Məhkəmə qərarları › İş №2(102)-3448/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3448/2022

12.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3448/2022 12.09.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9738/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9738/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 və İddiaçı3 verdikləri kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul e dilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərardad ləğv edilməli və iş baxışdan çıxarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə görə, kassasiya şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində göstərilməlidir. Buna baxmayaraq hazırkı kassasiya şikayətində maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) ümumiyyətlə qeyd edilməmiş, prosessual hüquq normalarına münasibətdə isə MPM-nin 88 və 386-cı maddələri qeyd olunsa da, onların düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. MPM-nin 408.1.5-ci maddəsinə görə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103) -9738/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılsın və apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar