Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3451/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixl i 2(103)-3172/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Kəlbəcər rayonxnömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmişdir.
2. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci tarixli, K-719 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
3. Qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən iddiaçı işə bərpa olunmuşdur.
4. Təhsil Nazirinin 06.06.203-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinə dair xx.xx.2021-ci tarixli, K-719 nömrəli əm r ləğv edilmiş, iddiaçı işə bərpa edilmişdir.
5. İddiaçı məhkəmə aktı ilə işə bərpa edilsə də, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi məsələsi həll edilmişdir.
6. Hazırda mübahisə iddiaçının işə bərpa olunduğu dövrədək olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 27 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, məcburi iş buraxma müddəti üçün 35200 manat əmək haqqının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən (bundan sonra “cavabdeh” və ya “Nazirlik”) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil Na zirinin xx.xx.2021-ci il tarixli, K-719 nömrəli əmrinə əsasən iddiaçı bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin çıxardığı yekun məhkəmə aktı ilə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-719 nömrəli əmri ləğv edilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması cavabdehin üzərinə qoyulmuş və iddiaçı vəzifəsinə bərpa edilmişdir. Lakin iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi məsələsi həll edilməmişdir.
9. İddiaçının xx.xx.2021-ci il tarixdən etibarən işə bərpa olunduğu tarixədək ona 2021-ci tədris ili üzrə 7300 manat, 2022-ci tədris ili üzrə 15900 manat, 2023-cü tədris ili üçün 12000 manat, ümumilikdə isə 35200 manat məcburi iş buraxma müddə ti üçün əmək haqqı cavabdeh tərəfindən tam qarşılanmalıdır.
10. İddiaçı tələbinin hüquqi əsas kimi Əmək Məcəlləsinin 300-cü maddəsinə etmişdir.
11. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı əmri mübahisələndirərkən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələb irəli sürməmişdir. Buna görə də, məhkəmə əmək haqqının ödənilməsinə münasibət bildirməmişdir. Hazırkı iddia tələbindən göründüyü kimi, iddiaçı əmək hüququnun pozulduğunu xx.xx.2021-ci il tarixdə bilməsinə baxmayaraq, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etməmişdir. İddiaçı eyni tələblə yalnız xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Bununla da iddiaçı məcburi iş buraxma m üddəti üçün əmək haqqının ödənilməsi hissəsində iddia müddətini buraxmışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nərgiz Tağıyeva)
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Kəlbəcər rayonxnömrəli tam orta məktəbin direktoru vəzifəsindən Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci tarixli əmri ilə azad edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-808/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əmr ləğv edilmiş, iddiaçı ə vvəlki vəzifəsinə bərpa edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə məhkəmə qətnaməsi icra edilərək, iddiaçı Kəlbəcər rayonxnömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydala rın tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanunvericiliyin tələblərinin pozulmaqla ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyi üçün iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının işə bərpa tələbi irəli sürərkən məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi irəli sürməməsi bu hüququn itirilməsinə səbəb olmur. Yəni hər bir halda iddiaçı işə bərpa olunduqdan sonra ayrıca icraat qaydasında məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edə bilər. Lakin bu hüquq iddia müddəti institutu ilə məhdudlaşır.
16. Hazırki iş üzrə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.
17. Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini nəzərdə tutan 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
18. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı Kəlbəcər rayonxnömrəli tam orta məktəbin direktoru vəzifəsindən Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci tarixli əmri ilə azad edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə vəzifəsinə bərpa edilmişdir. İddiaçı məcburi iş buraxma müddət i üçün əmək haqqının ödənilməsi ilə bağlı mediasiya təklifini tərəfə xx.xx.2023-cü il tarixdə göndərmişdir. Hazırki iş üzrə iddiaçının hüquqlarının pozulması xx.xx.2021-ci il tarixindən başlamaqla xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edir. Bu müddət işçinin məcburi iş buraxma müddətidir.
19. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, qanunvericiliyin tələbinə görə iddia tələbi üzrə iddia müddəti 1 il təşkil edir. İddiaçının hüquqları isə davamedən pozuntuya məruz qalmışdır. İşdən çıxdığı vaxt iddiaçı hüquqlarının pozulduğunu bilirdi və onun tərəfindən əmək haqqı ilə bağlı heç bir tələb irəli sürülməmişdir. İşçi işə xx.xx.2023cü il tarixində bərpa edilmişdir. Bu səbəbdən əvvəlki illər üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi qismən təmin edilməli, məcburi iş buraxma döv rü üçün əmək haqqı son bir il üzrə, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (işə bərpa olunduğu tarixədək) olan müddət üçün ödənilməlidir.
20. Qalan hissədə isə, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia həmin hissədə rədd edilməlidir. Qeyd edilən müddət ərzində ödənilməli olan məbləğin hesablanması ilə bağlı qeyd edilməlidr ki, məhkəmə iclasında hər iki tərəf iddia təmin olunarsa, ödənilməli məbləğin icra qaydasında müəyyənləşdirilməsini xahiş etmişlər.
21. Birinci instansiya məhkəməsi müvafiq məbləğin hesablanması üçün əlavə olaraq ekspertiza təyin edilməsinin işin uzanmasına səbəb olacağını, bir qayda olaraq məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı məbləğinin icra məmuru tərəfindən hesablandığını nəzərə alaraq hesab etmişdir ki, məcburi iş buraxma müddəti üçün hesablanmalı olan dövr aralığı müəyyən edilməklə iddia qismən təmin edilməlidir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75, 71, 76, 296, 300-cü, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hisəssinə əsasən, işəgötürən əmək müqavilə sinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxs işə bərpa edilmişdi rsə, işə bərpasına dair tələbində məcburi iş buraxmaya görə tələbinin olubolmamasından asılı olmayaraq işə götürən şəxs tərəfindən həmin məbləğ işçiyə ödənilməlidir. Buna görə də burada hər hansı bir iddia müddətindən söhbət gedə bilməz. Məhkəmənin iddia müddətinin tətbiqi hissəsində yanlışlığa yol vermişdir.
25. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən hesab etmişdir ki, iddiaçının hüquqları davam edən pozuntuya məruz qalmışdır. Lakin məhkəmə davam edən pozuntunun nə də ehtiva edilməsini aydınlaşdırmamış, habelə iddianın təmin edilməsi hissəsində maddi hüquq normalar ını düzgün tətbiq etməmişdir. Qanunvericilikdə hüquqların davam edən pozuntusu anlayışının mövcudluğuna hüquqi münasibət bildirilməmişdir. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə hüquqi qiymət vermədən iddia müddətini tətbiq etməklə iddia tələbini qismən təmin etmişdir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Lakin iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iki ildən sonra əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Buna görə də müddətin buraxılması üçün heç bir üzrlü səbəb olmadığından id dia tələbi rədd edilməlidir.
27. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdeh son 2 il üçün məcburi iş buraxma müddətinə görə əmək haqqını ödəməli idi. Ona əvvəl bildirilmişdir ki, işə bərpa olunan zaman məcburi iş buraxma müddəti üçün də əmək haqqı ödəniləcək. Buna görə ayrı iddia qaldırmamışdır. Sonradan izah edilmişdir ki, məhkəmə qərarı olmalıdır. O da iddia qaldırmışdır.
28. Apellyasiya baxışında Nazirliyin nümayəndəsi X1 apellyasiya dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı 2 il sonra hazırkı iddianı qaldırmışdır. Müddətin tətbiqi ilə bağlı ərizə təqdim edilmişdir. İddaçı müddəti üzrsüz səbəbdən ötürmüşdür. 2021ci ilin iyun ayında iddiaçı işdən çıxan zaman artıq hüquqları pozulmuşdu. O, 1 il ərzində əmək haqqını tələb etməli idi. 2 ildən sonra tələb etməsi qanunsuzdur. Qanunvericiliyə əsasən hazırkı iddia işə bərpa tələbi ilə birlikdə baxılmalı idi. Əgər iddia qaldırsa idi, həmin zaman məcburi iş buraxma müddəti üçün əmək haqqı tələb edilə bilərdi.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3172/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia müddəti tətbiq edilməlidir buna görə də iddia müddətinin tətbiq edilməli olmaması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır.
31. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
32. Azərbaycan Respublikasının Təhsil Nazirinin K-719 saylı, xx.xx.2021-ci il tarixli əmri qəbul edildiyi vaxtdan iddiaçı hüququnun pozulduğunu bilmiş, bununla bağlı əmrin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşçinin işdən azad edilməsi ilə bağlı qəbul edilmiş əmr Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmrinə əsasən ləğv edilmişdir. İşə bərpa olunduqda isə iddiaçıya bir daha məlum olmuşdur ki, ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməyəcək. Göründüyü kimi iddiaçıya əmək haqqının ödənilmədiyi dövr davam edərək xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək olan dövrü əhatə etmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Elm v ə Təhsil Nazirinin xx.xx.2023- cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmri qəbul edildiyi tarixdən 1 il əvvəlki dövr üçün məcburi iş buraxmaya görə əmək haqqının tutulmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, iddiaçı xx.xx.2023cü il tarixdə mediasiyaya mürciət etmişdir. Mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Arayış tərəfə rəsmi təqdim edildikdən sonra iddiaçı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. 34. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü bəndində qeyd edilir ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunun 35.1-ci maddəsində qeyd edilir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, hazırkı münasibətlərə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə xx.xx.2023-cü il tarixdən əvvəlki 1 illik dövr üçün iddiaçının xeyrinə məcburi iş buraxmaya görə pul tutula bilər. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmrinə əsasən iddiaçı işə bərpa olunmuşdur. Deməli, ödənilməli olan döv r xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq “Mediasiya haqqında” Qanunun 21.5, 21.6, 32.4.2 və 35.2-ci maddələri ilə Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmuş hissəsində (qismən) ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla, şikayətdə iddia müddəti tətbiq edilməklə, iddianın təmin edilməsi üçün əsas olmamasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənil məsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Madd ə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Məhkəmə kollegiyası qeyd edir ki, ape llyasiya baxışının predmeti də elə cavabdehin şikayəti üzrə iddianın təmin edilən hissəsində olub. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
45. İddia tələbi idd iaçının xx.xx.2021-ci il tarixdən etibarən işə bərpa olunduğu xx.xx.2023-cü il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədir. İddiaçı tələbinin əsası kimi məhkəmə aktları ilə işə bərpa olunmasına və məhkəmə aktlarının icra edilməsinə baxmayaraq, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməməsinə istinad edib. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsini bildirir.
46. İşdən görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş, birinci instansiya məhkəməsi də mübahisəyə iddia müddətini tətbiq edərək, iddiaçıya son bir il üçün, apellyasiya instansiyası məhkəməsi isə son 10 ay üçün iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini qət etmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
48. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.
49. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədədir. Bu dəlillər təkrarlanmaqla iddiaya etirazın və apellyasiya şikayətinin də dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə, apellyasiya instansiyası məhkəməsi iddia tələbi ilə bağlı yuxarıda göstərilən (29-cu bənd) nəticəyə gəlmişdir.
50. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin hüquqi nəticəsi iddiaya Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsinin tətbiqini doğurur.
51. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə də pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
52. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətini tətbiqi barədə ərizə verməsini nəzərə alaraq, hətta 10 ay üçün məcburi iş buraxmaya görə əmək haqqı tutmuş, əvvəlki dövrlər üzrə iddianı, iddia müddətini tətbiq etməklə rədd etmişdir.
53. Başqa sözlə, cavabdeh iddia müddətinin tətbiqini istəmiş, məhkəmələr d ə iddia müddətini tətbiq etmişlər, müddət tətbiq ediləndə də son 1 ilin iddia müddəti daxilində olması qanunvericiliyin tələbidir. İşə baxan məhkəmələr 1 ildən əvvəlki dövrlər üzrə iddianı təmin etmiş olsa idilər, bu, müzakirə predmeti ola bilərdi.
54. İddianın rədd edilməsi üçün cavabdeh hər hansı başqa əsas da göstərməmişdir. Qeyd edildiyi kimi yeganə əsas müddətin keçməsi olub, bu əsasla da məhkəmələr iddianı qismən təmin ediblər. Hazırki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddianın bütövlükdə rədd edilməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə istisna edilir.
55. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, bir tərəfdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmək, digər tərəfdən də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbləri ni nəzərə almadan, eyni əsasla, ümumiyyətlə, iddianın rədd edilməsini xahiş etmək ziddiyyətli mövqe hesab edilməlidir.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3172/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.