Məhkəmə qərarları › İş №2(102)-3459/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3459/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3459/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Verdiyeva (Yaqubova) Elvida Xudaverdi qızının Cavabdeh qarşı “qızılzinət və cehiz əşyalarının qaytarılması” tələbinə tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2024-cü tarixli, 2(103)-3111/2024 nömrəli qətnaməsindən iddiaçı Verdiyeva (Yaqubova) Elvida Xudaverdi qızı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan

1. Həri üzüyü brilyant qaşlı - 9 qr, 750 əyar 1150 manat,

2. Nişan üzüyü brilyant qaşlı -12qr, 750 əyar - 1500 manat,

3. Bilərzik və boyunbağı – 90 qr, 585 əyar7200 manat,

4. Gəlinlik üzük, sırğa dəsti brilyant qaşlı - 750 əyar - 8300 manat,

5. Sırğa, üzük dəsti (banan formalı) (İtalyan qızılı)-14qr, 750əyar -1290 manat,

6. Qızıl bilərzik (40 yaşa hədiyyə)-23qr, 750 əyar 2400 manat,

7. Qızıl bilərzik (35 yaşa hədiyyə) - 17qr, 750əyar, 1785 manat,

8. Qədimi Nikolay sikkəsi (qızıl çərçivədə)- 23qr- sikkə -1500 manat + çərçivə 1020 manat-2520 manat, 9.Qızıl boyunbağı - 17qr, 585 əyar - 1360 manat,

10. Qızıl boyunbağı-25qr, 750 əyar-2300 manat,

11. Qızıl boyunbağı, bilərzik ilə (atadan hədiyyə, təbii yantar qaşlı)-56 qr, 750əyar-5340 manat,

12. Qızıl üzük-10qr, 583əyar-800 manat,

13. Qızıl kulon,sırğa (yarpaq formalı)-21qr, 750 əyar - 2000 manat,

14. Qızıl (qara minarəli) üzük, sırğa, kulon, bilərzik-57qr, 585 əyar-4560 manat,

15. Qızıl sancaq (2 ədəd) -1- 8qr, 750əyar 2.- 16qr, 750 əyar-1680 manat, 16.Göz muncuğu (uşaqların,3 ədəd)3/4qr, 750 əyar- 420 manat,

17. Qızıl sırğa (halqa tipli) -13qr, 750 əyar-1235 manat,

18. Qızılı sırğa (yumru sallanmalı dairələr)-14qr,750 əyar-1400 manat, 19.Qızıl sırğa (Seyra n verən)-6 qr, 583əyar-480 manat,

20. Üzük brilyant və zümrüd qaşlı-10qr, 750 əyar-1300 manat, 21.Üzük (yumru,3 dənəli)-11 qr, 585 əyar-880 manat,

22. Briliyant (romb formalı) dost (üzük,sırğa,klon) - 35 qr,750 əyar-8500 manat,

23. Kulon (kəpənək formada)-9.8qr, 750 əyar-1000 manat, 24.Boyunbağı (Ulduzun)-12qr, 750 əyar-1200 manat,

25. Qızıl sırğalar (Ulduzun, 3 ədəd) -1.-5qr, 535 əyar 2. 2 qr,585 əyar 3.4 qr, 585 əyar-920 manat,

26. Bilərzik (Ulduzun) - 7.3qr, 750 əyar - 660 manat,

27. Üzük (sirkon qaşlı) və bilərzik (toy günü hədiyyə olunmuş) - 4qr, 585 əyar, -10qr, 585 əyar - 1120 manat,

28. Qızıl boyunbağı (ata evi) - 18qr, 585 əyar - 1440 manat,

29. Tros bilərzik (ata evi) - 4.8qr, 585 əyar-390 manat,

30. Qızıl boyunbağı (toy hədiyyəsi, tros)-6qr, 585 əyar - 480 manat,

31. Təbii mirva ri boyunbağı -130 manat, cehiz və ata evindən hədiyyə əşyalar

1. Çilçıraq-16 şamdanlı (Çexiya istehsalı) - 3200 manat,

2. Çilçıraq - 8 şamdanlı (Çexiya istehsalı) 1700 manat,

3. Xalça 50x70 pufik üçün əl ilə toxunmuş 200 manat,

4. Pufik - 1 ədəd (Türkiyə istehsalı) - 150 manat,

5. Qədəh (şampan uçun) 12 ədəd (Çexiya istehsalı)-360 manat,

6. Qədəh(böyük) - 12 ədəd (Çexiya istehsalı)-360 manat,

7. Qədəh (balaca) - 12 ədəd (Çexiya istehsalı) - 280 manat,

8. Qədəh(əraq) - 12 ədəd (Çexiya istehsalı) - 240 manat,

9. Bakal (xrustal) - 24 ədəd (Çexiya istehsalı) - 480 manat,

10. Stəkan (xrustal,çay) - 24 ədəd (Çexiya istehsalı) - 480 manat,

11. Stəkan (xrustal. armudu) - 12 ədəd -130 manat,

12. Nəlbəki (böyük) - 24 ədəd (Çexiya istehsalı) - 480 manat,

13. Nəlbəki dəsti (göy) - 24 ədəd (Çexiya iste hsalı) - 620 manat, 2.

14. Nəlbəki (armudu stəkan üçün) - 12 ədəd (Çexiya istehsalı) - 180 manat,

15. Mürəbbə qabı (xrustal) – 24 ədəd (Çexiya istehsalı) - 370 manat,

16. Mürəbbə qabı (farfor) 24 ədəd (Çexiya istehsalı) - 500 manat,

17. Konfet qabı (xrustal) - 4 ədəd (Çexiya istehsalı)-280 manat,

18. Mürəbbə qabı (xrustal) - 4 ədəd (Çexiya istehsalı)-320 manat, 19.Xrustal səbət formalı meyvə qabı - 2 ədəd böyük (Çexiya istehsalı) - 380 manat,

20. Xrustal qənd qabı - 4 ədəd (Çexiya istehsalı) 240 manat,

21. Ləbləbi qabı - 4 ədəd (Çexiya istehsalı) -300 manat,

22. Şamdan qabı - 2 ədəd (Çexiya istehsalı) - 250 manat,

23. Xrustal kül qabı - 2 ədəd -180 manat,

24. Xrustal salfet qabı - 4 ədəd (Çexiya istehsalı) -280 manat,

25. Xrustal səbət (balaca,böyuk)-4 ədəd (Çexiya istehsalı) - 660 manat,

26. Duz-istiot qabı (xrustal gümüş altlıq) - 4 ədəd (Çexiya istehsalı)- 770 manat,

27. Qızıl suya salınmış qaşıq -12 ədəd - 480 manat, 28.Çəngəl dəsti gümüş-12 ədəd - 300 manat,

29. Bıçaq dəsti gümüş - 12 ədəd - 300 manat,

30. Xörək qaşığı dəsti gümüş -12 ədəd - 300 manat,

31. Kofe qaşığı dəsti gümüş 12 ədəd - 260 manat,

32. Gümüş limon üçün çəngəl 6 ədəd-90 manat,

33. Plov qaşığı (qızıl suya salınmış) - 4 ədəd - 100 manat,

34. Mürəbbə qaşığı (qızıl suya salınmış) - 4 ədəd - 80 manat,

35. Tort üçün bıçaq və qaşıq - 2 dəst - 180 manat,

36. Çəngəl, qaşıq, bıçaq, çay qaşığı (hərəsindən 6 ədəd) - 4 qutu (Korkmaz Türkiyə) - 640 manat,

37. Sinipadnos-(qaşlı, hündür ayaqlı) - 2 ədəd (Korkmaz Türkiyə) -130 manat,

38. Bıçaq, qaşıq, çəngəl və s. - 1 dəst çamadan - 1100 manat, 39.Qızıl suya salınmı ş duz-istiot qabı (quş formalı) - 2 ədəd- 70 manat, 40. 3 mərtəbəli çərəz qabı - 2 ədəd (Çexiya istehsalı) -100 manat,

41. Xörək servizi (Çexiya) - 12 nəfərlik - 1200 manat,

42. Termos çay üçün - 1 ədəd - 55 manat,

43. Çay dəsgahı - 6 nəfərlik (Çexiya istehsalı) - 380 manat,

44. Çay dəsgahı (kobalt) 6 nəfərlik-720 manat,

45. Çay dəsgahı (madonna) - 6 nəfərlik (Almaniya istehsalı) - 350 manat,

46. Kofe servizi 6 nəfərlik (Çexıya istehsalı) - 300 manat,

47. Plov buludu1 ədəd, boşqab 6 ədəd (madonna) -270 manat,

48. Tort qabı - 2 ədəd -180 manat,

49. Kompot qrafin dəsti(xrustal) - 2 dost - 420 manat, 50.Yapon boşqab dəsti (4 cür) 48 ədəd (1973-cü il) 960 manat, 51.Yapon salat qabı (böyük) - 6 ədəd (balaca) - 6 ədəd - 300 manat, 52.Plov buludu (böyük,orta,balaca) - 6 ədəd-80 manat,

53. Kasa (b öyük,balaca) - 24 ədəd - 120 manat,

54. Kasa (qədimi) - 2 ədəd - 400 manat,

55. Güldan (qara, dəmir, qızılı işləmə) - 2 ədəd (Hindistan) - 150 manat, 56.Güldan (xrustal) - 2 ədəd-500 manat,

57. Güldan (lepkalı) - 2 ədəd-80 manat,

58. Meyvə üçün vaza - 2 ədəd (Çexiya istehsalı)-600 manat, 59.Konfet qabı (lepkalı) - 2 ədəd-100 manat,

60. Meyvə qabı (lepkalı) - 2 ədəd -100 manat, 61.boşqab dəsti - 12 ədəd (Korkmaz Türkiyə istehsalı) - 260 manat, 62.Yemək dəsti - 12 nəfərlik (Türkiyə istehsalı serviz) -1200 manat,

63. Kompot bakalları (lepkalı) 12 ədəd - 120 manat,

64. Döşək (2 nəfərlik,yun) - 1 ədəd-220 manat, 65.Döşək (l nəfərlik, yun) - 3 ədəd -360 manat, 66.Yorğan (yun) - 6 ədəd-420 manat,

67. Balış (70x70) - 8 ədəd-400 manat,

68. Süfrə (müxtəlif ölçülü) - 8 ədəd-750 manat,

69. Süfrə (xalç aya bənzər) - 1 ədəd - 135 manat,

70. Dəsmal dəstləri -300 manat,

71. Çarpayı örtüyü (hədiyyə,yeni) - 1 qutu-50 manat,

72. Çarpayı örtükləri- 3 ədəd-360 manat, 73.Yataq dəstləri (yeni) - 3 dəst-500 manat, 74.Ütü - 1 ədəd -220 manat,

75. Ətçəkən maşın (Kenwood) - 1 ədəd -190 manat,

76. Tozsoran (Samsung) - 1 ədəd - 320 manat,

77. Blendr(Braun) -1 ədəd - 60 manat,

78. Mixer -1 ədəd - 90 manat,

79. Toster (Kenwood) - 1 ədəd 110 manat,

80. Tikiş maşını (Zinger) - 1 ədəd-325 manat,

81. Elektrik çaydanı - 1 ədəd - 65 manat,

82. Elektrik samovar -1 ədəd (Rusiya) -100 manat,

83. Elektrik aş qazan-1 ədəd (Türkiyə) -110 manat,

84. Qazan 4-lü - 1 dost - 140 manat,

85. Tava 3-lü -1 dəst- 110 manat,

86. Çaydan (Korkmaz) - 1 ədəd - 65 manat,

87. Dəm çaydanı - 3 ədəd 45 manat,

88. Stolüstü bıçaq dəsti 6 -lı (Almaniya istehsalı) -155 manat,

89. Ədviyyat qabları - 50 manat,

90. Çay dəsgahı - 1 dəst - 170 manat,

91. Mücrü - 1 ədəd -120 manat,

92. Ümumi mətbəx əşyaları - 300 manat,

93. Əl işi Monaliza-çərçivədə şəkil olmaqla qızılzinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyaların Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-145/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli (hakim N.N. Tağıyeva) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qızılzinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e-2(005)145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş. Talışınski (sədrlik edən və məruzəçi), A.N. İmanov, M.A. Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(005)145/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən narazı qalan iddiaçı Verdiyeva (Yaqubova) Elvida Xudaverdi qızı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsi 2(103)3111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

6. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:... 112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə;...

7. Maddə 402.1 mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

9. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qayda da və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 12. 8.1.3-cü maddəyə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

13. Maddə 8.6 apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

14. Həmin Qanunun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yar anmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

15. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. İş materiallarından müəyyən olunur ki, iddiaçının iddia ərizəsi əmlak tələbinə dair qiymətləndirilən iddia ərizəsidir və iddianın qiyməti (qiyməti göstərilməyən Əl işi Monalizaçərçivədə şəkil istisna olmaqla, tələb edilən əmlakların qiymətinin cəmi) 98 335 (doxsan səkkiz min üç yüz otuz beş) manat təşkil edir.

18. Belə olan təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 8.6-cı maddələrinə müvafiq olaraq kassasiya şikayəti verilərkən 192.5 manat dövlət rüsumu ödənilməli olduğu halda (98 335 manat-10000 manat=88335 manat; 88335 manat x0,3%=265 manat; 120 manat +265manat =385 manat; 385 manat x50%=192.5 manat ) 50 manat dövlət rüsumu (********** nömrəli mədaxil qəbzi) ödənilmişdir.

19. Beləliklə, ka ssasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməyərək Azərbaycan Respublikasının MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl etməmişdir.

20. Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 409cu maddəsinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qay tarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2024-cü tarixli, 2(103)3111/2024 nömrəli qətnaməsindən iddiaçı Verdiyeva (Yaqubova) Elvida Xudaverdi qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Ape llyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar