilə mübahisələndirilən mənzillərin naturada ayrılmasına dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli 2(103)2027/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsinin “Cavabdeh ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna x itam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi” hissəsində ləğv olunması, İddiaçı ilkin iddia tələbinin həmin hissədə təmin edilməməsi və qətnamənin Cavabdeh “ünvan 8 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunması,həmin hissədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrin (qarajların) paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birilərinə kompe nsasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin sahələr (qarajlar) açıq hərracda satılması və onların satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasüb surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməsi hissələrində ləğv olunsun. İddiaçı iddiası “ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə Cavabdeh payının 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan onun payı ilə əvəz etməklə, müvafiq olaraq 27 saylı qaraja Cavabdeh ½ hissəsinə olan mülkiyyət hüququna xitam verməklə 27 saylı qarajın onun mülkiyyəti, 28 saylı xüsusi sahəyə (qaraja) ½ hissədə olan onun mülkiyyət hüququna xitam verməklə 28 saylı qarajın Cavabdeh mülkiyyəti hesab edilməsi barədə” barədə iddiası təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilsin və 27 saylı xüsusi hissə (qaraj) İddiaçı mülkiyyətinə verilsin.İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilsin və 28 saylı xüsusi hissə (qaraj) Cavabdeh mülkiyyətinə verilsin. Cavabdeh “ünvan 8 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbi təmin olunmasın. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 nömrəli qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh kassasiya şikayəti ilə mübahisələndirilən mənzillərin naturada ayrılmasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.