Məhkəmə qərarları › İş №2(102)-3453/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3453/2020

22.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3453/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu X7 oğlunun cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin köməkç i sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki 2 otağa köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı “evə köçürülməyə dair” iddiasının heç bir hüquqi əsası olmadığından həmin tələbin təmin edilməməsini, habelə humanistlik prinsiplərini əsas götürərək cavabdehə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4 min AZN (dörd min manat) kompensasiya ödəməklə və onun X yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) xx xxxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının (hakimlər-T.Quliyev (sərlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, xsaylı qətnaməsinin «İddiaçı xx xxxxxx 2002-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi» hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx xxxxxx 2002-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ərdi yaşayış evinin köməkç i sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla həmin yaşayış evinə köçürülməsi, qətnamənin - «Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol ve rmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə kollegiyasına teleqram göndərərək, səhətində yaranmış problemlər ilə əlaqədar müalicə almağı səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün işin baxılmasını təxirə salmasını xahiş etsə də, səhhəti ilə bağlı müvafiq təsdiqedici sənədləri təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsəl ələr: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2018ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 4 saylı Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsi, ev 2 ünvanı üzərində Dövlət reyestrində cari dəyişiklik edilməsi üçün müraciət etmişdir. Halhazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakı n dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. ASAN-Sumqayıt tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZE № ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. ASAN-Sumqayıt tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE № 17579394 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 oğlu xx.xx.2002-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. xx.xx.2 011-ci il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, Hüseynov Mübariz Rəcəb oğlu və X1 rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.4 kv.m yaşayış, 69.3 kv.m yardımçı sahədən ibarət olan 2 nömrəli fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsindən özlərinə düşən 0,08 ha torpaq sahəsini oğulları Cavabdeh bağışlamışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2017-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə 31 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abşeron ray on qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ № 287894 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında olan. xx xxxxxx 1997-ci il tarixdə Abşeron RİHB-nin Saray qəsəbəsi üzrə Ərazi inzibati nümayəndəliyində 42 sayla bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxx 2002-ci il təvəllüdlü X7 oğlu İddiaçı yanında saxlanılmış, xx xxxxxx 2002-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 136 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesab lanması, aliment tələbinin dərhal icra edilməsi qət edilmişdir. İlk iddia ərizəsindən görünür ki, İddiaçı himayəsində olan xx xxxxxx 2012-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüqunun tanınmasını xahiş edir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, ilkin iddia üzrə İddiaçı ilə Cavabdeh arasında nikah hüquq münasibətləri 1997-ci il tarixdən yaranıb və ona görə də yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü ma ddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İlkin iddia üzrə iddiaçı qeyd edilən evdə 1996-cı il tarixdən əri və ərinin digər ailə üzvləri ilə birlikdə 2017-ci ilədək yaşamış və həmin evdən uşağı ilə birlikdə istifadə etmişdir. Göründüyü kimi ailə üzvü olan iddiaçı evə köçürülmüş, uzun illər orada yaşamış və qanunun qeyd edilən tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının qeyd edilən evə daimi qeydiyyata düşməsi də, onun həmin evdən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur. Bundan başqa ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adın a mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, ilkin iddiaçının həmin evə yenə də istifadə hüququ qalır. Bununla belə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı mübahisəli yaşayış evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi barədə nəticəyə gəldikdə faktiki olaraq cavabdehin mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, mübahisəli yaşayış evinin bölgüsünü aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı tələbi əsasında ünvan 1 ünv anında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə hüququ tanınmalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasın da yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorun an maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya ilkin iddianın həlli ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də həmin hissədə kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkməsi qarşılıqlı iddia tələbinin həlli ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəç i və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq vurğulamışdır ki, mü lkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Apelyasiya məhkəməsi toplanmış sübutl arı müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər. Bu xüsusatla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 14 9.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkə mə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə qarşılıqlı iddia bu qaydaya riayət edilməklə həll olunmadığı üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tama milə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apelyasiya baxışına göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar